Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alatala
Alatala — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1960-cı ildə ləğv edilmişdir. == Tarixi == Toponim türk dilində «ala-bula», «rəngarəng yer» mənasında işlənən ala sözü ilə Azərbaycan dilində «meşədə ağacsız, çılpaq yer, sahə», «açıqlıq» mənasında işlənən tala sözündən əmələ gəlmişdir. «Ala» sözü Azərbaycan toponimiyasında «boz rəng», «müxtəlif rəng çalarları» mənasında işlənir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.
Alakol
Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Aşıq Zülfiyyə — ifaçı-aşıq. Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
Apaklu
Apaklu —Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. == Toponimkası == Apaklu- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. XX — əsrin 30-cu illərində ermənicə Apakesar idi. Qazax qəzasında Apaqe-Kar dağ adı məlumdur (yenə orada). İrəvan əyalətinin Göyçə mahalında Apaxe adlı kənd vardı. Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada Apaxe məntəqə adı çəkilmişdir.
Lakalm
Lakalm (fr. Lacalm, oks. La Calm) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Jenevyev-syur-Arjans kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12117. Kommuna təxminən Parisdən 460 km cənubda, Tuluza şəhərindən 175 km şimal-şərqdə, Rodezdən isə 55 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 211 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 124 yaşda olan (15-64 yaş arasında) 94 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə bu 67.3%).
Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir. == Coğrafiyası == Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir.
Alakava (Üşnəviyyə)
Pəriçınqıl Alagölü
Pəriçınqıl Alagölü — Laçın rayonu ərazisində göl. Ermənistanın Gorus rayonu ilə sərhəddə şirin sulu göldür. 2974 metr yüksəklikdə yerləşir. Vulkan mənşəli bu göldən mal-qaranın suvanlması üçün istifadə edilir. Ərazidəki Ala göllər qrupundan olan bir neçə göldən fərqləndirmək məqsədilə Pəriçınqıl dağının adından istifadə olunmuşdur.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Alakay (İşembay)
Alakay (başq. Алаҡай, rus. Алакаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Skvorçixa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 12 km, kənd sovetliyindən (Skvorçixa): 20 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 6 km.
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Ernesto Laklau
Ernesto Laklau (isp. Ernesto Laclau; 6 oktyabr 1935, Buenos-Ayres – 13 aprel 2014, Sevilya) — Argentinalı siyasi nəzəriyyətçi, postmarksist, həyat yoldaşı Şantal Muff ilə birlikdə yazdığı Hegemoniya və Sosialist Strategiya kitanının müəllifi. Hər ikisi 1960-cı illərin sosial və tələbə hərəkatlarının üzvü olmuşlar, ancaq öz nəzəriyyələrində ənənəvi marksizmin iqtisadi determinizmini və sinfi mübarizə üzərində siyasəti inkar etmişdirlər. Öz nəzəriyyəsini diskursiv və post-strukturalist ənənəyə əsaslandıraraq, yeni sol populist hərəkatlarına (o cümlədən də Türkiyədə HPD-yə) ideoloji təsir göstərmişdir. == Əsərləri == 1985-ci ildə yazdıqları Hegemoniya və Sosialist Strategiya kitabı yeni solçu hərəkatlar ilə sosial və gender hərəkatlarını birləşdirməyə çağırır. Sosialist inqilab əvəzinə radikal demokratiya və aqonistik plüralizm ideyalarını dəstəkləmişlər. Tarixi materializmin yerinə Laklau diskursiv və dil strukturlarını qoymuşdur. Öz nəzəriyyəsində Laklau Mişel Fukonun diskurs və güc nəzəriyyəsinə əsaslanırdı. Daha sonra Laklau öz kitablarında Jak Lakanın psixoanalizinə müraciət edir və siyasi subyektivliklər, kimlik kimi məsələlərdə fantaziyaların və hisslərin rolunu izah edir. Yeni sol populist hərəkatları neoliberal hegemoniyanı dağıtmaları üçün işçi sinfi və digər qrupların hisslərinə müraciət etməyin vacibliyini izah edir.
Məşədilər (Alakol, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. Kənd məşədilər nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi nəslindən olanlar, məşədigillər" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Mirzəyev Eltac Fizuli oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Val-de-Alkala
Val-de-Alkala (isp. Vall de Alcalá) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 24,40 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 185 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 80 km uzaqlıqda yerləşir.
Jonqar-Alatau Milli Parkı
Jonqar-Alatau Milli Parkı ( qaz. Жоңғар Алатауы ұлттық паркі, Jońǵar Alataýy ulttyq parki) ― Qazaxıstanın Çinlə cənub-şərq sərhədində yerləşən, təcrid olunmuş, buzlu dağ silsiləsi. Ərazinin unikal ekologiyasını qorumaq üçün 2010-cu ildə burada milli park yaradılmışdır. Parkın yaradılmasının səbəblərindən biri ərik, zirinc, albalı və qarağat da daxil olmaqla bəzi vəhşi meyvə ağaclarının meşələrini qorumaqdır. Parkın ərazisinin təqribən 1%-i dünyadakı bütün mədəni alma növlərinin ataları olan Sievers alması ağaclarından ibarət meşələrdir. Park qərbdən şərqə 300 km məsafə boyunca uzanır və Almatı vilayətinin Aksu, Sərkənd və Alakol rayonlarından keçir. == Topoqrafiya == Park, cənubda Tyan-Şan, şimalda isə Altay Dağları olmaqla iki dağ arasında uzanan Cynqariya Alatausunun şimal yamacında yerləşir. Parkın ərazisi dağlıqdır. Parkın şimalından və qərbindən Balxaş gölünə müvafiq olaraq iki əsas çay - Aksu çayı və Lepsi çayı axır. Dağlarda böyük buzlaqlar var.
Makalu Barun Milli Parkı
Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. == Coğrafiya == Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır. Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.
Makalu–Barun Milli Parkı
Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. == Coğrafiya == Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır. Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.
İle-Alatau Milli Parkı
İle-Alatau Milli Parkı (qaz. Іле Алатауы ұлттық табиғи паркі) — Qazaxıstan Respublikasının Almatı vilayətində yerləşən milli park. 1996-cı ildə yaradılmışdır. Ərazisi 199703 hektardır.