Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pir
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
Aldədə pir
Aldədə-Tovuz rayonu ərazisində pir. == Toponimikası == Oronim al (böyük) və dədə(ata) sözlərindən düzəlib, "böyük ata" deməkdir. Oronim burada dəfn olunan şəxsin müqəddəsliyini ifadə edir.
Jorj Pir
Jorj Şarl Kleman Pir (fr. Georges Charles Clement Ghislain Pire, rahib adı Dominik Pir (Dominique Pire); 10 fevral 1910,Belçika,Dinan — 30 yanvar 1969, Löven,Belçika) — Belçika Dominiklərinin rahibi və Müqavimət Hərəkatının lideri,İkinci Dünya müharibəsindən sonra Avropa qaçqınlarına köməkliyinə görə Nobel Sülh mükafatı laureatı (1958).11 dekabr 1958-ci ildə Pir Nobel Sülh mükafatını alarkən "Qardaş Sevgisi: Sülh Vəqfi"adlı mühazirəsini oxudu. == Erkən həyatı == Pir,Belçikanın Dinan şəhərində anadan olub. O,məmur Corc Pir və Berte (Ravet) Pirin dörd övladından ən böyüyü idi. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanğıcında Pir ailəsi irəliləyən Alman qoşunlarından qaçaraq,bir qayıqla Belçikadan Fransaya gəldilər. 1918-ci ildə,I Dünya müharibəsi bitdikdən sonra ailə xarabalığa çevrilmiş Dinana qayıda bildi. == Təhsili == Pir,Collège de Bellevue-da Klassiklər və Fəlsəfə üzrə təhsil alaraq,on səkkiz yaşında Yuidəki La Sarte'nin Dominik prioruna daxil oldu. Ruhani zadəgan ordenini təsis etdikdən sonra Dominik adını qəbul edərək 23 sentyabr 1932-ci ildə and içdi. Daha sonra Romadakı,Müqəddəs Akvinalı Foma Universitetində ilahiyyat və sosial elmlər üzrə ali təhsil aldı,1936-cı ildə L’Apatheia ou insensibilité irréalisable et destructrice adlı tezisi ilə ilahiyyat doktoru dərəcəsini aldı. Daha sonra sosiologiyadan dərslər verdiyi La Sarte amfiteatrına qayıtdı.
Pir (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. == Etimologiya == "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. == Tarixi == Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Pir (dəqiqləşdirmə)
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
Pir (əsər)
Pir — Nəriman Nərimanovun nəsr yaradıcılığında öz orjinallığı və bədii dəyəri ilə xüsusi yer tutan povest. Əsər 1917-ci ildə Bakıda "Açıq söz" qəzetinin elektrik mətbəəsində kitabça şəklində dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Pir" povesti rus, tatar, və Azərbaycan dillərində dəfələrlə kütləvi tirajlarla çap edilmişdir. Povestə Allah müqəddəs məbud kimi göstərilərək, bəzi dini ehkamlar tənqid edilir. == Məzmunu == Povestdə Şərq cəhaləti, avamlıq və din möhvumat sənətkarlıqla tənqid edilmişdir. Köhnə dünyaya qarşı kəskin etiraz və qəzəblə dolu olan bu əsərin hər səhifəsində yazıçı tərəfindən xalqın taleyi düşünülürdü. Məzlum Şərq xalqlarının qurtuluşunu inqilabi mübarizədə görən N. Nərimanov mövhumat, avamlıq və cəhaləti böyük ictimai fəlakət hesab edirdi.Yazıçı avam kütlələrə həyat hadisələrinə fəal münasibət oyatmaq üçün "Pir" povestində "müqəddəs" ziyarətgahları, ocaqları cəhalət və mövhumat yuvası kimi ifşa etmiş və bilavasitə şahidi olduğu həyat həqiqətlərini son dərəcə realist boyalarla, ümumiləşmiş şəkildə qələmə almışdır. Əsərdə ziyarətgahların müqəddəslik pərdəsi də məharətlə parçalanır, onların rəzalət, soyğunçuluq və riyakarlıq yuvası olması real təsvir edilir. Pir povestində bütün hadisələr bir ziyarətgah ətrafında, onunla bağlı cərəyan edir. Molla Cəfərqulu və Qafqazdakı arvadı Molla Tutu obrazlarında yazışı din vaizlərinin riyakarlığını, şəxsi mənafeyi, zövqü xatirinə hər cür alçaqlığa yol verdiyini açıq göstərir.
