solooхuyan
soltanlıq 2021
OBASTAN VİKİ
Maarif Soltan
Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan; 10 aprel 1956, Burovdal, İsmayıllı rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1987). == Həyatı == Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986). Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir.
Soltan (ad)
Sultan və ya Soltan — kişi adı və təxəllüs. Sultan Baysunqur — Ağqoyunlu dövlətinin hökmdarı Sultan Hüseyn Fəttahi — İranın Emersan sənaye şirkətinin təsisçisi Sultan Məhəmməd Ağqoyunlu — Uzun Həsənin nəvəsi, Yusif Mirzənin oğlu. Sultan Rüstəm — Ağqoyunlu dövlətinin hökmdarı (1492-1497) Sultan Xəlil — 1478-ci ildə Ağqoyunlu hökmdarı. Sultan Şaylikov — Şamaxı Qəza İcraiyyə Komitəsinin sədri Sultan Əhməd mirzə — 1469-cu ildə Mavərənnəhr sultanı oldu.
Soltan Abbas
Soltan Abbas (tam adı:Soltan İsrafil oğlu Abbasov; d.7 yanvar 1933, Neftçala, Ballıcalı k.) — şair, publisist, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1988). 1933-cü ildə yanvarın 7-də Azərbaycanın Neftçala rayonunun Ballıcalı kəndində anadan olub. Burada 1952-ci ildə ibtidai məktəbi, Boyat kəndində yeddiilliyi, Xıllı rayonunun Xıllı kəndində isə orta məktəbi bitirmişdir. 1951-53-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlamışdır. 1953-55-ci illərdə Boyat kənd sovetinin katibi və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləmişdir. 1955-57-ci illərdə Bakı pedaqoji məktəbində təhsil almışdır. 1957-60-cı illərdə Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960-73-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik etmişdir. 1973-74-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirdikdən sonra Boyat kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir. 1991-2006-cı illərdə həmin kənddə inzibati ərazi nümayəndəsi olmuşdur.
Soltan Dadaşov
Soltan Baba oğlu Dadaşov (27 may 1906, Bakı – 7 sentyabr 1969, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan SSR xalq artisti (1958). Soltan Baba oğlu Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da realnı məktəbə keçib. Oxuduğu məktəblərdə keçirilən müsamirələrdə, bayram şənliklərində təsnif və el nəğmələri oxuyurdu. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəmişdi. Bəlağətli əruzun əlvan və mürəkkəb vəznlərini dərindən bilən qiraət xiridarı kimi tamaşaçı-dinləyicilərin rəğbətini qazanmışdı. Düşüncə tərzinə, idrak və təfəkkürünə görə həmyaşıdlarından irəli gedən Soltan Dadaşov məktəbdə dram dərnəyi yaratmışdı. O, şagird dostları ilə Mirzə Fətəli Axundzadənin komediyalarından, Nəcəf bəy Vəzirovun məsxərələrindən, Haşım bəy Vəzirovun məzhəkə və vodevillərindən parçalar seçib tamaşalar hazırlayırdı.
Soltan Hacıbəyov
Soltan İsmayıl oğlu Hacıbəyov (8 may 1919, Şuşa, Gəncə quberniyası – 19 sentyabr 1974, Bakı) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973). O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışmışdır. Stalin mükafatı (II dərəcə) (1952) — M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında "Gülşən" baletinə görə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (26 aprel 1958) "Qırmızı əmək bayrağı" ordeni (9 iyun 1959, 19 may 1969) "Azərbaycan SSR xalq artisti" fəxri adı (24 may 1960) Azərbaycan SSR Dövlət mükafatı (29 sentyabr 1970) — simfonik orkestr üçün konsertə görə "SSRİ xalq artisti" fəxri adı (26 iyul 1973) Karvan (simfonik lövhə) Hacıbəyovlar Orkestrin konserti Bəstəkar Soltan Hacıbəyov Soltan Hacıbəyovun "Karvan" simfonik poeması sayt YouTube Soltan Hacıbəyov Azad Ozan Kərimli — Soltan Hacıbəyovun 80 illiyinə.
