Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəsmal
Dəsmal, məhrəba və ya xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Damal
Damal — Ərdəhan ilinin Damal ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. == Əhalisi == Əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 2,890 nəfərdir. İnönü də daxil olmaqla 8 məhəllədən ibarətdir. Şəhərdə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Yaş dəsmal
Yaş dəsmal — və ya "Yaş salfet" — kiçik bir tikə nəmləndirilmiş salfet və ya parça. Ümumiyyətlə qatlanmış və fərdi rahatlığı təmin etmək üçün örtülü olur. Yaş dəsmal şəxsi gigiyena və ya ev təmizlənməsi kimi, təmizləmə məqsədləri üçün istifadə olunur.
Dəsmal Muzeyi
Dəsmal Muzeyi (タオル美術館, Taoru Bicutsukan) – Yaponiyanın Ehime prefekturasının İmabari şəhərində yerləşən və dəsmala həsr olunmuş muzey. == Tarixi == İmabari şəhəri dəsmal istehsalına görə Yaponiyanın aparıcı bölgələrindən biridir. Şəhərdə dəsmal istehsalı ilə məşğul olan 200-ə yaxın fabrik yerləşir. Muzey şəhərin dəsmal mədəniyyətini göstərmək məqsədilə 2000-ci ildə açılmışdır. == Xüsusiyyətlər == Dəsmal Muzeyi işləyən fabrik, qalereyalar, kafelər və dükanlardan ibarət bina kompleksində yerləşir. Muzeyin dükanında dəsmallar, dəsmal aksessuarları və regional suvenirlər satılır. Muzey üç bölgədən ibarətdir: əsas muzey bölgəsi, əyləncə bölgəsi və bağ bölgəsi. Beşmərtəbəli muzey binası Avropa üslubunda tikilmişdir. Muzeyin əsas sərgi zalında mürəkkəb dizaynlı dəsmallar və dəsmal istehsalını nümayiş etdirən maşınlar nümayiş etdirilir. Burada dəsmallardan ibarət kreativ və rəngli instalyasiyalar yerləşir.
Aşağı daşma
Aşağı daşma (ing. underflow) – sürüşkən nöqtə ilə əməliyyat zamanı yaranan xətalardan biri nəzərdə tutulur. Belə ki, nəticə o qədər kiçik ola bilir ki, kompüterin mövcud mərtəbə şəbəkəsində onu təqdim etmək mümkün olmur. Məsələn, birqat dəqiqlikli hesabda (ən kiçik ədədi 1.210–38 olan) 10−20•10−30 = 10−50 əməli mərtəbənin itməsinə səbəb olur. Belə əməlin nəticəsini 0 hesab etmək olar, ancaq bu arzuolunmaz hallar, məsələn, sıfra bölmə ilə nəticələnə bilər. Köklənmədən asılı olaraq sistem belə halda ya xəta haqqında məlumat verə bilər, ya da aşağı daşmaya məhəl qoymadan nəticə olaraq 0 qaytara bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Daşma payı
Daşma payı (Bleed) – çapda vərəqin kəsiləcəyi yerin kənarından kənara çıxan çapdır. Başqa sözlə, daşma payı kəsiləcək sahədir.
Damal ilçəsi
Damal — Ərdəhan ilinin bir ilçəsidir. Rayon mərkəzində və ona bağlı bütün kəndlərdə Ələvi məzhəbli Müsəlman Dədəli türkmənləri yaşayır. Hər il iyunun 15-dən iyulun 15-nə kimi saat 18.00-dən başlayaraq Qaradağ silsiləsində təxminən 20 dəqiqə Atatürkün bu silueti aydın görünür. Bu tarixlərdə Ərdahanda Atatürkün İzində və Kölgələsində Damal Musiqi Festivalları keçirilir . 2001-ci ildə Yaponiyada keçirilən ən yaxşı yerli geyim yarışmasında ilk olaraq Damal Xalq Maarif Müdirliyinin usta təlimatçıları tərəfindən hazırlanan, ilçənin adı ilə eyniləşdirilən Damal Türkmən Kuklası seçildi.
Dərəköy (Damal)
Dərəköy — Türkiyənin Ərdəhan ilinin Damal ilçəsində kənddir. Əhalisi 157 nəfərdir (2021). Kənddə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Otaqlı (Damal)
Otaqlı — Türkiyənin Ərdəhan ilinin Damal ilçəsində kənddir. Əhalisi 384 nəfərdir (2021). Kənddə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Əkizdərə (Damal)
Əskiqılınc — Türkiyənin Ərdəhan ilinin Damal ilçəsində kənddir. Əhalisi 104 nəfərdir (2021). Kənddə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Ana-Yulia Daskal
Ana-Yulia Daskal (12 sentyabr 2002, Kluj-Napoka) — Rumıniyalı üzgüçü. Ana-Yulia Daskal Rumıniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ana-Yulia Daskal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.72 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Dəsmal aldı, qaç
Dəsmal aldı, qaç - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Bu oyun əsasən iki variantda oynayırlar. Birinci üsul. Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında gizlincə yerə qoyur. Başçı uşaqlardan soruşur: - Dəsmal kimin arxasındadır? Uşaq dəsmalın öz arxasında qoyulduğunu bilməsə onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla bilsə onu azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalı olur. Özünü möhkəm müdafiə edib ortaya çıxmayan qalib gəlir..
