İtiuclu itburnu
Tükcüklü itburnu (lat. Rosa tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Avropada, Qafqazda, Kiçik Asiyada yayılmışdır.
Hündürlüyü 2 m olan iynəli koldur. Budaqları uzun, düz və ya bir az qövsvari əyilmiş, çiçək saplaqları göy çöküntülü, tikansızdır. Yalançı zoğların uzunluğu 1,2 sm-dək və eni 0,6 sm, hər tərəfdən tükcüklü, kənarları vəziciklidir. Yarpaqları cüt olmayan lələkvari, tünd yaşıl, çox tükcüklü, uzunluğu 7-9 sm-dir. Xırda yarpalqarı 5-7 ədəd, uzunluğu 2-4 sm, uzunsov-ovaldan ellipsvari və yumurtavariyədək, ucu biz bəzən küt, kənarları cüt vəzicikli-dişlidir. Saplaqları tükcüklü, vəziciklidir. İynələri təxminən eyni, çox vaxt düz, bünövrəsində enlidir.