Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Corc Pulman
Corc Pulman (ing. George Pullman; 3 mart 1831[…] – 19 oktyabr 1897[…], Çikaqo, İllinoys) — Amerikalı mühəndis və sənayeçi. O Pullman yataqlı vaqonunu layihələndirib istehsal etdi və istehsalat ilə məşğul olan işçilər üçün Çikaqoda bir şirkət şəhərciyi qurdu.
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Viktor Şulman
Viktor Şulman — Azərbaycanın tanınmış jurnalisti, “Azərbaycanın əməkdar jurnalisti” (2005) Viktor Şulman 1946-cı ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə Şirvan şəhərinin (o vaxtkı Əli Bayramlı) rus dilində çıxan “Mayak” qəzetində işləyib. 1993-cü ilə kimi orada çalışıb, sonradan uzun illər “AzərTAc”da işləyib. 1993-cü ildə isə “İTAR-TASS”ın Azərbaycandakı xüsusi müxbiri olub və həyatının sonuna kimi burada işləyib. Viktor Şulman Qarabağ hadisələrini birbaşa münaqişə zonasından işıqlandırıb. 2005-ci ildə ona “Azərbaycanın əməkdar jurnalisti” adı verilib. 8 sentyabr 2012-ci ildə Rusiyanın “İTAR-TASS” informasiya agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Şulman vəfat edib.
Liv Ulman
Liv Ulman (ing. Liv Johanne Ullmann; 16 dekabr 1938[…], Tokio) — Norveçli Aktrisa və kinorejissor. Tokioda dünyaya gələn aktrisa karyerasına 1957-ci ildə başlamışdır. Filmlərdə əllidən çox rol alan Liv, özünün rejissorluq etdiyi beş film var. Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır. == Həyatı və karyerası == Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveçə köçür. === Səhnədən "Persona"ya === Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən "Roqaland" teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi "Persona" filminə dəvət edir.
Apşou-Şulman sindromu
Apşou-Şulman (ing. Upshaw-Schulman) – anadangəlmə TTP aiddir, ADAMTS13 pro-teazanın çatışmazlığı ilə bağlıdır.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Cülyan
Cülyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Cülyan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cülyan kəndi dağətəyi ərazidə yerləşir.Kəndin adı Hun tayfa ittifaqına daxil olan Çullu türklərinin adından qaynaqlanır.Çullu etnonimi sonralar təhrif olunaraq Cülyan kimi formalaşmışdır. Kəndin adı latıncadakı Julian adından gəlir. Mənası "həmişə cavan" deməkdir. == Turizm == Cülyan kəndi həm də əsas turizm mərkəzlərindən biridir. Təkcə kənddə 10-dan yuxarı istirahət mərkəzləri və kafelər var. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıya alınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Cülyan kəndində tatlardan ibarət 49 evdə , 410 nəfər (202 nəfəri kişilər, 208 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 1426 nəfərdir ki onunda 734 nəfəri kişi, 692 nəfəri qadındır. == Təhsil == Cülyan kəndində ilk məktəb (4 illik) 1929-cu ildə açılmışdır. Sonra 9 illik məktəb kimi faəliyyətinə davam edən Cülyan kənd məktəbi 1988-ci ildən etibarən 11 illik kənd tam orta məktəbinə çevrilmişdir.
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur. Atla 30 – 45 dəqiqəyə gedilir.
Klüman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Multan
Multan (urdu ملتان, ing. Multan, q.pənc. ملتان) - Pakistanda yerləşən bir şəhər. Dilimizdə işlənən “Moltanı” sözü Pakistanın Multan şəhəri ilə bağlıdır. Orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olub. Multanlılar bizim ərazilərə (xüsusən Bakıya) ticarət səfəri edər, el arasında onlara multani (moltanı) deyərdilər.
