Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koşalin
Koşalin (pol. Koszalin [kɔˈʂalin], kaşub Kòszalëno), əvvəllər Köslin (alm. Köslin‎ [kœsˈliːn]) — Polşanın şimal-qərbində şəhər. Baltik dənizi yaxınlığındadır. Koşalin voyevodalığının inzibati mərkəzidir. Dəmiryol qovşağıdır. Yarımkeçiricilər, avtomobil hissələri, elektrotexnika və tikinti avadanlığı istehsal edilir. Ağac emalı və yeyinti sənayesi, kətan zavodları, Ali Mühəndislik Məktəbi, XIII–XIV əsrlərə aid memarlıq abidələri var.
Katalin Mençinqer
Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Katalin Sili
Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri. Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir. 2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir. == Siyasi karyerası == Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur.
Katalin Kariko
Katalin Kariko (17 yanvar 1955, Solnok, Macarıstan Xalq Respublikası) — macar mənşəli amerikalı biokimyaçı. Dryu Vaysman ilə "COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyaları ilə bağlı kəşflərə" görə 2023-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibi. == Həyatı == Orta məktəbdə o, bəzi fənlərdə fərqlənir və Moritz Zsigmond İslahat Gimnaziyasını bitirir. Seqed Universitetində fəlsəfə doktoru dərəcəsi aldıqdan sonra Kariko tədqiqatlarını davam etdirdi və Macarıstan Bioloji Tədqiqatlar Mərkəzinin Biokimya İnstitutunda postdoktorluq təqaüdünə başladı. 1985-ci ildə o, əri və iki yaşlı qızı ilə Macarıstandan ABŞ-a getdi.
Kavali FK
Kavali İdman Assosiasiyası (Fransızca tələffüz: [ka.vali a.sɔ.sja.sjɔ̃ spɔrtɪv]; Kavali AS və ya sadəcə Kavali olaraq da tanınır) — Haitinin Leoqane şəhərini təmsil edən peşəkar futbol klubudur. Hal-hazırda Haiti Liqasında mübarizə aparır.
Kralın Qızları
== Ümumi məlumat == Kralın qızları XIV Lüdovik tərəfindən hazırlanan 1663–1673-cü illər arasında Yeni Fransaya gələn təxminən 800 gənc Fransız qadını ifadə etmək üçün istifadə olunan bir termindir. Bu Kanadanın əhalisini artırmaq üçün bir layihədir. Qadınlar və qızlar Yeni Fransaya köç ederkən, onlar kralın qızları olmağı düşünmürdülər. Çünki bu termin hökumət tərəfindən aktiv olaraq işə qəbul olunan və koloniya səfəri kral tərəfindən olan qızlar və qadınlar üçün istifadə olunurdu. == Mənşə == Onun başlanğıcında Yeni Fransada kişilərə üstünlük daha çox idi: əsgərlərin vilayətində, xəz ovçuluğunda və kahinlikdə. Bu qadınlardan istifadə az tələb olunurdu. Bu vaxt koloniyada əksər qadınların işləməsi üçün kənd təsərrüfatı üstünlük təşkil etməyə başladı, lakin 17-ci əsrin ortalarında Yeni Fransada yalnız kişilər və qadınlar arasında ciddi qarşıdurma vardı. Qadın immiqrantların kiçik bir hissəsi özləri xərclərini ödəməli oldu və az hissədə subay qadınlar Yeni Fransanın sərt iqlim və şəraitinə uyğunlaşmaq üçün tanıdıqları yerləri tərk etmək istəyirdilər. Rəqib İngilis müstəmləkələrində əhali artımı, bəzi səlahiyyətlilər arasında Yeni Dünyada haqq iddialarını davam etdirmə mövzusunda narahatlıqlarını oyandırdı. Əhalini və ailələri artırmaq üçün Yeni Fransa intendantı Jan Talon, kralın ən az 500 qadının gətirilməsini dəstəkləməsini təklif etdi.
Xvalın dənizi
Xvalın dənizi — Dördüncü dövrün müəyyən bir vaxtında Xəzər dənizinin yerində mövcud olmuş dənizin adıdır. Xvalın dənizi Xəzər dənizindən xeyli böyük idi və şimalda Volqa-Xəzər ovalığını 51 dərəcə şm. enliyinə qədər tuturdu.
Kralın nitqi
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Kralın qayıdışı
Kralın qayıdışı — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən sonuncusu. Bu, "Üzük qardaşlığı" və "İki qüllə"dən sonra sonra gəlir. 1955-ci ildə nəşr edilmişdir. Əsərin məzmunu Qaranlıq hökmdar Sauronun hücumuna məruz qalacaq Qondor krallığında başlayır.
Qvardiya Koşalin FK
"Qvardiya" Koşalin İK ( pol. Klub Sportowy Gwardia Koszalin) — 1946-cı ildə əsası qoyulmuş, Koşalin şəhərini təmsil edən Polşa futbol klubu. Polşa Üçüncü Liqasında çıxış edir. Klub ev oyunlarını 950 tamaşaçı tutumuna malik Stanislav Fiqas adına stadionda keçirir.
İbrahim Kalın
İbrahim Qalın (türk. İbrahim Kalın, 15 sentyabr 1971, İstanbul) — Türkiyə bürokratı, diplomatı, siyasətçisi, professoru, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri, Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru, Baş nazirlik müşaviri müavini, prezidentin baş katibinin müavini, prezident sözçüsü, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli İstihbarat Təşkilatının hazırkı rəhbəri. İbrahim Qalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurumun İspirli rayonunda olan bir ailənin övladı olaraq anadan olmuşdur. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü" adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi almışdır. Ailəlidir, 3 övladı var.
Mustafa Kamalın Samsuna gəlişi
Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir. Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.
Kralın nitqi (film, 2010)
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Üzüklərin hökmdarı: Kralın qayıdışı
Üzüklərin hökmdarı: Kralın qayıdışı (ing. The Lord of the Rings: The Return of the King) — 2003-cü ildə çəkilmiş ABŞ filmi. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Film Con Tolkinin Üzüklərin hökmdarı əsəri əsasında çəkilmişdir. «Üzüklərin hökmdarı: Kralın qayıdışı» — Internet Movie Database saytında.
Üzüklərin hökmdarı: Kralın qayıdışı (film, 2003)
Üzüklərin hökmdarı: Kralın qayıdışı (ing. The Lord of the Rings: The Return of the King) — 2003-cü ildə çəkilmiş ABŞ filmi. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Film Con Tolkinin Üzüklərin hökmdarı əsəri əsasında çəkilmişdir. «Üzüklərin hökmdarı: Kralın qayıdışı» — Internet Movie Database saytında.