Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ersin Erçin
Ersin Erçin — Türkiyə diplomatı, Türkiyənin Braziliyadakı səfiri. 1982-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində çalışmağa başlayan Ersin Erçin qurumun Ankaradakı müxtəlif idarələrində, o cümlədən iqtisadi əlaqələr, beynəlxalq təhlükəsizlik, hərbi münasibətlər və tərksilah, Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri İşləri və s. departamentlərdə işləyib. Bununla belə o, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, BMT-də Türkiyənin nümayəndəsi olub, Xartum və Dəməşqdəki səfirliklərdə çalışıb. 2009-cu ildə o, Türkiyənin Braziliyadakı səfiri vəzifəsinə təyinat alıb. E.Erçin eyni zamanda Türkiyə prezidenti Abdulla Gülün Avropada təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsidir. Türkiyə prezidenti Abdulla Gül tərəfindən ATƏT-in dekabrın 1-2-də Astanada keçiriləcək sammitində E.Erçinin namizədliyini irəli sürməsi gözlənilir.
Erin Babkok
Erin Babkok (6 iyun 1981, Edmonton – 25 aprel 2020, Edmonton) — Kanadalı tibb bacısı və siyasətçisi. == Həyatı == Babkok 6 iyun 1981-ci ildə Alberta ştatının Edmonton şəhərində anadan olmuşdur. Alberta Yeni Demokrat Partiyasının üzvü kimi siyasətə girdi. 2015-ci ildə Alberta Ümumi Seçkilərində Daşlı Düzənlik seçki dairəsini təmsil edən Alberta Qanunverici Məclisinə nümayəndə seçildi.Babkoka 2018-ci ilin may ayında uterus xərçəngi diaqnozu qoyuldu. 25 aprel 2020-ci ildə Kanadanın Alberta, Edmonton şəhərində xərçəng xəstəliyinə tutulan 38 yaşında öldü.
Erin Blançard
Erin Blançard (d. 20 noyabr 1989; Lafayette, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Erin Blançard, 2008-ci ildə Birləşmiş Ştatları XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Erin Blançard, 2008-ci ildə Birləşmiş Ştatların bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Blançard, 60.90 xal topladı və 16 idmançı sırasında 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Erin Brokoviç
Erin Brokoviç (ilk adı Patti; 22 iyun 1960, Lourens[d], Kanzas) — Amerikalı qanuni katib, istehlakçı və ətraf mühit müdafiəçisi, qanunda rəsmi təhsil almamasına baxmayaraq, 1993-cü ildə Kaliforniyada Pacific Gas and Electric Company (PG&E) şirkətin yeraltı sulara zəhərli maddələr buraxması ilə bağlı qarşı məhkəmə prosesinin aparılmasında köməkçi,vastəçi. Onun apardığı uğurlu məhkəmə prosesi Culiya Robertsin rol aldığı 2000 film Erin Brokoviç filminin mövzusu idi. O vaxtdan bəri, Brokoviç həm də media şəxsiyyətinə çevrildi, American Broadcasting Company və CBS Reality telekanallarındakı Challenge America with Erin Brockovich və Final Justice seriallarında baş qəhrəman olmuşdur. O, Brockovich Research & Consulting şirkətinin prezidentidir. O,həmçinin Nyu Yorkda Weitz & Luxenberg , Girardi & Keese hüquq firmasının məsləhətçisi olaraq da çalışır,nadir olan asbestlərə və ya dağ kətanlarına insanların vurduqları zədələrin ifşası üçün calışan Avstraliyadakı Shine Lawyers da hüquq məsləhətçisi olaraq çalışır. == Erkən həyatı == Brokoviç Erin Patti, Kanzasın Lourns şəhərində, jurnalist Betti Conun (Onealda anadan olub; 1923–2008),sənaye mühəndis və futbolçu Frank Pattinin (1924–2011) ailəsində anadan olub. Onun, Frank Jr. və Tomas (1954-1992)adlı iki qardaşı və Cudi adlı bir bacısı var. Laurns Liseyini bitirib, sonra Kanzas Dövlət Universitetində, Manhetten, Kanzas, və Texasın Dallas şəhərindəki Veyd kollecinin Tətbiqi Sənətlər Dərnəyini bitirmişdi. 1981-ci ildə Kmart Corporation da rəhbər kursantı olaraq çalışdı, lakin bir neçə ay sonra işdən çıxdı və bir gözəllik dərgisindəki yarışmaya daxil oldu.
