SEYRAN

ə. 1) seyr etmə; gəzmə; 2) baxıb seyr etmə; tamaşa etmə; 3) bax seyrəngah.

SEYRAB
SEYRƏNGAH
OBASTAN VİKİ
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.
Külə Seyran
Külə Seyran (az.-əski. کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Seyran Cəfərli
1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur.
Seyran Ohanyan
Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, DQMV) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. 1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.
Seyran Qafarzadə
Seyran Qafarzadə (Seyran Əmir oğlu Qafarov; 2 oktyabr 1969, Bakı — 5 noyabr 2018) — Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Batman Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi. Seyran Əmir oğlu Qafarov 1969-cu il oktyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1993-ci və 1994-ci illərdə Bakı Musiqi Akademiyasının tarixi — nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993–1997-ci illərdə Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" Elmi laboratoriyasında elmi işçi vəzifəsində işləyib. 1997–2010 illərdə Türkiyənin Dövlət Konservatoriyasında, daha sonra Van Dövlət Konservatoriyasında müəllim olaraq çalışıb. Seyran Qafarov həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim vəzifəsini daşıyırdı. O gənc musiqiçilərə Qərb musiqi tarixini, Asiya və Afrika xalqların musiqisini tədris etməklə yanaşı, Musiqi Akustikası laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqinda elmi araşdırmalarını davam etdirirdi. 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi elmlər namizədliyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən Doktora elmi dərəcəsi ilə təsdiq olunmuşdu. Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş, nüfuzlu elmi toplularda məqalələri dərc olunmuşdur. Onun rus, türk və Azərbaycan dillərində yazdığı elmi məqalə, metodik iş və məruzələrində Azərbaycanın unudulmuş qədim nəfəsli aləti olan neyin tarixçəsi, bərpası ilə əlaqədar əsaslı və mühüm nəticələr əldə edilmişdir.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Seyran Vəliyev
Seyran Süleyman oğlu Vəliyev (16 dekabr 1950, Bodaybo, İrkutsk vilayəti – 1 avqust 2013, Bakı) — Azərbaycan alimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik H. Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru. Seyran Vəliyev 1950-ci il dekabrın 16-da Rusiya Federasiyasının İrkutsk vilayətində yazıçı Süleyman Vəliyevin ailəsində anadan olmuşdur. 1955-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. S. Vəliyev Azərbaycan ərazisinin Dördüncü dövrdəki paleocoğrafi şəraiti, Xəzər dənizinin Dördüncü dövrdəki paleocoğrafi və paleoekoloji şəraiti, Azıx mağarasında paleolit insanların məskunlaşması, Xəzər dənizinin səviyyə tərəddüdləri, Azərbaycan ərazisinin Dördüncü dövrdəki iqlim dəyişmələri haqqında geniş tədqiqat işləri aparmışdır. Bütün bu tədqiqatların nəticəsi olaraq 1994-cü ildə "Son pleystosen və Holosendə Azərbaycan və ona bitişik ərazilərin paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Görkəmli alim 600-dən çox məqalənin, "Qədimdən qədim" kitabının müəllifidir. O, müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Əsərləri Rusiya, Baltikyanı ölkələrdə və Gürcüstanda nəşr olunmuşdur.
Seyran Şiriyev
