Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peli
Peli — dünyanın ən qədim dövlətçilik ənənəsi olan dövlətlərdən biri olan Cənubi Azərbaycanın, yəni indiki İran İslam Respublikasının cənubunda, e.ə. III minillikdə meydana gəlmiş Elam dövlət qurumunun adı dövrümüzə qədər gəlib çatmış ilk hökmdarlarından biridir. Elam dövlət qurumunun erkən siyasi tarixi Avan sülaləsinin adı ilə bağlıdır.
Pepi
Pepi — kişi adı. I Pepi — Qədim Misirin VI sülalədən hökmdarı (təxminən e.ə. 2310–2260). II Pepi — Qədim Misirin VI sülalədən olan fironu. III Pepi — firon.
Pəri
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar Şotlandiyanın 95% əhalisi uçan pərilər haqqında olan əfsanələrə XIX əsrin ortalarına qədər inanırdı. Həmin müddət ərzində artıq Londonda metro belə tikilmişdi, lakin bu əhalinin ağılında uşaq vaxtlarından onlara danışılan nağıllar mühüm rol oynamışdı. Şotlandlar qızlarının, müxtəlif ev heyvanlarının, hətta həyat yoldaşlarının belə onlar tərəfindən qaçırıldığını düşünə bilərdilər. Zaman keçdikcə pərilərə inam Şotlandiyadan keçərək Avropaya doğru istiqamətlənməyə başladı, daha sonra isə bütün dünyanı əhatə etdi, lakin əsl həqiqətə uyğun məlumatlar hələ də dünyada məlum deyil. Bir çoxları pərilərin ölmüş insanların ürəklərindən meydana gəldiyini deyirdi, bir çoxları isə göydə uçan mələklərin yerə enərək pəriyə çevrildiyini düşünürdü. Əsl həqiqət isə həmişə mistika ilə qarışırdı. Con Frensis Kembell 1860-cı ildə özünəməxsus bir teoremlə önə çıxdı. O, bildirdi ki, pərilər sadəcə adalarda yaşayan balaca insanlardır. Bu teoremi 2004-cü ilə kimi araşdırmağa davam etdilər. Bir gün İndoneziya adalarından arxeoloji qazıntılar nəticəsində maraqlı bir fakt üzə çıxarıldı.
Filipp Peti
Filipp Peti (fr. Philippe Petit; 13 avqust 1949) — fransız kəndirbazı. 7 avqust 1974-cü ildə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində Şimal və Cənub bürclərində 400 metr hündürlükdə kəndir üzərində gəzmişdir. 2015-ci ildə onun həyatından bəhs edən Gəzinti filmi çəkilmişdir. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır. == Filmoqrafiya == Gəzinti (film, 2015) == Xarici keçidlər == Columbia Artists Management Inc. — Philippe Petit MSA — The Man Who Walked Between The Towers. Co-produced by Michael Sporn Animation and Weston Woods Studios Philippe Petit Signature visible in the 1980s photos of Philippe Petit crossing the Twin Towers along with others Philippe Petit: The journey across the high wire, TED2012, Filmed Mar 2012, Posted may 2012.
Fransua Peti
Fransua Peti (fr. François Petit) – Fransız əsilli Amerika aktyoru və döyüş sənətləri ustasıdır.. Fransua keçmiş fransız hərbi qüvvələrin zabiti olub. Cüdoda 3-cü, Qosindo Ciu-Citsuda 8-ci, Karate-doda 7-ci dərəcə qazanmışdır. Həmçinin, Kay Den-Sixan tutuluna sahibdir. Bu titul Yaponiyada ən böyük döyüş sənətləri ustasına verilir. Əvvəllər Nincitsu il məşğul olmuşdur.
