Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Qatay
Qatay Xan - türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu boğasıyla zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşdiyini ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox kızdığında isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Tatay
Tatay Xan - türk, monqol və altay mifologiyasında qasırğa tanrısı. Tata Xan da deyilir. Qasırğaların, fırtınaların, tayfunların və burulğanların səbəbkarıdır. Atı ildırıma çevrilər. Uluqayının dibindəki Həyat suyuna gözətçilik edir. Monqollarda 77 şimal tanrısının nümayəndəsidir. Simvol rəngi qaradır. == Etimologiya == (Tat/Yat) kökündən törəmişdir. At sürmək, sürətli getmək mənalarını içərisində saxlayır. Türkcə Tata, Tungusca Tagta sözləri qorxmaq və şaşırmaq bildirir.
Atay
Atay - türk/monqol mifologiyasında cəza tanrısı. Günahkarları cəzalandırar. Heç bir günahı cəzasız qoymaz. Ordusunda 6666 dənə yenilməz əsgəri vardır. Qalta Ulan (Qırmızı Od) olaraq da bilinər. Arvadının adı Mayasdır. Monqol mifologiyasında çox əhəmiyyətli bir yerə malikdir, yüksək səviyyəli tanrılar arasında iştirak edər. Üç oğlu vardır. (Üç Şaraday Xanlar): - Saqan Hasar, - Şara Hasar, - Hara Hasar. == Etimologiya == (Ad/At) kökündən törəmişdir.
Batay Jorj
Batay Jorj (10 sentyabr 1897[…] – 9 iyul 1962[…], Paris) — Sosial həyatın irrasional tərəflərinin öyrənilməsi və dərk olunması ilə məşğul olan fransız filosofu, sosioloqu, sənət nəzəriyyəçisi == Həyatı == 10 sentyabr 1897-ci ildə Fransanın cənubundakı kiçik əyalət Biyomda şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda dini təhsil almadan, 1914-cü ildə Katolikliyi qəbul etdi və keşiş olmağa hazırlaşdı. Bir müddət seminariyada oxudu, amma məzun olmadı. Daha sonra inancdan məyus oldu və 1920-ci illərin əvvəllərində özünü ateist kimi göstərdi. 1918-ci ildə Batay məzun olduğu Parisdəki Milli Xartiya Məktəbinə daxil oldu. 1922-ci ildə uzun illər kurator işlədiyi Milli Kitabxanaya daxil oldu. 1920-ci illərdə Batay Lev Shestov ilə sıx təmasda idi. Sonra Boris Souvarinin Demokratik Kommunist Dərnəyinə daxil oldu. 1931-ci ildən etibarən Batay, Ali Tədqiqatlar Məktəbində Alexander Koyrenin din tarixi seminarına qatıldı və 1930-cu illərdə Batay, Alexander Kozhevin, Raymond Aron, Andre Breton, Maurice Merleau-Ponty və başqaları kimi görkəmli şəxsiyyətlərlə fəal əməkdaşlıq etdiyi seminarların fəal iştirakçısı idi. 1935-ci ildə Jak Lakanın təşkil etdiyi bir psixoanalitik tədqiqat qrupunun işində iştirak etdi.
Hatay Dövləti
Hatay dövləti (Ərəbcə : لواء الإسكندرونة Lva 'Alaskandarune — İskəndərin Tugayı) hal-hazırda Türkiyə Respublikasına bağlı Hatay bölgəsində 7 sentyabr 1938 ilə 23 iyul 1939 tarixləri arasında qurulan dövlətdir. 23 iyul 1939 günü Türkiyə Respublikasına daxil olmuşdur.
Hatay ili
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Ponticola ratan
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. == Morfoloji əlamətləri == Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Ali Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Oğuz Atay
Oğuz Atay (12 oktyabr 1934 – 13 dekabr 1977, İstanbul), Türk yazıçı. Türk romanının ən mahir ustalarından biridir. == Həyatı == Oğuz Atay 1934-cü ildə İnebolu, Kastamonuda anadan olmuşdur. Atası Kastamonu şəhərinin millət vəkili olmuş Cemil Ataydır. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. 1951-ci ildə bugünki adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə isə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsini bitirib. Üç il sonra isə İDMMA İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (indiki Yıldız Teknik Üniversitesi) İnşaat Bölümündə işçi üzv olmuşdur. 1975-də dosent olan Oğuz Atay, Topoqrafiya adlı peşə kitabı yazmışdır. Bu müddət ərzində müxtəlif qəzet və dərgilərdə yazıları dərc olunmuşdur. Oskar Uaylddan, Maurice Leblanca, Maksim Qorkidən Kroninə və Pitigrillidən Stendala, Laclos, Eliot, Herman Mervil və Henri Ceymsə qədər bir çox yazarların əsərləri ilə tanış olmuş, ədəbiyyat dəryasına daxil olduqdan sonra bütün həyatı boyu kitablarla nəfəs almışdır.
