Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Multan
Multan (urdu ملتان, ing. Multan, q.pənc. ملتان) - Pakistanda yerləşən bir şəhər. Dilimizdə işlənən “Moltanı” sözü Pakistanın Multan şəhəri ilə bağlıdır. Orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olub. Multanlılar bizim ərazilərə (xüsusən Bakıya) ticarət səfəri edər, el arasında onlara multani (moltanı) deyərdilər.
Sulpan
Sulpan (Auırqazı)
Sultani
Sultani (pul) — II. Mehmed dövründə (1477–1478-ci illərdə) zərb edilmiş, təxminən 3,45 qramlıq klassik Osmanlı qızıl pulu. Sultani (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İmanxan Sultani — Azərbaycanlı futbol hakimi. Şərəfəddin Hüseyn Sultani – XV əsr Azərbaycan xəttatı, Şamaxıda və Təbrizdə yaşamışdır.
Şurtan
Aşağı Şurtan
Bayandur sultan
Bayandur sultan (XVIII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. 1701-ci ildən Şah Sultan Hüseynin fərmanı ilə Qaradağın hakimi. Mahmud sultanın oğlu, Məhəmmədqasım xanın atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Behicə Sultan
Bəhicə Sultan (26 avqust 1848, Konstantinopol – 30 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. 1848-ci ildə dünyaya gəlmişdir. Anası I Əbdülməcidin üçüncü iqbalı Nəsrin xanımdır. 1876-cı ildə I Əbdülhəmid dönəminin sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi Həmid Dərvişlə evləndirilmişdir. Evliliyinin 13-cü günü 30 noyabr 1876 tarixində 28 yaşında ikən vərəmdən vəfat etmişdir. Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Behiyə Sultan
Behiyə Sultan (20 sentyabr 1881, Çırağan sarayı, Konstantinopol, Osmanlı imperiyası – 5 mart 1948, Qahirə, Misir) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Behiyə Sultan 20 sentyabr 1881-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Behiyə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 17 fevral 1910-cu ildə məhz bu sarayda Hafiz Haqqı Paşayla nikahlandı. Nikah mərasimi əsnasında bacısı Ruqiyə Sultan da Əbdülməcid Heydər bəylə (d. 1889 - ö. 23 noyabr 1965) nikahlandı. Hər iki sultanın toy mərasimi isə 12 yanvar 1911-ci ildə Vasif Paşa köşkündə baş tutdu. Ancaq nə Behiyə Sultanın, nə də Ruqiyə Sultanın bu nikahlarından övladları olmadı.
Beyhan Sultan
Beyhan Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Beyhan Sultan — 18. Osmanlı sultanı Sultan İbrahimin qızıdır. Beyhan Sultan — 26. Osmanlı sultanı III Mustafanın qızıdır.
Budaq sultan
Budaq sultan (?-?)—İrəvan əyalətinin Şuragöl mahalının hakimi. 1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına çox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi. İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30000 rubl tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi.
Bəhicə Sultan
Bəhicə Sultan (26 avqust 1848, Konstantinopol – 30 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. 1848-ci ildə dünyaya gəlmişdir. Anası I Əbdülməcidin üçüncü iqbalı Nəsrin xanımdır. 1876-cı ildə I Əbdülhəmid dönəminin sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi Həmid Dərvişlə evləndirilmişdir. Evliliyinin 13-cü günü 30 noyabr 1876 tarixində 28 yaşında ikən vərəmdən vəfat etmişdir. Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Bəynaz Sultan
Bəynaz xanım sultan Tabasaran hakimi Mirəli bəylə evlənmiş Səlimə adlı bir qızı olmuşdur. Bir müddət orda yaşamışlar. Sonra sarayda gedən mübarizələr Bəynaz xanımın Şamaxıya getməsinə səbəb olmuşdur. Tamarın yeni rəqibi sayilan bu xanım ilk itgisini ərini itirməklə yaşamışdır. Tamaraın hiylələri ilə dul qalmış bu qadın Tamara qarşı bacıları ilə birləşmişdir. Bəynaz xanım Şahbanu Sultana oğlunu taxta çıxarmasında köməklik göstərmişdir. Qızı saray əyyanı Hümya bəyin böyük oğlu ilə evlənmişdir. Bəynaz xanım Tamarla dəfələrə qarşılaşmış onu sözləri ilə pərti püdra etmiş bəzi əmmələrini isə ifşa etmişdir. Bəynaz xanım sultan Şamaxıda vəfat etmişdir.