Pir Bəkran
Pir Bəkran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Pir Bəkran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,851 nəfər və 2,934 ailədən ibarət idi.
Pir Camal
Pircamal — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar.Ermənilər tərəfindən Vardadzor adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir.Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pircamal kəndinin əhalisinin faktiki sayı 155 nəfər, qeydiyyatdakı əhalinin sayı 193 nəfər təşkil edirdi.
Pir Həsən
Pir Həsən — Qaraqoyunlu hökmdarı. == Həyatı == 1389-cu ildə Qara Məhəmmədə qarşı üsyan qaldırdı. Tərəflər arasında baş vermiş döyüşdə Qara Məhəmməd həlak oldu. Qara Məhəmməd üzərində qələbəsinə baxmayaraq Qaraqoyunlu əmirləri onun yox, Qara Məhəmmədin oğlu Misir xocanın ətrafında toplaşdılar. Daha sonra Qara Məhəmmədin digər oğlu Qara Yusif Pir Həsənə qarşı Mardin hökmdarından və digər qonşu hökmdarlardan kömək istədi. Lakin Cəbər hakimi Döyər Salim bəyin müdaxiləsi ilə tərəflər arasındakı münaqişə sona çatdı.Pir Həsən bəy 1391-ci ildə vəfat etdi.
Pir Məhəmməd
Pir Məhəmməd (Teymuri) — Teymuri şahzadəsi. Əmir Teymurun nəvəsi və hüquqi/rəsmi varisi. Pir Məhəmməd (Sutaylı) — Sonuncu Sutaylı bəyi. Pir Məhəmməd (Börçigin) — Börçigin sülaləsindən olan XIII elxanlığa iddiaçı Loğman xanın oğlu. I Pirməhəmməd xan — Şeybani sülaləsindən olan Buxara xanı. II Pirməhəmməd xan — Şeybani sülaləsindən olan Buxara xanı.
Pir Məli
Ov təpə (fars. پیرملو‎, (az.-əbcəd پیرملی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 353 nəfər yaşayır (103 ailə).
Pir Rövşən
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. == Həyatı == Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Pir qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə rəğmən, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Pir Ömər
Pir Ömər (v. 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi. == Həyatı == Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi. Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi.Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.Münasibətlərin sabitliyi isə 1420-ci ildə Qaraqoyunluların Kəmax qalasına hücumları ilə başladı. Kəmax qalasına Osman bəyin oğlu Yaqub bəy hakimlik edirdi.
Pir Əli
Pirəli (Urmiya)
Kəkilli pir
Kəkilli pir — Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndi ərazisində yerləşən ziyarətgahdır. == Haqqında == Şərqmeşəyə tərəf uzanan yolun üstündə, təpənin başındakı üç böyük palıd ağacı qədimdən yerli sakinlərin inam yerinə çevrilmişdi. Buradakı meşəliklər əhali tərəfindən qırılıb, tükənsə də, Kəkilli pirin palıdlarına toxunmağa heç kəs cürət etməmişdir. 1930-cu illərdə belə bir rəvayət də yayılmışdır ki, Səlimə adında bir qadın Quranı palıdın koğuşunda gizlətmiş, bir gecənin içində kitab koğuşa qovuşmuşdur. Həmin palıd ağaclarından ən ucasının qəribə bir budağı vardı. Bu budaqdakı yarpaqlar dəfnə ağacı yarpağına oxşayırdı. Görünür, həmin budağı adamlar, nə vaxtsa, ağacın kəkili hesab etmişlər və pirin Kəkilli adı da buradan yaranmışdır. Kəndin sakinləri bura dilək diləməyə gələr, qurbanlar kəsər, palıd ağaclarının koğuşlarında çıraq yandırardılar. Pirin ərazisində Zəngilan bölgəsinin hörmətli din xadimlərindən hesab edilən Seyid Mir Əhməd ağanın, bir neçə qohumlarının məzarları vardı. 1950-ci illərdən sonra ermənilərin Qafanın Pirdavdan kəndində dağıtdıqları sərdabədən Mir Əhməd ağanın qəbrini də bura köçürdülər və oğlu Mir Əli ağa atasının məzarı üstündə sərdabə tikdirdi.
