Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsir
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
İbn Əsir
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd və Ərəb əsilli İslam tarixçisi. == Həyatı == Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır. İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur. Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir.
Əsir (şəhər)
Əsir — İranın Fars ostanının Möhr şəhristanının Əsir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,181 nəfər və 465 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Efir
Efir - çoxmənalı termindir, ağaıdakı mənaları var: Efir Qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer -havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Şeir
Şeir (ərəb. شعر‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir.Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Azərbaycan şeirində bəndlərdə misraların sayı bir çox hallarda dörddən çox (məsələn, Səməd Vurğunun "Azərbaycan" şeirində bəndlər beşmisralıdır) və ya dörddən az da ola bilər (məsələn, Mikayıl Müşfiqdə üçmisralı bəndlər). == Şeir sözünün mənası == Şeiriyyət ərəbcə incəlik, ahəngdarlıq, gözəllik deməkdir.
Əmir
Əmir—Ərəbcə başçı, şah. == Tarixi == Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Əsin
Əsin - fövqəltəbii və ya ilahi qabiliyyət və ya buna bağlı söz, hiss və qavrayış. İlham. Təsirlənmə, çağırışım, içə doğma ilə gələn yaradıcı düşüncə. == Tərif və Məna == İnsanlara estetetik duyğuları gətirən xəyirli varlıqların tapıldığına inanılan dövrlərin anlayış forması əslində indiki vaxtda da sözün tərkibində gizlidir. Gələn ilham pərisi esinti yaratdığı üçün bu söz yerləşmişdir. "Tanrı Vergisi" deyimi bu anlayışı bir az daha açıqlayır. Sanatsal qabiliyyət və onun nəticəsi olan məhsullar, insanlara bəhs edilmişdir. Bu qabiliyyəti və o an meydana gələcək olan məhsula dair fikiri bir ruh gətirir. Şumerlərə görə "Əs", küləyin söylədiyi söz deməkdir. Türk mədəniyyət və sənət algılayışında qabiliyyətlərin ilahi bir güc tərəfindən göndərildiyi inancı məşhurdur.
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. == Tarixi, == Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Feterston əsir düşərgəsi
Feterston əsir düşərgəsi (ing. Featherston prisoner of war camp) – İkinci dünya müharibəsi zamanı əsir düşən yapon əsgərlər üçün Yeni Zelandiyanın Feterston qəsəbəsində yaradılmış əsir düşərgəsi. Burada 800-dən yapon əsir saxlanılmışdır. Onların çoxu Cənubi Sakit okeanda əsir düşən yapon əsgərlər idi. Əsir düşərgəsi 1943-cü ildə baş vermiş Feterston insidentinə görə tanınır. Yaponlarla mühafizəçilər arasında baş verən qarşıdurma zamanı mühafizəçilər əsirlərə atəş açmış, nəticədə, 48 yapon ölmüşdür. == Tarixi == Feterston əsir düşərgəsi 1942-ci ilin sentyabrında ABŞ ordusunun tələbi ilə Feterston qəsəbəsində yaradılmış və yapon əsirlər üçün nəzərdə tutulmuşdur. 1942–43-cü illərdə Yeni Zelandiya hökuməti Quadalkanaldan 868 yapon əsir qəbul etmişdir. Onlar Feterston əsir düşərgəsinə gətirilmiş və burada alaqlama, əkinçilik, mebel hazırlama kimi işlərdə işlədilmişdirlər. Bir çoxu öz taleləri ilə barışsa da, bəzi əsirlər intihar etməyə cəhd etmişdirlər.25 fevral 1943-cü ildə 240 yapon əsirdən ibarət qrup kompaundlarından çıxmayaraq işləməyəcəklərini bildirmiş və tətil elan etmişdir.
Solovki Əsir Düşərgəsi
Solovki əsir düşərgəsi - Düşərgə 1923 cü ildə təşkil olunmuşdur. Azərbaycanın bir çox görkəmli şəxsiyyəti bura sürgün olunmuş və burda ölmüşdür. Buraya siyasi cəhətdən etibarsız, məsələn, Opal Aversky Palitsın və ya Dekabristlərə rəğbət bəsləyən Pavel Hannibal və başqaları da sürgün edilmişdi. 1718-ci ildə açılan Solovetski monastır həbsxanası təxminən 200 il mövcud oldu və 1903-cü ildə bağlandı..
Yeroşibu Əsir Düşərgəsi
Yeroşibu Əsir Düşərgəsi Kiprdə mövcud olmuş əsir düşərgəsi, adanın cənub hissəsində yerləşirdi. Burada, 1974-ci ildə Yunanlar tərəfindən əsir alınan Kipr türkləri saxlanırdı. Ən az 329 adamın burada olduğu məlum idi. Bunların hamısı kişi idi və əksəriyyəti Baf ətrafında əsir götürülmüşdü. 25 sentyabr 1974-ci ildə Kipr türklərinin əlində olan 214 əsir yunan ilə dəyişdirildilər. Əsirlərdən 274 nəfər adanın terk hissəsinə, 16 nəfər cənubdakı kəndlərdə olan ailələrinin yanına getdilər. Əsirlərin 39 nəfəri isə 21 sentyabr 1974-cü il tarixində sərbəst buraxıldılar.