Bəzmialəm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Cadik Sultan
Cadik (XV əsr - 1520 ) – Qazax sultanı, Qazax xanlığının banisi Xan Zhanibekin doqquzuncu oğlu. Məhəmməd Haydar Dulati Cadiqi ən nüfuzlu hökmdarlardan biri hesab edirdi. Jadikin qohumu Qasım xan diplomatik və siyasi işlərdə ona arxalanırdı. Mənbələrdə Jadik haqqında çox az məlumat var. Cadik Şıqayın oğlu Qazax xanlığının xanı idi. Cadik Cılandı Tobe traktında Şıqım Mirzənin başçılıq etdiyi noqaylarla döyüşdə öldü. Kadırqali Kosimulinin sözlərinə görə, Cadikin məzarı Urgançda, Bakırqan Ata ərazisində yerləşir.
Cahanbanu Sultan
Cahanbanu Sultan (tam titulu: Bilqüs-zamani Ülyacənab, Naibəyi -Nəvvabi Səfəviyyə Cahanbanu Sultan Səfəvi) Cahanbanu Sultan Zibeydə sultan ilə İsa xanın qızı olmuşdur. Onun anası Şah I Abbasın 4 dekabr 1586 - cı ildə Fəxricahan xanımdan olma qızı idi. Atası da Səfəvi nəslinə mənsub bir xan olmuşdur. 1612-1632 - ci illər arasında atası Qorçubaşı vəzifəsi icra etmişdir. Hər iki ana, ata öz qızlarına mükəmməl tədris və dərs vermişlər. Cahanbanu xanım çox gözəl şairə həmçinin də natiq olmuşdur. Bu dövrdə hər zaman olduğu kimi Səfəvi sarayı yenə intriqalarla dolu idi. Xalası Xanağa sultanın onları aradan götürmək istəyi saray mübarizəsini artırırdı. İsa xanın nüfuzunun artması Xanağa sultanın və əri Mirzə Abu Talibi narahat edirdi. Onlar fürsət gəzir həm Zibeydə, həm də İsa xanı aradan götürməyə çalışırdılar.
Cem Sultan
Cem Sultan (22 dekabr 1459, Ədirnə – 6 mart 1495, Kapuya[d], Kampaniya) — Osmanlı şahzadəsi. Sultan II Mehmedin sonuncu oğlu və VIII Sultan II Bəyazidin kiçik qardaşı. Cem Sultan 14 il müddətində Roma papası tərəfindən əsir saxlanılmışdır. Cem Sultan, Sultan II Mehmedin sonuncu oğlu olaraq 23 yanvar, 1459-cu ildə Ədirnə Sarayında dünyaya gəlmişdir. Cem Sultanın doğum xəbəri II Mehmedə Yunanıstan səfərində olarakən çatmışdır. Cem dörd yaşında olarkən müəllimlərdən müxtəlif dərslər almağa başlamışdır. Əsasən sadə anlayışlardan başlayan ilkin dərslərdə dini mövzular üstünlük təşkil etmişdir. Bu cür dərslər Cem Sultana on yaşına qədər verilmişdir. Cemin Mükəmməl təhsil almasının ən böyük sübutu kimi hələ uşaq yaşlarından Yunan dilini təmiz öyrənməsi göstərilmişdir. Gənclik dövründə Cem Sultan digər Şahzadələr kimi rəsmi vəzifəyə təyin olunmuşdur.