Pir Budaq
Pirbudaq
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
Dəmirovlu pir məbədi
Dəmirovlu pir məbədi — Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi. == Haqqında == Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədi XI əsrə aid edirlər. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib. == İstinadlar == == Xarici keçidlər == ""Qarabağ – mədəniyyətimizin beşiyi"". 525.az. İstifadə tarixi: 25 may 2021. "Mədəniyyətimizin beşiyi".
Pir Hüseyn sərdabəsi
Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə. XV əsrə aid müsəlman abidəsi. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir. == Xüsusiyyətləri == Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki, "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir.
Pir Hüseyn xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XI – XII əsrlərə aid sufi xanəgahı. == Tarixi == Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında,Gürcüstan Dövlət Muzeyində,Moskva Şərq Mədəniyyəti Muzeyində,Avropanın Luvr,Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pir Həsən türbəsi
Pir Həsən türbəsi — Mərdəkan ərazisində yerləşən XVII əsrə aid tarixi-dini memarlıq abidəsidir. == Tarixi == Türbənin daş işləməli çərçivəyə malik giriş qapısı üzərində kitabə yerləşdirilmişdir. İncə çərçivəyə malik həmin kitabənin verdiyi məlumata görə türbə, I Şah Abbasın hakimiyyəti dövründə hicri təqvimlə 1021-ci ildə (miladi təqvimlə 1612/1613) inşa edilmişdir.Əsas inşaat kitabəsindən aralı – sol tərəfdə yerləşdirilmiş ikinci kitabədə isə binanın ustad Nadir Əli tərəfindən tikildiyi göstərilmişdir. == Memarlıq xüsusiyyətləri == Əsas türbə binası planda kvadrat formaya malikdir. Əsas türbə binasından 2.2 metr qabağa çıxan giriş hissəsi oxvari tağtavanla örtülmüşdür. Türbənin daxilində dörd küncdə yerləşən qoşa çıxıntılar yelkənə keçir. Türbə binasının üzərini örtən günbəz həmin yelkənlər tərəfindən dəstəklənir. Tikili həm daxildən, həm də xaricdən yaxşı yonulmuş qumdaşı ilə üzlənmişdir. == Ətrafdakı məzar və türbələr == Türbənin ətrafında ayrı-ayrılıqda üzərində günbəz olan bir neçə türbə var. Türbədən bir qədər aralıda Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın və repressiya qurbanı Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var.
Pir Həsən ziyarətgahı
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Pir Mikayıl (Soyuqbulaq)
Pir Mikayıl (fars. پيرميكاييل‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (17 ailə).
