Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ateez
Ateez (kor. 에이티즈, tələffüz-"Ei-Teez") 2018-ci ildə KQ Entertainment tərəfindən yaradılan qrupudur. Qrupun üzvləri: Honcun, Sonqva, Yunho, Yosan, San, Minqi, Vuyon və Conqho. Olar rəsmi debütü "Treasure EP.1: All to Zero" ilə 24 oktyabr 2018-ci ildə etmişdirlər. == Tarixçə == === 2018: Debüt öncəsi, reallıq TV şousu və Treasure EP.1: All to Zero ilə debutu === İlk çıxışından əvvəl KQ Entertainment, bir sıra YouTube videolarını yayımladı, "KQ Fellaz 미국 미" (KQ fellaz American Training), burada məşq etmək üçün Kaliforniyanın Los Angeles şəhərinə getdilər. Bu şou zamanı KQ Entertainment qrupun doqquzuncu üzvü, stajyer Li Cun Yon-u təqdim etdi. Birlikdə, bir mahnı bəstələdilər və kareoqrafiya hazırladılar. Millennium Dance Kompleksində təlim keçdilər. Yunho, rəqs videolarından birində də yer aldı. Serialın finalı üçün KQ Fellaz, 3 iyul 2018-ci il tarixində "From" mahnısını yayımladı.
Atqız
Atqız — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayının sol sahilində, Oxçu kəndindən 2 km şimalda, Pirhəmzə dağının cənub-qərbində, Qafan-Gecalan avtomobil yolundan 2 km şimalda dağ döşündə yerləşirdi. 1959 - cu ildə Kecalan şəhəri ilə birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Yerli tələffüz forması Atqiz Toponim oğuz türk tayfa adının fonetik forması olan qız etnonimi əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 105 nəfər, 1886-cı ildə 120 nəfər, 1897-ci ildə 242 nəfər, 1908-ci ildə 198 nəfər, 1914 - cü ildə 36 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1959-cu ilə Keçalan kəndinə birləşdirilmiş, əkin yerləri Kürdükan kəndinə verilmiş və kənd ləğv edilmişdir.
Ağduz
Ağdüz və ya Ağduz;
Ağdüz
Ağdüz və ya Ağduz;
ATMU
Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsi. == Tarixi == === Azərbaycan Turizm İnstitutu === Universitetin tarixi Azərbaycan Turizm İnstitutunun yaranma tarixindən başlayır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır. == Rektorlar == Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Atuc
Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır. Əhalisi tatlardır.
Atum
Atum — Atum bəzən Atem və ya Tem kimi tərcümə olunur, Misir mifologiyasında mühüm tanrıdır. == Adı == Atumun adının "tamamlamaq" mənasını verən tm felindən törədiyi güman edilir. Beləliklə, o, xaosa çevrilən dünyanı yaratmaqla yanaşı, "mükəmməllik timsalı" kimi şərh edilmişdir. Yaradıcı kimi o, dünyanın əcdadı hesab olunurdu. Dünyanın əsas substansiyası, tanrılar və başqa hər şey onun təbiətindən yaranmışdır. == Mənşəyi == Atum ən qədim dövrlərdən bəri ən mühüm və tez-tez xatırlanan tanrılardan biridir, bunu padşahın yaradıcısı və atası kimi təsvir olunduğu Piramida Mətnləri də sübut edir. Bir neçə müqəddəs kitab Atumun necə yarandığı ilə ziddiyyət təşkil edir. Bəziləri Atumun öz adını çəkərək yaratdığını, bəziləri isə onun mavi lotus çiçəyindən və ya yumurtasından gəldiyini iddia edir. == Rolu == Heliopolit yaratma mifində Atum kurqanda ilkin sulardan özünü yaradan ilk tanrı hesab olunurdu. İlk miflərdə deyilir ki, Atum Şu tanrısı və ilahə Tefnutu ağzından tüpürərək yaradıb.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Atauzı (Əbyəlil)
Atauzı kəndi (başq. Атауҙы) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Yangil kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 52 km., kənd sovetliyindən (Yangil): 15 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 60 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Atauzı gölü
Atauzı gölü (başq. Атауҙы) — Başqırdıstan Respublikası Əbyəlil rayonu ərazisində yerləşən göl. Göl İşkul kəndindən 6,5 km şərqdə yerləşir. Gölün sahəsi 8,3 km², uzunluğu — 4 km, maksimal eni — 2,1 km, orta dərinliyi 3,4 km, maksimal dərinliyi 6,5 km, hövzəsi 28,6 mln m³; su toplayıcı sahəsi — 69,8 km² təşkil edir. Tektonik xüsusiyyətə malikdir. dibi hamardır. Lilli-qumli suxurlardan ibarətdir. Göl atmosfer yağıntıları və yeraltı sularla qidalanır. Döldə çoxlu sayda balıq növləri yaşayır. Lanşaftı çöl və yaylalardan ibarətdir.
