Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halo
Halo (mahnı)
Qalo
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. == Etimologiya == Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. == Tarix == Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. == Qida məhsulu olan salonun müxtəlif variantları == Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Ramo
Ramo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı. == Mövzu == Seriala adını verən Ramo (Murat Yıldırım) cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.
Alo
Alo — adətən, danışıq vaxtı telefon dəstəyi ələ götürüldükdə söylənilən ilk söz. == Yaranması == Telefonu kəşf edənlər sırasında Antonio Meuççi, Filip Reys, Elişa Qrey və Aleksandr Qrem Bell adları çəkilir. Yalnız Bellin 10 mart 1876-cı ildə köməkçisi Tomas Uotsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876-cı ildə Amerikalı ixtiraçı Aleksandr Qrem Bell tərəfindən icad edildiyi qəbul edilir. "Alo" sözünün Aleksandr Bellin sevgilisinin adının qısaldılmış formasıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldo olub. Aleksandr Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. İş yerində telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən A.Q.Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Amma, bir müddət sonra sevgilisinin adını qısaldaraq "Alo" deməyə başladı. Telefonun kəşfindən başqa bir şey düşünməyən Aleksandr Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı.
Frida Kalo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Halo (mahnı)
Halo — Amerikan müğənnisi Beyonce'nin üçüncü studio albomu I Am... Sasha Fierce albomuna daxil olan mahnısı.
Ralf Bakşi
Ralf Bakşi (d. 29 oktyabr 1938) — Krımçak kökənli amerikalı film rejissoru. == Fəaliyyəti == 1972-ci ildən 1994-cü ilə qədər beşini özünün yazdığı doqquz filmə rejissorluq etmişdir. Altı animasiya filmində kiçik səsləndirmələr ilə kameo etmişdir. Bakşi 1957 və 1968-ci illər arasında animasiya seriyalarında çalışmışdır. 1972-ci il tarixli "Fritz the Cat" ilə ilk dəfə rejissorluq etdi. "Fritz the Cat" Amerika Kino Filmləri Birliyindən "X sertifikatı" alan ilk animasiya filmi olmuşdur. Ardından Bakşi daha çox film istehsal edə bilmək üçün "Heavy Traffic", "Coonskin" ve "Hey Good Looking" adlı filmlərə rejissorluq etdi.Bakşi bundan əlavə, fantaziya janrındakı "Wizards", "Lord of Rings" və "Fire and Ice" adlı filmlərə rejissorluq etmişdir. Bakşinin son filmi Bred Pitt, Qabriel Bryne və Kim Basingerin oynadığı, 19922-ci ildə ekranlara gələn "Xəyal Dünyası"dır.
Ralf Banç
Ralf Conson Banç (7 avqust 1904[…], Detroyt, Miçiqan – 9 dekabr 1971, Nyu-York, Nyu-York ştatı) — 1940-cı illərin sonlarında Ərəb-İsrail qarşıdurmasının həllində vasitəçi olduğu üçün,1950-ci ildə Nobel Sülh mükafatıçısı olan amerikalı politoloq, akademik və diplomat Bu ada layiq görülən ilk afroamerikalı idi. Birləşmiş Millətlər Təşkilatının qurulması və idarə edilməsində iştirak etmiş və BMT-nin sponsorluğu ilə həyata keçirilmiş çoxsaylı sülhməramlı əməliyyatlarda böyük rol oynamışdır. 1963-cü ildə prezident Con Fitscerald Kennedi tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir.Banç,1944-cü ildə həm Beynəlxalq Sülh və Təhlükəsizlik Təşkilatı ilə bağlı Vaşinqton Söhbətlərində,həm də 1945-ci ildə BMT-nin nizamnaməsini hazırlayan BMT-nin San Fransisko Beynəlxalq Təşkilat Konfransında ABŞ nümayəndə heyətində vəzifə yerinə yetirdi. Banç,1946-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının ilk iclasında Amerika nümayəndə heyətində iştirak etmişdir. 1948-ci ildə Misirlə İsrail arasında atəşkəs haqqında danışıqlar apararaq Orta Şərq üçün vasitəçi rolunu oynadı. Bu uğuruna görə 1950-ci ildə Nobel Sülh mükafatına layiq görüldü. Sinay (1956),Konqo (1960),Yəmən (1963),Kipr (1964) və 1970-ci ildə Bəhreyndəki böhranların aradan qaldırılmasında yaxından iştirakçı olaraq,birbaşa BMT-nin baş katibinə hesabat verərək,Birləşmiş Millətlər Təşkilatında xidmətini davam etdirdi. Yaxın Şərqdəki su ehtiyatları ilə məşğul olan tədqiqat qruplarına da rəhbərlik etmişdir. 1957-ci ildə sülhməramlı rolları üçün başlıca məsuliyyət daşıyan xüsusi siyasi işlər üzrə katib müavini vəzifəsini tutdu. 1965-ci ildə Hindistan və Pakistan arasındakı müharibədə atəşkəsə rəhbərlik etdi.
