Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Villix
Villix (alm. Willich‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 67.77 km2, əhalisi 51970 nəfərdir (2009).
Villis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876 – 7 oktyabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. U. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Annabel Vallis
Annabel Fransis Vallis (ing. Annabelle Frances Wallis; 25 sentyabr 1984, Oksford) — ingilis aktrisa. == Həyatı == Vallis İngiltərənin Oksford şəhərində anadan olmuşdur. On səkkiz aylıq olanda ailəsi Portuqaliyanın Kaskais ərazisinə köçdü. Anasının əmisi aktyor Riçard Harrisdir. Əmioğulları aktyor Yard Harris, Ceym Harris və rejissor Damian Harrisdir. Qardaşı Frensis Vallis isə rejissordur. Vallis beynəlxalq məktəblərdə təhsil aldığı üçün sərbəst formada ingiliscə, portuqaliyaca, fransızca və ispanca danışa bilir. == Karyerası == == Şəxsi həyatı == Vallis 2015-ci ilin avqustundan 2017-ci ilin avqustuna qədər müğənni Kris Martin ilə münasibətdə idi. Annabel hal-hazırda 2018-ci ilin aprelindən bəri aktyor Kris Payn ilə münasibətdədir.
Bryus Uillis
Volter Brüs Uillis (19 mart 1955[…], İdar-Oberşteyn[d], Reynland-Pfalts, Qərbi Almaniya) — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır. == Həyatı == Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı.
Brüs Uillis
Volter Brüs Uillis (19 mart 1955[…], İdar-Oberşteyn[d], Reynland-Pfalts, Qərbi Almaniya) — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır. == Həyatı == Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı.
Cillis sezalpiniyası
Erythrostemon gilliesii (lat. Erythrostemon gilliesii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin erythrostemon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Amerika, Suriya, Fələstin və Kiçik Asiya, Aralıq dənizi sahillərinin şərq və qərbində dəniz səthindən 400-1600 m yüksəklikdə, daşlı-qayalı, kirəcli yamaclarda, çılpaq qumluqlarda, çox zaman həmişəyaşıl ağaclardan ibarət meşələrində bitən ağac və ya kol bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə çatır. Mühit amillərindən asılı olaraq yarpaqlarını tökən və ya həmişəyaşıl koldur, qabığı açıq boz, tikansızdır. Yarpaqları qalın, üstdən tünd yaşıl, mürəkkəb, tək və ya cütlələkvari, 12-18 ədəd yarpaqcıqdan ibarət, uzunluğu 6-8 sm, eni 3-4 sm-dir. Yarpaq altlıqları yumurtavari, üçkünclü və qısadır. Çiçəkləri boz rəngli, budaqların üzərində yerləşir. Erkəkciyi 10, dişiciyi oturan, 10-12 sm uzunluğunda qırmızı, aşağıdan enlənmiş, açıq qırmızı, ikiyuvalı tozluqlara malikdir. Kasacığı 1,5-2,5 sm uzunluqda neştərvaridir.
Con Vallis
Con Vallis (d. 1616-ö. 1703) — ingilis riyaziyyatçısı == Həyatı == == Elmi fəaliyyəti == İngiltərənin Oksford Universitetində Con Vallis mühazirə oxumuşdur. Con Vallisin "Sonsuzluğun hesabı" əsəri sonsuz kiçilən kəmiyyətlərin hesabının yaranmasında böyük rol oynamışdır. Con Vallis "Universal arfimetika" kitabında birinci dəfə müxtəlif əsaslı say sistemlərini araşdırmış və ədədlərin üçlük, dördlük və s. mövqeli sistemlərdə göstərilməsinə baxmışdır. == Kitabları == "Sonsuzluğun hesabı", 1655-ci il.
Fillis Diller
Fillis Diller (ing.
