Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şota
Şota — gürcü adı. Şota Rustaveli — XII əsr gürcü xalqının dahi şairi. Şota Arveladze — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu. Şota İataşvili — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçi. Şota Mişvelidze — Gürcüstanlı kişi ağır atlet.
Sotşa Dlamini
Sotşa Dlamini (27 May 1940 – 7 Fevral 2017) — 6 oktyabr 1986-cı ildən 12 iyul 1989-cu ilə qədər Svazilendin baş naziri olmuş siyasətçi. Dlamini Svazilendin Mankayane şəhərində anadan olmuşdur. Dlamini 7 fevral 2017-ci ildə 76 yaşında vəfat etmişdir.
Şotta yukkası
Şotta yukkası (lat. Yucca schottii) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir. Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir.
Sota Hirayama
Sota Hirayama (d. 6 iyun 1985) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 3 qol vurub.
Şota Arveladze
Şota Arveladze (gürc. შოთა არველაძე; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu, İsrailin Makkabi Tel-Əviv klubunun baş məşqçisi. 1997-2007-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Milli komandanın heyətində ən çox qol vurmuş futbolçudur. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. Şota futbola 1990-cı ildə "Martve Tbilisi" komandasında başlayıb. Burada sərgilədiyi uğurlu oyunlardan sonra, 1992-ci ildə "Dinamo Tbilisi"yə transfer olunub. 1993-94 mövsümünün dövrə arası fasiləsi zamanı o dönəm "Trabzonspor" klubunun prezidenti olan Sədri Şener tərəfindən bəyənilərək əkiz qardaşı Arçil Arveladze ilə birlikdə "Trabzonspor"a transfer olunub. "Trabzonspor"a gələndə çox gənc olmasına baxmayaraq, yüksək performans göstərib. Şota 1995-96 mövsümündə 25 qol vuraraq Tarıq Hodziçdən sonra Türkiyə çempionatında qol kralı olan ikinci əcnəbi futbolçu adını qazanıb.
Şota Mişvelidze
Şota Mişvelidze (18 oktyabr 1994, Saçxere, İmereti) — Gürcüstanlı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Gürcüstanı təmsil edir. Şota Mişvelidze dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Şota Rustaveli
Şota Rustaveli (gürc. შოთა რუსთაველი; 1172[…] – 1216[…], Qüds, Əyyubilər sülaləsi) — XII əsr gürcü şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından birdir. Onun yazdığı "Pələng dərili cəngavər" (gürc. ვეფხისტყაოსანი — Vepkhistkaosani) dünya poeziyasının ən parlaq nümunələrindəndir. Rustavelinin həyatı haqqında təxmini məlumatdan bəllidir ki, o, Mesxeti yaxınlığındakı Rustavidə anadan olub, XII əsrin ikinci yarısı, XIII əsrin əvvəllərində yaşamış, təhsilini Zərzəm monastrında, sonra da Kaxetiya ruhani akademiyası İkaltoda almışdır. Şotaya çariça Tamara özü hamilik etmişdir. O, bir qrup gürcü gəncləri ilə bərabər Ş. Rustavelini də Bizansa göndərmişdir. Bəzi təxmini mülahizələrə görə Ş. Rustaveli Bizansdan qayıdandan sonra Tamaranın rəğbətini daha da qazanmış və onun sarayında yaşamışdır. "Pələng dərisi geymiş pəhləvan" poemasının ithaf hissəsində Ş. Rustavelinin Tamaranı vəsf etməsi onun hakimiyyətinə açıq pərəstişindən irəli gəlir. Xəlilov Pənah İmran oğlu — SSRİ xalqları ədəbiyyatı.
Şota İataşvili
Şota İataşvili (gürc. შოთა იათაშვილი) — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçidir. Yeddi şeirlər kitabının, roman və üç hekayə kitabının müəllifidir. “Qafqaz evi” Gürcüstan mədəni əlaqələr mərkəzində işləyir, “Alternativ” ədəbiyyat jurnalının redaktorudur. 2007-ci ildə ilin ən yaxşı şerlər kitabına görə “Saba” mükafatına, 2009-ci ildə “Kiyev dəfnəsi” beynəlxalq mükafatına layiq görülüb. Əsərləri 12 dilə tərcümə edilib. Şota İataşvili. Veriya bağçasındakı kafe (şeirlər, poema, məqalə, söhbət)./ "525 Kitab" seriyası.
