AMALXAN
AMALYA
OBASTAN VİKİ
Amaliya
Amaliya — qadın adı. Amaliya Pənahova — Azərbaycanın teatr və kino aktrisası Amaliya Materna — avstriyalı opera müğənnisi (dramatik soprano).
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. == Həyatı == Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Amaliya Pənahova
Amaliya Əliş qızı Pənahova (15 iyun 1945, Kirovabad – 8 noyabr 2018, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi. == Həyatı == Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir. 1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur. Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.
Amaliya Rodriqiş
Amália Rebordão Rodrigues ya da Amália Rodriques (23 iyun 1920 — y. 6–1999), Portuqaliyalı müğənni.
Şarlotta-Amaliya
Şarlotta-Amaliya (ing. Charlotte Amalie) — ABŞ Vircin adalarının ən iri şəhəri və paytaxtı. Sent-Tomas adasında yerləşir. Əhalisi 2000-ci il siyahıyaalınmasına görə əhalisi 18 900 nəfərdir. Şarlotta-Amaliya öz adını Danimarka kralı V Kristianın həyat yoldaşı Şarlotta-Amaliya Gessen Kasselskinin şərəfinə alıb. Əvvəllər piratların məskəni kimi ad çıxartmışdı, hal-hazırda turizmi ilə məşhurdu. Burada kruiz gəmiləri dayanırlar.
Şarlotta Amaliya
Şarlotta-Amaliya (ing. Charlotte Amalie) — ABŞ Vircin adalarının ən iri şəhəri və paytaxtı. Sent-Tomas adasında yerləşir. Əhalisi 2000-ci il siyahıyaalınmasına görə əhalisi 18 900 nəfərdir. Şarlotta-Amaliya öz adını Danimarka kralı V Kristianın həyat yoldaşı Şarlotta-Amaliya Gessen Kasselskinin şərəfinə alıb. Əvvəllər piratların məskəni kimi ad çıxartmışdı, hal-hazırda turizmi ilə məşhurdu. Burada kruiz gəmiləri dayanırlar.
Avstriyalı Mariya Amaliya
Avstriyalı Mariya Amaliya (alm. Maria Amalia von Österreich‎) (22 oktyabr 1701, Vyana – 11 dekabr 1756) — Müqəddəs Roma imperatoru VII Karlın xanımı. Atası Müqəddəs Roma imperatoru I Jozef, anası isə Braunşveyqli Vilhelmina Amaliyadır. == Mənbə == Andrea Rueth: Maria Amalia. In: Jürgen Wurst, Alexander Langheiter (Hrsg.): Monachia. Städtische Galerie im Lenbachhaus, München 2005, ISBN 3-88645-156-9 Alois Schmid: Maria Amalia, Erzherzogin von Österreich. In: Neue Deutsche Biographie (NDB). Vol. 16, Duncker & Humblot, Berlin 1990, ISBN 3-428-00197-4 Bettina Braun; Katrin Keller; Matthias Schnettger (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit.
Brünsvikli Vilhelmina Amaliya
Saksoniyalı Mariya Amaliya
Saksoniyalı Mariya Amaliya (isp. María Amalia Cristina Francisca Javiera Flora Walburga) (24 noyabr 1724, Drezden – 27 sentyabr 1760[…], Madrid) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqust, anası isə Müqəddəs Roma imperatoru I Jozefin qızı Mariya Jozefinadır.
Siciliyalı Mariya Amaliya
Siciliyalı Mariya Amaliya (isp. María Amelia Teresa de Borbón-Dos Sicilias; fr. Marie-Amélie de Bourbon-Siciles) (26 aprel 1782[…], Kral sarayı (Kazerta), Kampaniya – 24 mart 1866[…]) — Fransanın son kraliçası. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 25 noyabr 1809-cu ildə Orleanlı Lui-Filiplə evləndi. Evliliyinin 21-ci ilində əri Fransanın son kralı olaraq taxta çıxdı. Howarth, T. E. B. Citizen-King, The Life of Louis-Philippe, King of the French. London: Eyre & Spottiswoode, 1961. Margadant, Jo Burr. "The Duchesse de Berry and Royalist Political Culture in Postrevolutionary France.
İnfanta Mariya Amaliya
İnfanta Mariya Amaliya (isp. María Amalia de Borbón y Borbón-Parma) (9 yanvar 1779, Madrid – 22 iyul 1798) – İspaniya kralı IV Karlın qızı, İspaniya infantası. Hələ 16 yaşında ikən 1795-ci ildə 40 yaşlı əmisi İnfant Antonio Paskalla evləndi. Cütlüyün ilk və yeganə övladı isə 1798-ci ildə ölü olaraq dünyaya gəldi. Doğum əsnasında tutulduğu infeksiya səbəbilə Mariya Amaliya doğumdan 2 gün sonra vəfat etdi. Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908. Mateos Sainz de Medrano, Ricardo. Los desconocidos infantes de España.
Braunşveyqli Vilhelmina Amaliya
Braunşveyqli Vilhelmina Amaliya (alm. Wilhelmine Amalie von Braunschweig‎) (21 aprel 1673, Hannover – 10 aprel 1742, Vyana) — Müqəddəs Roma imperatoru I İosifin xanımı. Atası Braunşveyq hersoqu İohann Fridrix, anası isə onun xanımı Benedikta Henriettadır. == Mənbə == Clarissa Campbell Orr: Queenship in Europe 1660-1815: The Role of the Consort.
Saksoniyalı Mariya Jozefina Amaliya
Mariya Jozefina Amaliya (isp. Maria Josepha Amalia Beatrix Xaveria Vincentia Aloysia Franziska de Paula Franziska de Chantal Anna Apollonia Johanna Nepomucena Walburga Theresia Ambrosia) (7 dekabr 1803 və ya 6 dekabr 1803, Drezden – 18 may 1829) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqustun nəvəsi Maksimilyan, anası isə Parma hersoqu Filippin nəvəsi Parmalı Karolinadır. Hələ 16 yaşında ikən İspaniya kralı VII Ferdinandla evləndi. İlk 2 nikahından varisi olmayan kralın hakimiyyəti təhlükə altında idi. Mariya Jozefina çox uşaqlılıqlarıyla məşhur olan Saksoniya şahzadələrindən olsa da, bu nikahdan övladı olmadı. Bu səbəblə saraydan ayrılaraq uzun müddət Aranxuaz sarayında yaşadı. Bu müddət ərzində cütlüyü barışdırmaq məqsədilə Roma papası VII Piy ona şəxsi məktub belə yazmışdı. Ancaq bunlar heç bir fayda vermədi və Mariya Jozefina 18 may 1829-cu ildə yüksək hərarət səbəbilə vəfat etdi. María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019).