Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kubanit
Kubanit — mineral, CuFe2S3 == Haqqında == Kubanit — rombik. Habitus uzunsov, qalın lövhəvari. Ayrılması {001} və {110} üzrə. İkiləşmə {110} və {130} üzrə dördlüklər və altılıqlar. Aqreqatı dənəvər. Rəngi bürüncü-sarı. Parıltısı metallik. Sərtliyi 3,5–4. Xüsusi çəkisi 4,16. Pirrotin və xalkopirit ilə Cu-Ni sulfid yataqlarında, kolçedan filizlərində, bəzən polimetallik damar yataqlarında rast gəlinir.
Mübaşir
Mübaşir — İranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili. Mübaşirlər Osmanlı imperiyasında və Türkiyə dövlətində hüquqi vəzifə yerinə yetirirdilər.
Subaşı
Subaşı və ya sübaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Türk dilində "sü" sözünün mənası əsgər, ordu deməkdir. Orxon kitabələrində "sü begi" formasında işlədilmişdir. Qaraxanlılar orduya rəhbərlik etmək və ordunu idarə etmək üçün "sü başlamaq" ifadəsindən istifadə edirdilər. Qutadqu Bilikdə "sübaşlar er", "sübaşçısı" və "sübaşlar adamı" kimi işlədilmişdir. Qaraxanlılar, Qəznəvilər, Böyük Səlcuqlar, Anadolu Səlcuqları və Osmanlı imperiyası dövründə ərəb və fars dillərində müvafiq olaraq "sahibü'l ceyş" və "sipehsalar" kimi işlənən sözlərdən, eyni zamanda da türk dilindəki "subaşı" sözündən istifadə edilmişdir.Səlcuq bəyin titulu da subaşı olmuşdur. Subaşı və buna oxşar sözlərin işlədildiyi bütün türk dövlətlərində, bu mövqe dövlətin adət-ənənələrinə və şərtlərinə görə dəyişsə də, subaşı olmaq təbii olaraq son dərəcə vacib bir vəzifə hesab edilirdi. Subaşı vəzifəsinə təyin olunacaq şəxslərdə təbii olaraq bir sıra xüsusi xüsusiyyətlərin olması vacib hesab edilirdi. Bunlar arasında hərbi məsələlərdə, xüsusilə də hərbi taktikalarda təcrübəli olmaq, cəsarətli, cəsur, səxavətli, ləyaqətli, təvazökar, özünəməxsus siyasi və strateji baxışların olması, adət-ənənələrə sadiqlik, qələm və silahdan istifadə də bacarıqlı olmaq, elm və hikmət sahibi olmaq kimi geniş xüsusiyyətlər nəzərdə tutulurdu. Osmanlı imperiyasının birinci dövrlərində subaşı olmaq şəhərin mühafizə qüvvələrinin komandanı olaraq, qazı və dizdarın təyin edilməsi ilə bərabər bir şəhərin ələ keçirilməsinin rəsmiləşdirilməsi kimi qəbul edilirdi.
Dasit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb. Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. == Tapılması == Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. == Mineraloji tərkib == Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur. Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir.
Branimir Subaşiç
Branimir Subaşiç (serbcə: Branimir Subašić; d. 7 aprel 1982, Belqrad) — serb əsilli Azərbaycan futbolçusu, Türkiyənin Manisaspor və Azərbaycan milli futbol komandasının hücumçusu. == Həyatı == Branimir Subaşiç 7 aprel 1982-ci ildə Belqradda dünyaya gəlib. 1.80 metr boyu olan forvard karyerasına vətənində — "Zeleznik"də başlayıb. 1998–2000-ci illərdə bu klubun əsas komandasında 10 oyuna çıxıb. 2002-ci ildə "Sremcika"ya icarəyə verilib. "Bane" ləqəbli futbolçu bu komandada 6 oyunda 2 qol vurub. 2002/2003 mövsümündə Belçikanın "KV Oostende" klubunda 14 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib. 2003-cü ildə Fransaya yollanan Branimir "Beauvais Oise"lə anlaşıb. Bu komandada 5 oyuna 1 qol vurduqdan sonra Ukraynaya üz tutub.
