Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mağara
Mağara ya Köhül — təbii və süni olmaqla, həm də ibtidai insanların ilk sığınacaq yerləri, yaşayış evləri. == Geomorfoloji termin == Mağara - (rus. пещера, ing. cave) yer qabı­ğının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll ol­ması, həmçinin suffoziya, abra­ziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar - karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan iba­rət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimis­tik mağarasının uzunluğu ). Mağaraları speleologiya öyrənir. == Ümumi məlumat == Azərbaycaının ən qədim məskən tipləri təbii və süni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar quvvələrin inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində suni mağaralar qazma tipli evlərlə əvəz olunmuşdur.
Fagara
Zanthoxylum (lat. Zanthoxylum) — sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Zanthoxylum:The Plant List saytında takson barədə məlumat.
Marqara
Marqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Orta əsrlərdə Naxçıvan ərazisinə daxil olmuş Marqara ərazisində şəhərin və yaxud şəhərtipli yaşayış məntəqəsinin mövcud olduğu haqqında alman səyyahı İohan Şiltberqer "Səyahət kitabı"nda məlumat vermişdir. İ.Şiltberqerin məlumatlarının dəqiq tərcüməsi belədir: “Burda üç şəhər də var, biri Maraqara (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”. Qeyd olunan ilk şəhər – Maraqara və ya Maqara adlı ərazinin adı 1722-1736-cı illərin hadisələrindən bəhs edən “Anonim xronika”da da qeyd olunmuşdur. Nadirqulu xanın Talış ərazisindən Arpaçay yaxınlığında yerləşən Maraqaraya tərəf hərəkət etdiyini göstərən mənbədə Maraqaranın Arpaçay yaxınlığında yerləşdiyi göstərilir. Xronikanı türk dilindən rus dilinə tərcümə edən və qeydlər yazan akademik Z.Bünyadov Maraqara vadisinin Arpaçayın sol sahilində Ani şəhəri ətrafında yerləşdiyini qeyd etmişdir.
Matara
Matara (sinh. මාතර, tam. மாத்தறை) — Şri-Lankada şəhər. Cənub əyalətinin okean sahillərində yerləşir. Ölkə paytaxtı Kolombodan 160 km məsafədədir. Matara dairəsinin əsas ticarət mərkəzi və inzibati mərkəzidir. Şəhər 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələdən böyük zərər görmüşdür. Şəhər əhalisinin sayı 68 000, aqlomerasiyada isə əhalinin sayı 831 mindir. == Etimologiyası == «Matara» sözü «Böyük bərə» mənasını verir və böyük ehtimal ki, tamil dilində olan «matturay» sözündəndir. Matturay sözü isə «böyük dəniz limanı» və ya «böyük qala» mənasını daşıyır.
Maxara
Maxara - Unu süddə qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyi. Əsasən Zaqatala və Balakən rayonlarının kəndlərində yayılıb. Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru hörrə hazırlamaq lazımdır. Südün əvəzinə ayrandan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq göyərti, zəfəran, sarıkök də qatmaq olar. Sonra sacın altına ocaq qalamaq lazımdır (adətən həyətdə). Sac qazdıqdan sonra hazırlanmış hörrəni fincana doldurmaq və isti sacın üstünə tökmək lazımdır. Sacın üzərinə töküləndə o, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin. Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir.
