Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vulkan palçığı axını
Vulkan palçığı axını (rus. вулканический грязевой поток, ing. volcanic mud stream) — kraterində buzlaq və ya göl olan vulk. püskürməsi nəticəsində su ilə doymuş yumşaq vulk. materiallarından təşkil olunmuş kütlənin yamac boyu axması. Güclü Vulkan palçıq axını Kamçatkada krateri buzla örtülmüş vulkanlarda tez –tez baş verir (Avaçi və Klyuçevsk sopkaları).
Alaciki
Alaciki Tiflis quberniyasının Tioneti qəzasında kənd adı. == Toponimkası == Alacik- Tiflis quberniyasının Tioneti qəzasında kənd adı. XIX əsrin ortalarında Gürcüstanda rusca yazılışında "Çixeki" kənd icması vardı və bu icmaya Atan, Haqnəzər, Çik, Loru, Seyidbağlı və b. kəndlər daxil idi. Bu kəndlərin əhalisi XIX əsrin birinci yarısında gəlmə ermənilər idi. Qazax qəzasında (indi Ermənistanın İcevan rayonunda) da bu adda kənd vardı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana deportasiya edilmişdir. Əsli El-i Cik, yəni "Cik eli (tayfası)". Yenisey və İrtış sahillərində yaşamış qədim türkmənşəli Cik tayfası VI–VIII əsrlərdə Türk xaqanlığına daxil idi. VIII əsrdə ciklər İrtış boyunda kaymak-qıpçaqlara qarışmış və görünür, onların tərkibində Cənub şərqi Avropaya, oradan Cənubi Qafqaza gəlmişlər.
Balçılı
Balçılı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Balçılı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Paldiski
Paldiski (est. Paldiski), tarixi adı Rogervik (isv. Rågervik), Baltiyskiy port, Ба́лтиски (est. Baltiski) — Estoniyada şəhər. Fin körfəzinin sahilində yerləşir. Paldiskinin əhalisi 4,1 min nəfərdir (2010). Estonlar şəhərdə azlıq təşkil edirlər. Ümumilikdə isə şəhər əhalisini 31 millətlərin nümayəndələri təşkil edir. Paldiski Haryumaa bölgəsində yerləşir, Fin körfəzinin sahilində. Tallindən 52 km məsafəsində yerləşir.
Palikir
Palikir (ing. Palikir) — Mikroneziya Federativ Ştatlarının paytaxtı. Palikir ölkə paytaxtı statusunu 1989-cu ildə qazanıb. Ona qədər paytaxt Kolonia şəhəri idi. Palikir şəhəri Sakit okeanda, vulkan mənşəli Ponpei adasında yerləşir. 2004-cü il məlumatına görə Palikirdə 9 min nəfər əhali yaşayır. Əhali əsasən mikroneziyalılardır. Rəsmi dil ingilis dilidir. Yerli əhali çuukeze, ponpey, kosraen, yapese və digər yerli dillərdə danışır. Əhalinin çoxu xristianlardır: protestantlar (47 %) və katoliklərdir (50 %).
Palçıqlı
Palçıqlı (Marağa)
Maliki
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Alberto Paloski
Alberto Paloski (4 yanvar 1990, Kiari, Lombardiya) — Seria C liqasının B qrupunda çıxış edən "Siena" klubunun hücumçu mövqeyində çıxış edən İtaliya futbolçusu. == Milli komanda karyerası == 2008-ci ildə Paloski İtaliya millisinin heyətində 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 2 qol vurmuşudur. 18 noyabr 2008-ci ildə İtaliyanın U-21 yığmasında Almaniya ilə yoldaşlıq oyununda debüt etmişdir. O, 2009-cu ildə İsveçdə keçirilən U-21 Avropa çempionatında İtaliya heyətinə dəvət almışdır. 2014-cü ilin mart ayında Çezare Prandelli onu əsas milli komandanın heyətinə saldı. 31 may 2015-ci ildə Paloski Antonio Konte tərəfindən yenidən təlim-məşq toplanışına çağırıldı.
