ƏSİN

(Şərur)
külək, meh. – Bi əz də əsin əssəydi munu (taxılı) savurup qutarardım
ƏSİLAĞAC
ƏSKEŞ
OBASTAN VİKİ
Əsin
Gül Əsin
Gül Əsin Aydın (türk. Gül Esin Aydın) və ya əvvəlki adı ilə Gürkız Ürbül (1901 – 1990, Nazilli, Aydın ili) ― Türkiyə Cümhuriyyətinin ilk qadın muxtarı. == Şəxsi həyatı == Gül Əsinin erkən həyatı haqqında dəqiq məlumatlar mövcud deyil. Türkiyə İstiqlaliyyət müharibəsi başlamazdan təxminən altı ay əvvəl Muğlalı bir adamla evləndiyi, ərinin müharibəyə gedərək geri qayıtmadığı bilinir. O, bundan sonra çörəkçi olan qardaşının yanına, Aydın ilinin Çinə ilçəsinin Dəmircidərə mahalına gedib və sonralar burada evlənərək Çinədə yaşayıb. O, qardaşının 1933-cü il təvəllüdlü "Cümhuriyə Şərəf" adlı qızını övladlığa götürüb. Əsin 1970-ci ildə Nazili ilçəsinə köçmüş, buradakı Yıldıztəpə məhəlləsində 26 il yaşamışdır. Yaşadığı bəldədə büstü də olan Əsinin məzarı Nazilli ilçəsindəki Eğriboyun qəbiristanlığındadır. == Muxtarlıq == 1930-cu ilə qədər Türkiyədə qadınların siyasi hüquqları yox idi. Onlar əvvəlcə 3 aprel 1930-cu il tarixli qanunla bələdiyyə seçkilərində səsvermə hüququ qazanmış, üç il sonra, 26 oktyabr 1933-cü ildə isə muxtar vəzifəsinə seçmək və seçilmək hüququna əldə etmişdirlər.
Əsincan (Təbriz)
Əsincan (fars. اسنجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.451 nəfər yaşayır (265 ailə).