Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını, Şirvan şəhərini və Naxçıvanı əhatə edir.
Sarlar
Sarlar (lat. Buteoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan yarımfəsiləsi.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Samsar dağı
Samsar dağı (gürc. სამსარი) — Samsar silsiləsində dağ.
Samsar silsiləsi
Samsar silsiləsi (gürc. სამსრის ქედი) — Gürcüstanda dağ silsiləsi. Dəlidağ — hündürlüyü 2929 m Samsar dağı — hündürlüyü 3284.7 m Qaraquzey dağı — hündürlüyü 2670.1 m Böyük Əbül dağı — hündürlüyü 3300.5 m Kiçik Əbül dağı — hündürlüyü 2799.8 Koroğlu dağı — hündürlüyü 2921 m İvantəpə — hündürlüyü 2933.4 m Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), Оглавление: Глава I. Топографическое описание поверхности. Горы: Горы Цихе-Джвари, стр.
Sarsaz (Şaran)
Sarsaz (başq. Һарыһаҙ, rus. Сарсаз) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Durtüylü): 11 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (60%), başqırdlar (39%) üstünlük təşkil edir.
Dəlidağ (Samsar silsiləsi)
Dəlidağ (gürc. შავნაბადა) — Samsar silsiləsində dağ.
Nəcəfqulu xan Qaradağlı (Sərşar)
Nəcəfqulu xan (Əhər, Şərqi Azərbaycan ostanı – 1813) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1783-1786). Kazım xan Qaradağlının oğlu. Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Farslar
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı. 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır. Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, əyyari, qoşun) adlanırdı.
Marşlar
Parslar
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır. Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir. "Parsi" sözü "Pars sakini" mənasını bildirir. Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir. Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi. Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir. VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Sakslar
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Saçlar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Çartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Çarşab
Çarşab — qadın baş örtüyüdür. Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.
Şahmar
Şahmar (Culfa)
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
CAESAR
CAESAR (CAmion Équipé d'un Système d'ARtillerie) Fransa istehsalı olan zirehli haubitsadır.