Neoseiulus vallis
Neoseiulus vallis (lat. Neoseiulus vallis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Quercus vialis
Tomas Uillis
Tomas Uillis (ing. Thomas Willis; 27 yanvar 1621[…], Qreyt-Bedvin[d], Uiltşir[d] – 11 noyabr 1675[…], London) — İngiltərə həkimi. O, anatomiya, nevrologiya və psixiatriya tarixində əhəmiyyətli rol oynamış, London Kral Cəmiyyətinin qurucu üzvlərindən olmuşdur. Tomas Uillis bədənin işini kimyəvi reaksiyalar biliklərinin köməyi ilə izah etməyə çalışan İngiltərə yatro kimyaçıların liderlərindən biri idi. İnsan sinir sistemi və müxtəlif xəstəlikləri hərtərəfli araşdırması ilə tanınır/ Onun fikirləri anatomiya, nevrologiya və psixiatriyanın inkişafında mühüm rol oynamışdır. O, 1660–1675-ci illərdə Oksford Universitetində təbiət fəlsəfəsi professoru olmuş, 1666-cı ildə Londonda tibb praktikası üçün məkan açmış və dövrün ən məşhur, ən nüfuzlu həkimlərindən biri olmuşdur. Uillis London Kral Cəmiyyətinin qurucularından biridir. Tomas Uillisin diabetin adlandırılmasında iştirak etmişdir. Hətta, İngiltərədə əvvəllər bu xəstəlik "Uillis xəstəliyi" adlandırılırdı. Uillis öz tiryək tinkturasını icad etmişdir.
Uillis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876 – 7 oktyabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. U. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Uillis Lemb
Uillis Yucin Lemb (12 iyul 1913[…], Los-Anceles, Kaliforniya – 15 may 2008[…], Tuson, Arizona) — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşflərinə görə" fizika üzrə Nobel mükafatını qazanan amerikalı fizik. Həmin il Nobel Komitəsinin təqdim etdiyi mükafatı Lemb, "elektronun maqnit momentini dəqiq təyin etdiyinə görə" Polikarp Kuşla bölüşür. Lemb bir hidrogen atomunda elektron enerjilərində təəccüblü bir yerdəyişməni dəqiq müəyyən edə bilmişdi (bax Lemb sürüşməsi). Lemb Arizona Universitetinin Optik Elmlər Kollecinin professoru idi. Lemb ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub və Los Anceles Liseyində təhsil alıb. 1934-cü ildə Berkli Kaliforniya Universitetində kimya üzrə bakalavr dərəcəsini tamamlayır. C. Robert Oppenheymerin rəhbərliyi altında neytronların kristal tərəfindən səpilməsinə dair nəzəri işə görə o,1938-ci ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini qazanır. O, nüvə nəzəriyyəsi, lazer fizikası və kvant mexanikasının yoxlanılması üzərində işləmişdir. Lemb 1951-1956-cı illərdə Stenford Universitetində fizika professoru olaraq çalışıb. Lemb 1956-1962-ci illərdə Oksford Universitetində fizika üzrə professor olub, həmçinin Yel, Kolumbiya və Arizona Universitetlərində dərs deyib.
Uillis Tauer
Uillis Tauer (ing. Willis Tower), 2009-cu ilə qədər – Sirs Tauer (Sears Tower) – ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində yerləşir. Tikintisi 1973-cü ildə başa çatan həmin göydələn Çikaqonun ən nadir özəlliklərindən hesab edilir. 1973-cü ildən bəri 110 mərtəbəli binanın adı dəyişməz olaraq qalırdı. Həmin binanın hündürlüyü 442,3 metr təşkil edir. 1998-ci ilə qədər bina dünyada nəhəngliyinə görə birincilikdə idisə, bu vaxtdan sonra o öz yerini Kuala Lumpurdakı "Petronas" əkizlərinə verib. Binanın proekti "Sears, Roebuck and Company" tərəfindən baş arxitektor Brüs Qrem və proektin mühəndisi Fazlur Xana sifariş edilmişdi. Binanın tikintisi 1970-ci ilin avqustunda başlamış və 1973-cü ilin 3 may tarixində planlaşdırılmış ən yüksək hündürlüyə çatmışdı. Tamamlanmış Sirs Tauer Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzindən hündürlüyə görə dünya birinciliyini aldı. 1982-ci ilin fevralında binaya iki televiziya antennasının artırılması ilə binanın ümumi hündürlüyü 520 metrə çatmışdı.