Ralf Bayer
Ralf Bayer (ing. Ralph H. Baer; 8 mart 1922 – 6 dekabr 2014[…], Mançester[d], Nyu-Hempşir) — ixtiraçı, videooyun tərtibçisi, mühəndis, sahibkar. "Videooyunların atası" kimi tanınan sahibkar, öz işləri ilə kompüter oyunları sənayesinə böyük töhfələr bəxş etmiş amerikalı mühəndis Ralf Bayer (Ralph H. Baer) 8 mart 1922-ci ildə anadan olmuşdur. Bayer 2006-cı ildə ev şəraitində istifadə üçün videooyunlar aparatını yaratdığına və videooyun sənayesinin inkişafına görə Texnologiya üzrə Milli Medal (National Medal of Technology) ilə təltif edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Ralf Fayns
Ralf Fayns (ing. Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes; 22 dekabr 1962[…], İpsuiç (İngiltərə)) — ingilis aktyor, prodüser və rejissor. O, "BAFTA Mükafatı" və "Toni Mükafatı"na layiq görülüb, həmçinin iki dəfə "Oskar" və "Emmi Mükafatı"na namizəd göstərilib. == Həyatı == Ralf Nataniel Fayns 22 dekabr 1962-ci ildə, fotoqraf Mark Fayns və yazıçı Cennifer Laşın ailəsində, Saffolkda, İngiltərədə anadan olub. Ralf altı uşaq arasında ən böyüyü idi. Ondan başqa, bacıları Marta və Sofi, qardaşı Cozef də öz karyeralarını kinoya bağlayıblar. Fayns ailəsinin kökü orta əsrlərədək uzanır və ata xətti üzrə aktyorun 20 nəsil əcdadlarının adları məlumdur. Ralf Fayns Çelsi Teatr Sənəti Kollecində və Dram Sənəti Kral Akademiyasında təhsil alıb. Feyns və gələcək həyat yoldaşı A. Kinqston Dram Sənəti Kral Akademiyasında tanış olmuşdular. Ancaq Ralfla aktrisa Françeska Ennis arasındakı uzunmüddətli münasibətlər nəticədə onların ayrılmasına səbəb olmuşdu.
Ralf Mackenbach
Ralf Makenbax (Niderlandca:Ralf Mackenbach; 4 oktyabr 1995) — Niderland müğənnisi. 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Niderlandı "Click clack" mahnısı ilə təmsil etmiş və 121 xalla qalib olmuşdur.
Ralf Makenbax
Ralf Makenbax (Niderlandca:Ralf Mackenbach; 4 oktyabr 1995) — Niderland müğənnisi. 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Niderlandı "Click clack" mahnısı ilə təmsil etmiş və 121 xalla qalib olmuşdur.
Ralf Qoveya
Ralf Qoveya (8 mart 1996) — Zambiyalı üzgüçü. Ralf Qoveya Zambiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ralf Qoveya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 54.84 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ralf Rotman
Ralf Rotman (10 may 1953[…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq. == Həyatı və fəaliyyəti == Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur. 2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. == Mükafatları == 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
Ralf Rotmen
Ralf Rotman (10 may 1953[…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq. == Həyatı və fəaliyyəti == Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur. 2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. == Mükafatları == 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
Ralf Staynman
Ralf Staynman (ing. Ralph Steinman) - yəhudikökənli kanadalı immunoloq və hüceyrə bioloqu, 2011-ci ildə dentritik hüceyrənin kəşfi və onun qazanılmış immunitetdə rolunun öyrənilməsinə görə Nobel mükaftına layiq görülüb. == Həyatı == Ralf Staynman 1943-cü ilin yanvarın 14-də Kanadanın Monreal şəhərində anadan olub, dörduşaqlı ailənin ikinci uşağı idi. Atası, İrvinq, Şərqi Avropadan qaçmış Aşkenazi yəhudisi idi və oğlunun ailə biznesini davam etdirməsini istəyirdi. Ancaq Ralf orta məktəbdən elmə maraq göstərir. O, 1963-cü ildə Makgill Universitetinin bakalavr dərəcəsini fərqlənmə ilə və Harvard Tibbi Məktəbini magna cum laude qiyməti ilə bitirir. Harvarddaykən bir il araşdırmaçı kimi Elizabeth Hey laboratoriyasında keçirir, orada onu hüceyrə biologiyası və immun sisteemlə tanış edirlər. Massaçusets Ümumi Hospitalında internatura və rezidentura keçərkən tibbi sosial işçi Klaudia Höfelə rast gəlir. Onlar 1971-ci ildə evlənirlər. Tibbi təhsilini başa vurduqdan sonra özünü biotibbi tədqiqat işinə adayır.