İvan Dubasov
1922-ci ildə dərc olunmuş həmin elanda Oktyabr inqilabının beşinci ildönümü münasibətilə poçt markalarının eskizlərinin hazırlanması ilə bağlı müsabiqə elan edilib. Dubasov bu müsabiqədə iştirak etməyə qərar verib. Hazırladığı eskizləri Moskvaya göndərdikdən bir ay sonra o, paytaxta dəvət olunub və onu qalib elan ediblər. Dubasovun bu uğuru təkcə mükafat almaqla bitməyib, ona həm də, Moskvada iş təklif ediblər. İvan Dubasov 1897-ci ildə Moskva vilayətinin Odintsovo rayonunda anadan olub. Atası maliyyə kontorunda müfəttiş köməkçisi işləsə də, boş vaxtlarında karikaturlar çəkərək redaksiyalara göndərib və müqabilində qonorar alıb. Atasının bu talantı oğluna da keçib. İvan Dubasov uşaqlıq illərindən vaxtının əsas hissəsini rəsm çəkməyə sərf edib. Orta təhsilini başa vurduqdan sonra Moskva Dövlət Bədii Sənaye Akademiyasında ali təhsil alıb. Akademiyanı əla dərəcəli diplomla bitirdikdən sonra o, Sibir gimnaziyalarının biri ilə əlaqə yaradaraq, həmin təhsil ocağında rəsm və rəsmxət fənlərinin tədris edəcəyi ilə bağlı razılığa gəlib.
Bakı Duması
Bakı Şəhər Duması — Bakı Şəhər Bələdiyyə İdarəsinin sərəncamverici orqanı. == Tarix == Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv seçilmişdir. Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər. Seçki hüququnun məhdudluğu nəticəsində duma seçkilərində əhalinin ancaq 2–3%-i iştirak edə bilirdi. Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. 1892-ci il qanunun 44-cü maddəsinə görə, Bakı Şəhər Duması üzvlərinin ən çox 1/3-i müsəlmanlardan seçilməli idi.
Heydər dühası
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Subaşı (Altınova)
Subaşı — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı bəldə. Əhalisi 8,281 nəfərdir (2022). Kəndin adı Osmanlı bürokratiyasında bir titulu olan subaşına aiddir. Şəhərin sakinləri əsasən 1935-ci ildə Rumıniyanın Dobruca və Dəliorman bölgəsini tərk etmiş türk, tatar və qaqauz köçkünlərdir. Qəsəbə 1992-ci ildə qəsəbənin mərkəzi elan edilmişdir. 1999-cu ildəİzmitdə baş verən 7,6 bal gücündə zəlzələdə əziyyət çəkmişdir.
Subaşı (dəqiqləşdirmə)
Subaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Subaşı (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı bəldə.
Dataşit (məlumat vərəqi)
Texniki spesifikasiya, məlumat kartı, məlumat vərəqi (ing. datasheet) — məhsulun, materialın, komponentin (məsələn, elektron) və ya alt sistemin texniki xüsusiyyətlərini özündə birləşdirən və layihə mühəndisi tərəfindən istifadə üçün nəzərdə tutulmuş sənəd. İstehsalçı şirkət tərəfindən yaradılır. Xüsusi xüsusiyyətlərin siyahıları verilir. Mənbə kodu varsa, o, sənədin sonunda və ya ayrıca faylda yerləşir.
Basit Rüstəmov
Dəniz duası
Dəniz duası — Xalid Hüseyninin 2018-ci ildə nəşr olunan kitabı. == Məzmun == Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir. Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq.
Təvəssül duası
Təvəssül duası — Təvəssül bir neçə duanın adıdır. Amma bir dua bu adla daha məşhurdur. Bu Biharul-Ənvarda nəql olunan "Təvəssül"dür. Əllamə Məclisi bu dua haqqında buyurur: "Bu duanı səhabələrimizdən birinin müəllifi olduğu köhnə nüsxələrdən birində tapdım. O kitabda bu dua haqqında belə yazılmışdır: "Bu duanı Muhəmməd bin Babeveyh imamlardan nəql etmişdir. Mən bu duanı hər nə üçün oxudumsa elə həmin an duam müstəcəb oldu". "Təvəssül" duası bir neçə duanı bildirir: 1. Məşhur təvəssül duası "اللَّهُمَّ إِنِّی أَسْأَلُک وَ أَتَوَجَّهُ إِلَیک بِنَبِیک نَبِی الرَّحْمَةِ…"cümləsi ilə başlayan 2. Kəfəminin "Bələdul-əmin" kitabında Fərəc duası adı altında bir dua nəql olunmuşdur və onun içində Təvəssül duası da zikr olunmuşdur. 3.