Pir Miyan Mir
Mir Məhəmməd Muayyinul İslam (11 avqust 1550, Lahor – 11 avqust 1635, Lahor) – Qadiri təriqətinə məxsus sufi piri. == Həyatı == O Sevastan (Sind)-də 11 avqust 1550-ci ildə anadan olmuşdur. Ömrünü Lahor ətrafında yaşamışdır. Beşinci siqh qurusu Arcun Dev yaxın dostu kimi onu Harmandir Sahibin (Qızıl Məbədin) əsasını qoymağa dəvət edib (yanvar, 1588). O vaxtlar bütün Hindistanda məşhur sufi şeyxi kimi şöhrət qazanmışdır. Böyük Moğol imperatoru Cahan Miyan Mirə yaxın idi. O, 17 Rəbiulavvəl (fevral-mart) 1045 Hicri tarixində (1635-ci il) vəfat edib və Haşimpur kəndində dəfn edilmişdir. Onun ən məşhur şagirdi İmperator Şah Cahanın böyük oğlu Dara Şikuh idi. Onun istəyilə Miyan Mirin qəbrinin üzərində böyük türbə inşa olunub. == Miyan Mir və siqhizm == Miyan Mir siqhlər tərəfindən hələ də yüksək hörmətlə anılır.
Pir Murad (Urmiya)
Pir Murad (fars. پيرمراد‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (54 ailə).
Adır
Adır — Fərqanə vadisini əhatə edən təpəli-uvallı dağətəyi sahələr. Nisbi hündürlüyü 100–400 metrdir. Dik yamaclı və çoxşaxəli yarğanlarla kəsilmişdir. Efemer bitkili yarımsəhra və səhra landşaftı var. == İstinadlar == == Əlavə ədəbiyyat == Adır // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Efir
Efir - çoxmənalı termindir, ağaıdakı mənaları var: Efir Qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer -havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
FLIR
FLIR və ya FLIR, (İng.Forward Looking InfraRed) yəni Qabağa baxan infraqırmızı şüalar elektromaqnit spektrində infraqırmızı diapazona müvafiq gələn radiasiyaya həssas sensorlardan ibarət olan və xüsusilə hərbi məqsədlər üçün istifadə edilən müasir elektro-optik müşahidə cihazıdır. FLIR-in əsas prinsipi olaraq, obyektlərdən yayılan istilik enerjisi həssas sensorlar tərəfindən ölçülür, kompüter tərəfindən süni şəkildə rənglənir və eyni vaxtda təsvirə çevrilir, beləliklə operator gecə və hətta pis hava şəraitində belə ətraf mühiti və - xüsusilə hərbi istifadələr zamanı- istilik yaradan təhlükələri olduqca aydın formada görə bilir. Gecəgörmə kameraları ilə FLIR (termal) kameralar arasındakı ən böyük fərq, gecəgörmə kameralarının görünən radiasiya zolağında işləməsi və operatora az miqdarda olan işığı yüksəldərək göstərməsi, FLIR əsaslı termal sistemlərin isə daha az dalğa uzunluğuna malik olan infraqırmızı (istilik) diapazonda və klassik mənada işıq mənbələrindən müstəqil formada işləyə bilməsidir. Gecə görmə kameralarının effektiv işləyə bilməsi üçün ətraf mühitdə bir az da olsa işığın olması lazımdır. FLIR sistemləri isə, görünən işığın olub-olmamasından asılı olmayaraq, aralarında temperatur fərqi olan bütün növ cisimləri bir-birlərindən asanlıqla ayırma xüsusiyyətinə malikdirlər. == Hərbi istifadəsi == FLIR sistemləri xüsusilə hərbi təyyarələrdə, helikopterlərdə və pilotsuz uçuş aparatlarında (PUA) naviqasiya, hədəf aşkarlama və ya özünümüdafiə üçün müntəzəm olaraq istifadə olunurlar. Dünyada olduğu kimi Türkiyədə də hərbi elektronika şirkəti olan Aselsan tərəfindən termal durbindən silah nişangahlarına, inteqrasiya edilmiş zona müşahidə sistemlərindən helikopter və təyyarə podlarına qədər müxtəlif FLIR tətbiqləri hazırlanmış və Türk Silahlı Qüvvələrinin istifadəsinə verilmişdir. . == Mülki istifadəsi == Sənayedə istilik kameraları, mühərriklər, kompressorlar, enerji ötürülməsi və istilik izolyasiya materialları kimi məhsullarda baş verə biləcək istilik sızması və enerji sızması nöqtələrinin aşkarlanması, endotermik və ekzotermik kimyəvi reaksiyalarda enerji çevrilməsi, müxtəlif materialların temperatura həssaslığı və genişlənmə dərəcələri kimi fiziki və ya metallurgiya məlumatlarının hesablanaraq lazımi mühəndislik hesablamalarının aparılması kimi bir çox məqsədlər üçün istifadə olunur.