Vilkis adaları
Vilkis adaları — Nordenşeld arxipelaqının tərkibinə daxil olan adalar qrupu. Adalar Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnirlər. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Adalarda həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir. Nordenşeld arxipelaqının cənub-qərbində qərarlaşır və onun ən cənub qrupunu təşkil edir. Şimal-şərqdən Paxtusov adaları, şimal-qərbdən isə Şivolki adaları ilə sərhədlənir. Arxipelaqın digər adalarından Radzeevski boğazı ilə ayrılır. Vilkis adaları cənub-qərbdən şimal-şərqə uzanır. Cənub-qərbdən şimal-şərqə qədər olan məsafə 35 kilometrdir.
Violetta Villas
Violetta Villas (d. 10 iyun 1938) – Polşa caz müğənnisi. 1962 Rendez-vous with Violetta Villas 1966 Violetta Villas 1967 Violetta Villas (reedition) 1968 For you my darling 1968 About Love... 1977 There is no love without jealousy 1985 Las Vegas 1986 Violetta Villas (reedition) 1992 The most beautiful Christmas carols 1996 Daddy 2 guest star 1997 Christmas carols 1997 Villas sings Christmas carols 2001 When Jesus Christus was born... 2001 Violetta Villas (reedition) 2001 There is no love without jealousy (reedition) 2001 For you my darling (reedition) 2003 Valentine hits 2004 Christmas carols from heart 2008 To comfort the heart and warmth the soul 2009 The most beautiful Christmas carols (reedition) 1961 I don't believe you 1961 Such a frost 1961 I don't make it 1961 For you my darling 1961 Red Marianna 1961 Secret 1962 Get married, Johny!
Elizabet Qillis
Elizabet Qillis (ing. Elizabeth Gillies; 26 iyul 1993) — Amerikalı aktrisa və müğənni. == Bioqrafiya == Elizabet Egan Qillis ABŞ-ın Nyu-Cersi ştatının Hayvorth şəhərində anadan olub. Hayvorth Dövlət Liseyini bitirib. Onun 1996-cı il təvəllüdlü bir kiçik qardaşı var. Qillisin aktyorluq karyerası 12 yaşında yerli kastinq çağırışlarına getməklə başlayıb. Tez bir zamanda Virgin Mobile kimi şirkətlərin reklamlarında görünür. Elizabet Qillis ilk televiziya rolu The Black Donnellys'in üç epizodunda təkrarlanan bir personaj olur. Daha sonra Elizabet “The Stand” filmində Şelbi Ueksler adlı bir personajın rolunu oynayır. 2009-cu ildə Elizabet Viktoriya serialında Jade West rolunu oynamağa başlayır.
Avena vilis
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Villi Brandt
Villi Brandt (alm. Willy Brandt‎; 18 dekabr 1913[…] – 8 oktyabr 1992[…]) — alman dövlət xadimi, 1969–1974-cü illərdə Almaniya Federativ Respublikasının Federal Kansleri, Nobel sülh mükafatı laureatı (1971). Villi Brandt (əsl adı: Herbert Ernst Karl Fram) 18 dekabr 1913-cü ildə Lübekdə anadan olmuşdur. 1930-cu ildə, hələ məktəbdə oxuyarkən Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) Gənclər təşkilatına üzv olmuşdur. 1931-ci ildə yeni yaranmış ifrat sol Sosialist Fəhlə Partiyasına keçmişdir. Hitler diktaturası bərqərar olduqdan sonra (1933-cü il, yanvar) sonra Villi Brandt təxəllüsü ilə gizli iş aparmış, aprel ayında isə Norveçə qaçmışdır. 1940-cı ilin aprelində Norveç Almaniya tərəfindən işğal olunduqdan sonra hərbi əsir düşərgəsinə düşmüşdür. 1940-cı ildə gizli şəkildə İsveçə keçmişdir. Stokholmda "İsveç-Norveç mətbuat bürosu"nu təsis etmişdir. 1945-ci ildə Almaniya təslim olduqdan sonra Skandinaviya qəzetlərinin müxbiri qismində Berlinə gəlmişdir.
