Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bacaq
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. == Papağın növləri == Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. == Tarixi == Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Saçaq
Saçaq — bəzi əşyaların (adətən pərdənin, paltarın, xovlu və xovsuz xalçaların aşağı və həm də yuxarısından sallanan iplər) kənarları boyunca tikilən çox sıx, sallanan ip telləri. Saçağı əslində əriş yığımı təşkil edir. Azərbaycan xalçalarında başlarında qotaz sallanan saçaqlar da düzəldilir. Saçaqlar həmin ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur.
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Buxara papaq
Buxara papaq — Azərbaycanın milli papaq növü. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqələri Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaq" və ya "bəy papaqları" da deyilirdi. Buxara papaqların hündürlüyü 11 santimetrdən çox olmurdu. Buxara papaqlarının hazırlanma texnologiyası digərlərinindən fərqlidir. Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Fedora (papaq)
Fedora — geniş ağızlı və girintili taclı keçə papaq. == Tarixi == Fedora terminin erkən istifadəsi 1891-ci ilə təsadüf edir. Papağın populyarlıq artıb və nəticədə ona oxşar görünüşlü homburqu keçdi.
Hörülmə papaq
Hörülmə papaq və ya bini papaq (ing. beanie hat) — adətən yundan (bəzi zaman sintetik liflərdən) soyuq havalarda istilik təmin etmək üçün nəzərdə tutulan papaq.
Papaq (1983)
== Məzmun == Filmdə XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapmışdır. Kiçik bir şəhərdə gənc usta Şamil (Şamil Süleymanov) yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın (Səyavuş Aslan) qızına (Ruhsanə Topçuyeva) vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal (Əliağa Ağayev) kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin böyük kinoda ilk işdir. Film yazıçı Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında lentə alınmışdır.
Papaq inqilabı
Papaq İnqilabı — Türkiyə Cümhuriyyətinin qurulmasının ardından, kişilərin baş örtmə tətbiqlərinin təşkil edilərək Qərb ölkələrindəki normalara uyğun hala gətirilməsi üçün 1925-ci ildə edilən qanuni tənzimləmədir. == Rəsmi geyimdə dəyişiklik == Papaq qanununun qəbul edildiyi 25 noyabr 1925-ci il tarixindən əvvəl ölkədəki bəzi rəsmi geyimlərdə dəyişikliklər müşahidə edilirdi. 1925-ci ildən bu yana Ankaradakı Cümhuriyyət bölmələri, daha sonra jandarma və hərbi birliklər "günəş çalarları" istifadə etməyə başlamışdılar. Daha sonra müxtəlif idarələrində və məktəblərdə yeni baş geyimləri və dəbilqələr geyilməyə başladı. İstanbul Qalata qalası mühafizəçiləri ilk dəfə yeni baş geyimləri və papaqlar geyindilər. 21 fevral 1925-ci ildə İstanbulda açılan Kızılay Şəxsi tibb bacısı məktəbində tibb bacıları şagirdləri örtüklərini örtmək əvəzinə şapka taxmağa başladılar. Avqustun 2-dən etibarən hakimlər, məhkəmə icraçıları və katiblər məhkəmələrdə və məhkəmələrdə yeni geyimlər və papaqlar geyinməyə başladılar. Ancaq xalq dini bir dəyər verən fez-ə sadiq qaldı və islahat hərəkatı Hat Qanununun parlamentdən keçməsi ilə başladı. == Papaq qanunu == 25 Noyabr 1925-ci ildə parlamentdə qəbul edilən Papaqçılığı haqqında 67 saylı 671 Qanunla, Türkiyə Böyük Millət Məclisi üzvlərinə baş geyimləri geymək məcburiyyətində qaldılar və Türk xalqlarına əks bir vərdişin davam etdirilməsi qadağan edildi. Qanun 28 noyabr 1925-ci il tarixli Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minmişdir.
Qab-qacaq
Qab-qacaq — məişətdə, əsasən də mətbəxdə yemək hazırlığı, ərzağın saxlanmsı və emalı üçün işlədilən əşyaların ümumi adı. Qab-qacaq aşağıdakı kateqoriyalara bölünür: Stol süfrəsinə düzülməsi üçün: boşqab, dayaz boşqab, dərin boşqab, salat qabı, fincan, nəlbəki, piyalə, stəkan, rumka, bokal, kiçik stəkan, stəkanaltı; Yeməyin hazırlanması üçün: qazan, tava Köməkçi əşyalar - bıçaq, qaşıq, çəngəl Yeməyin saxlanması üçün qablar.Son əsrlərdə qablar adətən saxsı qablar, daş qablar, çini və ya çini kimi keramika materiallarından hazırlanır. Qab-qacaq, ağac, metallar (məsələn, qalay), temperli şüşə, akril və melamindən də hazırlana bilər. Birdəfəlik qablara kağız və plastik kimi birdəfəlik qablar daxildir. Ətraf mühitlə bağlı narahatlıqlara görə, 2023-cü ilin oktyabrından İngiltərədə birdəfəlik plastik qablar və bıçaqlar qadağan ediləcəkdir. Oxşar qadağa Aİ-də 2021-ci ilin iyul ayından etibarən tətbiq edilir.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. == Həyatı == Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Qaçaq Fərzalı
== Həyatı == Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Qaçaq Gülsüm
Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur. == Həyatı == Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid == Həyatı == Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.Düz Məmməd cavab verir: - Başına dönüm, mənim oğru-əyriliklə aram olmaz, burax, gedim işimin dalınca.Pristav hirslənir: - Niyə oğru deyilsən, haca getmisən?
Qaçaq Kərəm
Qaçaq Kərəm — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur. == Həyatı == On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür. Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M. Qorki haqlı olaraq yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir". Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" və s.
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan ən mühüm şəxslərdən biri. == Həyatı == XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər).1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndiyev xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib. Yüzbaşı vəzifəsi Tiflis şəhərində yerləşən Qafqaz canişinliyində rəsmən təsdiq edilirdi. Haqqı nahaqqa vermədiyi, mərd insanları ətrafına yığdığı və onlara arxalandığı, namus-qeyrət keşiyini çəkdiyi üçün Mayılın çoxlu düşmənləri vardı.
Qaçaq Mehdiqulu
Qaçaq Məmmədqasım
Qaçaq Məmmədqasım — Gəncə üsyanının əsas təşkilatçılarından biri. == Həyatı == 1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub. == Gəncə üsyanında iştirakı == Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı.Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. == Həyatı == Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. == Ailəsi == Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Qaçaq Nəcəf
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. == Həyatı == Qaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. == Həyatı == Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * *Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Qaçaq Səfəralı
Qədirli Səfəralı Nəcəfqulu oğlu (Qaçaq Səfəralı) — qaçaq, xalq qəhrəmanı. == Həyatı == Qaçaq Səfəralı 1867-ci ildə Cəbrayıl qəzasının Yağlıvənd kəndində anadan olmuşdur. Rus istilasına qarşı uzun illər mübarizə aparmış, 1891-ci ildə Sibirə sürgün edilmişdir. On ilə yaxın bir müddətdən sonra Sibirdən qaçmağı bacarmışdır. Həbsxanadan qaçdıqdan sonra mübarizəsini davam etdirmiş, ömrünün son günlərini İranda keçirmişdir. == Mənbə == Tağı Kərimlinin "Yağlıvəndin repressiya qurbanları" kitabı.
Qaçaq İsaxan
Qaçaq İsaxan (1897-1930) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq. == Ümumi məlumat == Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar rayonunda baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir. Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.