Şota Şalikaşvili körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Diqomi və Didube rayonlarını (Didube-Çuqureti rayonu) birləşdirir. Körpü Qriqol Robakidze prospektinin girəcəyində yerləşir. Sol sahil hissədə avtovağzal, Didube dəmir yol və metro stansiyaları vardır. Körpüdən yuxarı axar boyunca Mindeli, aşağı axar üzrə isə Baxuşti Baqrationi körpüləri yerləşir. İlk əvvəllər körpü yerləşdiyi rayonun adına uyğun olaraq Didube körpüsü adlanırdı. Çağdaş adı isə ona 1990-cı ildə verilmişdir. Körpü əməkdar mühəndis, fəxri inşaatçı Şota Şalikaşvilinin şərəfinə adlandırılır . Körpü 1953-cü ildə vaxtı ilə bərə daşımaçılığının yerində inşa edilmişdir.
Şota Rustaveli heykəli (Tbilisi)
Şota Rustaveli heykəli (gürc. შოთა რუსთაველი) – Gürcü ədəbiyyatının klassiki və ictimai-siyasi xadim Şota Rustavelinin şərəfinə, Tbilisi şəhərində onun adını daşıyan prospektin başlanğıcında ucaldılmış heykəlidir. Abidənin müəllifi heykəltaraş Konstantin Merabaşvilidir. Heykəl 1942-ci ildə şairin adını daşıyan prospektdə ucaldılmışdır. Heykəlin postamenti mərmərdən, özü üsə bürüncdən hazırlanmışdır. Şota Rustaveli ayaq üstə dayanmış vəziyyətdə və milli gürcü geyimində təsvir edilmişdir. Şair bir əlində bükülmüş kağız tutmuş, digər əlini isə sinəsinin üstünə qaldırmışdır. Postamentin aşağısında yerləşdirilmiş qabartma barelyefldə “Pələng dərisi geymiş pəhləvan” poemasından səhnə təsvir edilmişdir.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. == Süjet == Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. == İstehsal == Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. == Reaksiya == Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Şota Rustaveli adına Batumi Dövlət Universiteti
Şota Rustaveli adına Batum Dövlət Universiteti (gürc. ბათუმის შოთა რუსთაველის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə yerləşən ali təhsil müəssisəsi. Universitetə orta əsr gürcü şairi Şota Rustavelinin adı verilmişdir. Acarıstanda təhsil sisteminin qurulması və inkişafı Gürcüstan cəmiyyətinin uzun müddətdir məşğul olduğu məsələ idi. 1893-cü ildə bölgədə Kişi Gimnaziyası fəaliyyətə başlamışdır. 26–27 iyun 1893-cü il tarixində şəhər bələdiyyəsi tərəfindən Kişi Gimnaziyasına 2.623.95 kvadrat metr ərazi verildi. Layihə hərbi mühəndis Sedelnikov tərəfindən dizayn edilmişdir. Binanın birinci mərtəbəsində idman zalı, ikinci mərtəbəsində kilsə, akt zalı, səkkiz sinif otağı, sənət dərsi, fizika iş otağı, laboratoriya və kitabxana fəaliyyət göstərirdi. Kişi Gimnaziyasında dərslər 1897-ci ilin iyul ayında başlandı. Həmçinin 26 sentyabr 1900-cü il tarixində bölgədə Qız Gimnaziyasının da açılışı baş tutdu.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kotam
Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır. == Tarixi == Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir. == Əhalisi == Əhalisi 410 nəfərdir.Kəndin əhalisi 1958 ci ildə Yuxarı Kotam adlanan ərazidən köçüb gəlib yeni Kotamda məskunlaşmışdır.Kəndin əhalisinin 20 ci əsrdə ermənistanın təcavüzkar siyasəti nəticəsində Sisian və Qafan rayonlarından köçüb gəldikləri güman edilir. == İqtisadiyyatı == Əhalisi bağçılıq,əkinçilik,arıçılıq,kiçikbuynuzlu heyvandarlıq və.s məşğuldur.Əsasəndə bu kənddə arıçılıq inkişaf etmişdir.Arıçılıq köçmə(yerdəyişikliyinə əsasən) təsərrüfat sahəsidir.Yayda arıları Yuxarı Kotam deyilən əraziyə aparırlar.Ora iqliminə,təbiətinə nisbətən yaxşı ərazidi.Qışda isə əsasən həyətyanı sahələrdə baxılır.Həmçinin Kotam kəndində xurnik,əncir,nar kimi meyvələrin ağacları geniş yayılmışdır.Naxçıvan Muxtar Respublikasının xüsusilə əncir ehtiyyatlarının (daxili bazara çıxarılan)yarıdan çoxunu bu kənd qarşılayır. == İnfrastrukturu == Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
