Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dehqani
Dehqani — XIII əsr Anadolu şairi. == Həyatı == == Yaradıcılığı == *** Əcəb bu dərdimin dərmanı yoxmu? Ya bu səbir etməyin oranı yoxmu? Yanaram mumlayın başdan ayağa Nədir bu yanmağın payanı yoxmu? Gülər düşmən mənim ağlamağıma Əcəb, şol kafirin imanı yoxmu? Dəlibdir ciyərimi qəmzən oxu Ara, ürəkdə gər peykanı yoxmu? Su kimi qanımı torpağa qardın Nə sanırsan qəribin qanı yoxmu? Cəmali-hüsnünə məğrur olursan Kəmali-hüsnünün nöqsanı yoxmu? Bəyim, Dehqaniyə ölməzdən öncə Tapuna irməyin imkanı yoxmu?
Dekalin
Dekalin, dekahidronaftalin, perhidronaftalin, bitsiklo-[4.4.0]-dekan, C10H18 — alitsiklik karbohidrogendi; rəngsiz, güclü iyə malik mayedir.. == Xassələri == Dekalin suda həll olmur, sirkə turşusunda müəyyən dərəcədə həll olur, dietil efirində və xloroformada tam həll olur. == Sis-trans-izomerləşmə == == Alınması == Sənayedə dekalin izomerlərin qarışığı olaraq alınır (adətən 60% cis-dekalin və 40% trans-dekalin) katalitik hidrogenləşmə naftalin : == Tətbiqi == Dekalin bir çox üzvi birləşmələrin və polimerlərin yaxşı həlledici maddəsidir. == Mənbə == Кнунянц И. Л. и др.
Mehmanın qamışlığı
Mehmanın qamışlığı-Ağcabədi rayonunda, rayon mərkəzindən 20 km cənub-şərqdə, Ağgöl qoruğunun yaxınlığında qeydə alınmış coğrafi adlardan biridir. == Toponimikası == Qamış-taxıllar fəsiləsindən çoxillik bitki cinsidirː hündürboylu hidrofil otdur. Gövdəsi boş və arakəsməlidir. Hündürlüyü 4-5 bəzən 9 metrə çatır. İsti yerdə və il ərzində bir neçə dəfə su basan yerdə bitən qamış Azərbaycanın 72 min hektar sahədə yayılmışdır. Qamışdan çəpər çəkmək, arakəsmələr hazırlamaq, damların üstünü örtmək üçün istifadə edilir. Odunlaşmış qamış kağız, qatran, sirkə turşusu, metil spirti və s.istehsal etmək üçün qiymətli xammaldır. Toponimin tərkibindəki Mehman sözü şəxs adıdır. Toponim "Mehmana məxsus olan qamışlıq" mənasındadır.
Səhranın nəfəsi
"Səhranın nəfəsi" (ing. Desert Breath) — Rəssamlar Danaya ilə Aleksandra Stratou və Stella Konstantinidesin iki il ərzində qum konuslardan yaratdıqları əsər. Kosmosdan görünür. 100 min kvadrat metr ərazini əhatə edir. Əsər üzərində iş 1997-ci ilin mart ayının 7-də başa çatıb.
Səhranın əli
Səhranın əli (isp. Mano del desierto) — Antofaqasta bölgəsində (Çili) Pan-Amerika magistralının 5-ci şossesindən 400 metr məsafədə, Atakama səhrasında heykəldir. Heykəl insanın sol ovcunun sanki torpaqdan çıxmış vəziyyətini əks etdirir. Heykəlin hündürlüyü 11 metrdir. Müəllifi çilili Mario İrarrasabaldır. Müəllifin fikrində onun əsəri insan haqsızlığını, tənhalığını, dərd və əzabını və belə nəzərə çarpan ölçüdə olası — acizliyi və köməksizliyi ifadə etməlidir. Tikinti materialı polad karkasüzərində betondur. Açılış 1992-ci il martın 28-də baş tutmuşdur. Heykəl çəkilişlər üçün məşhur yerdir və bir çox reklam roliklərində və musiqi kliplərində çəkilib. "Əl" tez-tez qraffiti ilə boyanır, buna görə də səlahiyyətlilər onu müntəzəm olaraq təmizləyirlər, xüsusən də 2013-cü ildə Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Antofaqastanın səlahiyyətliləri və ölkənin Turizm Nazirliyi 20 könüllünün köməyi ilə onun təmizlənməsini təşkil etdilər.