Balçılı (Göygöl)
Balçılı (əvvəlki adı: Bolçalı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Salahlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Bolçalı kənd inzibati-ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi, Bolçalı kənd inzibati-ərazi vahidi Balçılı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Oykonim bol (yüksəklik), cal (ətək) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "dağətəyi" deməkdir. Köhnə ədəbiyyatlarda Balçalı kimi də işlənmişdir. == Tarixi == Balçılı kəndinin salınması və bir kənd kimi formalaşması təxminən XX əsrin əvvəllərinə, yəni 1905–1915-ci illərə təsadüf edir. === Tarixi abidələri === Balçılı kəndinin ərazisində tarixi məlum olmayan "Qız-qalası", Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır. == Coğrafiyası və iqlimi == Kənd Azərbaycanın qərbində, Gəncə şəhərinin cənub-qərbində, Qoşqarçayın (Kürün qolu) sol sahilində, Qaflanqala silsiləsinin ətəyində yerləşir. Ərazisindən Quşqara (Qoşqar) çayı, filiz daşımaq üçün Daşkəsəndən çəkilmiş dəmir yolu keçir. İqlimi mülayim-istidir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər yaşayır.
Balçılı (Yevlax)
Balçılı — Azərbaycan Respublikasının Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kənd XIX əsrdə Gəncə (Yelizavetpol) qəzasında maldarlıqla məşğul olmuş balçılı nəslinin adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində yerləşir. == İqtisadiyyatı == Əhalisi əsasən heyvandarlıq və əkinçilik ilə məşğuldur.
Balçılı bələdiyyəsi
Balçılı bələdiyyəsi (Yevlax) — Yevlax rayonunda bələdiyyə. Balçılı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Balçılı kurqanları
Balçılı kurqanları — Şəmkir rayonunun Balçılı kəndi yaxınlığında e.ə. 2-ci minilliyə aid qəbir abidələr. Balçılı kurqanlarından tunc təbərzin, toppuz, nizə, iynə, bilərzik, düymələr, mismar, sümük əşyalar, saxsı məmulatı və s. tapılmışdır. Ölülər daş qutu, quyu və dördkünc formalı torpaq qəbirlərdə dəfn edilmişdir. Paşatəpə adlı kurqanda qəbir taxta tirlərlə üç mərtəbəyə bölünmüşdü. Alt mərtəbədə adam və at skleti, silah, gil qablar, Orta mərtəbədə heyvan sümükləri aşkar olunmuşdu. Qəbrin üstündə tonqal qalandığından alov ənn üst mərtəbəni məhv etmişdi. Tapılan əşyalar dəfn edilənin həm zəngin, həm də hərbçi olduğunu göstərir. Kurqanlar Azərbaycanda Tunc dövründən sinifli cəmiyyətə keçidi göstərir və Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir.
Balçılı qalası
Balçılı qalası — Göygöl rayonu Balçılı (Göygöl) ərazisində yerləşir. XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır.
Dalcılı (Xoy)
Dalcılı (fars. دلجلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (62 ailə).
Palçikov (Bakalı)
Palçikov (başq. Пальчиков, rus. Пальчиково) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mustafa kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 28 km, kənd sovetliyindən (Mustafa): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 63 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (100%)üstünlük təşkil edir.
Palçıqlı (Marağa)
Palçıqlı (fars. پالچقلو‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (121 ailə).
Palçıqlı (Çaroymaq)
Palçıqlı (fars. پالچقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 77 nəfər yaşayır (16 ailə).
Fars palıdı
== Təbii yayılması: == Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır. == Ekologiyası: == Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür.
Gürcü palıdı
Quercus iberica (lat. Quercus iberica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Аvrоpаdа və Qаfqаzdа yаyılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 32 m оlаn аğаcdır. Zоğlаrı qırmızımtıl-qəhvəyi rəngdə, çılpаqdır. Yаrpаqlаrının uzunluğu 5-18 sm, еni 3-7 sm, tərs və yа uzunsоv, оvаl fоrmаlı, dərivаri, üst tərəfdən yаşıl, pаrıldаyаn, аlt tərəfdən аçıq yаşıl tüklərlə örtülüdür. Оturаcаqdаn аzcа pаzvаri, nаdir hаllаrdа uc tərəfdən sıxılmış dilimlərə mаlikdir. Yаrıqlаrı kiçik оlduqdа, yаrpаq аyаsının yuxаrı və аşаğı hissələrinə dаhа yаxın оlur. Yаrpаqlаrın sаplаqlаrı 1-3 sm uzunluqdаdır. Mеyvələri оturаq və qısа sаplаqlıdır.
Livan palıdı
Livan palıdı (lat. Quercus libani) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Luzitan palıdı
Luzitan palıdı (lat. Quercus lusitanica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Maliki məzhəbi
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Mantar palıdı
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
Monqol palıdı
Quercus mongolica (lat. Quercus mongolica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.