Cəmilə Sultan
Cəmilə Sultan (d. 18 avqust 1843 – ö. 7 fevral 1915) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızıdır. 1843-cü ildə Bəylərbəyi sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Düzdidil xanım idi. 3 yaşında ikən anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü xanımın himayəsində böyüdü. Bacısı Münirə Sultanla birlikdə atasının 1856-cı ildə hədiyyə etdiyi Beyoğlundakı Qoşa sarayda yaşadı. 2 il sonra isə bibisi Atiyə Sultanın ögey oğlu Mahmud Cəlaləddin Paşa ilə nişanlanmışdır. Eyni gün bacısı Münirə Sultan da Namiq İlhami Paşa ilə evlənmişdir. Mahmud Cəlaləddin Paşaya vəzirlik rütbəsi verildi və 3 iyun 1858-ci ildə nikah bağlandı.
Cəmrə Sultan
Cəmrə Sultan (1616-1620) - Osmanlı padşahı I Əhmədin Kösəm Sultandan doğulan qızıdır. I Əhməd və Kösəm Sultanın ən kiçik övladıdır. Böyük qardaşı II Osman tərəfindən çox sevilirdi. Hətta rəvayətə görə, Kösəm Sultan və qızları Mahfiruz Xədicə Sultanın əmrilə Köhnə Saraya sürgün edilərkən, sırf Cəmrə Sultanın istəyilə kiçik şahzadələr də Köhnə Saraya göndərilmişdir. 12 noyabr 1620 tarixində böyük qardaşı Şahzadə İbrahimlə oynayarkən yıxılıb başını divara vurmuş, aldığı zərbədən vəfat etmişdir.
Daniyal Sultan
Daniyal Sultan цахур: Даниял-Бек Ахмадна дик — İlisu sultanı (1831–1844); Çar Rusiyasına qarşı Şeyx Şamilin başçılıq etdiyi hərəkatın iştirakçısı; 3-cü dərəcəli müqəddəs Stanislav (28 fevral 1832), 2-ci dərəcəli müqəddəs Anna (31 mart 1843) və 3-cü dərəcəli müqəddəs Vladimir ordeni (1843) ilə təltif edilmiş Çar Rusiyası general-mayoru. Milliyətcə saxurdur. Daniyal bəy İlisu hakimi qvardiya polkovniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan rus hərbi dairələrində öz nüfuzu ilə seçilən bir adam olmuşdur. Hələ 1812-ci ildə general P.Kotlyarevskinin qoşununun tərkibində İlisu süvarilərinə başçılıq etmişdir. Aslandüz döyüşündə isə onun süvariləri Qaradağ hakimi Allahyar xanı əsir almışlar. Daniyal bəy Əhməd xanın 6 oğlundan 5-cisi idi. Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir.
Danyal Sultan
Daniyal Sultan цахур: Даниял-Бек Ахмадна дик — İlisu sultanı (1831–1844); Çar Rusiyasına qarşı Şeyx Şamilin başçılıq etdiyi hərəkatın iştirakçısı; 3-cü dərəcəli müqəddəs Stanislav (28 fevral 1832), 2-ci dərəcəli müqəddəs Anna (31 mart 1843) və 3-cü dərəcəli müqəddəs Vladimir ordeni (1843) ilə təltif edilmiş Çar Rusiyası general-mayoru. Milliyətcə saxurdur. Daniyal bəy İlisu hakimi qvardiya polkovniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan rus hərbi dairələrində öz nüfuzu ilə seçilən bir adam olmuşdur. Hələ 1812-ci ildə general P.Kotlyarevskinin qoşununun tərkibində İlisu süvarilərinə başçılıq etmişdir. Aslandüz döyüşündə isə onun süvariləri Qaradağ hakimi Allahyar xanı əsir almışlar. Daniyal bəy Əhməd xanın 6 oğlundan 5-cisi idi. Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir.