Tehranın tarixi
Tehranın tarixi — Sonradan İranın ən böyük şəhəri olan Tehranın yaranması ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Bu azmış kimi, iranlı alimlərin arasında şəhərin yaranması ilə bağlı yekdil fikir də yoxdur. Bəziləri, xüsusilə Nəsir Nəcmi, düşünür ki Tehran yazılı qaynaqlarda e.ə X əsrdən başlayaraq təsvir edilir. Başqaları, məsələn Əbdülhüseyn Səidian, hesab edir ki, bu b.e. XII əsrində baş verib. Çox guman ki, bunun səbəbi Tehranın ilk əvvəl şəhər kimi deyil, Reyin şimalında, bu şəhərin bağ istirahəti üçün kənd kimi yaranmasındadır. Lakin yaranmasının ilk çağlarından Tehran adi yaşayış məntəqəsi deyildi. İranlı salnaməçi Məhəmməd Qəzvini onu belə təsvir edir: "Tehran əhalisinin evləri yerin altında tikilib və qarışqa yuvalarına oxşayır. Hər dəfə düşmən hucum edəndə tehranlılar yerin altındakı evlərində gizlənirlər. Hətta əgər düşmən kəndi bir neçə gün deyil, bir neçə ay belə mühasirədə saxlasa, o yenə də onu zəbt edə bilmir və mühasirəni qaldıraraq çıxıb gedir." Mağaralarda sərin bulaqlar və əhalisi tərəfindən əvvəlcədən xüsusi ilə hazırlanmış ərzaq təminatı var idi.
Yəhyanın İncili
Yəhyanın İncili və ya Yəhyanın nəql etdiyi Müjdə — Əhdi-Cədidin ilk dörd hissəsini əmələ gətirən kanonik incillərdən sonuncusudur. Balıqçılıqla məşğul olan, İsanın on iki həvarisindən ən gənci olan Həvari Yəhya tərəfindən yazılmışdır. İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Behruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Bəhruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Sehkani (Üşnəviyyə)
Sehkani (fars. سه كاني‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 663 nəfər yaşayır (143 ailə).
Əşrəf Dehqani
Əşrəf Dehqani — İran inqilabçısı, partizan, həm şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının qurucusu və rəhbəri. Əşrəf Dehqani 1949-cu ildə fəhlə ailəsində anadan olub. O doğulanda atası savadsız bir mirab (suçu, əkin ərazilərini suvaran) idi. Buna qədər isə atası fərqli sahələrdə özünü sınamışdı, su quyuları qazıb, mağazada işləyib, tikintidə fəhləlik edib. Lakin bütün bu işlərdə əldə etdiyi qazanc ona 8 nəfərlik ailəsini saxlamaq üçün bəs etmirdi. Savadsız olmağına baxamayaraq siyasi şüura malik biri olub. 1945–1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin üzvlərindən olmuşdur. Qəddar şah rejimi Azərbaycana soxulub firqəni dağıtdıqdan sonra kütləvi qətllərə başlayanda isə firqə tərəfdarlarını öz evində gizləmiş onlara sığınacaq etmişdir. Lakin atası xəstə düşür və yataq xəstəsi olur məhz buna görə də evin yükü ailənin digər üzvlərinin üzərinə düşür.
İlahiyyatçı Yəhyanın Vəhyi
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).
