Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buga
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Cuğa
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir. Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. == Cuğa karvansarası == Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Nuqa
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Veqa
Veqa - Lira Bürcünün α ulduzu. Bütün ulduzlar içində parlaqlığına görə beşinci, şimal yarımkürəsində isə üçüncü ulduz. Yerdən 7.8 Parsek və ya təqribən 25.3 işıq ili uzaqlıqda yerləşir. Veqa Günəşdən sonra fotosu çəkilən ilk ulduzdur. Eyni zamanda, spektri fotoqraflanan ilk ulduzdur. Veqa adı ərəbcə النسر الواقع- ən nəsr əl vaqi (şığıyan qartal) sözündən götürülmüşdür. Vega, səmada Günəşdən sonrakı ən əhəmiyyətli ulduz olaraq astronomlar tərəfindən geniş bir şəkildə araşdırılmışdır. Vega, Günəşin fotoşəkili çəkilən ilk ulduz və spektri əldə edən ilk ulduzdu. Paralaks hesablamaları məsafəsi təxmin edilən ilk ulduzlardan biri idi. Vega yalnız Günəşin onda birinə qarşılıq gəlir, ancaq 2.1 qat daha böyük olduğu üçün gözlənilən ömrü Günəşin onda biridir.
Vüqar
Vüqar (ərəb. وقار‎ (Vəqar) – qürur, iftixar) — ərəb mənşəli kişi adıdır. Azərbaycanda geniş istifadə olunan addır. İngiliscə "Vugar", rusca "Вугар" kimi səslənir. Vüqar Bağırov — Rusiya alimi. Vüqar Həşimov — Azərbaycan şahmatçısı, qrosmeyster Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, əməkdar jurnalist Vüqar Əsgərov Vüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Vüqar Əsgərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Şuqa
Payızda çay buz bağlamağa başlayanda sıyıq kütlə şəklində su ilə birlikdə hərəkət edən yumşaq buz.
Suga
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Kali-yuqa
Kali Yuqa (कलियुग (kəli yugə), ədəbiyyatda "Kali dövrü") — Hind Zaman Anlayışına görə zamanın 4 dövrünün(yuqa-dövr) ən sonuncusu. Digər dövrlər isə Sayta Yuqa, Treta Yuqa və Dvapara Yuqadır. Hind mətnlərinə əsasən Kali Yuqa Krişnanın ömrünün sona çatması ilə başlayaraq(e.ə. 3102-ci il) 432.000 il davam edəcək. Bu dövrdə Vişnunun son avatarı Kali əlində qılınc və ağ atın belində meydana çıxacaq, dünyadakı pisliyə qarşı vuruşacaq və onu məhv edəcək.
Kulyar-Veqa
Kulyar-Veqa (isp. Cúllar Vega) — İspaniyanın Andalusiya muxtar regionunun Qranada vilayətində yerləşən bələdiyyə. == Coğrafi konteksti == Bu Qranada Metropolitan sahəsin təşkil edən 51 şəhərlərdən biridir. == Hədləri == Churriana de la Vega, Las Vegas Gabias və Genil ilə həmsərhəddir. Şəhərdən Dilar çayı keçir. == İqlimi == Cúllar Vega bir kontinental-Aralıq dənizi iqlimə malikdir. İqlimi qurudur və yay mülayim keçir. Küləklər böyük məsafə ətrafındakı bəzi coğrafi yüksəkliklərdə baxmayaraq, bütün istiqamətlərdə onun tərəfinə gəlir.
Kulyar Veqa
Kulyar-Veqa (isp. Cúllar Vega) — İspaniyanın Andalusiya muxtar regionunun Qranada vilayətində yerləşən bələdiyyə. == Coğrafi konteksti == Bu Qranada Metropolitan sahəsin təşkil edən 51 şəhərlərdən biridir. == Hədləri == Churriana de la Vega, Las Vegas Gabias və Genil ilə həmsərhəddir. Şəhərdən Dilar çayı keçir. == İqlimi == Cúllar Vega bir kontinental-Aralıq dənizi iqlimə malikdir. İqlimi qurudur və yay mülayim keçir. Küləklər böyük məsafə ətrafındakı bəzi coğrafi yüksəkliklərdə baxmayaraq, bütün istiqamətlərdə onun tərəfinə gəlir.
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.
Pas Veqa
Pas Veqa (2 yanvar 1976, Sevilya) — İspan aktrisası. Pas Veqa 2 yanvar 1976-cı ildə İspaniyanın Əndaluz vilayətindəki Sevilya şəhərində doğulub. Səhnə təxəllüsünü nənəsindən götürən aktrisa, 15 yaşında Federiko Qarsia Lorkanın “Bernarda Albanın evi” tamaşasına baxandan sonra bu sənətə gəlməyə qərar verib. Bir il sonra məktəbi bitirən qız Əndaluz Teatr Mərkəzi məktəbinə daxil olub. İki il teat məktəbində oxuduqdan və daha iki il humanitar və sosial elmlərə yiyələndikdən sonra Veqa uğurlu aktrisası karyerası etmək ümidilə Madridə köçür. Onun televiziyadakı debütü “Mənim atam Menudo” teleserialında baş tutub. Bu serialda aktrisanın tərəf müqabili məşhur ispan müğənnisi El Fari idi. Aktrisa sözün əsl mənasında çəkilişləri 1999-cu ildə başlayan "7 həyat" serialı ilə tanınmağa başladı. Bu serialdan sonra rejissor Mateo Xil onu “Heç kim heç kimi tanımır” filminə dəvət etdi. Digər ispan rejissoru Xulio Medem isə Pas Veqaya özünün “təxribatçı-seksual” layihəsi olan “Lüsiya və seks” filmində baş rolu təklif etdi.
