Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Mirko Bertolina
Mirko Bertolina (11 may 1991) — İtaliyalı xizək yürüşçüsü. Mirko Bertolina İtaliyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Mirko Bertolina birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Bertolina 3:20.07 saniyəlik nəticəsi ilə 80 atlet arasında 40-cı yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Mirko Filipoviç
Mirko Filipoviç (10 sentyabr 1974, Vinkovci, Vukovar-Sriyem jupaniyası[d]) - məşhur Xorvatiyalı UFC döyüşçüsü. 1974-cü ildə Yuqaslaviya Sosialist Federativ Respublikasında dünyaya gəlmiş Mirko gənc yaşlarından idmanın kikboksing növü ilə məşğul olmuş və ilk naliyyətlərində bu idman növündə qazanmışdır. Bundan başqa taekvondo idman növündə isə qara kəmərə sahib olmuşdur. O, Xorvatiyanı UFC-də təmsil edən ən məşhur idmançıdır. Hal-hazırda Xorvatiya Xüsusi Təyinatlı Polisində çalışır. Məşqisi İvan Hippolyte olmuşdur.
Mirna Yukiç
Mirna Yukiç (xorv. Mirna Yukiç) — xorvat əsilli keçmiş Avstriya üzgüçüsü. Dünya çempionatlarında bürünc medallar qazanmışdır. O, keçmiş basketbolçu və atası olan Jelyko Yukiç ilə məşq etmişdir. Avropa və dünyada bir çox uğurlar qazanmışdır. Mirna Yukiç Novi Sad şəhərində (Serbiya) anadan olmuşdur və Xorvatiyanın Vukovar şəhərində böyümüşdür. 1991-ci ilin noyabrında ailəsi ilə birlikdə Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə köçmüşdür. Atası 1996-cı ildə Mladost idman cəmiyyətində ona məşqlər keçməyə başlamışdır. İlk vaxtlar birlikdə məşq etdiyi qardaşı Dinko Yukiç də beynəlxalq yarışlarda yarışan üzgüçü olmuşdur. 1999-cu ilin payızında ailəsi Vyana şəhərinə köçmüşdür və həmin il Mirna Avstriya vətəndaşlığını qəbul etmişdir.
Mirns sincabı
Mirns sincabı (lat. Tamiasciurus mearnsi) — Gəmiricilər ailəsinin sincablar dəstəsinə aid növdür. Amerika zooloqu Edqar Aleksander Mirnsin (1856–1916) şərəfinə adlandırılmışdır. Meksikanın endemik heyvanıdır. Aşağı Kaliforniya ştatında geniş yayılmışdır. Dəniz səviyyəsindən 2100–2400 m hündürlükdə yerləşən şam və küknar meşələrində yaşayır. Bir qayda olaraq ağacların oyuqlarında, ağacdələnlər tərk edilmiş boşluqlarda yaşayırlar. Bu sincablar isti aylarda meyvələri və fındıqları yığır, qışda isə onlardan istifadə edirlər. Daha çox iynəyarpaqlı ağaclarda yaşayırlar. Yazın başlanğıcında çoxalırlar.
Mirnı (Yakutiya)
Mirnı (rus. Мирный, saxa Мииринэй) — Rusiya şəhəri, Saxa Respublikası (Yakutiya) Mirnı ulusunun inzibati mərkəzi. Rusiyanın almaz paytaxtı sayılır. Mir almaz yatağının ətrafında qəsəbə kimi yaranmışdır və yatağın şərəfinə Mirnı adlandırılmışdır; 1959-cu ildə qəsəbəyə şəhər statusu verildi. Şəhər Yakutiyanın qərbində yerləşir, burada İrelyax çayı (Vilyoy hövzəsi) axır. Respublikanın paytaxtı Yakutsk şəhərindən Vilyui şossesi boyunca məsafə 1072 km, hava ilə 820 km təşkil edir.