Atsız Xarəzmşah
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097–1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128–1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir. Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir. Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129–1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Atsız məcmuə
Atsız məcmuə - adını tarixçi, yazıçı, şair, türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızdan alan jurnal. Fasiləsiz olaraq 17 sayı çıxmışdır. Jurnalda ədəbiyyat, tarix, millətçilik, türk xalq ədəbiyyatı, sosial mövzular və müxtəlif fikirlərlə bağlı yazılar nəşr edilmişdir. Jurnalın əsas mövzusu kommunizmə qarşı yazılar ilə Ülküçülük və Turançılıq düşüncəsidir. Yazı heyətinə Mehmed Fuad Köprülü, Zəki Validi Toğan kimi şəxslərin də olduğu bu jurnal, 25 sentyabr 1932-ci ildə qapadılmışdır. == Haqqında == Jurnalın ilk sayı 15 may 1931-ci ildə nəşr edilmişdir, bu sayıda jurnalın məqsədi "Bir quş baxışı" adlı məqalədə açıqlanmışdır. Bu yazıda I Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonrakı ictimai həyatdan bəhs edilmiş, jurnalın xalqın içinə girəcəyini, xalqdan yana əsərlər verəcəyini, kəndlini və kəndləri qurtarmağa və ucaltmağa çalışacaq gənclərin jurnalı olduğu vurğulanmışdır. Bu məqalə jurnalın 17 saylıq həyatının əsas fikir mövzusu olmuşdur. Jurnalda ən çox Səbahətdin Əli və Hüseyn Nihal Atsızın şerləri nəşr edilmişdir. Şerləri nəşr edilən digər şəxslər isə Fevziyə Abdullah və Nihad Sami Banarlıdır.
Ağdüz (Qəzvin)
Ağdüz (fars. اق دوز‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 35 nəfər yaşayır (9 ailə).
Ağdüz (Çaldıran)
Ağdüz (fars. اق دوز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (57 ailə). == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 18 km şimal-qərbdədir.
Buğra Atsız
Buğra Atsız (14 iyul 1946, Kadıköy, İstanbul ili) — türk tarixçi və yazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. Türkçü və Turançı düşüncələri ilə məşhurdur. == Həyatı == 1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur. Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanada yaşayır. === Təhsili === İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur. == Ailəsi == Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur.
Mühiddin Akyüz
Mühiddin Akyüz — Mühiddin Paşa (1870, İstanbul – 11 noyabr 1940, Ankara) Türk hərbçi, diplomat, siyasətçi. Qurtuluş müharibəsində iştirak edən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra diplomat və millət vəkili kimi çalışmışdır. == Həyatı == 1870-ci ildə İstanbulda dünyaya gəlib. Atası, Ədirnə Evkaf mühasibi Şövqü bəy, anası Fatmatüzzəhra xanımdır. 1885–1888-ci illərdə Ali Hərb məktəbini bitirib. Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 1888-ci ildə Ali Hərbi Məktəbində müəllim köməkçisi işinə başladı. 1897-ci ildə Türk-Yunan müharibəsinə qatıldıqdan sonra təkrar Ali Hərbi Məktəbində müəllimliyə qayıdıb və 1905-ci ildə sürgün edilənə qədər bu işi davam etdirib. Tələbələrə padşah II Əbdülhəmid əleyhinə fikirlər aşıladığı səbəbilə 1905-ci ildə rütbəsi geri alındı və əvvəl Fizana, sonra Diyarbəkirə və Ərzuruma sürgün edilib.
