Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Abbasqulu (memar)
Abbasqulu (az.-əbcəd آبباسقولو‎ XVIII əsr – XVIII əsr) — XVIII əsr Azərbaycan memarı və nəqqaşı. Abbasqulu Şəki xanları sarayının daxili tərtibatında iştirak etmiş, saraydakı böyük salonun tavanında mürəkkəb kompoziyalı bəzək işləri görmüşdür. Tavanın mərkəzi xonçalarından birinin kitabəsində öz adını orijinal şəkildə həkk etmişdir. "Ustad Abbasqulu" sözləri iki dəfə – sağdan sola və aynada əks olunmuş kimi soldan sağa təkrarlanır.
Akşay Kumar
Akşay Kumar (ing. Akshay Kumar, hindcə:अक्षय कुमार; 9 sentyabr 1967, Yeni Dehli) — tanınmış hind aktyorudur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu "Hindistanın Brüs Li"si adlandırırlar. == Həyatı == Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əvvəlcə "Don Bosco School" adlı məktbədə təhsil almış, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirmişdir. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay Taekvondo üzrə qara kəmər qazandıqdan Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır.. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir.
Humar zirvəsi
Humar zirvəsi (bolq. връх Хумар, ‘Vrah Humar’ \'vr&h hu-'mar\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1300 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Yorum buzlağından şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir.Zirvə Bolqarıstanda yerləşən qədim Humar qalasının adını daşıyır. == Yerləşməsi == Humar zirvəsi 65°14′36″ c. e. 62°12′03″ q. u. koordinatlarında yerləşmişdir. Yordanov nunatakından 5.9 km cənub-qərbdə, Kotiyon burnundan 9.14 km qərbdə, Birks dağından 5.5 km şimal-qərbdə yerləşmişdir.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Memar (1971)
== Məzmun == Film-portret Azərbaycan memarı Mikayıl Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur.
Memar Cerard
Meyster və ya Memar Cerard (doğum 1210/1215, ehtimal olunan doğum yeri Rayl, Almaniya - ölüm 24/25 aprel 1271, Köln, Almaniya) — Köln kafedralının birinci memarı. O həmçinin adının latınca versiyası Cerard von Ril kimi də tanınır. Ril Amyens Kilsəsi üçün model hazırlamışdı. == Biblioqrafiya == Paul Klemen (ed.): Der Dom zu Köln (= Die Kunstdenkmäler der Rheinprovinz. Band 6, Teil III). Reprint der 2., vermehrten Auflage, Düsseldorf, 1938. Düsseldorf Schwann 1980, ISBN 3-590-32101-6 İohan Jakob Merlo: Geschichte der Kölner Dombaumeister (= Nr. 75 der Jahrbücher des Vereins von Alterthumsfreunden im Rheinlande), 1883 İohan Jakob Merlo: Nachrichten von dem Leben und den Werken kölnischer Künstler, S.133 Köln 1850 Henrix Pröhle: Meister Gerhard von Rile, des Kölner Domes Baumeister, in: Rheinlands schönste Sagen und Geschichten. Berlin 1886, S. 213-216 (E-Text) Sulpiz Boisserée: Meister Gerhard, muthmaßlicher Baumeister des Doms v. Köln.
Memar Sinan
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490 – 17 iyul 1588, Konstantinopol) — Osmanlı memarıdır. == Həyatı == Mənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu. Birinci Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı.
Memar Əcəmi
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — Mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. == Həyatı və yaradıcılığı == XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları.Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır.
Muğar (Əhər)
Muğar (fars. مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (23 ailə).
Neoseiulus mumae
Neoseiulus mumae (lat. Neoseiulus mumae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Neoseiulus mumai
Neoseiulus mumai (lat. Neoseiulus mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Oumar Kaba
Oumar Kaba (d. 13 yanvar 2001) — Qvineyalı üzgüçü. Oumar Kaba Qvineyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Oumar Kaba birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. O, yarışı sona qədər başa vura bilmədi, 119 üzgüçü arasında 119-cu oldu və yarımfinala vəsiqə qazanmadı.