Rata Pin
Əli Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Baba Ratan Hindi
Baba Ratan Hindi (ərəb. بِشْرِ بْن بَراء‎; sanskr. बाबा रिटेन तुर्की; v. 1234) — Məhəmməd peyğəmbərin ərəb olmayıb, hind əsilli olması bilinən, varlığı haqqında şayiə edilən bir səhabəsidir. == Həyatı == Hindistanın indiki Pəncab əyalətinin Bxatinda şəhərində anadan olmuşdur. O, hind ailəsindəndir. Daha sonra xristian olmuşdur. Bu haqda çox məlumat yoxdur. O, Hindistandan Ərəbistana mal gətirən tacir olmuşdur. Ərəb hədisçisi, fəqih və təfsir alimi İbn Həcər əl-Əsqəlani “El-İsabah fi təmyiz əl Səhabə” əsərində və Əşrəf Cihangir Səmnani “Məktubat Əşrəfi” kitabının 28-ci fəslində ondan bəhs edir.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Köhnə Katay (Bakalı)
Yeni Katay (başq. Иҫкө Ҡатай, rus. Старокатаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Katay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 11 km, kənd sovetliyindən (Yeni Katay): 1 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (58 %), tatarlar (41%) üstünlük təşkil edir.
Yeni Katay (Bakalı)
Yeni Katay (başq. Яңы Ҡатайк, rus. Новокатаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Katay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 10 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 83 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (91 %) üstünlük təşkil edir.
Çançun Yatay FK
Çançun Yatay FK — Çinin futbol klubu == Tarixi == 1996-cı ildə yaranmışdır. == Uğurları == Çin Super Liqası qalib (1) - 2007 ikinci (1) - 2009 == Azərbaycanla bağlılığı == Bir müddət Neftçi Bakı klubunda çıxış etmiş bolqar futbolçu Svetoslav Stefanovla 2007-ci ildə Çin çempionu olan "Çanqçun Yatay" 2008 mövsümünü 6-cı yerdə başa vurub. Azərbaycan millisinin üzvü Branimir Subaşiç 2009-cu ildə bu komanda ilə Çin Superliqasının gümüş medalını qazanıb.
Falih Rıfkı Atay
Falih Rıfkı Atay (25 yanvar 1894, Konstantinopol – 20 mart 1971[…], Konstantinopol) — türkiyəli jurnalist, yazıçı və siyasətçi. Respublika dövrünün ən təsirli jurnalistlərindəndir. İzmirin qurtuluşundan sonra Mustafa Kamal ilə tanış olub, dostluq edən Falif Rıfki, xüsusilə Atatürkə yaxınlığı ilə seçilən xatirələri ilə məşhurlaşmışdır.1923–1950-ci illərdə deputat olaraq siyasətlə məşğul olmuşdur. Türkiyə Respublikasının qurucusu Atatürkə yaxınlığına görə çox önəmli hadisələrə şahidlik etmişdir. Bundan əlavə, Atay Türkiyədə türk mətbuatına senzuranın qaldırılmasının ildönümü olaraq hər il 24 iyul tarixində təşkil edilən Mətbuat Bayramının tarixini ortaya atmışdır.İstanbul Darülfünün ədəbiyyat fakültəsi məzunudur. IV ordu komandanının əmir zabitliyi, Bəhriyyə Nəzarəti İdarəsində xüsusi qələm müdirinin kömökçisi, Hakimiyyət-i Milliyyə, Milliyyət, Ulus, Axşam qəzetlərində baş redaktorluq, yazıçılıq, TBMM II, III və IV çağırış Bolu, V, VI, VII və VIII çağırış Ankara millət vəkilliyi etmişdir. II və III çağırış Divan-i Rəyasət katibliyi, Divan-i Rəyasət İdarə müdirliyi və IV çağırış Beynəlxalq Parlamentlər Birliyi Türk Qrupu üzvlüyü etmişdir. Evli və bir uşaq atası olmuşdur. == Həyatı == Sakarya ili Qaynarca ilçəsi Topçu kəndindəki Dırmandlar məhəlləsindən İstanbula köçmüş ailənin uşağı olan Falih Rıfkı Atay 1894-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Xoca Hilmi Əfəndi, anası Hüriyyə Cəmil idi.
