DEHQAN

is. [ fars. ] köhn. Kəndli, əkinçi, rəncbər.
Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. M.F.Axundzadə.
Böylə həyat içrə yüzdən çox yaşar; Zəhmətkeş dehqanı bizim dağların. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DEHQAN dehqan bax kəndli
  • DEHQAN əkinçi — kəndli

Etimologiya

  • DEHQAN Deh sözünün cəm forması (deh-at) göstərir ki, kök ərəbcədir, “kənd” de­məkdir, -qan hissəsi fars mənşəlidir
DEHADE
DEHQANLIQ

Digər lüğətlərdə