Ralf Teyt
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. == Elmi fəaliyyəti == Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Salo adası
Salo adası (fin salo) — Ladoqa gölünün şərq sahillərində, inzibati baxımından Kareliya Respublikasının Olones rayonu ərazisində yerləşir. == Tarixi == Salo adası bir zamanlar Ladoqada quldurluq edən quldur Ondrusun və dəstəsinin iqamətgahı olmuşdur. Adaya bitişik olan buxta Ondrusovski adlandırılır. Quldur sonradan tövbə etdi və adasının qarşısındakı Andrusovski monastırında rahib oldu.
Sen-Malo
Sen-Malo (fr. Saint-Malo) – Fransanın şimal-qərbində yerləşən şəhər. Eyniadlı rayonun mərkəzidir.
Ville Valo
Ville Valo əsl adı Ville Hermani Valo 1976-cı il noyabrın 22-də Finlandiyada doğulub.HIM (His Infernal Majesty) qrupunun vokalistidir. O, gitara və zərb alətlərində ifa edə bilir. Ville musiqini uşaqlıqdan sevməyə başlamışdı. 9 yaşına gəldiyində Helsinkidə olan pop və jazz konservatuvarına qatıldı. Anası və atası onun musiqiyə olan maraq və qabiliyyətini hiss edərək onu Tapio Rautavaara və Raul Badding Somerjoki kimi məşhur Fin musiqiçilərlə tanışdırdılar. Qohumu Villeni daha ağır musiqi qrupları Kiss, Black Sabbath və Iron Maiden ilə tanış etdi. Artıq Ville peşəkar bir musiqiçi idi. 1991-ci ildə Ville, Mikko Lindström ve Mikko Paananen ilə HIM qrupunu yaratdılar.
Vlada Ralko
Vlada Ralko (ukr. Влада Ралко; 3 yanvar 1969, Kiyev) — ukraynalı rəssam. 1994-cü ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Women In Arts mükafatının laureatıdır (2019). == Həyatı == Vlada Ralko 1969-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Taras Şevçenko adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1994-cü ildə Milli Təsviri İncəsənət və Memarlıq Akademiyasının rəssamlıq bölməsindən məzun olmuşdur (Professor Vladimir Şatalinin rəssam emalatxanası). Ümumukrayna İncəsənət Triennalesi mükafatının laureatıdır (2001). Vlada Ralko Ukraynada və ölkə xaricində keçirilən sərgilərdə iştirak edir. Ralkonun işləri Lincoln Center (Nyu-York, ABŞ), Rebellminds qalereyasında (Berlin, Almaniya), Kunstlerhous (Vyana, Avstriya), Saatchi Gallery (London, Böyük Britaniya) və digər yerlərdə sərgilənmişdir.
Malo Qusto
Malo Qusto — (19 may 2003) Fransa Liqa 1-də çıxış edən Lionun futbolçusu.
Alö (kommuna)
Alö (fr. Aleu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Massa kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09005. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 146 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 91 yaşında (15–64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 65,9%, 1999-cu ildə 63,3%). Fəal olan 60 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 12 nəfəri işsizdir (6 kişi və 6 qadın). 31 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 10 nəfər — təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Palo-Alto (film, 2013)
Palo-Alto (ing. Palo Alto) — Cia Koppolanın rejissorluğu ilə 2014-cü ildə çəkilmiş dram filmi. Ceyms Frankonun 2010-cu ildə yazdığı eyniadlı hekayə əsasında çəkilmişdir. Filmdə Emma Roberts, Cek Kilmer, Ceyms Franko, Net Vulff və Zoi Levin rol alıb. Film Kaliforniyada yaşayan üç gəncin həyatından bəhs edir. == Rollarda == Emma Roberts — April Ceyms Franko — Mr.