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqаrа
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. == Tarixçə == Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. == Söz açımı == "Nağara" ərəbcə "vurmaq" deməkdir " == Quruluşu == Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Mağara rəsmi
Mağara rəsmi (həmçinin qayaüstü rəsm adlandırırlar) — paleolit ​​dövrünə aid insanlar tərəfindən hazırlanmış mağaralarda olan görüntülər, ibtidai sənət növlərindən biridir. Bu obyektlərin əksəriyyəti Avropada aşkar edilmişdi, çünki qədim insanların soyuq havadan qaçaraq mağaralarda və qrottolarda yaşamağa məcbur olduqları idi. Ancaq Asiyada belə mağaralar mövcuddur, məsələn, Malayziyanın Kalimantan adasında Neah Mağaraları. == Araşdırma tarixi == Uzun illərdir müasir sivilizasiyanın qədim rəsm əsərləri haqqında heç bir fikri yoxdur. Yalnız 1879-cu ildə ispan həvəskar arxeoloq Marselino Sans de Sautuola 9 yaşındakı qızının yanına təsadüfən Altamira mağarasına qışqırdı, arxaları isə qədim insanların bir çox təsvirləri ilə bəzədilib. Görülən bir görünüş tədqiqatçını şok etdi və onu yaxından öyrənməyə təşviq etdi. Bir il sonra, Sautuolanın dostu Madrid Universitetinindən Xuan Vilanov-i-Pyer ilə birgə, paleolit dövrünün rəsmlərinin icrası ilə əlaqədar araşdırmalarının nəticələrini nəşr etdi. Bir çox alim bu mesajı son dərəcə mürəkkəb hiss etməmiş, Sautuol tapıntıları saxtalaşdırmaqda ittiham edilmişdi, lakin sonradan oxşar mağara dünyanın bir çox yerlərində açılmışdır. XIX əsrdə kəşf etdikdən sonra dünyanın alimlərinin mağara rəsmləri böyük maraqla qarşılanmışdır. İlk tapıntılar İspaniyada edildi, lakin sonradan dünyanın müxtəlif bölgələrində, Avropa və Afrika ölkələrindən Malayziya və Avstraliyaya, eləcə də Şimali və Cənubi Amerikada qaya rəsmləri aşkar edilmişdir.
Mağara çimərliyi
Mağara çimərliyi (mac. Barlangfürdő) — Maçarıstanda mağara daxilində yerləşən geotermal su hövzəsi. Çimərlik Mişkols şəhərinin Mişkols-Tapolsa kurortunda yerləşir. Digər bu tip mağara çimərliyi Slovakiyanın Sklene-Teplisa şəhərindədir. Temperaturu 30 °C olan bu su oynaq ağrılarını müalicə edir. Başqa termal sulardan fərqli olaraq bu suyun tərkibində duzların miqdarı çox azdır. O üzdən insanlar uzun müddət bu suda çimə bilərlər. Mağara çimərliyini yanvar ayı istisna olunmaqla il boyu ziyarət etmək mümkündür. == Ümumi məlumat == Mağara və termal su qədim dövrlərdən məlum olsada, Tapolsa çimərliyi Macarıstanın Osmanlı İmperiyası tərəfindən işğalından sonra məşhurlaşıb (16 -17 əsrlər). Mağaranın olduğu ərazi yunan pravoslav abbatılığı Qerembeye məxsus idi.
Mağara şiri
Mağara şiri (lat. Panthera leo spelaea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. 1985-ci ildə alman Ziqsdorfu yaxınlığında tapılmış yetkin mağara şirinin erkəyinin skeletinə əsasən, quyruğu nəzərə alınmadan onun bədəninin uzunluğu 2,1 m, süysününün hündürlüyü 1,2 m olduğu müəyyən olunub. Bu ölçülər müasir növün çox böyük nümayəndəsinə uyğundur.
Montespan (mağara)
Montespan (fr. Grotte de Montespan) — Fransanın cənub-qərbində, Pireney dağlarının ətəklərində mağara. Alt paleolit dövrü adamlarına məxsus Madlet mədəniyyəti qalıqları qalmış mağaranın divarlarında bizon və at təsvirləri, gil döşəmədə isə yaşlıların və 13–14 yaşlı yeniyetmələrin ayaq izləri tapılmışdır. Montespan Paleolit dövrü adamlarının dini və magik məraasim yeri olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Брей У., Трамп Д. МОНТЕСПАН // Археологический словарь Arxivləşdirilib 2020-10-17 at the Wayback Machine. "Происхождение искусства". 2012-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-11. // Словарь изобразительного искусства, 2004—2009. Под ред.