II Pepi
II Pepi (e. ə. XXIII əsr – e. ə. 2180-ci illər) — Qədim Misirin VI sülalədən olan fironu. Təxminən e.ə 2279-2219 aralığında hakimiyyətdə olmuşdur. == Həyatı və hakimiyyət illəri == II Pepi I Pepi və II Anxesenpepinin ən kiçik oğlu, II Merenranın qardaşı, firon Tetinin nəvəsi, ilk qadın vəzir Nebetin nəticəsi. Bəzi qaynaqlarda II Pepinin atasının ölümündən sonra 6 yaşında taxta çıxdığını və 94 il hakimiyyətdə qalaraq 100 yaşında vəfat etdiyi göstərirlər. Lakin müasir dövrdə qəbul edilmişdir ki, bu məlumatlar doğruluğu əks etdirmir və tarixi artefaktların yanlış təhlili nəticəsində yaranmışdır. Güman edilir ki, II Pepi az yaşında firon olsa da, yalnız 60-70 il arası hökm sürmüşdür.
I Pepi
I Pepi (e. ə. XXIV əsr – təq. e.ə. 2250) — Qədim Misirin VI sülalədən hökmdarı (təxminən e.ə. 2310-2260). == Hakimiyyət illəri == Manefona görə I Pepi 53 il,Turin papiruslarına əsasən isə 20 il hakimiyyətdə olmuşdur. Ancaq nəzərə almaq lazımdı ki Turin papiruslarının VI sülalə olan hissəsi çox pozulmuşdur.Heyvan Sürülərin siyahıya alınmasına nəzərə aparılmış araşdırmalar göstərir ki I Pepi ən azı 25 il fironluq etmişdir. I Pepi Teti və Iputun oğlu idi. Maraqlıdır ki, Abidosda I Setinin fironlar siyahısında Tetidən sonra Userkara firon kimi göstərilmişdir.
Kehi-cinqu
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Kehi məbədi
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Kuber-Pedi
Kuber-Pedi (ing. Coober Pedy) — Avstraliyada ən kiçik yaşayış məntəqəsi olan unikal yeraltı şəhər. == Opal paytaxtı == Bu şəhər opal paytaxtı hesab edilir. Belə ki, dünya üzrə opal ehtiyatlarının 30%-i məhz burada yerləşir. Burada ilk opal daşı 1849-cu ildə tapılmışdı. == Əhalisi == Əhalisinin sayı 1695 nəfərdir (2011). Başqa çıxış yolları olmadıqları üçün insanların burada yer altında məskunlaşmasına səbəb olan amillər güclü külək və yüksək temperatur olmuşdur. == Məşğuliyyət == Şəhər əhalisinin böyük əksəriyyəti mədənçilərdir. Hazırda insanlar həmin mədənlərdə deyil, bütün müasir şəraitin olduğu adi evlərdə yaşayırlar. Burada yalnız yaşayış evləri deyil, həmçinin kilsə və qəbiristanlıq da var.
Məhi Vəliyev
Məhi Vəliyev (1927, Araz Yağlıvənd, Qaryagin qəzası – 11 yanvar 2009, Araz Yağlıvənd, Füzuli rayonu) — Lenin, Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı. Məhi Cümü оğlu 1927-ci ildə Araz Yağlıvənd kəndində anadan olmuşdu. Böyük Bəhmənli kənd məktəbində natamam təhsil almışdı. Kоlxоzda işləmişdi. Kоlxоz idarə heyətinin göndərişi ilə rayоnlararası kənd təsərrüfatı kursunda оxumuşdu. 1944-cü ildə kursu tamamladıqdan sоnra, 1950-ci ilədək kоlxоzda mal və qоyun təsərrüfatı briqadiri vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilə kimi Bakının keçmiş Lenin rayоnunda neft buruqlarında işləmişdi. 1953-cü ilin sоnunda dоğma kəndi Aşağı Yağləvəndə qayıdıb və 1980-ci ilədək pambıqçılıq təsərrüfatında sahə briqadiri vəzifəsində çalmışdı. İşləməklə yanaşı qiyabi Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqrоnоmluq şöbəsini bitirmişdi. 1980-ci ildən 1998-ci ilin sоnunadək kolxozun üzümçülük sahəsində briqadir işləmişdi.
