Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gerş Budker
Gerş Budker (1 may 1918[…] – 4 iyul 1977) – nüvə fizikası və sürətləndiricilər fizikası üzrə ixtisaslaşmış sovet fiziki. Lenin mükafatı və SSRİ Dövlət mükafatı laureatı. == Bioqrafiyası == 1941-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir. 1946-cı ildən SSRİ Elmlər Akademiyasının 2 №-li laboratoriyasında (Atom Enerjisi İnstitunda) işləmişdir. SSRİ Elmlər Akademiyası Sibir şöbəsinin Nüvə Fizikası İnstitunun yaradıcısı və direktoru Novosibirsk Universitetinin professoru olmuşdur. Əsas elmi əsərləri uran-qrafıt nüvə reaktorları nəzəriyyəsinə, sürətləndiricilərin nəzəriyyəsi və hesablanmalarına, yüksək enerjilər fizikasına, plazma fizikasına və idarəolunan termonüvə sintezi probleminə aiddir. Stabilləşdirilmiş relyativist elektron dəstəsinin yaranması şərtlərini hesablamışdır. 1952-ci ildə açıq maqnit tələlərində yüksəktemperaturlu plazmanın saxlanması ideyasını irəli sürmüşdür. Yüksək enerjilər fizikasının yeni istiqamətini qarşılaşan dəstələr metodunu işləyib hazırlamışdır. Onun rəhbərliyi altında ilk dəfə ölkədə qarşılaşan elektron-elektron və elektron-pozitron dəstələrinin sürətləndiriciləri qurulmuşdur.
Fərş
Fərş (ərəbcə: فرش) — Azərbaycan əhalisinin arasında xalçaya deyilir. Ərəbcədən tutulmuş və farscaya daxil olunmuş. Məsələn: Otağa fərş salmaq. Fərşin üstündə oturmaq. - Əvvəlimci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu. M.F.Axundzadə. Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə. // Ümumiyyətlə, yerə döşənən hər cür şey. Təbiət bir bəzəkli-düzəkli gəlinə oxşayır, yaşıl zəmilər, əkin göyləri yerə sərilmiş mərmər fərşlərə bənzəyir.
GEİŞ
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
GPRS
GPRS (General Packet Radio Service — ümumi istifadə üçün paketli radiorabitə) — GSM mobil şəbəkələrində paketləri ötürmək üçün istifadə edilən texnologiyadır. GPRS-lə qoşularkən antenalarında hal-hazırda istifadə edilməyən səs kanalları istifadə edilir. Telefonun qurğusundan asılı olaraq bu qoşulma kanalları 2, 4 və daha artıq ola bilər. Ona görə də GRRS-lə qoşulma vaxtı internetdə məlumatlar 56 kbit/s-dən 114 kbit/s sürətinəcən ola bilər.
Gerb
Gerb (pol. herb alm. Erbe‎ — irs) və ya Tuğra - irslə ötürülən və ölkəni, şəhəri, nəsli, fərdi xarakterizə edən elementlərlə bəzədilmiş emblem. Gerblərləri heraldika elmi tədqiq edir. Gerb aşağıdakı əsas qruplara bölünür: dövlət gerbləri, torpaq gerbləri (şəhər, vilayət, quberniya, əyalət və s.), korporativ gerbləri (orta əsr sexləri), nəsil gerbləri (zadəgan nəsilləri).
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Gərd
Gərd (Ermənistan)
Gəru
Qyaru (yap. ギャル) — yapon dilindən ingilis dilinə "girl" sözünün transliterasiyası. Termin 1970-ci illərin "GALS" cins markasından irəli gəlir. Submədəniyyətin bir növü. Qyaruların müxtəlif növləri var: «oya o nakaserru» (親を泣かせる, «valideynlərini ağladan»), «daraku cöqakusey» (堕落女学生, «deqenerativ məktəblilər»).,kişi qyaruları "gəruo" adlandırırlar. Qyaru Yaponiyanın küçə dəbinin əhəmiyyətli hissəsinə dönüb..
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−1 1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. == Tarixi == Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Merş
Merş -(lüksemb. Miersch, alm. Mersch‎, fr. Mersch)-Lüksemburq krallığının kantonu. Eyni adlı əyalət daxilində yerləşir. Belə ki, bu kantona 11 kommun daxildir.
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Pers.
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).