Dilaram Sultan
Dilaram Sultan (1595 – 5 (15) yanvar 1647) — Səfəvi vəliəhdi Məhəmməd Bağır Mirzənin cariyəsi, Şah I Səfinin anası. Dilaram Sultan 1605-ci ildə Tiflisdə knyaz ailəsində anadan olmuşdur.[mənbə göstərin] Səfəvi-Osmanlı müharibələrində Gürcüstanın bir çox əraziləri döyüş meydanına çevrilmişdi. Bu səbəbdən atası Konstans Baqrati ailəsini Şimala – daha təhlükəsiz əraziyə aparmalı oldu. 1612-ci ildə müharibə bitdikdən sonra onlar yenidən Tiflisə geri döndülər. Lakin sabitlik uzun sürmədi. 1613-cü ildə yenidən Səfəvi-Osmanlı müharibəsi başladı. Ağır günlər keçirən ailə 1618-ci ildə qələbə qazanan Şah I Abbas tərəfindən "böyük sürgün"ün qurbanı oldu. Minlərlə gürcü ailəsi ağır şərtlər altında İranın içərilərinə köçürüldü. Dilaram Sultanın valideynləri yolda vəfat etdi, yeganə qardaşını isə yolda itirdi. Siması olduqca gözəl olan Dilaram hərəm ağaları tərəfindən yolda ikən seçilir.
Dilrüba Sultan
Dilrüba Sultan (Osmanlı türkcəsi: ديلروبا سلطان)(d. 1594 - ö. 1623) — III Mehmedin Həlimə Sultandan doğulan qızıdır. I. Mustafanın doğma, I Əhmədin isə ögey bacısıdır. Dilrüba Sultan 1594-cü ildə atasının Manisa sancaqbəyliyi dövründə dünyaya gəlmişdir. Anası Həlimə Sultan əslən çərkəzdir. Atasının vəfatının ardından taxta çıxan I Əhməd qardaşına toxunmadı. Bununla da, həm Şahzadə Mustafa, həm də bacısı ilə anası sarayda güc qazandı. Sultan Əhmədin səltənəti dövründə təxminən 1610-cu ildə Rumeli bəylərbəyi Qara Davud Paşa ilə evləndirildi. Qardaşı I Mustafanın ilk səltənətində anası və əri Davud Paşa ilə birlikdə dövlət məsələləri ilə məşğul oldu.
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905, Konstantinopol – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Ulduz sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Dürrüşəhvar Sultan
Xədicə Xeyriyyə Ayşə Dürrüşəhvar Sultan və ya Dürrüşəhvar Sultan (Osmanlıca: خدیجه خیریه عائشه درشهوار سلطان) (d. 26 yanvar 1914 - ö. 7 fevral 2006) —son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin qızı. Dürrüşəhvar Sultan 26 yanvar 1914 tarixində Çamlıca səmtindəki köşkdə dünyaya gəlmişdir. Atası Şahzadə Əbdülməcid Əfəndi, anası isə Məhisti Qadınəfəndidir. Uşaqlığı Dolmabağça sarayında keçmişdir. 1 noyabr 1922 tarixində səltənət qaldırıldı və atası sonuncu Osmanlı xəlifəsi oldu. Bu illərdə atası cümə salamlıqlarına gedərkən onu da öz arabasına mindirir, bu səbəblə İstanbul əhalisi arasında müzakirə səbəbi olmuşdu. 3 mart 1924-cü ildə TBMM xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünü barədə qəbul etdi. Ailənin bir çox üzvünə ölkəni tərk etmələri üçün 48 saat möhlət verilsə də, Əbdülməcid Əfəndi, 2 xanımı, oğlu Ömər Fərrux Əfəndi və qızı Dürrüşəhvar Sultanla bir neçə xidmətçiyə ölkəni dərhal tərk etmələri əmr edildi.
Esmehan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.