Qonzalo Veqa
Qonzalo Aqustin Veqa Qonzalez (Noyabr 29, 1946 – Oktyabr 10, 2016) — Meksikalı film, teatr və televiziya aktyoru. O, aktrisalar olan Zuriya Veqa, Marimar Veqa və oğlu Kiçik Qonzalo Veqanın atası idi. 2010-ci ildə ona preleykemiya diaqnozu qoyulub və vəziyyətinə görə istefaya göndərilib. 2014-ci ildə səhhəti xeyli yaxşılaşdıqdan sonra yenidən səhnəyə qayıdıb.
SS Vega
Veqa yelkənli buxarlı bark, balina ovlayan gəmi. Bu gəmidə Adolf Erik Nordenşyold başında olan, İsveçin arktika ekspedisiyası 1878-1879 illərdə ilk dəfə Avropa və Asiyanın şimal sahilləri boyunca şimal-şərq yollu ilə Atlantik okeandan Sakit okeana keçdi. Avropanı dolanıb İsveçə qayıtdılar (bir qışlaqla) Bark Norveç gəmi sahibi Pedersen sifarişi ilə Almaniyanın Bremerhaven şəhərində hazırlanıb və balina ovlayan gəmi kimi planlaşdırılmışdı. İlkin adı Yan Mayen idi. Gəmi böyük möhkəmliyə fərqlənirdi və Arktika şəraiti üçün xüsusi olaraq nəzərdə tutulmuşdu. 1878-ci ildə Nordenşyoldun hazırlaşdığı ekspedisiyası üçün alınmışdı və kral hərbi dəniz tərsanəsində avadanlığlarının təzələnməsinə məruz qalmışdı. Yenidən qurulmasından sonra gəminin heyəti 21 nəfərə qədər azaldılmışdı, gəmini İsveç Hərbi Dəniz Qüvvələrinin leytenantı L.A.Palander idarə edirdi. Ekspedisiya zamanı gəmi heç bir xəsarət görmədi. Ekspidisiya bitəndən sonra balina ovlayan gəmi zavoduna satıldı və Qrenlandiya üçün 1903-cü ildə ,Melvill körfəzində batmayana qədər,fəaliyyət göstərirdi. 24 aprel, 1930 ildə Stokholmda Kral təbii tarix muzeyi yanında abidə ucaldılmışdır.
Sabrina Veqa
Sabrina Veqa (isp. Sabrina Vega Gutiérrez; doğ. 28 fevral 1987) — ispaniyalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007). 1996-cı ildən 2007-ci ilədək müxtəlif yaş kateqoriyalarında İspaniyanı gənclər arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Mondaris (2005–06), Lork (2007) və La-Masana (2007) şəhərlərində keçirilmiş beynəlxalq turnirlərdə qadınlar arasında beynəlxalq qrosmeyster normasını yerinə yetirib. Ardıcıl iki dəfə Belqradda keçirilmiş beynəlxalq turnirlərdə qalib olub (2013, 2014). İspaniyanın qadınlardan ibarət milli komandasının tərkibində yeddi dəfə Ümumdünya Şahmat Olimpiadalarında (2004, 2008–2016), altı dəfə isə Avropa çempionatlarında (2005–2015) çıxış etmişdir. Üç dəfə qadın şahmatçılar arasında İspaniya çempionu olub (2008, 2012, 2015). 2016-cı ildə Rumıniyanın Mamaya şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında XVII şəxsi Avropa çempionatında gümüş medal qazanıb. FIDE Chess profili Sabrina Vega Gutierrez.
