Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Ceyran Allahyar qızı Axundova (d. 15 avqust 1959; Şabran, Azərbaycan) — ictimai xadim, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi. == Həyatı == Ceyran Axundova 1959-cu il 15 avqustda Şabran rayonunda (dövrünün Dəvəçi rayonu) anadan olub. Ceyran Axundova 1978-1981-ci illərdə Nadejda Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunda orta ixtisas, 1981-1987-ci illərdə isə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində ali ixtisas təhsili alıb. Ceyran Axundova ailəlidir; Əbdülməcid (d. 1993 - ö. 2016) və Elçin (d. 1992) adında iki oğul övladı var. == Fəaliyyəti == 1990-1996-cı illərdə Səməd Vurğun adına Mərkəzi Kitabxanada müxtəlif vəzifələrdə çalışan Ceyran Axundova 1996-cı ildə Kitabişləmə və Komplektləşdirmə şöbəsinin müdiri vəzifəsində olub. 2007-ci ildən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsdə məsləhətçisi vəzifəsində çalışır.
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. == Bioqrafiya == 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı — tarzən, Azərbaycanın xalq artisti. == Həyatı == Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. Bəstəkar Emin Sabitoğlunun qızıdır. Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsidir.
Deyran çayı
Deyrançay — Şamaxı rayonu ərazisində çay. == Toponimikası == Çay başlandığı yerin adı ilə adlandırılmışdır. Deyri-muğan (zərdüştilərin və atəşpərəstlərin ibadət yeri) sözünün qısaldılmış forması olduğunu ehtimal etmək olar. Ərəb sözü olan deyr "monastır, kilsə", məcazi mənada "şərab satılan yer" mənalarında da işlənir.Tədqiqatçılar hidronimi "məbəd yeri" kimi izah edirlər.
Heyran (Astara)
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi talışlardan ibarətdir. Kənddə Onlar talış dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Heyran (Qoşaçay)
Heyran (fars. حيران‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (67 ailə).
Heyran dehestanı
Heyran dehestanı (fars. دهستان حیران‎) — İranda, Gilan ostanının Astara şəhristanının Mərkəz bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 20 kəndi əhatə edir, onlardan 2–sində əhali yaşamır.
Heyran gədik
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi talışlardan ibarətdir. Kənddə Onlar talış dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Külə Seyran
Külə Seyran (az.-əbcəd کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Seyran Cəfərli
1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur.
Seyran Ohanyan
Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, DQMV) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. == Həyatı == Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.İkinci Qarabağ Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün "Qondarma Dağlıq Qarabağ Respublikası"na gəlmişdir. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdır.
Seyran Qafarzadə
Seyran Qafarzadə (Seyran Əmir oğlu Qafarov; 2 oktyabr 1969, Bakı — 5 noyabr 2018) — Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Batman Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi. == Həyat və fəaliyyəti == Seyran Əmir oğlu Qafarov 1969-cu il oktyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1993-ci və 1994-ci illərdə Bakı Musiqi Akademiyasının tarixi — nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993–1997-ci illərdə Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" Elmi laboratoriyasında elmi işçi vəzifəsində işləyib. 1997–2010 illərdə Türkiyənin Dövlət Konservatoriyasında, daha sonra Van Dövlət Konservatoriyasında müəllim olaraq çalışıb. === Fəaliyyəti === Seyran Qafarov həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim vəzifəsini daşıyırdı. O gənc musiqiçilərə Qərb musiqi tarixini, Asiya və Afrika xalqların musiqisini tədris etməklə yanaşı, Musiqi Akustikası laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqinda elmi araşdırmalarını davam etdirirdi. 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi elmlər namizədliyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən Doktora elmi dərəcəsi ilə təsdiq olunmuşdu.Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş, nüfuzlu elmi toplularda məqalələri dərc olunmuşdur. Onun rus, türk və Azərbaycan dillərində yazdığı elmi məqalə, metodik iş və məruzələrində Azərbaycanın unudulmuş qədim nəfəsli aləti olan neyin tarixçəsi, bərpası ilə əlaqədar əsaslı və mühüm nəticələr əldə edilmişdir. Həmçinin, İslama qədərki dövrlərə aid təhlillərdə Azərbaycan və ümumtürk mədəniyyətinə xas olan nəfəsli alətlərin advermə əsasları geniş izah edilmiş, diqqət çəkən maraqlı fikirlər irəli sürülmüşdür.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Seyran Vəliyev
Seyran Süleyman oğlu Vəliyev (16 dekabr 1950, Bodaybo, İrkutsk vilayəti – 1 avqust 2013, Bakı) — Azərbaycan alimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik H. Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru. == Həyatı == Seyran Vəliyev 1950-ci il dekabrın 16-da Rusiya Federasiyasının İrkutsk vilayətində yazıçı Süleyman Vəliyevin ailəsində anadan olmuşdur. 1955-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. S. Vəliyev Azərbaycan ərazisinin Dördüncü dövrdəki paleocoğrafi şəraiti, Xəzər dənizinin Dördüncü dövrdəki paleocoğrafi və paleoekoloji şəraiti, Azıx mağarasında paleolit insanların məskunlaşması, Xəzər dənizinin səviyyə tərəddüdləri, Azərbaycan ərazisinin Dördüncü dövrdəki iqlim dəyişmələri haqqında geniş tədqiqat işləri aparmışdır. Bütün bu tədqiqatların nəticəsi olaraq 1994-cü ildə "Son pleystosen və Holosendə Azərbaycan və ona bitişik ərazilərin paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Görkəmli alim 600-dən çox məqalənin, "Qədimdən qədim" kitabının müəllifidir. O, müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Əsərləri Rusiya, Baltikyanı ölkələrdə və Gürcüstanda nəşr olunmuşdur.