Mirnı (gəmi)
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Mirnı gəmisi
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Mirnı ulusu
Mirnı ulusu (saxa Мииринэй улууhа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Mirnı şəhəridir. Sahəsi 165,8 min km²-dir. Şimaldan və şimal-şərqdən Olenok ulusu, şərqdən Nyurba və Suntar ulusları, cənubdan Lena ulusu, qərbdən İrkutsk və Krasnoyarsk vilayətləri ilə həmsərhəddir. Bu ərazidə böyük bir anomal vadilərdən biri Ölüm vadisi yerləşir. Relyefi platodur. Ulusun şimalında Vilyoy yaylası, cənubda Prilensi yaylası yerləşir. Böyük çayı Vilyoydur. Ulus ərazisində Vilyoy su anbarı yerləşir. Yanvar ayının orta temperaturu cənubda -32 ° C-dən şimalda -40 ° C, iyulda + 14 ...
Miron Bialoşevski
Miron Bialoşevski (1922–1983) — Polşa şairi, nasir, dramaturq, aktyor və rejissor. O, müharibə illərində gizli universitetdə oxuyur, amma təhsilini başa vura bilmir. Varşava üsyanı yatılıdıqdan sonra almanlar tərəfindən həbs edilir və atası ilə birlikdə Almaniyaya işlədilməyə aparılır. Ordan qaça bilir. Sonralar kiçik bir teatr (Teatr Osobny) yaradır və orda aktyor və resijjor kimi çıxış edir. Miron Bialoşevskinin yaradıcılığında məşhur Varşava üsyanı xüsusi yer tutur. O, həyatın boz günlərində də işıq və ümid arayırdı. Danışıq dilininpoetik istifadə ustası sayılan Miron Bialoşevski, həm də aktyor və rejissor idi. Miron Bialoşevskinin avtobioqrafik "Varşava üsyanının gündəliyi" kitabı böyük rezonansa səbə olur və 1970-ci ildə Polşanın Mədəniyyət və Mədəni İrs nazirliyi tərəfindən mükafatlandırılır. Miron Bialoşevski (1922–1983) (Polşa).
Miron Qrossman
Miron Osipoviç Qrossman — fotoqraf, rejissor, operator. Milliyyətcə yəhudi olan və Odessada yaşayan peşəkar fotoqraf Miron Qrossman Fransada staj keçdikdən sonra kinematoqrafiya ilə məşğul olmağa başlamışdır. O, Rusiyada ilk fotoqraflardan idi. 1907-ci ildən Odessanın həyatından bəhs edən kinoxronikalar lentə almışdı. 1908-ci ildə isə Bakıda və Uralda çəkilişlər aparmışdı. Bunlardan üçü Bakı həyatı, biri isə Uraldakı zavodlar haqqında idi. Sonralar Odessada Deribasovsk küçəsində kiçik bir laboratoriya açan Miron Qrossman bu laboratoriyada plyonkalarını özü yuyurdu. "Miroqraf" adlı studiyanı qurduqdan sonra isə o, öz şəxsi bağında şüşədən kiçik bir çəkiliş pavilyonu tikmiş və çəkilişləri burada aparmağa başlamışdır. Hazırda onun bağının yerində Odessa kinostudiyası yerləşir." Miroqraf" studiyası 1912-1914-cü illərdə 3 bədii film çəkmişdir. Sonralar maddi çətinliklərlə üzləşən Qrossman M. Tovbinin rəhbərlik etdiyi "Cənub Bankı" ilə "Miroqraf"ı birləşdirmək qərarına gəlmiş və onlar birgə çəkilişlər aparmışlar.
Mirto dənizi
Mirto dənizi (yun. Mυρτώο Πέλαγος) - Egey dənizinin cənub-qərbində, antik dönəmində adlandırılmış dəniz. Dəniz Evbeydən Lakedemona qədər uzanır. Rəvayətə görə hansısa qadının şərəfinə adlandırılmışdır. Bu ad Qorasiya, Strabonun və Böyük Plininin şeirlərində rast gəlinir. Stabona dəniz Suniya burnundan Korinfa burnuna qədər uzanır. Saronices körfəzi onun sahəsinə aiddir. Pliniyə görə isə dəniz Meqar körfəzindən başlayır və Attika sahillərini yuyur. Bu termin hal-hazırda aktiv olaraq istifadə edilmir.