Carac-Çuko (mağara)
Sarac-Çuko — Rusiya, Kabarda-Balkariya Respublikasının Baksan rayonunda arxeoloji abidə. == Yerləşməsi == Sarac-Çuko mağarası Fanduko çayının sol sahilində (yerli adı — Sarajuko; Kişpek çayının qolu — Baksan çayının qolu — Terek çayı hövzəsi), Rusiyanın Kabardia-Balkariya Respublikasında Nalçikdən 20 km şimal-qərbdə, Zayukovo kəndindən 4–6 km aralıda yerləşir. Sarac-Çuko mağarasının dəniz səviyyəsindən hündürlüyü 940 m-dir. Mağaranın hündürlüyü çayın indiki səviyyəsindən 30 m yüksəklikdədir. Sahəsi 300 kvadrat metrdən çoxdur. == Tarixi == 2016-cı ildə Sankt-Peterburq arxeoloqu E. V. Doroniçeva tərəfindən Sarac-Çuko mağarası arxeoloji yer olaraq kəşf edildi. Mağarada 2017-ci ildən bəri hərtərəfli araşdırmalar aparılır. Sarac-Çuko mağarasının tədqiqində Rusiyanın aparıcı elmi mərkəzlərindən olan arxeoloqlar, geomorfoloqlar, geoloqlar, geokimyacılar, fiziklər, palinoloqlar və paleontoloqlar iştirak edirlər. Sarac-Çuko mağarasının 6B qatında mövcud olan yer, Orta paleolit ​​dövründə Kabarda-Balkariya ərazisində məskunlaşma olduğunun ən qədim sübutudur. == Aparılan araşdırmalar == Sarac-Çuko mağarası, Şimali Qafqazdakı qədim zamanlarda vulkan mənşəli xammal yatağı — yeganə obsidian yatağından 4–7 km aralıda yerləşir.
Dodo mağara kilsəsi
Dodo mağara kilsəsi (gürc. დოდოს რქა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. == Tarixi == Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Onun tarixi aid olduğu monastırın ümumi tarixi ilə birbaşa əlaqəlidir. XII-XV əsrlərdə tikili monastır və monastır kilsəsi kimi fəaliyyət göstərmişdir. XIII-XVIII əsrlərdə kompleks monqollar, Teymurilər, Səlcuqlular və Səfəvilərin hücumlarına məruz qalmış, dəfələrlə yağmalanmış və tərk edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kilsə müxtəlif dövrlərə (VI-XVIII əsrlərə) aid mağaralar kompleksindən ibarətdir. Kilsənin əsas zalı XI-XIII əsrlərə aid edilir. Qayanın küncündə yerləşən kiçik sövmə kilsənin ən mühüm və qədim hissəsi olmaqla ziyarətgah kimi istifadə olunur.Kilsənin əsas zalı mühüm tarixi və mədəni əhəmiyyətə malik olan freskalarla bəzədilmişdir.
Florida mağara ayısı
Florida mağara ayısı (lat. Tremarctos floridanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Pleystosen epoxası dövründə mağara mühitinə uyğunlaşmış növ. Onların alıqları ABŞ-ın Florida ştatı ərazisində aşkar edilmişdir. Eynəkli ayılarla birlikdə eyni cinsə aiddirlər. Anotomik baxımından And ayılarının bənzəridirlər.
Kiçik mağara ayısı
Kiçik mağara ayısı (lat. Ursus rossicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Avrasiya ərazisində, Pleystosen epoxasında yayılmışdır. Bu canlıların təqribi olaraq 10 000 il əvvəl nəsli kəsilmişdir. == Təsviri == === Xarici görünüş === Onlar Mağara ayısından ölçülərinə börə seçilirdilər. === Həyat tərzi === Mağara ayısından fərqli olaraq onlar təkcə dağlara deyil həm də düzənliklərdə yaşayırdılar. Bu səsəbdən mağara ilə bağlı deyildirlər. === Qalıqları === Onlara aid qalıqlar Ukraynanın cənubundan Şimali Qafqaza, Altay və Qərbi Sibir ərazilərində aşkar edilir. == Kiçik mağara ayısı və insan == Avrasiyanın dağlıq hissələrində bu canlılar o zamanki insanların əsas ov obyektlərindən biri olmuşdur.