Villi Messerşmitt
Villi (Vilhelm) Emil Messerşmitt (alm. Wilhelm Emil "Willy" Messerschmitt‎; 26 iyun 1898-15 sentyabr 1978). Alman aviakonstruktoru. Villi Messerşmitt 1898-ci ildə Bamberqdə anadan olub. İkinci dünya müharibəsinin qırıcı Messerschmitt təyyarəsinin konstruktorudur.
Villi Obameyanq
Villi Obameyanq (16 fevral 1987, Paris) ― qabonlu keçmiş futbolçu. 16 fevral 1987-ci ildə Parisdə doğulub. Aubameyang ilk komandası Milan-da rəsmi bir oyun belə keçirməyib. İlk qolunu Milan forması ilə 6 yanvar 2007-də Yuventusa vurmuşdur. İcarə əsasında Avellinoda oynamışdır. Sonra Belçika çempionatında Eupendə oynamışdır. 2013-cü ildə Sent-Etyendən Borussiya Dortmunda transfer olmuşdur. Almaniya Bundes Liqasının ilk turunda Auqsburq-Borussiya Dortmund oyununda het-trik etmişdir. Bununla Almaniya çempionatında ilk oyununda het-trik etmiş altıncı oyunçu olmuşdur. Müsahibələrində Useyn Boltdan sürətli olduğunu söyləmişdir.
Villi Puxner
Villi Puxner (d. 15 mart 1952) — Aşağı Avstriya əyalətində Mistelbax qəsəbəsindən olan fotoqraf, sənətçi, rəssam və yazıçı. Villi Puxner Aşağı Avstriya əyalətində Mistelbax an der Zaya qəsəbəsində bir fotoqraf ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1967-ci ildən 1974-cü ilə qədər yüksək qrafik məktəbinin fotoqrafiya hissəsində təhsil almışdır. Bitirdiyi məktəbdə iki il müəllimlik etmişdir. 1978-ci ildən etibarən fotoqraf, rəssam, sənətçi və yazar olaraq sərbəst çalışır. 1983-cü il ilə 1988-ci illər arasında fəlsəfə, jurnalistika, sosiologiya və tarix fənləri üzrə təhsil almışdır. Diplomunu 1988-ci ildə Sosial fəlsəfə "Şəxsi həyat fotoqrafiyası" sahəsində əldə edir. 1989-cu ildən bəri "Wiener Zeitung" adlı qəzetin davamlı olaraq çalışan bir işçisidir. "Pinqvinlərin Həsrəti" adlı layihəsi ilə Villi Puçner məşhur olmuşdur.
Villi Puçner
Villi Puxner (d. 15 mart 1952) — Aşağı Avstriya əyalətində Mistelbax qəsəbəsindən olan fotoqraf, sənətçi, rəssam və yazıçı. Villi Puxner Aşağı Avstriya əyalətində Mistelbax an der Zaya qəsəbəsində bir fotoqraf ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1967-ci ildən 1974-cü ilə qədər yüksək qrafik məktəbinin fotoqrafiya hissəsində təhsil almışdır. Bitirdiyi məktəbdə iki il müəllimlik etmişdir. 1978-ci ildən etibarən fotoqraf, rəssam, sənətçi və yazar olaraq sərbəst çalışır. 1983-cü il ilə 1988-ci illər arasında fəlsəfə, jurnalistika, sosiologiya və tarix fənləri üzrə təhsil almışdır. Diplomunu 1988-ci ildə Sosial fəlsəfə "Şəxsi həyat fotoqrafiyası" sahəsində əldə edir. 1989-cu ildən bəri "Wiener Zeitung" adlı qəzetin davamlı olaraq çalışan bir işçisidir. "Pinqvinlərin Həsrəti" adlı layihəsi ilə Villi Puçner məşhur olmuşdur.