Pamir
Pamir dağları — Orta Asiyada Tacikistan-Çin, Sincan-Uyğur Muxtar Rayonu sərhədlərində olan və Himalay dağlarının şimal silsilələrini təşkil edən sıra dağlar. Hisar vadiləri Tanrı dağlarını Pamir dağ sistemindən ayırır. Bir digər adıda Zalım Xalıd olan Pamir dağları, eyni zamanda Sincan-Uyğur Muxtar Rayonu daxilinə 1.760 km girir. Ən yüksək zirvəsi 7495 m. yüksəkliyi ilə İsmayıl Samani zirvəsidir. Pamir dağlarından gələn Seyhun və Ceyhun çaylarının sularının toplanması ilə bu gün qurumaqda olan Aral gölü həyata qayıdır. Xaşxaşın vətəni sayılır.
Pirr
Pirr (e.ə. 318, Epir – e.ə. 272, Аrqоs, Qədim Yunanıstan) — Sərkərdə. Romalıların hökmdar Pirrlə apardığı müharibə çox məşhur olmuşdu. Pirr Makedoniyalı İskəndərin uzaq qohumlarından olub. Onun ölümündən sonra Pirr bir sıra döyüşlərdə iştirak edərək məşhur sərkərdəyə çevrilmişdi. Hətta o dövrdə yaşamış Karfagenli Hannibal qədim dünya sərkərdələri içərisində Pirri ilk sıraya qoymuşdu. Lakin Pirrin böyük ordusu yox idi, o, kiçik nəsli mülkünü – dağlı Epir padşahlığını idarə edirdi. Bu zaman romalılar demək olarki bütün İtaliyanı ələ keçirmişdilər. Appenin yarımadasının cənubunda yunan koloniyası, böyük şəhər Tarent romalılara itaət etmədi.
Pəri
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar Şotlandiyanın 95% əhalisi uçan pərilər haqqında olan əfsanələrə XIX əsrin ortalarına qədər inanırdı. Həmin müddət ərzində artıq Londonda metro belə tikilmişdi, lakin bu əhalinin ağılında uşaq vaxtlarından onlara danışılan nağıllar mühüm rol oynamışdı. Şotlandlar qızlarının, müxtəlif ev heyvanlarının, hətta həyat yoldaşlarının belə onlar tərəfindən qaçırıldığını düşünə bilərdilər. Zaman keçdikcə pərilərə inam Şotlandiyadan keçərək Avropaya doğru istiqamətlənməyə başladı, daha sonra isə bütün dünyanı əhatə etdi, lakin əsl həqiqətə uyğun məlumatlar hələ də dünyada məlum deyil. Bir çoxları pərilərin ölmüş insanların ürəklərindən meydana gəldiyini deyirdi, bir çoxları isə göydə uçan mələklərin yerə enərək pəriyə çevrildiyini düşünürdü. Əsl həqiqət isə həmişə mistika ilə qarışırdı. Con Frensis Kembell 1860-cı ildə özünəməxsus bir teoremlə önə çıxdı. O, bildirdi ki, pərilər sadəcə adalarda yaşayan balaca insanlardır. Bu teoremi 2004-cü ilə kimi araşdırmağa davam etdilər. Bir gün İndoneziya adalarından arxeoloji qazıntılar nəticəsində maraqlı bir fakt üzə çıxarıldı.
İmir
İmir (Sarvan)
Əmir
Əmir—Ərəbcə başçı, şah. == Tarixi == Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.