Mavi mağara (Kapri)
Mavi mağara (it. Grotta Azzurra — "azzurlu mağara" ) — İtaliyanın Kampaniya (İtaliya) regionunun, Neapol əyalətinə aid Kapri adasının şimal sahilində yerləşmiş uzunluğu 56 m, eni 30 m , girəcəyinin hündürlüyü 1,3 m olan mağara. Mavi mağaranın tək girişi vardır ki, ora ancaq qayıqla düşmək mümkündür. Giriş qapısı kiçik olduğundan fırtınalı havada mağaraya yan almaq və ya içinə daxil olmaq təhlükəli sayılır. Mağara dibini dəniz suyu basdığından , girişindən içəri düşən günəş şüaları altında mavi rəngə qərq olduğundan məhz "mavi mağara" adlandırılmışdır. Mağara Kapri adasının əsas simvolu sayılır. Bu günədək ona baş çəkən turistlərin ardı arası kəsilmir. Mağara Qədim Roma dövründə məlum olsa da 1826 cı ildə alman yazıçı-şairi Avqust Kopiş tərəfindən demək olar ki, yenidən aşkarlanmışdır.
Mərmər mağara (Kosovo)
Mərmər mağara (serb. Мермерна пећина/Mermerna pećina, alb. Shpella e Mermerit) — Kosovonun Liplyan bələdiyyəsinin Domlye Qadimlye kəndində yerləşən karst mağarası. Mağaranın böyük hissəsi hələ də tədqiq edilməyib. Mağara 1966-cı ildə kəndli Ahmet Diti tərəfindən daş kəsərkən kəşf olunmuşdur. == Həmçinin bax == Serbiya mağaralarının siyahısı == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == 501 Must-visit Natural Wonders. Bounty Books. 2007. ISBN 978-0-7537-1591-8. "Mermerna pećina".
Sarac-Çuko (mağara)
Sarac-Çuko — Rusiya, Kabarda-Balkariya Respublikasının Baksan rayonunda arxeoloji abidə. == Yerləşməsi == Sarac-Çuko mağarası Fanduko çayının sol sahilində (yerli adı — Sarajuko; Kişpek çayının qolu — Baksan çayının qolu — Terek çayı hövzəsi), Rusiyanın Kabardia-Balkariya Respublikasında Nalçikdən 20 km şimal-qərbdə, Zayukovo kəndindən 4–6 km aralıda yerləşir. Sarac-Çuko mağarasının dəniz səviyyəsindən hündürlüyü 940 m-dir. Mağaranın hündürlüyü çayın indiki səviyyəsindən 30 m yüksəklikdədir. Sahəsi 300 kvadrat metrdən çoxdur. == Tarixi == 2016-cı ildə Sankt-Peterburq arxeoloqu E. V. Doroniçeva tərəfindən Sarac-Çuko mağarası arxeoloji yer olaraq kəşf edildi. Mağarada 2017-ci ildən bəri hərtərəfli araşdırmalar aparılır. Sarac-Çuko mağarasının tədqiqində Rusiyanın aparıcı elmi mərkəzlərindən olan arxeoloqlar, geomorfoloqlar, geoloqlar, geokimyacılar, fiziklər, palinoloqlar və paleontoloqlar iştirak edirlər. Sarac-Çuko mağarasının 6B qatında mövcud olan yer, Orta paleolit ​​dövründə Kabarda-Balkariya ərazisində məskunlaşma olduğunun ən qədim sübutudur. == Aparılan araşdırmalar == Sarac-Çuko mağarası, Şimali Qafqazdakı qədim zamanlarda vulkan mənşəli xammal yatağı — yeganə obsidian yatağından 4–7 km aralıda yerləşir.