Pehr Loefling
Pehr Löflinq (isv. Pehr Löfling; 20 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Pehr Löflinq
Pehr Löflinq (isv. Pehr Löfling; 20 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Peti Hill
Peti Smit Hill (27 mart 1868 - 25 may 1946), bacısı Mildrid Ceyn Hill ilə birlikdə sonralar "Happy birthday to you" (azərb. Doğum günün mübarək‎) kimi məşhurlaşan melodiyanı yazmaqla,tanınan bəstəkar və müəllim. O,Amerikada uşaq bağçasında müəllimə və hazırda Gənclərin Təhsili üzrə Milli Dərnək olaraq mövcud olan Məktəbəqədər Təhsil üzrə Milli Dərnəyin əsas təsisçisi idi. Peti Smit Hill,1868-ci ildə Luisvill (Kentukki) kənarda yerləşən Ankoreyg şəhərində anadan olmuşdur. Valideynləri,Peti və digər bacı-qardaşlarına təhsilin əhəmiyyətini,oyunun dəyərini və başqaları üçün bunları təbliğ etməyin zəruriliyini aşılayan insanlar idi. Atası Uilyam Vols Hill,Kentukki Basda anadan olub,1833-cü ildə Kentukki,Danvilldəki Mərkəzi kollecdən məzun oldu və 1838-ci ildə Prinston Universitetindən ilahiyyat doktoru dərəcəsi aldı. Bütün həyatını nazir və təhsil işçisi olaraq davam edtdirməsi,Hill ailəsinin Kentukkidən,Missuriyə,Texasa apardı. Anası Marta Ceyn Smit, Uilyamın ikinci həyat yoldaşı idi (birinci həyat yoldaşı doğuş zamanı vəfat etmişdi). O,Pensilvaniyada anadan olmuşdu,yeniyetmə ikən qardaşı ilə birlikdə,əmi və bibisinin Denvildəki plantasiyalarında yaşamaq üçün ora köçürlər. Marta Ceyn öyrənmək və öyrəndiklərini başqaları ilə bölüşməkdə olduqca həvəsli və diqqətcil idi,buna misal olaraq Qrayms plantasiyalarındakı qullara oxumağı və yazmağı öyrətməsini göstərmək olar.
Pəhli Qəribov
Pəri (məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri Sultan
Pəri Sultan (1506, Təbriz – 1543, Şəki) — Səfəvi Sultanı, Şirvan Məleykəsi, Şah I İsmayıl ilə Şah (Taclı) Sultanın qızı olmuşdur. Şah ismayıl xətainin ən sevimli qızı olan Pərixan sultan dövlətdə öz mənafeyini yaxşı tutmuşdur Pəri Sultan Şah I İsmayıl ilə Taclı Sultanın ilk övladı olaraq dünaya göz açmışdır. Təhsilli, savadlı bir xanım olan Pəri Sultan 1521-ci ildə gənc yaşda atasının da istəyi ilə siyasi evliliyə qədəm qoymuşdur. Saray intigalarıdan uzaq olsa da, 1 il bu xənədan mübarizəsində iştirak etmişdir.İki evlilik etməsinə baxmayaraq, övladı olmamış 1540 cı ildə Şəki xan bağında qəfil vəziyyəti pisləşərək vəfat etmişdir. Şirvanşahlarla Səfəvilərin əlaqələrinin yaxşılaşması məhz Pəri Sultanın adı ilə bağlıdır. Lakin Şah I İsmayılın ölümündən sonra münasibətlər dəyişir. Şirvan sarayı hələ ilk gündən Pəri Sultanla yola getmirdi. Çünki Pəri Sultan bir növ Şirvan hakimi kimi paytaxt Təbrizdən bura göndərilmişdi. Şeyxşahdan övladı olmayan və onla yaxınlıq qurmayan Pəri Sultanı atasından sonra da buraya bağlayan bir şey yox idi. Pəri Sultan şeyxşahdan olduqca şübhəli idi.