Kotan
Kotan - kənd təsərrüfatında yer şumlamaq üçün tətbiq olunan mexaniki alətdir. O işçi heyvanlara və ya maşınlara qoşularaq mexanikləşdirilmiş şəkildə işlədilə bilər. Kotanın bir çox üstün cəhətləri vardır. Onun əsas məqsədi yerin üst qatının çevrilməsindən ibarətdir.Bu yerin mübit hissəsinin yumşaq və daha məhsuldar olmasına və səpinin asanlaşdırılmasına şərait yaradır. Asılma növləri: Quraşdırılmış kotan traktorun arxa hissəinə sərt bağlanır, o 6 bəzən isə 7 dişli olur. Asılqanlı kotan traktorla əlaqəli olur, ancaq əl ilə hidravlik mexanizmin köməyi ilə qaldırılır. Təkərli kotan bir neçə təkərə malik olub ağırlığın böyük hissəsini öz üzərinə götürür. Dişlərinin sayı 6-20 arasında olur. Dişlərini quruluşu: Bir istiqamətdə düzülmüş dişlər, onlar ya sağ ya da sol tərəfə yönəlirlər. Bunlara çox vaxt arx tipli kotanlarda deyilirlər.
Kotava
Kotava — 1978-ci ildə linqvist Staren Fetcey tərəfindən yaradılmış süni dil. == Əlifbası == Yazıda latın qrafikasından istifadə olunur və 24 hərfdən ibarətdir. == Əvəzliklər == 9 əvəzlik var. == İstinadlar == == Əlavə ədəbiyyat == Fetcey, Staren (1979). Kotava, langue internationale neutre. Québec, Canada : Ed. Univers des langues T.B. INC. 148 p. Kotava Avaneda (Kotava linguistic committee). Official grammar of Kotava {PDF}; Official grammar of Kotava (French) {PDF}. Kotava Organisation (March 2007, version III.8, 49 p.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Ostan
İranda ən böyük inzibati ərazi vahidi ostan sayılır. İranda konstitusional idarənin bərqərar olunmasını təmin edəcək məclisin qurulması naminə 1906–cı ildə xüsusi bir qanunla məclisə seçkilər üçün ölkə 4 əyalətə, onlar isə öz növbəsində 27 vilayətə bölündü; Dörd əyalətdən biri Azərbaycan idi. Bu bölgü 1937-ci ildə dəyişdirildi və yeni islahata əsasən ölkə artıq 10 osatana və 49 şəhristana bölünürdü. Ostan — (fars. استان‎) — ölkə səviyyəsində vilayət və ya rayon kimi inzibati ərazi bölgülərinə yaxın bir bölgüdür. İran ərazisində 30 ostan var. Şəhristan — (fars. شهرستان‎) — İranda ostan daxilində inzibati bölgü. Öz növbəsində baxşlardan və hər baxşa daxil olan bir neçə kəndistandan təşkil olunur. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var.
Ostya
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Qotaz
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
SOCAR
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Sadaa
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Sitar
Sitar — hind klassik musiqisini ifa etmək üçün istifadə olunan çoxsimli musiqi aləti. Simli-mizrablı çalğı alətləri qrupuna daxildir. Sitarın əsas 7 simi var (5 melodik və 2 burdon). Bundan əlavə , sitarda hələ 9-13 rezonans edən simlər də var ki , onların ümumi adı "tərəf" , yəni orkestrdir.Həmin simlər əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən həmin unikal səslənməni yaradır. Simlərdən səsləri ifaçının adsız barmağına taxılan mizrabla çıxarırlar. Sitarın iki balqabaq çanaqlı rezonatoru var : içi boş gövdəli qrifin aşağısı və yuxarısında.Alətin dekası palisandr və fil sümüyü ilə bəzədilir.Metal pərdələr qövsvaridir.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Socas
Socas- İranın Zəncan ostanınınd Xudabəndə şəhristanının Socasrud bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,577 nəfər və 1,345 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.