Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Reno
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
Ramo
Ramo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı. Seriala adını verən Ramo (Murat Yıldırım) cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.
RANK
RANK (ing. receptor activator of nuclear faktor kappa B) – preosteoklastların üzərində yerləşən reseptordur, RANK-L birləşib, osteoklastları formalaşdırır.
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Hiroko Sano
Hiroko Sano (d. 5 fevral 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Jan Reno
Jan Reno (fr. Jean Reno; 30 iyul 1948[…], Kasablanka) — ispan əsilli Fransa aktyoru. == Həyatı == İspan mənşəli fransız aktyoru Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada anadan olmuşdur. O zaman onun adı Xuan Moreno idi. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır. Onlar general Frankonun idarə üsuludan xilas olmaq üçün Andalusiyadan Mərakeşə qaçmış və Fransaya köçmüşdülər. Jan Reno vətəndaşlıq əldə etmək üçün fransız ordusunda xidmət etməli olmuşdur. 1970-ci ildə o, Rene Simonun studiyasında aktyor sənətini öyrənmişdir. O, debütünü 1974-cü ildə televiziyada etmiş, sonradan teatrda işləmiş, 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəklin fərziyyəsi" filmində çəkilmişdir. Jan Renonun kino karyerası o qədər də uğurlu olmur.
Kano Ciqoro
Kano Ciqoro (ing: Kanō Jigorō, yap.: 嘉納 治五郎), (28 oktyabr 1860, Mikaqe[d] – 4 may 1938) — Yapon maarifçi, tədqidatçı, idmançı. Cüdo idmanını və terminini elmə gətirən ilk insan. Cüdo üzrə kəmərləri yaradan şəxs, professor, alim. Şotakan və Şido-Ryu termini elmə gətirən ilk insan, cüdonun banisi, Üçüncü İmperiya Dərəcəsi laureatı, Doğan Günəş sinin Xidmətləri və Grandorder-in İlk xadimi, Kano 14 May 1999 Cüdo Federasiyasının (İJF-in) Zalında ilk üzv olub. 1901-ci ildən 1920-ci ilə qədər Tokio Ali Normal Məktəbinin prezidenti. 1909-cu ildən 1936-ci ilə qədər ilk Asiya üzvü, 1912-ci ildən 1936-cı ilə qədər Olimpiya Oyunlarında Yaponiyanı təmsil edən, 1936-cı ilə qədər Yaponiya aparıcı mətbuat katibi vəzifəsində çalışıb. Bu idman döyüş sənətinin təməlini Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Ciqaro Kano qoyub.
Kano Eytoku
Kano Eytoku (狩野 永徳, 16 fevral 1543, Heyan-kyo[d] – 12 oktyabr 1590, Heyan-kyo[d]) – Momoyama dövründə yaşamış yapon rəssam. XVI əsrin dekorativ şirma rəssamlığındakı qalın, rəngli stili ilə tanınır. Dövrünün aparıcı və ən nüfuzlu rəssamlarından biri olmuşdur. == Həyatı == 1543-cü ildə Kiotoda incəsənət ailəsində doğulmuşdur. Rəssamlıq təhsilini atası Kano Şoey və babası Kano Motonobudan almışdır. İkisi də XVI əsrin birinci yarısının tanınmış incəsənət xadimləri idi. Eytokunun ilk əsas işi Kiotonun əsas Zen məbədlərindən biri olan Daytoku məbədinin Cukoin dekorasiyası idi. O, bu dekorasiyası 1566-cı ildə atası ilə birlikdə yerinə yetirmişdir. Eytoku məşhurlaşdıqdan sonra Oda Nobunaqanın sevimli rəssamı olmuş və onun bir çox sifarişini yerinə yetirmişdir. Bu sifarişlərin arasında Nobunaqanın Azuçi qəsrinin dekorasiyası və Kioto şəhərini əks etdirən şirma dəstləri də var idi.
Kano Kristales
Kano Kristales (isp. Caño Cristales) — Kolumbiyanın Meta əyalətində olan çaylardan biri. Çay adətən "Beş Rənglər çayı", "Maye Göy qurşağı" və "Dünyanın ən gözəl çayı" adlanır.
Kano ştatı
Kano ştatı (ing. Kano State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kişo Yano
Kişo Yano (d. 5 aprel 1984) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
Klaudio Kano
Klaudio Kano (18 dekabr 1965 — 1 iyul 1996) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Klaudio Kano Braziliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Klaudio Kano Braziliyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Kyoko Yano
Kyoko Yano (d. 3 iyun 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 74 oyun keçirib, 1 qol vurub.