Mirzo Tursunzadə
Mirzo Tursunzadə (tac. Мирзо Турсунзода, 19 aprel (2 may) 1911, Karataq[d], Rusiya Türkistanı general-qubernatorluğu – 24 sentyabr 1977, Düşənbə) — Tacikistanın Xalq şairi (1961), Sosialist Əməyi Qəhrəmanı (1967). Mirzo Tursunzadə 2 may 1911-ci ildə Tacikistan Respublikasının Buxara əmirliyinin Karataq kəndində anadan olub. 1925-ci ildə Pedaqoji Texnikuma qəbul olan şair 1930-cu ildə Tacikistan Maarif İnstitutunu bitirib. Mirzo Tursunzadə əmək fəaliyyətinə "Tacikistan komsomolu" qəzetində başlayıb. Həmçinin A.S.Puşkin adına Musiqili Dram Teatrında ədəbi hissənin rəhbəri vəzifəsini icra edib. Mirzo Tursunzadə 1946-cı ildən Asiya və Afrika xalqları Həmrəylik Komitəsinin sədri və Tacikistan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifələrini icra edib. 1959-cu ildən SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi, habelə SSRİ Ali Sovetinin deputatı (2–9-cu çağırış) olub. UNESCO-nun qərarı ilə 2011-ci ildə Mirzo Tursunzadənin 100 illik yubileyi geniş qeyd olunub. Əsərlərini tacik və rus dillərində yazan Mirzo Tursunzadənin 21 yaşı olarkən, 1932-ci ildə ilk "Qələbə bayrağı" adlı məcmuəsi nəşr olunub.
Oktav Mirbo
Oktav Mirbo (fr. Octave Mirbeau; d. 16 fevral 1848 - ö. 16 fevral 1917) — fransız yazıçı-dramaturqu. Le Calvaire (1886). L'Abbé Jules (1888). Sébastien Roch (1890). Dans le ciel (1892-1893). Les Mauvais bergers (1897). Le Jardin des supplices (1899).
Rami Miron
Rami Miron (ivr. ‏רמי מירון‏‎; 17 yanvar 1957, Bakı) - olimpiya güləşçisi. Azərbaycan yəhudilərindən olan ailədə, 1957-ci ilin 17 yanvar tarixində Bakı şəhərində dünyaya gəlmişdir. Daha sonralar Sovet İttifaqından İsrailə köçmüşdür. 1975-ci ildə yüngül çəkidə çıxış edən Rami Miron həmin ildə Dünya Gənclər Çempionayında VI, Dünya Çempionatında isə VII yeri tutmuşdur. O, həmçinin 1975-ci ildə Təl Əviv Beynəlxalq Güləş Turnirində qızıl medal qazanmış və İsrail qəzeti Maariv tərəfindən "İlin İdmançısı" mükafatına layiq görülmüşdür.. Bundan sonra İsrail üçün güləşməyə başlamış və 1976-cı ildə Monrealda keçirilən olimpiya yarışlarında sərbəst güləş üzrə İsrail yığmasında çıxış etmişdir. Bu zaman onun 19 yaşı var idi. ABŞ-ni təmsil edən Ronald Jozefi, İşveçli Lennart Lundelli, Avstraliyalı Zsiqmond Kelevitzi məğlub etmiş, lakin macar Janos Kocsis və yarımfınalda qızıl medalı qazanacaq Sovet İttifaqını təmsil edən Pavel Piniginə məğlub olmuşdur. Olimpiya oyunlarının sonunda VII yeri tutumuşdur.
Joan Miro
Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[…], Barselona[…] – 25 dekabr 1983[…], Palma-de-Malyorka[…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib. Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi. == Həyatı == Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur. Miro adının kökü qədim yəhudilərə gedib çıxır. Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi. O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi. === Karyerası === Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir.