Palmae
Palmakimilər (lat. Arecaceae) — birləpəlilər kladının palmaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Pulsar
Pulsarlar(döyünən radio ulduz)-Qütblərindən radiodalğalardan rentgen şüalarına qədər böyük bir diapozonda şüalar yayan və öz oxu ətrafında yüksək sürətlə dövr edən neytron ulduzdur.Bu ulduzlar öz qütbləri ilə Yer kürəsinə tərəf döndükdə biz bu şüaları müşahidə edə bilirik. Bu obyektlər bir növ mayaka bənzəyirlər,yəni mayak çox istiqamətdə işıq saçır, lakin yalnız istiqaməti bizə tərəf olanda onu görürük.Pulsarlar yüksək sıxlığa və sürətli fırlanma perioduna malikdirlər.Onlar öz xəyali fırlanma oxları ətrafında bir saniyəyə bir neçə dövr edə bilərlər.Bəzi pulsarlar isə saniyəyə bir neçə yüz dövr edə bilirlər və belə pulsarları millisaniyə pulsarları adlandırırlar.Hesab olunur ki, pulsarlar yüksək və ultra-yüksək enerjili astrohissəciklərə namizəd ola bilərlər. Pulsarların dəqiq dövrləri onları faydalı edir. İkili neytron ulduzu sistemində pulsarın müşahidəsi dolayısı ilə qravitasiya dalğalarının mövcudluğunu təsdiq etmək üçün istifadə edilmişdir. İlk ekzoplanet PSR B1257 +12 pulsarının ətrafında kəşf edilmişdir. Pulsarların müəyyən növləri zamanı ən dəqiq ölçən atom saatlarına rəqib ola bilirlər. İlk pulsar Cokelin Bell Bernell və Entoni Xyoiş tərəfindən 28 Noyabr 1967-ci ildə müşahidə edilmişdir. Onlar başlanğıcını səmanın eyni yerindən götürmüş və ulduz sutkasında saxlanmış bir-birindən 1.33 saniyə fərqlə ayrılmış iki döyünməni müşahidə edirdilər. İmpulslar üçün izah axtarır, qısamüddətli döyünmələr üçün ulduzlar kimi astrofiziki radiasiya mənbələrini istisna edirdilər və impulslar ulduz saatını izlədiyindən bu, texnogen radio tezlik müdaxiləsi də ola bilməzdi. Daha bir teleskopla aparılan müşahidələr şüalanma hadisəsini təsdiq etdi və hər hansı bir cihaz xətasının olmadığını göstərdi.Bu zaman Bernell və Xyoiş öz qeydlərində deyirdilər: "Biz həqiqətən də inanmırdıq ki, başqa bir sivilizasiyadan siqnalları qəbul etmişik, lakin açıq-aydın idi ki bizim ideyamız ağlımızı keçmişdi və bizdə bunun təbii radio dalğa şüalanması olmasına aid heç bir sübut yox idi.
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Çulpan
Çulpan (Ürşək) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Çulpan (Avurğazı) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kızıl Çulpan (Şaran) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd.
Qılman
Qılman (ərəb. غِلْمَان‎; təkdə qulam, ərəb. غُلاَم‎) — bütün islam dünyasının ordularında qul əsgərləri və/yaxud muzdlular. IX əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər islam dövlətləri ardıcıl olaraq qulları əsgər kimi yerləşdirmişdilər. Bu, İslam dünyasından kənarda çox nadir rastlanan bir hadisə idi. Quranda qılman 52:24-cü ayədə cənnətdə xidmət edən oğlanlara aid edilmişdir. Qılman (غِلْمَان) və onun tək variantı qulam (غلام) ərəb mənşəlidir. Bu söz "oğlanlar" və ya "qulluqçular" deməkdir. Ərəbcə ḡ-l-m (غ ل م‎). kökündən gəlir.
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Dülkan (Sərdəşt)
Dülkan (fars. دولكان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (64 ailə).
Herbert Pitman
Herbert Pitman (ing. Herbert John "Bert" Pitman; 20 noyabr 1877 – 7 dekabr 1961) — Titanik gəmisinin üçüncü ofiseri.
II Kalman
Kalman Asen — Çar, II İvan Asenin qardaşıoğlu. 1256-cı ildə I Mixaili öldürərək taxta çıxmışdı. Rostislav Mixayloviçin qızı ilə evlənmiş, lakin Rostislavın yürüşünə qarşı dayana bilməyərək paytaxtdan qaçmışdı. Yolda öz əsgərləri tərəfindən öldürülmüşdür. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Kalman
I Kalman — Çar, II İvan Asenin oğlu. == Hakimiyyəti == 7 yaşında taxta çıxmışdı. Onun dövründə monqolların hücumundan illik vergi ilə ölkə qorunmuşdu. 1246-cı ildə 12 yaşında xəstələnərək vəfat etmişdir.
Jülian Akademiyası
Jülian Akademiyası (fr. académie Julian) — Fransada 1867-ci ildə yaradılıb akademiya.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Kağız pullar
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Kedi Koulman
Ketrin Qreys "Kedi" Koulman (14 dekabr 1960, Çarlston, Cənubi Karolina) — amerikan astronavtı, HHQ polkovniki.
Ketrin Koulman
Ketrin Qreys "Kedi" Koulman (14 dekabr 1960, Çarlston, Cənubi Karolina) — amerikan astronavtı, HHQ polkovniki.