Nihal Atsız
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır. == Ailəsi == Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır. Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür. Şakir ağanın övladlarının olub-olmaması bilinmir.
Yağmur Atsız
Yağmur Atsız (4 noyabr 1939, İstanbul) — türk tarixçi, şair, türkoloq və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın oğlu, türkoloq Buğra Atsızın böyük qardaşı. == Həyatı == 1939-cu ilin noyabr ayının 4-də İstanbul şəhərində Nihal Atsızın ailəsində anadan olmuşdur. === Təhsili === Heydərpaşa liseyində orta təhsilini başa vurduqdan sonra İstanbul universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Buradakı təhsilini bitirdikdən sonra Almaniyanın Bonn Universitetinə təhsil almaq üçün getmişdir. == Fəaliyyəti == 1967-ci ildə buradakı təhsilini bitirdikdən sonra bir müddət Türkiyədə Mətbuat-Nəşriyyat İdarəsində işləmişdir. 1971-ci ildə Almaniyaya geri dönən Atsız, televiziya və radio qurumlarında film çəkilişi və siyasi şərhçiliklə məşğul olmuşdur. 1977-ci ildən etibarən 2 il müddətinə Türkiyənin Bonn şəhərindəki konsulluğunun mətbuat katibliyini etmişdir. === Mətbuat sahəsindəki fəaliyyətləri === Nöqtə, Bazar postası, Yeni yüz il, Tərcüman, Milliyyət, Maya, Türk ədəbiyyatı kimi qəzet və jurnallarda yazılar yazmışdır. 31 dekabr 2014-cü il tarixinə qədər Star qəzetində köşə yazıları yazmışdır. 2016-cı ilin oktyabr ayından etibarən Qərar qəzetində yenidən köşə yazıları yazmağa başlasa da, qısa müddət sonra bu fəaliyyətini də dayandırmışdır.
Əlaəddin Atsız
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097–1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128–1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir. Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir. Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129–1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Atsız (Xarəzm hökmdarı)

Hüseyn Nihal Atsız
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır. == Ailəsi == Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır. Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür. Şakir ağanın övladlarının olub-olmaması bilinmir.
Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. == Tədqiqi == Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.
İbrahim Ethem Atnur
İbrahim Ethem Atnur (türk. İbrahim Ethem Atnur; d. 02 mart 1966) – Çağdaş Türkiyə tarixçisi, tarix elmləri doktoru, Atatürk Universitetinin tarix şöbəsinin professoru == Həyatı və fəaliyyəti == İbrahim Ethem Atnur 2 mart 1966-cı ildə Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. 1989-cu ildə Ərzurumdakı Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin tarix bölümün məzunu olmuşdur. 1990-cı ildə Atatürk Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır. Həmin universitetdə 1991-ci ildə "Deportasiyadan dönən yunan və ermənilərin köçürülməsi" ("Tehcirden Dönen Rum ve Ermenilerin Yeniden İskânı") adlı çalışması ilə yüksək lisansını, 1996-cı ildə "Osmanlı yönətimindən Sovet yönətiminə qədər Naxçıvan (1918–1921)" adli dissertasiyası ilə doktorasını tamamlamışdır. Uzun müddət Atatürk Universiteti Ədəbiyyat fakültəsi Tarix bölümü Cümhuriyyət tarixi şöbəsində mühaziərlər oxuyan professor İbrahim Atnur, 2009–2014-cü illər arasında Türk Tarix Qurumunda çalışmışdır. O, Türk Tarix Qurumunda Bilim Kurulunun və Türk Hərbi Tarix Komissiyası üzvü olmuşdur. 2002-ci ildə Türkiyə Yazarlar Birliyi tərəfindən Naxçıvan haqqındaki əsəri ilə araşdırma sahəsində ilin yazarı seçilmişdir. 2014-cü ildə İbrahim Atnura elmi fəaliyyətinə görə Naxçıvan Muxtar Cümhuriyyəti Ali Məclis Başkanlığı tərəfindən "Xidmət Nişanı" verilmişdir.
Otuz altı
Otuz altı — say sistemində ədədlərdən biridir. Otuz beşdən sonra, otuz yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.