Zar mağara düşərgəsi
Zar mağara düşərgəsi — Paleolit dövrünə aid, ölkə əhəmiyyətli abidə. Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşən mağara. Zar mağarası Üst Paleolit dövründə insanlıqdan əvvəlki yaşayış yerinin arxeoloji yeridir. == Haqqında məlumat. == Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir.
Şuşa mağara düşərgəsi
Şuşa mağara düşərgəsi — Şuşadakı tarixi abidələr sırasında özünə layiqli yer alan Daş dövrünə aid Şuşa mağarası şəhərin yaxınlığında, I Zarıslı (Daşaltı) çayının dərəsində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Daş dövründə yaşamış insanların məskəni. Şuşa şəhərindən cənubda, Daşaltı çayının sol sahilində yerləşir. 1971-ci ilin iyul ayında M. M. Hüseynovun rəhbərliyi altında Mil-Qarabağ arxeoloji ekspedisiyası Qarabağın dağlıq ərazilərində paleolit düşərgələrini aşkar etmək məqsədilə kəşfiyyat işləri aparmışdır. Bu mağaranın uzunluğu 120 metr, eni 20 metrə qədərdir. Şuşa mağarasının ağzında orta əsrlərə aid olan daşdan qalın istehkamlar, qala divarlarının qalığı vardır. Arxeoloji qazıntılar zamanı buradan Paleolitə aid iki ədəd kobud çapacaq, Mezolitə aid mikrolit bıçaqlar və s. aşkar olunmuşdur. Oradakı qarışıq torpaqdan isə miladdan öncə V–IV minilliklərə aid Enolit gil qab nümunələri, Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları tapılmışdır. == Arxeoloji qazıntılar == Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid Şuşa mağara düşərgəsi qeydə alınmışdır.
Əshabi-Kəhf (mağara)
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər.
Böyük nağara
Böyük nağara, və ya kos nağara - Azərbaycan musiqi aləti. Bəzi regionlarda "toy nağarası" da adlandırılır. == Quruluşu == Diametri başqa nağaralardan xeyli böyükdür. Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400–450 mm, hündürlüyü 500–550 mm-dir. == Növləri == Çombaq nağarada ritmlərin yalnız güclü vurğuları ifa edilə bilər, adətən güclü səsli alətləri (zurnaçılar dəstəsi) açıq səmada müşayiət edir. İfaçı bir əli ilə aləti qoltuğunun altında saxlayır, digər əlində isə çombağı tutaraq ritmin ancaq güclü vurğularını səsləndirir. Çiling nağara ilə birlikdə dolğun ritmi ifadə edir. Bir əlində çombaq, digərində çubuq tutaraq aləti döyəcləyəndə həm güclü, həm zəif səslər əmələ gəlir. Çombaq zoğal ağacının nisbətən qalın, düz budağından qayrılır, çünki belə çombaqlar daha möhkəm, dözümlü olur.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Fagara oahuensis
Zanthoxylum oahuense (lat. Zanthoxylum oahuense) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Maqura mağarası
Maqura — Bolqarıstannın Vidin vilayəti ərazisində, Rabışa kəndi yaxınlığında, Vidin şəhərinin ərazi vahidliyində yerləşir. == Tarixi == Mağara hələ qədim zamanlardan məşhur olmuşdur. Belə ki, Roma imperiyası dövründə və orta əsrlərdə mağara tətqiq olunmuşdur. == Xüsusiyyətləri == Mağaranın ümumi uzunluğu 3 kilometrə yaxındır. Mağara uzun və geniş dəhlizlərə sahibdir. Dəhlizlərlə sona qədər getmək məqsədi ilə insana 5 saat lazım gəlir. Maqura özünün stalaktit, stalaqmit və stalaqnatları ilə məşhurdur. Ən böyük stalaqnat (və ya stalaqnot) 20 m hündürlük və 4 m enə malikdir. Ən böyük stalaqmit isə 11 m uzunluq və 6 m diamtrə malikdir. İl boyu mağarada temperatur sabit olaraq qalır.
Altamira Mağarası Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.