İbn əl-Əsir
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd və Ərəb əsilli İslam tarixçisi. == Həyatı == Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır. İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur. Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir.
Əsir Mehmed Əfəndi
Əsir Mehmed Əfəndi (v. 13 mart 1681) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == == Mənbə == Muhibbî, Ḫulâṣatü’l-es̱er, III, 482–487; Abdurrahman Abdi Paşa, Vekâyi‘nâme (haz. F. Çetin Derin, doktora tezi, 1993), İÜ Ed.Fak. Genel Ktp., nr. TE 98, s. 101, 131–132; Naîmâ, Târih, VI, 92–93, 389; Silâhdar, Târih, I, 160, 221–222; Şeyhî, Vekâyiu’l-fuzalâ, I, 239–240, 478–479; Râşid, Târih, I, 22; Devhatü’l-meşâyih, s. 69–70; İlmiyye Salnâmesi, s. 477–480 (fetvalarından üç örnek verilmiştir); Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 477–478; Danişmend, Kronoloji, III, 393–394, 536.
Əsir İdrisi əmirliyi
Əsir əmirliyi və ya Aşağı Əsir — 1907–1930-cu illərdə Səudiyyə Ərəbistanının müasir Əsir inzibati dairəsi, eləcə də bir sıra digər bölgələr ərazisində mövcud olmuş dövlət. Əmirliyin paytaxtı Səbya şəhəri idi. Əmir Məhəmməd ibn Əli İdrisi 1923-cü ildə vəfat edənə qədər Əsir siyasi müstəqilliyini qoruyub saxlamışdır. == Yeri == Əmirlik Səudiyyə Ərəbistanının müasir inzibati bölgələri olan Əsir və Cizan ərazilərini, həmçinin Məkkə dairəsinin cənub hissəsini və müasir Yəmənin Hudeydə hissəsini əhatə edirdi.
Bakıda küləklər əsir
Bakıda küləklər əsir filmi rejissor Muxtar Dadaşov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Şahmar Ələkbərov, Həsən Məmmədov, Nikolay Fedortsev, Rza Təhmasib, Pavel Kadoçnikov, Aleksandr Afanasyev və Andrin İnqrid ifa edirlər. == Məzmun == Film İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır. == Film haqqında == Filmdəki hadisələr Bakıda, Şimali Qafqazda və Nalçikdə cərəyan edir. Filmdə kor Həsənzadə rolunu ifa edən qocaman rejissor Mikayıl Mikayılovun ömrünün son illərində həqiqətən gözləri tutulmuşdu. == Filmin heyəti == Ssenari müəllifləri: Muxtar Dadaşov,Yuri Dobroxotov,Vladimir Spitsin,Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Rollarda: Şahmar Ələkbərov - Azad Həsən Məmmədov (aktyor) - Tahir Cəliloviç Nikolay Fedortsev - Orlov Rza Təhmasib - Şahmar bəy Pavel Kadoçnikov - Kaştanov Aleksandr Afanasyev - Ştellinq Andrin İnqrid - Erika İsmayıl Osmanlı - Əlibala Xalidə Quliyeva - Solmaz Aleksandr Susnin - Starşina Muxtar Maniyev - Kərim Mikayıl Mikayılov (rejissor) - Həsənzadə Ceyhun Mirzəyev - əsgər Anatoli Falkoviç - Nikolayev Kamil Qubuşov - fəhlə;neftçi Süleyman Ələsgərov (aktyor) - Zabit Ağayev Bahadur Əliyev - Bahadur Filmi səsləndirənlər: Həsənağa Turabov - Orlov (Nikolay Fedortsev)(titrlərdə yoxdur) Yusif Vəliyev - həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev - Şahmar bəy (Rza Təhmasib)(titrlərdə yoxdur) Əliabbas Qədirov - Kaştanov (Pavel Kadoçnikov)(titrlərdə yoxdur) Həsən Əbluc - Ştellinq (Aleksandr Afanasyev)(titrlərdə yoxdur) Əminə Yusifqızı - Erika (Andrin İnqrid)(titrlərdə yoxdur) Xuraman Hacıyeva - Solmaz (Xalidə Quliyeva)(titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) - Həsənzadə (Mikayıl Mikayılov (rejissor))(titrlərdə yoxdur) Yaşar Nuri - əsgər (Ceyhun Mirzəyev)(titrlərdə yoxdur) Kamil Qubuşov - Nikolayev (Anatoli Falkoviç)(titrlərdə yoxdur) Bahadur Əliyev - Zabit Ağayev (Süleyman Ələsgərov (aktyor))(titrlərdə yoxdur) Ramiz Məlik - əsgər (titrlərdə yoxdur) == Film üzərində işləyənlər == Ssenari müəllifi: Muxtar Dadaşov, Yuri Dobroxotov, Vladimir Spitsin, Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə === Rollarda === Şahmar Ələkbərov — Azad Həsən Məmmədov — Tahir Cəliloviç Nikolay Fedortsev — Orlov Rza Təhmasib — Şahmar bəy Pavel Kadoçnikov — Kaştanov Aleksandr Afanasyev — Ştellinq Andrin İnqrid — Erika İsmayıl Osmanlı — Əlibala Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Solmaz Aleksandr Susnin — starşina Muxtar Maniyev — Kərim Mikayıl Mikayılov — Həsənzadə Ceyhun Mirzəyev — Əsgər Anatoli Falkoviç — Nikolayev Kamil Qubuşov — fəhlə; neftçi Süleyman Ələsgərov — Zabit Ağayev Bahadur Əliyev — Bahadur === Filmi səsləndirənlər === Həsənağa Turabov — Orlov (Nikolay Fedortsev) (titrlərdə yoxdur) Yusif Vəliyev — həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev — Şahmar bəy (Rza Təhmasib) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Həsənzadə (Mikayıl Mikayılov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Kaştanov (Pavel Kadoçnikov) (titrlərdə yoxdur) Həsən Əbluc — Ştellinq (Aleksandr Afanasyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Erika (Andrin İnqrid) (titrlərdə yoxdur) Xuraman Hacıyeva — Solmaz (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Yaşar Nuri — Əsgər (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Kamil Qubuşov — Nikolayev (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — Zabit Ağayev (Süleyman Ələsgərov) (titrlərdə yoxdur) Ramiz Məlikov — Əsgər (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Əsr
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
Altın Asır
"Altın Asır" futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Audiovizual əsər
Audiovizual əsər - müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olmayan) kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animsiya filmləri və sair). == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Aşir Atlı
Aşir Atlı (türk. Aşir Atlı) (1881 – 23 oktyabr 1957, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Həyatı == 1864-cü ildə Böyük çərkəz sürgünü zamanı daha əvvəl Balkanlara, sonra isə Anadoluya köçən adıgeylər ailəsinə məxsus olan Mehmet bəyin oğlu idi. 1903-cü ildə hərbi məktəbi, 1906-cı ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Birinci Dünya müharibəsində İraq cəbhəsində müxtəlif komandirliklərdə rəhbərlik etmişdi. == Hərbi fəaliyyəti == 27 iyun 1918-ci ildə 2-ci tümən, 23 dekabr 1919-cu ildə 16-cı tümən və 1921-ci ilin avqustunda 16-cı bölmə komandirliyinə təyin edildi. 23-cü bölməyə komandirlik etdiri müddətdə İzmir Şərq Cəbhəsi Milli Qüvvələrinə komandirlik etdi. Bu cəbhədə birlikdə döyüşdüyü Kuva-yi Seyyarenin Marmara və Anadoludakı üsyanları yatırmağa göndərilməsi səbəbilə Kuva-yi Seyyarenin komandiri Çərkəz Ethəmin ilə onun arasında bəzi anlaşılmazlıqlar oldu. Yunanıstanın hücumundan və irəliləməsindən sonra və çərkəz mənşəli olduğundan Bursalıların yıxılmasından general-mayor Bəkir Sami bəy ilə birlikdə Bursanın yunanların əlinə keçməsində cavabdeh oldu. Lakin onun xidmətlərini bilən və təqdir edən Mustafa Kamal Paşanın məsələyə müdaxilə etməsi və Türkiyə Böyük Millət Məclisində onları müdafiə etməsi səbəbilə arxa cəbhədə Antalya Valiliği və Region Komandirliyinə təyin edildi.
Baharistan (əsər)
Baharistan — Əbdürrəhman Caminin əsəri. "Baharistan" XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsərləri içərisində "Baharistan" xüsusi yer tutur. Cami əvvəlcə "Baharistan" tipli bir kitab yazmaq fikrində olmamış yalnız Sədinin "Gülüstan" kitabını oğluna oxuyaraq, "birdən" bu fikrə düşmüşdür. O, "Baharistan"ın müqəddiməsində yazır: "...İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar ürəklərinə yatmayan, ağılların çatmayan sözlər eşitdikdə qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən bəzən məşhur şeyx böyük ustad Müsləhəddin Sədi Şirazinin ən qiymətli təbərrüklərindən - "Gülüstan"dan bir neçə sətir oxuyardım... Bu zaman birdən fikrimə gəldi ki... mən də bu səpgidə bir neçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun" Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir.
Bəşir (Heris)
Bəşir (fars. بشير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (59 ailə).
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.