Erin Qruell
Erin Qruell (15 avqust 1969) – müəllim. == Həyatı == 15 avqust 1969 da doğuldu. Digər müəllimlərin əksinə, Erin Qruell fərqli bir tədris metodikası ilə irqçi qruplaşmaları ilə dolu bir dünyada yeni bir hərəkat başlatmışdır. "The Freedom Writers Diary: How a Teacher and 150 Teens Used Writing to Change Themselves and the World Around Them" (1999) yayımlandı. 2007-ci ildə istehsalı "Azadlıq yazarları" filmi onun ilhamlandırıcı tədris metodikasından bəhs edir. == Təhsil == Qruell La Verne, Kaliforniyadan Laurels Seçkin Məzun mükafatı alaraq məzun olmuştur. Həmçinin Bonita məktəbi məzunudur. Kaliforniya Dövlət Universiteti onu seçkin məzunlarından elan etmiştir. == Müəllimlik həyatı == Qruell Kaliforniyada anadan olmuşdur. 1994-ci ildə, Lonq Biç Vudrou məktəbində dərs verməyə başladı.
Erin Vudli
Erin Vudli (6 iyun 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Erin Vudli Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Erin Vudli Olimpiadanın gümüş medalına sahib olub.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni.Emin QuliyevEmin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) —Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Abdullayev — Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum terrorun qurbanı. Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — “Gənc qızıl qələmlər” ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Eria
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Erik
Erik — Erik, Şimali Alman mənşəli bir kişi adı. == Adamlar == Kürən Erik — island vikinqi Erik Norales Erik Vluymans == Danimarka kralları == Erik I (1095 - 1103) Erik II (1134 - 1137) Erik III (1137 - 1146) Erik IV (1232 - 1250) Erik V (1259 - 1286) Erik VI (1286 - 1319) Erik VII (1412 - 1439) == Norveç kralları == Erik I (931? — 933?) Eyrik II Maqnusson (1280—1299) Erik III (1389—1442) == Isveç kralları == Eric VI əvvəlki İsveç kralları tarix elmində sabit sayılmır. Əslində, monarxların sayı 16-cı əsrin ortalarında tətbiq olundu və onun sayəsində istifadə olunan tək Erik, Erik XIV idi. Erik, İsveçin əfsanəvi kralı, Alreka qardaşı. Erik Byornson, İsveçin yarı əfsanəvi kralı. Erik Refilsson, İsveçin yarı əfsanəvi kralı. Erik Anundson (? - 882?), İsveçin yarı əfsanevi kralı, Eric Emundsson kimi də tanınır. Erik Vetrhoq (Erik Vederhatt), İsveçinəfsanəvi kralı, ehtimal ki, Erik Anundson ilə eyni.
Eris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Erix
Erix — kişi adı. Erix Abraham — Alman Piyada generalı. Erix Fayql — Avstriya taixçisi. Erix Frid — yazıçı, şair və tərcüməçi Erix Reder — alman hərb xadimi, qross-admiral. Erix Hartmann — İkinci dünya müharibəsində iştirak etmiş alman qırıcı təyyarə pilotu. Erix fon Manşteyn — Üçüncü Reyxin ən məşhur generalı.
GRIN
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Əfrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir.1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi.. Suriya vətəndaş müharibəsinin əvvəlindən şəhər kürd hərbi dəstələrinin nəzarəti altında idi.
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. == Ümumi məlumat == Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. == Əkin dövriyyəsi == Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Ərinc
Ərinc — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Əriş
Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır).Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir. Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür.Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür. Xəmir ərsininin dəstəyi kiçik olur və onun ucuna asmaq üçün bəzən halqa salınır.
Ərən
Ərən - türk xalq inancında Övliya deməkdir. İrən və ya Yirən də deyilir. Ərmiş olaraq da adlandırılar. Özünü Tanrıya və onun yoluna həsr etmiş, fövqəladə işlər bacaran və Tanrı tərəfindən qorunan, kömək edilən müqəddəs adam. == Xüsusiyyətləri == Fövqəladə hissləri və bacarıqları vardır. İstədikləri zamanda istədikləri məkanda ola bilərlər. Tanrı onların dualarını qəbul edər. Dua etsələr bol yağış yağar və bərəkət gəlir. Dağ ətəklərində gəzər, dağlarda və mağaralarda yaşayırlar. Eliklərlə (dağ keçiləriylə) və geyiklərlə gəzərlər.