Villi Tröger
Villi Tröger (alm. Willy Tröger‎; 2 oktyabr 1928, Svikkau[d] – 30 mart 2004) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. O, karyerası boyu ancaq "Vizmut Aue" klubunda çıxış etmişdir və Şərqi Almaniya mill komandası formasıyla 15 oyuna çıxmışdır. Gəncliyində Tröger futbola başlamazdan əvvəl həndbol oynayırdı və əvvəlcə qapıçı kimi çıxış edirdi. Ancaq bu fəaliyyətlərin hər ikisi 1945-ci ildə II Dünya Müharibəsində döyüşərkən əlini itirəndən sonra dayandı. O, müharibənin son illərində Vermaxta çağırıldı və Berlində əl qumbarasından yaralandı. Bununla birlikdə oyuna davam etdi və hücumçu mövqeyinə keçdi, 1951-ci ildə DDR-Oberliqada çıxış edən "Vizmut Aue" klubuna keçməzdən əvvəl Tsvikkau şəhərinin yerli klublarından birində çıxış edirdi. 1954-cü ildə "Vizmut Karl-Marks" olaraq adı dəyişilən klubda o,1962-ci ilə qədər 237 oyunda 114 qol vurmağı bacardı. Bu müddətdə klub üç liqa (1956, 1957 və 1959) və 1955-ci ildə ölkə kubokunu qazandı və Tröger 22 qolla 1954-55 mövsümündə liqanın bombardiri oldu. Onun Şərqi Almaniya futbolunun ən yüksək səviyyəsində vurduğu 114 qol klub rekordudur.
Andre Villaş-Boaş
André Villas-Boas (17 oktyabr 1977, Portu) — futbol üzrə Portuqaliyalı baş məşqçi. == İdman karyerası == Andre Villas-Boas karyerasına hələ 16 yaşında ikən başlamışdır. İngilis Bobbi Robsonun Portonun başında olduğu dövrdə Robson ilə qonşu olan Boasın o dövr Porto forması geyən Domingos Paciencia haqqındakı analizi Robsonun marağını çəkmiş və özü Portonun müşahidəçi qrupuna alınmışdır. Yaxşı dərəcədə ingiliscə bilməsi səbəbi ilə Sir iRobson ilə yaxşı razılaşan Villas-Boas Robsonun da köməkçi olması ila Şotlandiyaya təhsil almağa getmiş və 17 yaşındaykən UEFA C sertifikatı almışdır. İlk texniki direktorluq təcrübəsini 21 yaşındaykən Birləşmiş Krallıq Virgin Adaları Milli Futbol Komandasının başına keçərək yaşamış , 2003-cü ildə Portoda Jose Mourinhonun assistenti olaraq texniki qrupda iştirak etmişdir. 2003-ci ildən 2009-ci ilə qədər də Porto, Chelsea və Internazionale komandalarında Mourinho ilə birlikdə çalışmışdır. Boas bu üç dövrdə bir UEFA Kuboku, bir UEFA Çempionlar liqası, dörd dəfə də milli liqa çempionluğu yaşamışdır. == "Akademika" dövrü == 2009-2010-cu il mövsümü əvvəli Boas öz karyerasında irəliləmə qərarı almış və Portuqaliya Super Liqası komandalarından Academikanın başına Oktyabr 2009da istefa edən Roqerio Qonçalvesin yerinə texniki adam olaraq keçmişdir.Villas-Boasın gəlməsiylə, liqanın son əsnasında galibiyetsiz vəziyyətdə olan Akademika yüksəlişə keçərək mövsümü liqa 10.su olaraq, düşmə xəttinin 10 bal üzərində bitirmişdir. Komanda ayrıca Liqa Kuboku yarı finalına qədər çıxıb, Estadio do Dragão'da Portoya son dəqiqələrdə Mariano Qonzalezden yedikləri qol ilə elenerek əhəmiyyətli bir müvəffəqiyyət göstərmişdir. Akademikaya apardığı futbol ilə diqqət çəkən Boasın adı Karlos Karvalhalın yerinə Sportinq Lissabon ilə xatırlansa da, bu transfer reallaşmamışdır.
Bellis
Qızçiçəyi (lat. Bellis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Bitlis
Bitlis — Türkiyənin Bitlis ilinin inzibati mərkəzi.