Mino Rayola
Mino Rayola (it. Mino Raiola, 4 noyabr 1967, Noçera-İnferyore[d], Kampaniya – 30 aprel 2022, Milan) — İtalyan əsilli Niderland futbol agenti. O, bir çox tanınmış futbolçuların, o cümlədən, Pavel Nedved, Zlatan İbrahimoviç, Lorenzo İnsine, Mario Balotelli, Romelu Lukaku və Pol Poqbanın agenti olmuşdur. Rayola 1967-ci ildə İtaliyanın cənubundakı Kampaniya əyalətinin Noçere-İnferyore şəhərində anadan olub. O, bir il sonra valideynləri ilə Hollandiyanın Haarlem şəhərinə köçmüşdür. Hollandiyada Rayolanın gənclik illəri atasının qurduğu pizzaçılar şəbəkəsində keçib., O, atasına yaxınlaşmaq üçün əvvəlcə qab-qacaq yuyurdu, sonra isə ofisiant kimi çalışırdı. Rayola ailəsi ilə birlikdə Monako knyazlığında yaşayırdı. O, yeddi dildə danışırdı: italyan, ingilis, alman, ispan, fransız, portuqal və holland. 2022-ci il aprelin 30-da Rayolanın ailəsi onun 54 yaşında dünyasını dəyişdiyini təsdiqləyən bəyanat yayıb.
Miro Varvodiç
Miro Varvodiç (xorv. Miro Varvodić; 15 may 1989, Split, Yuqoslaviya SFR) — xorvatiyalı qapıçı. Miro Varvodiç 2006-2010-cu illərdə Xorvatiyanın Hayduk Split klubuna məxsus olub. 2007-ci ildə Xorvatiyanın Mosor, 2008-2010-cu illərdə Almaniyanın Köln klubuna icarəyə verilən qolkiper 2010-da Bundesliqa klubuna transfer olunub. 2012-ci ildə Qarabağ klubu ilə 2 illik müqavilə imzalayıb. 2013-сü ildə qarşılıqlı razılaşma əsasında klubla müqaviləni pozub və komandadan ayrılıb.
Miro Yaroş
Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni. Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər. 2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüser Cerri Vlodavski ilə tanış olur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Mirnı (Antarktika stansiyası)
Mirnı stansiyası — SSRİ, Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Deyvis dənizi sahilində yerləşir. Stansiyanın adı Antarktidanın kəşfində iştirak etmiş «Mirnı» gəmisinin şərəfinə adlandırılmışdır. 5 yanvar 1956-ci ildə "Ob" gəmisi Birinci Sovet Antarktik ekspedisiyası cərcivəsində Antarktida sahilində dayanırlar. 15 yanvar tarixində isə stansiyanın tikinti yeri seçilir. Burada 21 bina və hava limanı inşa edilir. Stansiya 13 fevral 1956-cı ildə açılır. Bu Sovetlər birliyinin Antarktidada yerləşən ilk qütb stansiyası olur. İlk əvvəllər Sovetlərə məxsus olan bütün Antarktik stansiyaların idarə olunması buradan idarə edilirdi. Üstəlik mərkəzi baza rolunu oynayırdı.
Mino-Ovari zəlzələsi (1891)
Mino-Ovari zəlzələsi — 1891-ci ildə Yaponiyada baş verən zəlzələ. 1891-ci il oktyabrın 28-də səhər saat 06.37 dəqiqədə Yaponiyanın dağlıq rayonu olan Xan-syu adasında zəlzələ baş vermişdir. Zəlzələ təxminən 100 km uzunluğunda tektonik xəttin fayı ilə müşayiət edilmişdir. Üfiqi yerdəyişmə 4 m-ə, şaquli yerdəyişmə bəzi yerlərdə 7 m-ə çatmışdır. Şərq tərəfdə fay boyu yerdəyişmə şimal-qərb istiqamətində olmuşdur. Böyük torpaq sahələri bəzi yerlərdə çökmüş və bəzi yerlərdə qalxmışdır. Zəlzələ 1 000 000 km2 sahədə hiss edilmiş, fay boyu 10 000 km2-ə yaxın sahədə böyük dağıntılar olmuş və 10 000 körpü müxtəlif dərəcədə zədələnmişdir. Bu zəlzələnin nəticəsində 7 000 nəfər tələf olmuş və 17 000 nəfər yaralanmışdır.
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Girnə
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Imron
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.