Seyran Qəzənfər oğlu Şiriyev (təxəllüs Emin Seyran) , ( 15 mart 1944 - 23 may 2013) - Azərbaycanlı şair, yazıçı, ziyalılar klubunun sədri. Emin Seyran 15 mart 1944-cü ildə Astara şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-azərbaycan dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirərək bir müddət Astara şəhər internat məktəbində tərbiyəçi-müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1975- ci ildən 2000-ci illərə qədər , 25 ildən çox Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Emin Seyran həmdə gözəl ailə başçısı olub. 4 övlad, 6 nəvəsi var. İstedadlı şair, ziyalı Seyran Şiriyev 23 may 2013-cü ildə vəfat etmişdir. 1987-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən "Təsəlli" adlı şeirlər kitabı çap edilmişdir. 1995-ci ildə respublikada keçirilən "Şəhriyar-90" müsabiqəsində onun "Astaraçay" şeiri Şəhriyar mükafatına layiq görülmüşdür. O həmdə ingilis dilli xalqların seçmə ədəbiyyat nümunələrinin orijinaldan mahir tərcüməçisidir.
Seyran Saroyan
Seyran Firdovsi Saroyan (erm. Սեդրակ Ֆիրդուսի Սարոյան ; 3 sentyabr 1967, Qarğabazarı, Üçkilsə rayonu – 13 avqust 2022, İrəvan) və ya Sedrak Saroyan — Ermənistan hərbçisi və siyasətçisi, Xocalı soyqırımını törədənlərdən biri. 2007-ci ildən 2018-ci ildə istefaya gedənə qədər Ermənistan parlamentində xidmət etmişdir. Saroyan xidmət etdiyi müddətdə Ermənistan Respublika Partiyasına bağlı müstəqil siyasətçi olmuşdur. Saroyan siyasətə gəlməzdən əvvəl Ermənistan Quru Qoşunlarının general-mayoru olmuş, Birinci Qarabağ müharibəsi zamanı 2-ci Ordu Korpusuna komandanlıq etmişdir. Seyram Saroyan 3 sentyabr 1967-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının Qarğabazarı kəndində anadan olmuşdur. Atası Firdovsi Saroyan Üçkilsə şəhərinin kənd təsərrüfatı idarəsinin müdiri idi. 1984-cü ildə yerli orta məktəbi bitirdikdən sonra Saroyan 1985-ci ildən 1987-ci ilə qədər Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan ayrıldıqdan sonra bir müddət "Haykimiya" adlı regional firmada mühəndis köməkçisi vəzifəsində çalışmışdır. 1989-cu ildə Qarabağ hərəkatının üzvü Saroyan Azərbaycana qarşı Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə toplamış və ona rəhbərlik etmişdir.
Bekim Seyranoviç
Bekim Seyranoviç (bosn. Bekim Sejranović; 30 aprel 1972, Brçko[d], Yuqoslaviya SFR – 21 may 2020, Banya Luka, Bosniya və Herseqovina) — Bosniya, Xorvat və Norveç yazıçısı == Bioqrafiya == 30 aprel 1972-ci ildə Yuqoslaviyaın Bosniya və Herseqovina Respublikasına daxil olan Brçko şəhərində anadan olub. 1985-ci ildə Riyekaya köçür, burada dənizçilik məktəbində oxuyur və xorvat dilini öyrənir. 1993-cü ildən Osloda (Norveç) yaşayır və işləyir, burada Oslo Universitetinin Tarix və Fəlsəfə fakültəsində Cənubi Slavyan ədəbiyyatı üzrə magistr dərəcəsi alıb. O, 21 may 2020-ci ildə Banya Lukada 49 yaşında vəfat edib. Bu xəbəri alan Bosniya və Herseqovinanın Praqadakı (Çexiya) səfirliyi həmin gün matəm əlaməti olaraq Bosniya və Herseqovinanın bayrağını endirib. == Yaradıcılığı == Seyranoviç İnqvar Ambernsen və Frode Qrittenin əsərlərini norveç dilindən tərcümə edib, Norveç novellalarından ibarət "Böyük səhra mənzərəsi" antologiyasını hazırlayıb və tərcümə edib. O, "Janko Poliç Kamovun "The Drained Hold" romanında modernizm" tədqiqatının müəllifidir. "Fasung" hekayələr kitabını, həmçinin "Heç yerə, heç yerdən" və "Ən gözəl son" romanlarını yazıb. Xorvatiya Yazıçılar Birliyinin üzvü olmuşdur.

Digər lüğətlərdə