Fillit
Fillit — sıx qara ipək parıltılı şist süxurları; kvars, bəzən xlorit qarışıqlı silisit və biotit, albitdən təşkil olunmuşdur. Gil şistlərinin metamorfizmi nəticəsində əmələ gəlir, lakin onlardan fərqli olaraq, tərkibində gil mineralları olmur. Metamorfizləşmə dərəcəsinə görə gil şistlərilə mika şistləri arasında keçid təşkil edir. == Fillitləşmə == Fillitləşmə gil şistlərinin regional metamorfizm şəraitində dəyişilmə prosesidir; süxurun sıxlaşması, maddənin yenidən kristallaşması, kristal dənələrinin böyüməsi və gil minerallarının serisit, biotit və xloritə çevrilmə prosesləri. Fillitləşmə nəticəsində fillitlər əmələ gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Killip
Ellsuert Peyn Killip (ing. Ellsworth Paine Killip; 2 sentyabr 1890, Roçester[d], Nyu-York ştatı – 21 noyabr 1968, Redlends[d], Kaliforniya) — Amerika botaniki. == Bioqrafiya == Ellsuert Peyn Killip 2 sentyabr 1890-cı ildə Nyu-York ştatının Roçester şəhərində anadan olmuşdur. Roçester Universiteteini 1911-ci ildə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 1917-ci ilə qədər Roçester Elmlər Akademiyasında işləmişdir. 1918-ci ildən 1919-cu ilədək hərbi həkim olmuşdur və bu dövrdə Fəxri Legion Ordeninə layiq görülmüşdür. Birinci dünya müharibəsi bitdikdən sonra Elluest Peyn botanika sahəsində biliklərini artırmağa davam etmişdir və Smitsonian İnstitutunun botanika bölməsində çalışmışdır. 1946-cı ildə baş kurator təyin olunmuşdur. 1950-ci ildə təqaüdə çıxmışdır. 21 noyabr 1968-ci ildə Ellsuert Peyn Kaliforniya ştatının Redlends şəhərində vəfat etmişdir.
Milkis
Milkis — müxtəlif otlardan hazırlanmış şirin qazlaşdırılmış alqokolsuz içkidir. Milkis ilk dəfə 1915-ci ildə Cənubi Koreyada hazırlanmışdır. Tərkibi su, şəkər, fruktoza, karbon-dioksid (E290), quru süd, fosforit turşusu və limon turşusu (E330) ibarətdir. Milkisin 10 tərzdə dadı vardır. Tərkibinə A, C, D3 vitaminləri daxildir. Alüminium bankalarda 250 ml, plastik qablarda isə 0,5 və 1,5 litr həcmində istehsal edilir.
Simliş
Simliş (ing. Simlish) — The Sims oyun seriyasında istifadə olunan dil. The Sims oyun seriyası ilə yanaşı, SimCity, MySims kimi Electronic Arts oyunlarında da istifadə olunur. The Sims oyun seriyasının yaradıcısı Vill Rayt, oyunda dialoqlara ehtiyac duyduğunu düşündü, ancaq İngilis kimi həqiqi dillərdəki sözlərin təkrarlanacağını və personajların nitqinin tərcüməsinin baha olacağını düşünürdü. Buna görə Simliş The Sims seriyasında istifadə ediləcək şəkildə yaradıldı. Əvvəlcə İkinci Dünya müharibəsində Amerikanlar tərəfindən istifadə edilən kodlaşdırılmış dildən ilham almış və Nahavo dilindən yaratmaq üçün istifadə edildi. The Sims seriyası oyunlarında personajların ingilis dilində danışmayacağı fikri əvvəldən baş oyun dizayneri Vill Raytın xoşuna gəldi. Beləliklə, virtual oyun personajlarının nitqi yalnız gerçəkliyin illüziyası və əsl ünsiyyət dili kimi səslənməməli idi. Digər bir problem, dialoqun həddindən artıq təkrarlanmaması olmuşdur. Beləliklə, oyun dizayneri intonasiya və inkişaf etdirilmiş jestlərin köməyi ilə oyunçunun başa düşə biləcəyi uyğun olmayan bir dil qoymağı qarşısına məqsəd qoydu.
Tiflis
Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir. Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır. Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir. Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür. İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur.
Veltis
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.