Seyran Şiriyev
Seyran Qəzənfər oğlu Şiriyev (təxəllüs Emin Seyran) , ( 15 mart 1944 - 23 may 2013) - Azərbaycanlı şair, yazıçı, ziyalılar klubunun sədri. == Həyatı == Emin Seyran 15 mart 1944-cü ildə Astara şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-azərbaycan dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirərək bir müddət Astara şəhər internat məktəbində tərbiyəçi-müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1975- ci ildən 2000-ci illərə qədər , 25 ildən çox Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Emin Seyran həmdə gözəl ailə başçısı olub. 4 övlad, 6 nəvəsi var. İstedadlı şair, ziyalı Seyran Şiriyev 23 may 2013-cü ildə vəfat etmişdir. == Yaradıcılığı == 1987-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən "Təsəlli" adlı şeirlər kitabı çap edilmişdir.1995-ci ildə respublikada keçirilən "Şəhriyar-90" müsabiqəsində onun "Astaraçay" şeiri Şəhriyar mükafatına layiq görülmüşdür.O həmdə ingilis dilli xalqların seçmə ədəbiyyat nümunələrinin orijinaldan mahir tərcüməçisidir. Cek Londonun dünya şöhrətli məşhur "Əcdadların harayı" povesti 1991- ci ildə ilk dəfə olaraq onun nəfis tərcüməsində Azərbaycan oxucularına çatdırılmışdır.Həmin əsər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərancamına müvafiq olaraq 2005-ci ildə "Dünya ədəbiyyatı" silsiləsindən Cek Londonun "Seçilmiş əsərləri" kitabında latın qrafikası ilə təkrarən çap olunmuşdur.Emin Seyran tez-tez respublika mətbuatında pedaqoji-metodiki və publisist yazılarla da çıxış edib. O, xalq maarifi əlaçısı və ali kateqoriyalı müəllim olub.
Ceyran Əliyeva
Ceyran Əliyeva — azərbaycanlı voleybolçu, Azərbaycan milli komandasının və Bakının "Azəryol" klubunun oyunçusu. Libero kimi oynayır. == Bioqrafiya == 1995-ci il yanvarın 3-də Bakıda anadan olan Ceyran Əliyeva ilk dəfə məşqçi Tatyana Semyonovna Korjovanın rəhbərliyi ilə Bakının Əhmədli kənd idman məktəbində voleybolla məşğul olmağa başlayıb. Voleybolçunun kumiri Azərbaycanın ən yaxşı voleybolçularından biri Valeriya Məmmədovadır. == Klub karyerası == 2013 – 2014 – Azərreyl 2014-cü ildən - "Azəryol" == Azərbaycan milli komandası == 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının rənglərini qoruyub. O, 2014-cü ilin avqustunda əsas milli komandaya cəlb olunub. Azərbaycan milli komandasının tərkibində 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak edib.
Seyran Saroyan
Seyran Firdovsi Saroyan (erm. Սեդրակ Ֆիրդուսի Սարոյան ; 3 sentyabr 1967, Qarğabazarı, Üçkilsə rayonu – 13 avqust 2022, İrəvan) və ya Sedrak Saroyan — Ermənistan hərbçisi və siyasətçisi, Xocalı soyqırımını törədənlərdən biri. 2007-ci ildən 2018-ci ildə istefaya gedənə qədər Ermənistan parlamentində xidmət etmişdir. Saroyan xidmət etdiyi müddətdə Ermənistan Respublika Partiyasına bağlı müstəqil siyasətçi olmuşdur. Saroyan siyasətə gəlməzdən əvvəl Ermənistan Quru Qoşunlarının general-mayoru olmuş, Birinci Qarabağ müharibəsi zamanı 2-ci Ordu Korpusuna komandanlıq etmişdir. == Həyatı == Seyram Saroyan 3 sentyabr 1967-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının Qarğabazarı kəndində anadan olmuşdur. Atası Firdovsi Saroyan Üçkilsə şəhərinin kənd təsərrüfatı idarəsinin müdiri idi. 1984-cü ildə yerli orta məktəbi bitirdikdən sonra Saroyan 1985-ci ildən 1987-ci ilə qədər Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan ayrıldıqdan sonra bir müddət "Haykimiya" adlı regional firmada mühəndis köməkçisi vəzifəsində çalışmışdır.1989-cu ildə Qarabağ hərəkatının üzvü Saroyan Azərbaycana qarşı Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə toplamış və ona rəhbərlik etmişdir. Müharibə zamanı kiçikmiqyaslı dəstə tam bir batalyona – "Artsvik-10" əməliyyat qrupuna çevrilmişdir.
Aşağı Ceyran (Marağa)
Aşağı Ceyran (fars. جيران سفلي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (21 ailə).
Aşağı Ceyran (Urmiya)
Aşağı Ceyran (fars. جيران سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Ceyrani
Ceyranı (Ceyran balası) — qədim Azərbaycan milli rəqslərindən biridir. == Özəllikləri == Şuşada meydana çıxmışdır. İncə, qəşəng, lirik rəqsdir. Burada ceyranın qəddi-qaməti və hərəkətlərinin mülayimliyi qabarıq göstərilir. Rəqs orta tempdə gedir, əsasən qadınlar tərəfindən ifa olunur. Lakin bəzi rayonlarda, məsələn, Şəkidə onu kişilər də oynayır. Bu rəqs indi də məşhurdur.