Bakı Şəhər Duması
Bakı Şəhər Duması — Bakı Şəhər Bələdiyyə İdarəsinin sərəncamverici orqanı. == Tarix == Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv seçilmişdir. Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər. Seçki hüququnun məhdudluğu nəticəsində duma seçkilərində əhalinin ancaq 2–3%-i iştirak edə bilirdi. Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. 1892-ci il qanunun 44-cü maddəsinə görə, Bakı Şəhər Duması üzvlərinin ən çox 1/3-i müsəlmanlardan seçilməli idi.
Gəncə Şəhər Duması
Gəncə Şəhər Duması — 1892-ci ildə yaradılan Gəncə şəhərinin yerli idarə oqranı. == Haqqında == === 1892–1917-ci illərdə === 1892-ci ildə Gəncədə yerli idarə oqranı olan Şəhər Duması yaradıldı. Gəncə qubernatorunun göstərişi ilə duma üzvlərinin siyahısı hələ 1896-cı il martın 6-da elan edilmişdi. Mart ayının 8-də Gəncə Şəhər Duması deputatlarının təntənəli surətdə 1. iclası açıldı və iclasda şəhər özünüidarəsinin ştat vahidləri təsdiq edildi, onların vəzifələri müəyyənləşdirildi. Gəncə şəhər Duması vergi və ödənclərin toplanılması, bazarın açılması, şəhərin sanitariyasına nəzarət, yanğına qarşı mübarizə, bəzi mədəni–kütləvi tədbirlər və s. məsələlərlə məşğul olmalı idi. Dumanın 1900-cü il 20 mart tarixli iclasının qərarı ilə Gəncə qubernatoru, Qafqaz canişininin qarşısında şəhərin baş planına əsasən bəzi küçələrin və məhəllələrin genişləndirilməsi və abadlaşdırılması məsəlsini qoydu. Qafqaz canişini Gəncə şəhər Duması deputatlarının tələbini yerinə yetirməyə məcbur oldu və işin icrasına göstəriş verdi. Gəncə Şəhər Dumasının 60 üzvündən 7 nəfərini Rəfibəylilər təşkil edirdi.
Yaqub Şevki Subaşı
Yaqub Şevki Subaşı (türk. Yakup Şevki Subaşı; 1876, Elazığ – 20 dekabr 1939, İstanbul) — Osmanlı və Türkiyə hərbçisi. Balkan müharibələri, Birinci dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 4 fevral 1913-cü il tarixində Çatalca Ordusu Artilleriya Komandanlığı baş qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə olarkən Balkan müharibəsində iştirak etmişdir. 31 avqust 1915-ci ildə Mustafa Kamal Paşanın yerinə 19-cu diviziya komandanı vəzifəsinə təyin olunmuşdur. 15 oktyabr 1915-ci ildə 3-cü Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 21 oktyabr 1915-ci il tarixində 15-ci Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 5 oktyabr 1916-cı ildə Qalisiyada 15-ci Ordu Korpusu komandanı vəzifəsində xidmət edərkən Mirliva rütbəsinə yüksəlmiş və "Paşa" adı almışdır. 18 noyabr 1916-cı ildə 14-cü Ordu Korpusu komandanı, 10 avqust 1917-ci ildə yenidən təşkil olunan 3-cü Ordunun tabeçiliyi altında olan 2-ci Qafqaz Ordu Korpusu komandanı vəzifəsinə təyin olundu.
Ələvi Misri duası
Rusiya Federasiyası Dövlət Duması
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması (rus. Государственная Дума Федерального Собрания Российской Федерации) — Rusiya Federasiyasının parlamenti Federal məclisinin aşağı palatası.
Rusiya İmperiyası Dövlət Duması
Rusiya İmperiyasının Dövlət Duması — Rusiya imperiyasının parlamenti 11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. 31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi. 20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı 1907 — Çar Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi.
Rusiya İmperiyasının Dövlət Duması
Rusiya İmperiyasının Dövlət Duması — Rusiya imperiyasının parlamenti 11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. 31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi. 20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı 1907 — Çar Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi.