Səhranın ağ günəşi
"Səhranın ağ günəşi" — 1969-cu ildə Vladimir Motılın rejissorluğu ilə çəkilmiş Şərq janrında olan Sovet bədii filmidir. Film vətəndaş müharibəsi zamanı Qırmızı Ordu əsgəri Fyodor İvanoviç Suxovun qadınları quldur Abdullanın hərəmindən xilas etməsi zamanı başına gələn hadisələrdən bəhs edir. Film Rüstəm İbrahimbəyov və Valentin Yejovun ssenarisi əsasında "Mosfilm" və "Lenfilm" kinostudiyalarının istehsalat bazasında çəkilmişdir. Hadisələr Xəzər dənizinin şərq sahillərində, 1920-ci illərin əvvələrində cərəyan edir. Suxov Fyodor İvanoviç evinə qayıdır. Yolda əzablı ölümə məhkum edilmiş Səid adlı yerli sakini başına qədər quma basdırılmış vəziyyətdə aşkarlayır. Səidi xilas edən Suxov, ardınca Abdulla və onun quldur dəstəsini təqib edən Qızıl ordu komandiri Rəhimovla rastlaşır. Abdul qəsrdən qaçsa da, həyat yoldaşlarını özüylə aparmayıb. Zövcələrini özüylə apara bilmədiyinə görə onları öldürmək qərarına gəlib. Rəhimov qadınların günahsız yerə ölməməsi üçün onların mühafizəsini Suxova həvalə edir… "Şərq, qəliz məsələdir" (Восток — дело тонкое); Şərqdən danışarkən istifadə olunur.
Zəkanın rəmzləri (Tisian)
Zəkanın rəmzləri — İtaliyalı məşhur rəssam Tisian tərəfindən 1565-1570-ci illərdə kətan üzərində yağlı boya ilə çəkilmiş alleqorik rəsm əsəri. Əsər Londonda, Milli Qalereyada saxlanılır. Əsərdə üç müxtəlif heyvan (canavar, şir və it) başı üzərində üç istiqamətdə baxan insan başları təsvir edilmişdir. Üç insan başı Sfinksin məşhur müəmması kimi, insanın üç yaş dövrünün (gənclik, yetkinlik və qocalıq) rəmzləri kimi təsvir edilmişdir. Əsərdə təsvir edilən insanlardan birinin rəssamın oğlu Orazio, digərinin Tisianla birgə çalışan gənc xalası oğlu Marko Veçellio, üçüncünün isə rəssamın özü olduğu güman edilir. Tisian 1567-ci ildə də avtoportretini çəkmişdi və həmin əsərlə "Zəkanın rəmzləri" müqayisə edilir. Digər üzlər də həmçinin Tisianın həmdövr əsərlərindəki başqa simalarla müqayisə edilir. Bu əsər Tisianın şüarı olan yeganə əsəridir: "EX PRAETERITO/PRAESENS PRUDENTER AGIT/NE FUTURA ACTIONẼ DETURPET" – Keçmiş təcrübədir, gələcəyinin qənaətbəxş olması üçün bu gün ehtiyatlı ol!
Praktik zəkanın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Xalis zəkanın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Sabit Rəhmanın Ev-Muzeyi
Sabit Rəhmanın Ev-Muzeyi — doğulduğu, boya-başa çatdığı ata mülkündə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri, 7 sentyabr 2000-ci il, № 163-li Qərarına əsasən Şəki şəhərində Sabit Rəhmanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi qəbul edilib. Bina Sabit Rəhmanın atası Rəhman Əfəndi XIX əsrin əvvəllərində 26 mart 1910-cu ildə inşa edilmişdir. Sabit Rəhman burada anadan olub.XX əsrin əvvəllərində əksər binalar və hasarlar çiy kərpicdən tikilirdi. Rəhman Əfəndi isə binanı daşdan tikdirib, sonra məhəllədə ilk daş hasar da çəkdirib. Elə bu səbəbdən də bu nəsil "Daşagirənlər" adlanırdı. Sabit Rəhmanın doğulduğu ev 2001-ci ildən muzey kimi fəaliyyət göstərir. Muzeydə 541 eksponant nümayiş etdirilir. Sabit Rəhmanın ömür yolunun Şəki və Bakı dövrləri ,ədəbi fəaliyyəti maraqlı eksponatlar vasitəsilə tamaşaçıya çatdırılır. Azərbaycanın böyük bəstəkarı Emin Sabitoğlu Sabit Rəhmanın oğludur.
Məkanın melodiyası (film, 2004)
80 yaşlı violençelist — Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna(Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla rastlaşdığı bu film qəhrəmanın uzun ömrünün cəmi iki gününü göstərsə də, əslində onun bütün həyatını əhatə edir. Filmdə söhbət idealların məhv olmasından gedir. Və idealların məhv olması fonunda insanların arasında olan münasibətlərin dəyişməsi, eləcə də onların psixoloji məqamları diqqət mərkəzindədir.
Zamanın və məkanın fəlsəfəsi
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur. COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. == Tarix == Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.