Suga (reper)
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Vüqar Bəybalayev
Vüqar Bəybalayev (5 avqust 1993, Sumqayıt) — Azərbaycanlı peşəkar futbolçu. Vüqar Bəybala oğlu Bəybalayev 1993-cü ilin 5 avqustunda Sumqayıt şəhərində anadan olmuşdur. O, "Gənclər Birliyi" klubunun uşaq futbolu bölümündə, Sumqayıt şəhərində 9 yaşında futbol oynamağa başlayıb. 1.5 il sonra o, Sumqayıt şəhər Gənclər İdman Məktəbinə keçdi və oraya Sumqayıt FK-nın mentoru Tofiq Rzayev tərəfindən dəvət edilmişdi. 6 il bu məktəbdə təhsil alıb. Çempionat Vüqar Bəybalayev "Bakı" FK-nın yetirməsidir. O, ilk dəfə 2010-cu ildə mentor Məqsəd Yəqubəliyev tərəfindən klubun həftəlik təlim-məşq toplanışına dəvət olunub. Yoxlamadan uğurla keçərək bir mövsüm Bakının 17 yaşadək futbolçulardan ibarət gənclər komandasında çıxış edir. Bundan əlavə, o, yarım mövsümü Qəhrəman Əliyevin məşqçisi olduğu Bakının əvəzedici komandasında keçirir. 2011-ci ildə futbolçu icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun — Bakının Balacarı kəndindən "Lokomotiv Baladjarı" klubuna keçib və onunla 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Vüqar Rəsulov
Vüqar Ural oğlu Rəsulov (5 aprel 1991, Gəncə) — azərbaycanlı şahmatçı, qrosmeyster (2011). Vüqar Rəsulov 5 aprel 1991-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir. Müxtəlif illərdə Azərbaycanı fərqli yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil edib. 2006-cı ildə Avropa çempionatında 16 yaşlı oğlanlar arasında bürünc, bir il sonra isə eyni yaş qrupunda qızıl medal qazanıb. 2006-cı ilin avqust ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənin Ağrı şəhərində keçirilmiş 5-ci Dünya Gənclər U16 Şahmat Olimpiadasında iştirak edib. 2010 və 2011-ci illərdə 20 yaşadək oğlanlar arasında şahmat üzrə Azərbaycan çempionatının, 2012-ci ildə ildə isə kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.
Vüqar Şıxıyev
Vüqar Rəhimov
Vüqar Həmidulla oğlu Rəhimov (ukr. ́Вюгар Гамидулла огли Рагимов; 5 fevral 1986, Bakı) — Azərbaycan əsilli Ukrayna güləşçisi, Avropa çempionatının gümüş və ikiqat bürünc mükafatçısı. 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı. Ukraynanın beynəlxalq dərəcəli idman ustası. Vüqar Rəhimov 5 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. Atası fabrikdə, anası isə uşaq bağçasında tərbiyəçi işləyirdi. Ailədə 4 uşaq olublar — 3 qardaş, 1 bacı. Vüqarda güləşə sevgi bu idman növü ilə məşğul olan böyük qardaşları — Atamoğlu və Rəhim (sonralar gənclər arasında yunan-Roma güləşi üzrə Ukrayna çempionu olub) sayəsində yaranıb. İdman zalına ilk dəfə 14 yaşında, Bakının Binə kəndində getmiş və burada qardaşları ilə birlikdə məşq etməyə başlamışdır. 2002-ci ildə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olub.
Vüqar Əli
Əliyev Vüqar Əli oğlu ( ) Azərbaycan Respublikasının əməkdar rəssamı Vüqar Əliyev, 16 mart 1970-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 1985-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olub, 89-cu ildə oranı bitirmişdir. 1991–97-ci illərdə – A. Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Sənaye qrafikası fakültəsinin tələbəsi olmuşdur. Yaradıcılığının əsas prinsipi insanlara gözəllik bəxş etməkdir. 2019-cu ildə I thank the creators of the site and for the active promotion of art in the world. Adi Lasri, İsrael virtual fəxri fərmanı verilib. 2019-cu ildə ANNİA Azəraycan Nar İstehsal və İxracatçıları Assosiasiyası ildönümü münasibətilə Fəxri Üzv medalı və fəxri fərman mükafatlarına layiq görülüb. 10.10.2019 tarixində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının 3 ili münasibətilə bu Assosiasiyanin fəxri üzvlüyünə saçilmə mərasimi olub. 2019-cu ildə ADMİU, Elvin Quliyevin Lahıc haqqında filminə çəkilmişdir. 2023-cü il, mart ayında Dünya Rəssamları Akademiyasının həqiqi üzvülüyünə seçilib.11 dekabr 2023-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi.
Buğa (Cəlayır)
Buğa Uqulay Qorçi oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından Elxanilər dövrünün sərkərdəsi. Sarayda mühüm vəzifəsi olan Buğa Arqun xanın taxta çıxarılmasında mühüm rol oynamışdır. 1284-cü ildə Arqun yeni xan olduqdan sonra Buğa onun əsas vəziri, məsləhətçisi olmuş, beləliklə də bu vəzifədə Şəmsəddin Cüveynini əvəzləmişdir. Cüveyni vəzifədən azad edildikdən sonra edam edilmişdi. == Həyatı == === Erkən illəri === Buğa Cəlair tayfasından idi və yetim idi. Atası olan Uqulaq Qorçu Hülakü xanın ordusunda kəşfiyyatçı kimi döyüşmüşdü. Ataları öldükdən sonra o və qardaşı Aruq yetim kimi Abaqa xanın sarayına verilmiş və orada böyümüşdülər. === Abaqa və Təkudar xan dövründə === O, Abaqa xana onun etibarlı məsləhətçisi kimi xidmət etmiş, xəzinədən və möhürdən cavabdeh şəxs olmuşdur. Bu zaman da onun oğlu Arqun ilə dostlaşmışdır. 1282-ci ildə Abaqa xanın ölümündə sonra o, Arqunun Əhməd Təkudara qarşı taxt iddiasını dəstəkləmişdir.