Rusiya imperiyası III Dövlət Duması
II Dumanın buraxılmasından sonra III Dumaya seçkilər haqqında qanun verildi. Bu qanun Rusiya ucqarlarının Dumaya nümayəndələr göndərmək hüququnu xeyli məhdudlaşdırdı. Belə ki, əgər Bakı, Yelizavetpol və İrəvan quberniyalarının hər birinin əvvəlki Dumada 3 nümayəndəsi var idisə, indi bütün quberniyalar birlikdə ancaq iki nümayəndə seçə bilərdi, Tiflis quberniyası isə əvvəlki 4 deputat əvəzinə bir nümayəndəyə malik idi. Bütövlükdə isə Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməsi nəzərdə tutulurdu. Məhdudiyyətlər cəmiyyətdə narahatlığa səbəb oldu. "Kaspi" qəzeti yazırdı: "Elə eləmək lazımdır ki, Dumaya gedəcək on deputat əvvəlki 28 nəfərə bərabər olsun..." 1907-ci il iyunun 3-də Dövlət Dumasına seçkilər haqqında təsdiq edilmiş "Əsasnamə"nin 25-ci maddəsində göstərilirdi ki, Bakı, Yelizavetpol və İrəvan quberniyaları üçün ümumi olacaq seçki məclisində seçkilərin keçirilməsinə nəzarət Yelizavetpol qubernatoruna həvalə edilir, seçki məclisi isə Yelizavetpol şəhərində çağırılır. Seçkilər nəticəsində yuxarıda sadalanan quberniyaların müsəlman əhalisindən III Dövlət Dumasına seçilən deputat Xəlil bəy Xasməmmədov oldu. III Dövlət Duması 1907-ci il noyabrın 1-də açıldı. Onun bütün rəhbərliyi oktyabristlərdən ibarət idi. N.A.Xomyakov sədr seçildi, sonralar bu vəzifədə növbə ilə A.İ.Quçkov və M.V.Rodzyanko oldular.
Rusiya imperiyası II Dövlət Duması
Rusiya imperiyası II Dövlət Duması — 1907-ci il 20 fevraldan 2 iyuna qədər fəaliyyət göstərmişdir. Çar hökuməti I Dövlət Dumasını qovaraq II Dumaya seçkilər elan etdi. Seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Seckilərdən bir qədər əvvəl "Partiyasız Müsəlman Bloku" meydana çıxdı. Bu blok əhali içərisində izahat işi apararaq onu Dumaya "müsəlmanların mənafelərinin müdafiəçilərini" seçməyə istiqamətləndirirdi. Bakı bolşevikləri sol blok yaratmağa cəhd göstərirdilər. 1906-cı il noyabrın ortalarında RSDFP Bakı təşkilatı, "Hümmət" və Erməni sosial-demokrat təşkilatının ("Spesifiklər") Bakı Komitəsi arasında saziş bağlandı. Bu təşkilatların nümayəndələrindən birləşmiş sosial-demokrat seçki komissiyası təşkil olundu. Bu komissiyanın nəşr edib yaydığı bir sıra müraciətlərində seçki kampaniyasında məqsəd və vəzifələri, bolşeviklərin taktiki xətti, kütlələr qarşısında duran vəzifələrin həllində dumanın gücsüzlüyü izah olunurdu. Bu bloka qarşı meydana çıxan "Torpaq və azadlıq"da eserlərin, daşnakların və "mütərəqqi" istiqamətli bəzi partiyasız burjua nümayəndələrinin mənafeləri üst-üstə düşürdü.
Rusiya imperiyası IV Dövlət Duması
IV Dövlət Duması 1912-ci ildə noyabrın 15-dən çağırıldı. Azərbaycanda seçkiqabağı kampaniya genişlənir, deputatlığa namizədlərə tapşırıqlar verilirdi. IV Dövlət Dumasına seçkilər 1912-ci ilin sentyabr və oktyabrında keçirildi. III Dumaya seçkilərdə olduğu kimi, kuriyalar üzrə seçilmiş seçicilər öz içərilərindən iki deputat (quberniyaların müsəlman və erməni əhalisinin hər birindən bir deputat) seçdilər. 1912-ci il oktyabrın 20-də Məmməd Yusif Cəfərov və M.İ.Papacanov IV Dövlət dumasının deputatı oldular. Rus əhalisinin Tiflisdə seçilmiş deputatı L.İ.Skobelev kimi onların da hər ikisi Bakı şəhərində yaşayırdı. Bakı şəhərinin sakini Məmməd Yusif Cəfərovun 27 yaşı var idi. Bakı Aleksandr gimnaziyasını, 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi, andlı vəkilin köməkçisi işləyirdi. IV Dövlət Duması 1912-ci il noyabrın 15-də fəaliyyətə başladı. M.V.Rodzyanko Dumanın sədri seçildi.