Oumar Kone
Oumar Kone (11 fevral 1985, Mali) — Malili cüdoçu. Oumar Kone Malini 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == 11 fevral 1985-ci ildə anadan olub. == Karyerası == Oumar Kone birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Lusiano Korreya ilə üz-üzə gəldi. Həmin görüşdə Oumar Kone rəqibinə 2:102 hesabı ilə uduzdu.
Oumar Ture
Oumar Ture (24 yanvar 1996) — Malili üzgüçü. Oumar Ture Malini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Oumar Ture birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 57.56 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Palendra Kumar
Paraamblyseius mumai
Paraamblyseius mumai (lat. Paraamblyseius mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraamblyseius cinsinə aid heyvan növü.
Phytoseius mumai
Phytoseius mumai (lat. Phytoseius mumai) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Platyseiella mumai
Platyseiella mumai (lat. Platyseiella mumai) — phytoseiidae fəsiləsinin platyseiella cinsinə aid heyvan növü. == İstinadlar == Platyseiella mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qumar turizmi
Qumar turizmi — qumar oynamaq üçün bir yerə yığılan oyunçuları, eyni zamanda bu səyahəti və oyunu təşkil edən sektoru ifadə edən ümumi anlayış. Qumar turizminin Las- Veqas, Kıbrıs, Macarıstan, Portuqaliya, Sinqapur, Yaponiya, İspaniya, Dubay, Vyetnam və s. mərkəzləri vardır. Qumar turizmi ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, həm də məşğulluq imkanlarının təmin edilməsinə və artırılmasına kömək edir.Kazinoların adətən otel, kurort, restoran və s. bənzər tipli obyektlərin sıx olduğu ərazilərdə yerləşdirilir. Bu obyektlər və kazinolar müxtəlif formalarda əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, qumar turizmi başqa turizm növlərinə nisbətən daha bahalı hesab olunur. == ABŞ-də qumar turizmi == ABŞ Dünya miqyasında ən böyük qumar turizm mərkəzlərindən biridir. ABŞ-də ən böyük qumar bazarları bunlardır: Las-Veqas, Nyu-York, Detroit, Atlantik Citi və s. ABŞ-də qumar və kazinoların sürətlə inkişafı təkcə yerli amerikalıların bu sahədə qızğın fəaliyyətlərini əks etdirmir.
Radovan (memar)
Radovan (Latınca Raduan; XIII əsr, Trоqir, Split-Dalmatiya jupaniyası[d] – XIII əsr) — XIII əsrdə Trogirdə yaşamış Xorvat heykəltaraş və memar. == Haqqında == Radovan XIII əsrdə Xorvatiyanın Trogir şəhərində anadan olmuş və həmin şəhərdə ömür sürmüş heykəltaraş və memardır. Xorvatiyada Usta Radovan kimi tanınırdı. Trogir Kafedralında Roman portalındakı abidəsi istisna olmaqla şəxsiyyəti və bu sənətkarın fəaliyyəti barədə heç bir məlumat yoxdur. Radovan adını və əsas portalı hazırlama tarixini - 1240-cı ili girişdə Lunette üzərində qeyd etmişdir. Mətn məlumat verir ki, usta Radovan heykəltaraşlıq sahəsində ən yaxşılardan idi və layihə Tuskan, Florensiyalı Trequan Trogir yepiskopu olanda tamamlanıb. Radovan Trogirin doğma ppoğlu idi və XIII əsr Trogir arxivlərində onun adı da xatırlanır. Onu müəllifi olduuğu portal 4 hissədən ibarətdirː Qapının girişində şirlərlə birgə təsvir olunan Adam və Həvvanın üryan fiqurları; içəridə çoxsaylı barelyeflər və ov səhnələri və son olaraq mərkəzdə Məsihin həyatından səhnələri əks etdirən təsvirlər. Məsihin çağırışından Dirilişə timpanium ətrafında arkalar var. Son olaraq isə Məsihin doğum timpanimudur.