Pəri cadu
"Sehirli pəri" və ya "Pəri cadu" — 1901-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış faciə pyesi. 1901-ci ildə Şuşadan Bakıya qayıtdığı zaman pyesi bitirmişdir. Pyes milli dram qızıl fonduna daxil edilmiş, uğur qazanmışdır, Tiflis, İrəvan, Naxçıvan və digər şəhərlərdə səhnəyə qoyulmuşdur. 1924-cü ildə Mirseyfəddin Kirmanşahlı tərəfindən səhnələşdirilən Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində qoyulmuşdur. "Pəri cadu" pyesində, «Azərbaycan tarixi» (Bakı, 1960, cild 2-ci) monoqrafiyasının müəlliflərinin fikrinə görə, "Bəxtsiz cavan" pyesində olduğu kimi Haqverdiyev işləyənlər üçün sevgisini və səmimiyyətini ifadə edirdi. Ədəbiyyatşünas Əziz Şərifin sözlərinə görə, "Pəri cadu" simvolik dramasında Haqverdiyev insanın şəxsi xoşbəxtliyini sorğulamışdır. Əziz Şərif qeyd edirdi: Teatr mütəxəssisi Cəfər Cəfərov qeyd edir ki, "Pəri cadu" pyesi onun canlılığı və doğruluğu üçün dəyərlidir. Cəfərovun sözlərinə görə N.Nərimanovun "Şamdanbəy", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxıb yağmura düşdük", "Hacı Qara" əsərləri kimi Haqverdiyev, pul mübadiləsi, mülkiyyət ideyalarını ortaya qoyur və onların bu faciəli nəticələrini aydın şəkildə nümayiş etdirir əlaqələr və fikirlər irəli sürür. Cəfərovun sözlərinə görə, "Pəri cadu" pyesin tərzi və forması Azərbaycan səhnəsinin tarixində tamamilə yeni bir fenomen idi. Mənbələr Kamran Məmmədov (Önsöz yazarı).
Pəri dağı
Pəri dağı — Xankəndinin keçmiş Şuşakənd sovetliyininin Çanaqçı qəsəbəsində yerləşir. Hündürlüyü 2059 metr. Burada palıd, vələs və şam ağacları vardır. Dağın tarixi haqqında məlumat Süleyman Rəhimovun "Pəri çınqılı" əsərində geniş yayılmışdır. Qaçaq Nəbi və Həcər düşmən qoşunlarından qaçmaq üçün bu dağlara sığınmışdır.
Pəri Əliyeva
Pəri Əbdül Hüseyn qızı Əliyeva (ilk soyadı: Həsənova; aprel 1908, Bakı – noyabr 1992, Bakı) — jurnalist, müəllimə, Şərq qadını jurnalının məsul katibi (1930-cu illər). 1927-ci ildə bolşeviklər tərəfindən güllələnmiş Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının rəhbəri Dadaş Həsənovun bacısı və 1938-ci ildə repressiyalara uğramış Xalq Yüngül Sənaye komissarı İskəndər Əliyevin həyat yoldaşı idi. Pəri Həsənova 1908-ci ilin aprel ayında Bakıda anadan olmuşdur. Atası Əbdül Hüseyn tacir idi, 1903-cü ildə Şuşadan Bakıya köçmüşdür. Qardaşı həbs olunandan sonra təqiblərə məruz qalmışdır. Pəri Həsənova 1926-ci ildə Bakı Qızlar (Ünas) məktəbini, 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Lisaniyyat (Dilçilik) şöbəsini bitirir. Təhsil illərində o dövrün məşhur müəllimləri professor S.Vasilyev, professor Bəkir Çobanzadə, professor A.Baqridən, çox tanınmış şərqşünas professor P. Juzedən dərs alır. Pəri Həsənova 1931-ci ildə İskəndər Əliyev ilə ailə həyatı qurur. Evlilikdən bir qədər sonra Əliyeva familiyasını qəbul edir. Həyat yoldaşı İskəndər Əliyev Azərbaycan SSR xalq təsərrüfatında yüksək vəzifələrdə işləmişdir.