Əsin
Əsin - fövqəltəbii və ya ilahi qabiliyyət və ya buna bağlı söz, hiss və qavrayış. İlham. Təsirlənmə, çağırışım, içə doğma ilə gələn yaradıcı düşüncə. == Tərif və Məna == İnsanlara estetetik duyğuları gətirən xəyirli varlıqların tapıldığına inanılan dövrlərin anlayış forması əslində indiki vaxtda da sözün tərkibində gizlidir. Gələn ilham pərisi esinti yaratdığı üçün bu söz yerləşmişdir. "Tanrı Vergisi" deyimi bu anlayışı bir az daha açıqlayır. Sanatsal qabiliyyət və onun nəticəsi olan məhsullar, insanlara bəhs edilmişdir. Bu qabiliyyəti və o an meydana gələcək olan məhsula dair fikiri bir ruh gətirir. Şumerlərə görə "Əs", küləyin söylədiyi söz deməkdir. Türk mədəniyyət və sənət algılayışında qabiliyyətlərin ilahi bir güc tərəfindən göndərildiyi inancı məşhurdur.
Əyin
Əyin — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Aşağı Çibikli kənd Sovetinin Əyin kəndi Çardaqlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Rayonun ərazisindəki Səngər dağı keçmişdə Əyin dağı adlanırdı. Dağ öz adını buradakı bulağın adından almışdır. Əyin sözü eyn (ər. "göz, bulaq, çeşmə") sözünün təhrif olunmuş formasıdır. Yaşayış məntəqəsi keçmiş Hacılı kəndindən köçmüş ailələrin Əyin dağının ətəyində məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Adi ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Aleksandr Qrin
Aleksandr Qrin (rus. Александр Грин; 11 (23) avqust 1880[…], Slobodskoy, Vyatka quberniyası[d][…] – 8 iyul 1932[…], Starıy Krım, Krım MSSR) — Rus kitab yazıçısı. Ümumiyyətlə macəra və eşq romanları yazar .
Alp Ərən
Alp Ərən-Salur Qazanın evi yağmalandığı boyda adı çəkilən Oğuz qəhrəmanlarından biri İlək qoca oğlu Alp Ərəndir. Alp Ərən qədim türk dilində «igid», «qəhrəman döyüşçü» mənasını ifadə edir.
Berin Menderes
Fatma Berrin Menderes (1905, İzmir, Aydın vilayəti – 22 aprel 1994, Ankara) Türkiyənin sabiq baş naziri Adnan Menderesin həyat yoldaşı. == Həyatı == Evliyazadə Hacı Mehmet Əfəndinin qızı Naciye Xanım ilə Yemişçibaşı İzzət Bəyin ən kiçik övladı olaraq 1905-ci ildə İzmirdə anadan olub. Ana tərəfindən ailəsi Evliyazadələr İzmirin öndə gələn ailələrindən biri idi. Aydın ilində kənd təsərrüfatı ilə məşğul olan Adnan Menderes ilə 1929-cu ildə evlənmişdi. Həyat yoldaşının Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili seçilməsindən sonra 1931-ci ildə birlikdə Ankaraya köçdülər. Ailə qurmalarından sonra Yüksel (1930–1972), Mutlu (1937–1978) və Aydın (1946–2011) adında üç oğulları dünyaya gəldi. Həyat yoldaşı Demokrat Partiyası (DP) ilə 10 il hakimiyyətdə təmsil olundu və Türkiyədə dövlət çevrilişindən sonra 17 sentyabr 1961-ci ildə İmralı adasında edam edildi. Berrin Menderes 1972-ci ildə böyük oğlu Yüksel Menderesi itirdi. 1975-ci ildə böyük bacısı Güzin Dülger, 1978-ci ildə ortancıl oğlu Mutlu vəfat etdikdən sonra həyatına kiçik oğlu Aydınla davam etdi. Qardaşı Samim Yemişçibaşı 1985-ci ildə dünyasını dəyişib.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.