RANT

rant1

n təşəxxüslü / məğrur / təmtəraqlı / ibarəli nitq

rant2

v təmtəraqla / ibarəli / boş-boş danışmaq

RANSOMER
RAP
OBASTAN VİKİ
Screen Rant
"Screen Rant" — ABŞ xəbər və əyləncə portalı. Sayt 2003-cü ildə fəaliyyətə göstərməyə başlamışdır. Burad televiziya, filmlər, video oyunlar sahəsində xəbərlər dərc edilir. Sayt Vik Holtreman tərəfindən təsis edilmişdir. "Screen Rant" həmçinin, 5 milyondan çox abunəçisi və 2 milyard ümumi baxışı olan "YouTube" kanalına malikdir."Screen Rant" vaxt keçdikcə Los-Anceles qırmızı xalçası, Nyu-York Film Festivalı və "San Diego Comic-Con" kimi hadisələri işıqlandırmağa başlamışdır.2015-ci ildə "Screen Rant" Monrealda yerləşən onlayn media naşiri "Valnet, Inc." tərəfindən satın alınmışdır.
Rantiq Kazımov
Rantiq Fizuli oğlu Kazımov (8 yanvar 1987; Mayak, Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rantiq Kazımov 8 yanvar 1987-ci ildə Beyləqan rayonunun Mayak qəsəbəsində anadan olmuşdur. Nişanlı idi. == Hərbi xidməti == Rantiq Kazımov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Rantiq Kazımov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rantiq Kazımov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rantiq Kazımov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Rantonq
Rantonq (tib.: རང་སྟོང་་, Vayli: rang stong; hərfi mənada – "öz təbiətindən boş qalmış") və jentonq (Tibet: གཞན་སྟོང་, Vayli: gzhan stong, tələffüz: [ɕɛ̃̀tṍŋ]; hərfi mənada – "digər boşluq"; həmçinin Tibet madhyamakası adlanır) — Tibet buddizmində boşluğa (şunyata)və iki həqiqət təliminə iki fərqli baxış. Rantonq fəlsəfi termindir. Şunyatanın mənası ilə bağlı əksər madhyamaka təlimlərini ayırd etmək üçün istifadə olunur. Burada bütün hadisələrin davamlı və dəyişməz mahiyyətdən boş olduğu və bu boşluğun mütləq reallıq olmadığı, hadisələrin sadəcə nominal xarakteristika daşıdığı fikri müdafiə olunur.Jentonq Tibet madhyamakası daxilində mövqedir. Burada şunyata elə tətbiq edilir ki, nisbi reallığın öz təbiətindən boş olması ilə razılaşılır, lakin paramarthasatya (mütləq reallıq) "qeyri-dual buddacnana"dır (Buddanın hikməti) və yalnız "digər" (Vayli: gzhan) nisbi hadisələrdən "boş"dur (Vayli: stong), lakin özü boş deyil və "həqiqətən mövcud"dur. Bu mütləq reallıq müsbət terminlərlə təsvir edilir ki, bu da "müəyyən artıq zərif anlayışları aradan qaldırmağa" və "şəxsin ağlında yaranan hər hansı təcrübəni inkar etmək vərdişinə" kömək edən yanaşmadır. Bu, prasanqikada olduğu kimi, saxta anlayışları məhv edir, eyni zamanda təcrübədə olan şəxsi "konseptual ağıl məğlub olduqdan sonra yaşanacaq dinamik, müsbət reallığın mövcudluğu" barədə xəbərdar edir. == Etimologiya == Rantonq termini avtonim deyil, daha çox jentonq nəzəriyyəçisi Dolpopa Şerab Qyaltsenin nəzəriyyəsi əsasında yaranmışdır. O, öz təlimlərini xarakterizə etmək üçün "jentonq" terminini və qarşı çıxdığı təlimlərə istinad etmək üçün "rantonq" ifadəsini işlətmişdir.Jentonq "digər" (Vayli: gzhan) və "boşluq" (Vayli: stong) sözlərindən yaranmış, hərfi mənada "digər boşluq" deməkdir, yəni özünə xas varlıqdan başqa bütün keyfiyyətlərdən boş olmaq mənasındadır. Bununla belə, jentonq termini həmçinin, şantarakşita təliminin də daxil olduğu yoqaçara madhyamaka təlimlərinə aiddir.
Rantonq və jentonq