Qars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Qero
Qero (下呂市, Gero-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər isti bulaqları ilə məşhurdur. Şəhərin içindən Hida çayı axır. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 33.719 nəfərdir, hər km² ərazidə 40 nəfər yaşayır. Şəhərin sahəsi 851,06 km²-dir. Şəhərin simvolik ağacı ağcaqayın, simvolik gülü Satsuki azaliyasıdır. Müasir Qero şəhəri 2004-cü ilin 1 martında keçmiş Qero şəhərinin, Haqivara, Kanayama və Osaka şəhərlərinin və Maze qəsəbəsinin (hamısı keçmiş Masita qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılıb. Qero sənayesinin əsasını turizm təşkil edir. Şəhərin yaxınlığında yerləşən məşhur onsenlər hər il turist axınına məruz qalır. Meşəçilik və kənd təsərrüfatı da yerli sənayedə əhəmiyyətli yer tutur.
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qərb
Qərb və ya Batı Yer kürəsinin coğrafiyasında dörd istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda şərqin ( Gün çıxan səmt ) əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Qərb" "günün batması yeri" kimi başa düşülürdü. Yer kürəsi qərbdən şərqə tərəf förlandığından Günəşin əks istiqamətdə hərəkəti təəssüratı yaranır. Əslində isə Yer kürəsi Günəşin ətrafında fırlanır. Xəritədə qərb tərəfi solda yerləşir. Azərbaycan dilində qərb Coğrafiyada "Q", beynəlxalq işarələmədə "W" ilə işarələnir. 1945-199-cı illərdə Soyuq Müharibə dövründə "Qərb" ifadəsi həmçinin NATO düşərgəsinə aid edilirdi. Hal-hazırda köhnə Avropa mənasında işlədilir. Pravoslav və lüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətləinb.
Qəsr
Qəsr (tikili) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara ) məxsus istehkam tikili. Qəsr (roman) — Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. Qəsr qənd - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi.
Sers
Sers - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Ğeys
𐕘 (səslənməsi /ɣ/, transkripsiyası Ġ, ġ) — Alban əlifbasının 41-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Փէս (Pʿēs) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində "Ġēs" (Ğeys) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Xēs" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə erməni dilində hələ Ղ hərfinin hələ "ğ" səsini ifadə etməməsi göstərilmişdir. Yəni, əlyazmadakı əlifbanın ilkin forması VIII əsrdən öncə hazırlanmalıdır. Erməni tədqiqatçı Aşot Abramyan yanlışlıqla bu hərfin transkripsiyasını "ǯ" kimi təklif etmişdi (o, bunu erməni əlifbasındakı Ջ qrafeminə bənzərliklə izah edirdi). Bu fikrə Georgi Klimov da qoşulmuşdur. Sergey Muravyev də səhvən bu hərfin /p/ səsi ilə izah etməyə çalışmışdır. Bu hərf Azərbaycan və Udi dillərindəki Ğ hərfinin qarşılığıdır.
Geri
Geri (ad)
Dərs
Dərs (film, 2009)
Gilan Qərb
Gilan Qərb — İranın Kirmanşah ostanında şəgər, Gilan Qərb şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,431 nəfər və 4,620 ailədən ibarət idi.
Gəraş şəhristanı
Gəraş şəhristanı — İranın Fars ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Gəraş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39 348 nəfər və 8 734 ailədən ibarət idi.
Gərd (Ermənistan)
Gərd və yaxud Kərd (erm. Կարդ) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd. (Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı.) 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 30 km şimal-qərbdə Gərd çayının sol sahilində, Mahmudlu kəndindən 2,5 km cənubda yerləşir. Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Gərd kəndində yaşayış yoxdur, kənd tərk edilib. == Toponimi == Erməni mənbələrində Garts, Gird, Kart, Karti kimi qeyd edilən kəndin adı fars dilində "lək", "gərdi", "əkilmiş tarla" mənasında işlənən "kərd" sözü əsasında yaranmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Kard (erm. Կարդ) edilib. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Bədəlpaşa dairəsində Kərt Məmiçay, Ter əyalətinin Nalçik dairəsində Kertmen (dağ adı), Zəngəzur qəzasında Gerdözən (çay adı), Qazax rayonunda Gərdindağ, Dağlıq Qarabağda Kert (digər adı Quzumkənd) kənd adı və başqa toponimlərlə mə’naca eynidir.
Henrix Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857[…], Hamburq – 1 yanvar 1894[…], Bonn, Prussiya) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.