Lui Reno
Lui Reno (21 may 1843[…] – 8 fevral 1918[…]) — Fransız hüquqşünası və müəllim. 1907-ci ildə Ernesto Moneta ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Lui Reno 1843-cü il mayın 21-də Fransanın Autun şəhərində anadan olmuşdur. 1868-73-cü illər arasında Dijon Universitetində Roma və ticarət hüququ professoru, 1873-cü ildən ölümünə qədər isə Paris Hüquq Fakultəsində professor kimi fəaliyyət göstərmişdir. 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin hüquq məsləhətçiliyinə təyin edilmişdir. Bu vəzifə əsnasında Fransanın xarici siyasətini beynəlxalq hüququn işığında diqqətlə araşdırdı. Aralarında 1899 və 1907-ci illərdəki Lahey sülh konfransı ilə London dəniz konfransının yer aldığı bir sıra konfranslarda iştirak etmişdir. Müvəffəqiyyətli bir hakim də olan Reno 1905-ci ildəki Yapon Mülk Vergisi, 1909-cu ildə Kasablanka, 1911-ci ildə Savarkar və 1913-cü ildə Karfagen ilə Manouba iddiaları kimi bir çox problemin həllinə kömək etdi. Bu vaxt beynəlxalq hüququn xüsusi məsələlərinə dair çox sayda məqalə və monoqrafiya yazdı. C.Lyon-Caen ilə birlikdə iki cildlik bir ticarət hüququ və səkkiz cildlik bir araşdırma kitabı çap etdirmişlər.
Nano morfostrukturlar
Nanomorfostrukturlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) — geoloji strukturların ən xırda elementlərinə uyğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3–6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir.
Rani Mukerci
Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb. 21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib. Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Rani Mukherci
Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb. 21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib. Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Ranço-Kueymado
Ranço-Kueymado (port. Rancho Queimado) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 2842 nəfərdir. Ərazisi 286,432 кm²-dir. Əhalinin sıxlığı 9,9 nəfər/кm²-dir. Bələdiyyə 8 noyabr 1962-ci ildə yaradılmışdır.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rino Harniş
Rino Harniş (1949) — ABŞ-nin Azərbaycandakı səfiri (2003–2006). Rino Harniş San-Dieqo Ştat Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb. R. Harniş iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir. Təhsilini başa vurandan sonra ən əvvəl Amerika Sənaye Universitetində tədqiqatçı köməkçisi vəzifəsində çalışıb. Bundan sonra ABŞ-nin Xəzinədarlıq Departamentində beynəlxalq iqtisadçı vəzifəsini tutub. Daha sonra Nebraska ştatından seçilmiş konqresmen Deyv Martinin köməkçisi olub. Karyerasının növbəti illərində R. Harniş ABŞ-nin İtaliyadakı səfirliyində ətraf mühit, elm və texnologiya məsələləri üzrə, ABŞ-nin Almaniya Demokratik Respublikasındakı səfirliyində isə iqtisadiyyat və ticarət məsələləri üzrə müşavir vəzifələrində işləyib. Sonrakı dövrdə Dövlət Departametinin İnkişaf Etmiş Ölkələrlə Ticarət üzrə Departamentində çalışıb, ABŞ-nin Avstriyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib. R. Harniş ABŞ-nin Nigeriyadakı səfirliyində də müşavir qismində çalışıb.
Sano Manabu
Sano Manabu (佐野学, 22 fevral 1892, Oita – 9 mart 1953) – Yaponiya iqtisadçısı və sosial aktivisti. Yaponiya Kommunist Partiyasının qurucularından biridir. Fukumotoizmin qatı əleyhdarı olmuşdur. 1892-ci ildə Yaponiyanın Oita prefekturasında doğulmuşdur. Ailənin yeddi uşağından altıncısı və üç oğlundan sonuncusu idi. Onun babası Hakuyo Naqasaki şəhərində ranqaku müəllimiliyi etmiş Aleksandr Ziboldun tələbəsi olmuşdur. Sano 1905-ci ildə Kitsuki orta məktəbinə daxil olmuşdur. 1908-ci ildə "Yorozu choho" jurnalı üçün yazdığı məqaləyə görə mükafat qazanmışdır. 1917-ci ildə Tokio Universitetindən məzun olmuşdur. Universitetdə tələbə olduğu dövrdə sosialist hərəkatla tanış olmuş və Şincinkay adlı qruplaşmanın qurulmasında kömək etmişdir.
Sano Tsunetami
Sano Tsunetami (佐野 常民, 28 dekabr 1822, Hizen əyaləti[d], Saykaydo[d] – 12 dekabr 1902, Tokio) – Yaponiya siyasətçisi. Yaponiya donanmasının qurulmasında iştirak etmişdir. Yaponiya Qırmızı Aypara Cəmiyyətinin qurucusu kimi tanınır. 1822-ci ildə Yaponiyanın Saqa hanında doğulmuşdur. Hirose Mototaka, Oqata Koan, İto Qenboku və başqa şəxslərin nəzarəti altında Qərb elmlərini öyrənmişdir. Tokuqava şoqunluğu tərəfindən Naqasakidə keçirilən ilk donanma təlimi proqramında iştirak etmişdir. Qərb elmlərinin donanma üçün istifadə olunmasında və yaşadığı han üçün donanmanın qurulmasında aktiv iştirak etmişdir. 1867-ci ildə Avropa ölkələrinin hərbi sistemlərini tədqiq etmişdir. 1868-ci ildə Meyci islahatından sonra Yaponiya donanmasının qurulmasında iştirak etmişdir. 1877-ci ildə Satsuma üsyanında yaralanan əsgərlərə tibbi yardım göstərmək üçün Xeyriyyə cəmiyyəti (博愛社, Hakuayşa) adlı təşkilat qurmuşdur.