Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guioa
Guioa (lat. Guioa) — sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Güzdək
Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Güzdək qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir. == Əhalisi == Əhalisi 2400 nəfərdir. (2008).
Güzik
Güzik (Şepiran)
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. Simptomlar həftələr, hətta aylar sonra özünü göstərə bilər. Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur.
Quqol
Quqol (ing. googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd: 10100= 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000. 1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner öz qardaş uşaqları ildə parkda gəzirdi və onlarla böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı və ədəd hələ adlandırılmamışdı. Uşaqlardan biri, doqquzyaşlı Milton Sirotta bu ədədi, "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kazner Ceyms Nyuman ilə birlikdə "Riyaziyyat və təxəyyül" ("New Names in Mathematics") adlı elmi-kütləvi kitabında bu ədəd qeyd olundu. Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdur Quqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır: 0001 0010 0100 1001 1010 1101 0010 0101 1001 0100 1100 0011 0111 1100 1110 1011 0000 1011 0010 0111 1000 0100 1100 0100 1100 1110 0000 1011 1111 0011 1000 1010 1100 1110 0100 0000 1000 1110 0010 0001 0001 1010 0111 1100 1010 1010 1011 0010 0100 0011 0000 1000 1010 1000 0010 1110 1000 1111 0001 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 00002 Onaltılıq say sistemində quqol ədədi 84 simvoldan ibarətdir. Son 25 rəqəm sıfırdır: 1249 AD25 94C3 7CEB 0B27 84C4 CE0B F38A CE40 8E21 1A7C AAB2 4308 A82E 8F10 0000 0000 0000 0000 0000 000016 Quqol ədədi təxminən 70 ədədinin faktorialı kimi göstərmək olar.
Qurək
Qurək (soqd Wγrk) — Ərəblərin Mavəraünnəhrə yürüşü zamanı Səmərqənd ixşidi. Qurək 710-cu ildə Səmərqəndin ixşidi Tərxunun müsəlmanlarameylli olduğuna görə şəhər əhalisi tərəfindən devrilməsindən taxta çıxır. Əməvi valisi Quteybə bin Müslüm Səmərqəndə yürüş edir, ancaq axırda Qurəki Səmərqənd hakimi kimi tanıyır. Qurək müsəlmanlar və türgiş türkləri ilə müxtəlif ittifaqlar quraraq hakimiyyətdə qalmağa nail olmuşdur. O, 731-ci ildə baş vermiş Keçid döyüşündən bir müddət sonra Səmərqənd şəhərindəki nəzarətini gücləndirir və 737 və ya 738-ci ildə vəfat edənə qədər yarımmüstəqil şəkildə hakimiyyətdə olur. Gibb, Hamilton Aleksandr Rosskin. The Arab Conquests in Central Asia (ingilis). London: The Royal Asiatic Society. 1923. OCLC 499987512.
Qüdsi
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Amsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Sudoku
Sudoku Yaponiyaya aid olan bir oyundur. Yapon dilindən tərcümədə "Saylar tək olmalıdır" mənası verən "Suuji wa dokishin ni kagiru" sözlərin qısaldılmış formasıdır. ABŞ-də "Number Place" yəni "Rəqəm yerləşdirmə" adı ilə bilinir. Bu oyunu oynamaq üçün riyazi məlumatlara ehtiyac yoxdur. Ən geniş yayılmış Sudoku oyunu 9x9 kvadratdan ibarət bir sahədə oynanılır. 9x9-luq sahənin içində 3x3-lük bölgələr olur. Sudoku təqdim edilərkən xanalardan bir neçəsində rəqəmlər yazılır və sizdən boş xanalara uyğun rəqəmləri yazmağınız istənir. Bu oyunda yalnız 1-dən 9-a qədər olan rəqəmlərdən istifadə olunur.
Tudor
Tudor — İsveçrənin Cenevrə şəhərində yerləşən İsveçrə saat şirkətidir. 1926-cı ildə Rolex-in qurucusu Hans Wilsdorf tərəfindən yaradılmış brend Rolex-in törəmə şirkəti olaraq qalır; hər iki şirkət Hans Wilsdorf Fonduna məxsusdur.
Tudon
Tudon (fr. Toudon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,56 km², əhalisi — 262 nəfərdir (2006) artım tendensiyası ilə: 317 nəfər (2012), əhalinin sıxlığı 17,1 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 301 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 317 nəfər.
Elizabet Tüdor
Elizabet Tüdor, Lalə Həsənova və ya Lalə Elizabet Tüdor Hassenberq (26 iyul 1978, Bakı) — yəhudiəsilli azərbaycanlı fantastik əsər yazıçısı və hüquqşünas. == Həyatı == 1978-ci ildə Bakı şəhərində anadan olan Tüdor (və ya Lalə) 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetini, 2013-cü ildə Florida Beynəlxalq Universitetini və 2015-ci ildə Mayami Hüquq Məktəbi Universitetini bitirmişdir. Yazıçı fəaliyyətinə 1994-cü ildə başlamış və özünə yazıçılıq janrı kimi elmi-fantastikanı seçmişdir. O, Beynəlxalq Rusdilli Yazıçılar Federasiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, həmçinin "The New Contemporary" və "Broad Universe" kimi beynəlxalq yazıçılar birliklərinə də üzvdür. 2016-cı ildə Tüdor ABŞ-ın ən qədim və ən geniş peşəkar yazıçılar birliyi olan "Authors Guild"ə üzv olmuşdur. == Yaradıcı fəaliyyəti == Bədii yaradıcılığa uşaq yaşlarından başlayan Tüdor müəyyən müddət ixtisası üzrə vəkillik karyerası qurmağı düşünsə də, 1998-ci ildən o özünü bədii yaradıcılğa həsr edir. Yazıçı bütün əsərlərini rus dilində yazmaqdadır. Onun ədəbi təxəllüsü isə Elizabet Tüdordur. Tüdorun "War of Times" adlı ilk çap əsəri 2001-ci ildə dövriyyəyə buraxılmışdır.
Guido Rokka
Guido Rokka (26 yanvar 1928, Milan – 15 may 1961, Milan) — italyan yazıçısı. == Əsərləri == L'importanza di avere un cavallo (racconto), 1950 (poi Milano, Mursia, 1962) Si spensero i fuochi, Genova, Seit, 1951. (romanzo) La ragazza imprudente, Milano, Corticelli, 1956.
Guioa acuminata
Guioa acuminata (lat. Guioa acuminata) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa asquamosa
Guioa asquamosa (lat. Guioa asquamosa) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa bicolor
Guioa bicolor (lat. Guioa bicolor) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa discolor
Guioa discolor (lat. Guioa discolor) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa grandifoliola
Guioa grandifoliola (lat. Guioa grandifoliola) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa hospita
Guioa hospita (lat. Guioa hospita) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa malukuensis
Guioa malukuensis (lat. Guioa malukuensis) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa melanopoda
Guioa melanopoda (lat. Guioa melanopoda) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa molliuscula
Guioa molliuscula (lat. Guioa molliuscula) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa multijuga
Guioa multijuga (lat. Guioa multijuga) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Guioa myriadenia
Guioa myriadenia (lat. Guioa myriadenia) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.