Movses Kağankatvatsi
Moisey Kalankatlı və ya Movses Kağankatvatsi (900, Kalankat, Uti – bilinmir) — tarixçi. Etnik mənşəyi haqqında məsələ mübahisəli olaraq qalır.
Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Qafqaz Albaniyasının siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yürüdən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz ki, xüsusi yazılı abidədə öz dövrünün inkişafını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur.
Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi". Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993.
Təkrar nəşr: Moisey Kalankatuklu, "Albaniya tarixi".