Basqal
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Dammam
Dammam (ərəb. الدمام‎‎) — Səudiyyə Ərəbistanının üçüncü böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 2,5 milyon nəfər (2009).Səudiyyə Ərəbistanın Şərqi Vilayətinin paytaxtı.
Dastan
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Daşqala
Daşqala — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «qaya, dağ» mənasında işlənən daş sözü ilə «möhkəm müdafiə tikilisi, istehkam» mənasında işlənən qala sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Karaberd (Daşqala) qoyulmuşdur.
Dəsmalı
Dəsmalı — Azərbaycanın milli rəqsi. Rəqs 1932-ci ildə Naxçıvanda Tarzən Nəsir Nəsirov tərəfindən yaradılan rəqs melodiyasıdır. Son dərəcə oynaq, şən, coşğun tempdə gedən rəqsdir. Rəqsi, əsasən qızlar ifa edirlər. Naxçıvanda onu hərdən bir oğlanlar da oynayırlar. "Dəsmalı" rəqsi vaxtilə respublikada, xüsusən Bakıda geniş yayılmışdır.
Pascal
Paskal dili – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
Tasmalı
Tasmalı (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı (Türkman) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Türkman dehestanında kənd.
Xammal
Xammal — ekosistemdə təbii şəraitdə yaranan və insan tərəfindən ilkin formada istifadəyə götürülən əmtəə. İnsanın və canlı təbiətin maddi və mədəni təlabatının ödənilməsi prosesində istifadə edilən təbiətin komponentlər toplusu. Xammal təbiətdə gedən proseslərin fiziki nəticəsidir. Bir sıra xammalları çıxmaq şərti ilə bir çoxu məhdud həcmdədir və təkrar istehsalı yolu elm tərəfindən tapılmayıb. Xammalların bir hissəsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır, bir hissəsi isə insan təlabatını ödəmək üçün istifadə edilir. Сырьевые резервы землян. Имеется ли возможность покинуть Солнечную систему в настоящее время?
Yasamal
Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır. Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir. Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır. Rayon əhalisinin sayı 245 900 nəfərdir.
Daamat
Daamat (geez ደዐመተ, DʿMT; nəzəri olaraq ዳዓማት, yəni Daamat və ya ዳዕማት, yəni Daəmat kimi tələffüz olunur) — e.ə. X–V əsrlərdə Eritreya və şimali Efiopiyada mövcud olmuş çarlıq. Bu dövlət haqqında az sayda yazı sağ qalmışdır və çox az arxeoloji iş aparılmışdır. Nəticədə, Daamatın Aksum krallığının erkən mərhələlərindən əvvəl bir sivilizasiya olaraq sona çatması, Aksum dövlətinə çevrilməsi və ya təxminən 150-ci ildə Aksum krallığında birləşən kiçik dövlətlərdən biri olması məlum deyil.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov — pedaqoji elmləri doktoru, professor. Camal Paşa — Türkiyə dövlət və hərbi xadimi. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar. Camal Feyziyev — Azərbaycanı təmsil edən güləşçi.
Damad
Mir Damad (1561, Qorqan – 1631) — İran filosofu, ilahiyyatçısı, avitsinenin neoplatonik İslam peripatetik fəlsəfəsinin nümayəndəsi. O, həmçinin İslam elmləri sahəsində alim və baş xadimi olmuşdur. Metavemik yaranma nəzəriyyəsinin müəllifidir. O, İsfahan məktəbinin əsas qurucularından biri idi. == Həyatı == Onun İslam fəlsəfəsinə əsas töhfəsi zamanın dərəcələrinə və zamanın ayrı-ayrı kateqoriyalarının ilahi təcəssüm kimi emanasiyasına dair yeni ifadəsidir. O, Avicenna və Suhravardi kateqoriyalarına əsaslanan bir izahat kimi xudus-e-dahri ("əbədi gələn") anlayışını təklif edərək, vaxt ərzində dünyanın yaradılması və ya yaradılmamasına dair mübahisəni həll etdi, Bir sözlə, o, yer və bütün göy cisimləri də daxil olmaqla, Allah istisna olmaqla, hər şeyin əbədi və müvəqqəti mənşəli olduğunu iddia etdi.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.