İştvan Peli
İştvan Peli (ing. Istvan Pely; d. 1974, ABŞ) — ABŞ video oyun rəssamı və dizayneri. Onun videooyunlarına olan marağı atası evə bir Apple IIe kompüteri gətirəndə başlamışdır. İştvan kollecdə təhsil aldığı vaxtlarda üçölcülü kompütür qrafikaları ilə maraqlanmağa başlamış və 3D Studio R2 proqramı ilə tanış olmuşdur. İştvan bir neçə dostu ilə "Majectic" (azərb. Əzəmətli‎) adlı bir Mac/PC macəra oyunu hazırlamış və onu məzun olmazdan əvvəl satışa çıxarmışdır. İştvan 1997-ci ildə "Bethesda Softworks"a qoşulmuş və şirkət üçün daha iki videooyunu, yəni "Symbiocom" və "Zero Critical"ı hazırlamışdır. İştvan Peli 2006-cı ildən etibarən "Bethesda Softworks" videooyun şirkətində birbaşa fəaliyyət göstərir. O, ilk olaraq "The Elder Scrolls IV: Oblivion" videooyununda baş mədən rəssamı olaraq fəaliyyət göstərmişdir.
Pəri (Mahnişan)
Pəri (fars. پري‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 777 nəfər yaşayır (177 ailə).
Pəri (dəqiqləşdirmə)
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar. Pəri (məlayir) — Pəri (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Pəri Miniatür
Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; d. 16 oktyabr 1976, Naxçıvan rayonu) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan rəssamı, 1000-dən çox əsərin müəllifi, azərbaycanlı miniatürcü qadın rəssam. Pəri Miniatür 1976-cı il oktyabrın 16-da Naxçıvan MR-nın Babək rayonunda anadan olub. 1983-cü ildə Babək rayonu Təzəkənd orta məktəbində ibtidai təhsilini alan rəssam 1993-cü ildə orta təhsilini başa vurmuşdur. 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsilini almışdır. Pəri Miniatür 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2020-ci ildə Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata alınmış miniatür sənətinin layiqli davamçılarından biri də Pəri Miniatürdür. Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam miniatür sənətini seçib. Pəri Miniatürün müxtəlif illərdə Azərbaycanda, həmçinin bir çox ölkələrdə bir sıra beynəlxalq sərgiləri keçirilmiş və o, keçirilən bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur: 2000-ci ildə Türkiyədə fərdi sərgisi keçirilb. 2012-ci ildə "Creative Center"də fərdi sərgisi keçirilib.
Yakopo Peri
Yakopo Peri (it. Jacopo Peri; 20 avqust 1561, Roma — 12 avqust 1633, Florensiya) — İtaliyalı bəstəkar və müğənni, Florensiya kameratasının üzvü. Təxminən 1597-ci ildə yazılan və İlk opera sayılan "Dafna" əsəri və qədim operalardan biri hesab edilən "Evridika"nın müəllifi. Peri musiqi təhsilini Florensiyada almışdır, onun müəllimi Kristofano Malvezzi sayılır. Yerli kilsələrdə müğənni və orqan ifaçısı kimi işləmişdir. Sonradan Mediçilərin sarayında müğənni (tenor) və saray bəstəkarı kimi çalışmağa başladı. Pyeslər və madriqallar üçün yazdığı musiqilər onun bəstələdiyi ilk əsərlərdir. 1590-cı illərdə Peri Florensiyanın əsas musiqi xeyriyyəçisi Yakopo Korsi ilə tanış oldu. Onlar ikisi də eyni fikirdə idilər ki, müasir incəsənət yunan və Roma mədəniyyətinin klassik əsərlərindən geri qalır. Onlar yunan faciəsini özlərinin anladığları kimi bərpa etmək qərarına gəldilər.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).