Falih Rıfkı Atay Təbiət Parkı
Falih Rıfkı Atay Təbiət Parkı (türk. Falih Rıfkı Atay Tabiat Parkı) ― Türkiyənin İstanbul ilinin Sarıyer ilçəsində yerləşən təbiət parkı.Sarıyerin Bahçeköy məhəlləsindən 7 km şimal-qərbdə və Neşet Suyu Təbiət Parkının yanında yerləşən Falih Rıfkı Atay Təbiət Parkı 16,33 hektar ərazini əhatə edir. Park 2011-ci ildə yaradılmışdır və Belqrad meşəsi daxilində yerləşən doqquz parkdan biridir. Qorunan ərazi jurnalist, yazıçı və siyasətçi Falih Rıfkı Atayın (1894-1971) şərəfinə adlandırılmışdır.Osmanlı sultanı Qanuni Sultan Süleyman (1520–1566-cı illər) tərəfindən Belqrad mühasirəsində hərbi əsir olaraq götürülmüş serblər İstanbula gətirildi və əvvəllər park sərhədləri daxilində olan kənddə yerləşdirildilər. Təbiət parkında 1999-cu ilin noyabrında mədəni irs olaraq qeydiyyata alınmış qorunan tarixi tikili statuslu kilsənin dağıntıları var.Təbiət parkı ziyarətçilər üçün gündəlik olaraq gəzinti, velosiped və piknik kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir. Ərazidə uşaqlar üçün oyun meydançaları var. Parkda həmçinin, açıq hava restoranı fəlaiyyət göstərir. Ziyarətçilər və nəqliyyat vasitələri üçün giriş ödənişlidir. == Ekosistem == Təbiət parkı zəngin flora və faunaya malikdir.Flora Park müxtəlif bitki növləri üçün yaşayış yeridir. Bölgədəki əsas ağaclar yay palıdı ( Quercus robur) və Carpinus betulus-dur.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi.Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi.Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu. Altaylılar — türk xalqlarından biri. Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən ad.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Arşay
Arşay (fr. Archail, oks. Archalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04009. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 11 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 6 nəfər arasında (15-64 yaş) hamısı iqtisadi cəhətdən aktiv idi (fəaliyyət göstərici 100.0%, 1999-cu ildə 66.7%). Fəal olan 6 nəfərdən 4 nəfər (3 kişi və 1 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın).
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qaratay
Qaratay - Tatarıstandakı moşkan etnik qrupudur. Dili - tatar dilidir. Qarataylar Kam-Ustin rayonun Mordov Qaratay, Zaovraj Qaratay və Şerşalan kəndlərində məskunlaşmışlar. Əhalinin sayı təxminən 100 min nəfərdir. Qaratay-Savinovka və ya Barsko və Zaovral-Qaratay kəndində ruslar, Şoşme çayı yaxınlığında yerləşən Qaratay kəndində isə tatarlar məskunlaşmışlar. Belə görünür ki, qədim kəndlərin qaratay adlandırılması "Qaratay" hidronimindən irəli gəlir. O zaman qarataylar moldov qəbiləsi deyil, lokal moşkan etnik qrupundandır və tatarların güclü təsiri altında qalıblar. Onlar tatar dilini, tatar adət-ənənələrinə riayət etsələr də, özlərinin yəni moşkanların adət-ənənələrini də unutmayıblar. Tatarlar onları moşkan və ya mişka və muşkı adlandırıllar. Onlar özlərini də moşkan adlandırıllar və həmçinin XVII əsrdən onlarda iki dillilik qalıbdır.
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur. Məsələn, sərnişin qatarlarının uzunluğu 20 vaqona qədər ola bilər.
Çatax
Çatax (Borçalı)
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. == Xüsusiyyətləri == Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.