Soltan Mehdiyev
Soltan Mehdiyev (İsmayıllı, 2 dekabr 1914 – 12 oktyabr 1985, Bakı) — Azərbaycan alimi, kimya elmlər doktoru, akademik. Mehdiyev Soltan Cəfər oğlu 1914-cü il dekabrın 2-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. O, 1927-ci ildə Lahıc natamam məktəbini fərqlənmə ilə bitirdikdən sonra, Bakı ş. pedaqoji texnikumuna qəbul olunur və onu 1931-ci ildə bitirərək 1931-1934-cü illərdə Azərbaycanın rayon kənd orta məktəblərində kimya müəllimi kimi çalışır. O 1934-1939-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alır və onu fərqlənmə ilə bitirir. S.C.Mehdiyev kimya üzrə fəlsəfə doktoru (1943) , elmlər doktoru (1955) elmi dərəcələrini və professor (1956) elmi adını almışdır. S.C.Mehdiyev 1958-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968–ci ildə isə Akademiyanın həqiqi üzvü seçilmişdir. S.C.Mehdiyev SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Kimya İnstitutunun neft kimyası şöbəsində laborant (1936-1939), Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunun (AzETNEİ) aspirantı , kiçik elmi işçi (1939-1943), EA Kimya İnstitutunda baş elmi işçi (1943-1945), Azərbaycan SSR EA Neft İnstitutunun laborotoriya müdiri (1946-1956) vəzifələrində çalışmışdır. Akademik S.C.Mehdiyev 12 oktyabr 1985-ci ildə Bakıda vəfat etmişdir. S.C.Mehdiyevin elmi fəaliyyəti maraqlı və çoxcəhətli olmuşdur.
Soltan Migitinov
Soltan Migitinov (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən boksçu. Soltan Migitinov WSB nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu və 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. 75 Kq. turnirində çıxış edən Soltan Migitinov iyulun 28-də olimpiadanın təsnifat mərhələsində Misir nümayədəsi Məhəmməd Hilal ilə üz-üzə gəldi. Həmin görüşdə Soltan Migitinov rəqibi üzərində 20:12 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının bürünc medalçısı Braziliya nümayədəsi Esiva Falcao oldu. Avqustun 2-də baş tutan həmin görüşdə Soltan Migitinov rəqibinə 11:24 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu. 2013-cü ildə isə Soltan Migitinov Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Soltan Migitinov turnirin 1/16 final mərhələsində Yamayka nümayəndəsi Conatan Hanson üzərində qələbə qazansa da, növbəti mərhələdə Qazaxıstan nümayəndəsi Canibəy Alimxanuluya məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.
Soltan Mirzəyev
Sultan Abbas oğlu Mirzəyev (1912, Nardaran, Bakı qəzası – 1993, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, professor, Azərbaycan Dövlət Aqrar Universiteti 7-ci direktoru (1942–1944). Soltan Abbas oğlu Mirzəyev 1912-ci ildə Bakının Nardaran kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra mühasibat uçotu kursunda oxumuşdur. Bir müddət Kürdəmir rayonunda mühasib işləyən S. Mirzəyev Politexnik İnstitutunun "Kənd təsərrüfatı" şöbəsinə daxil olmuş, Kənd təsərrüfatı institutunun yaranması ilə əlaqədar təhsilini Kirovobad (indiki Gəncə) şəhərində fərqlənmə diplomu ilə başa vurmuşdur. İnstitutu qurtardığı ildə S. A. Mirzəyev Kənd təsərrüfatı institutuna direktor təyin edilmişdir. Həmin institutda müvəffəqiyyətlə işləyən S. Mirzəyev bacarığı, təşkilatçılıq qabiliyyəti, prinsipiallığı nəzərə alınaraq respublikanın mühüm idarə orqanlarında pillə-pillə yüksəlmiş, Torpaq Nazirliyində idarə rəisi, nazir müavini, nazir, sovxozlar naziri və s. vəzifələrdə böyük müvəffəqiyyətlə işləmişdir. Soltan Mirzəyev Böyük Vətən müharibəsində iştirak etmiş, həmin dövrdə göstərdiyi şücaətə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Soltan Mirzəyev Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aspirantı olmuş və orada dissertasiya müdafiə edərək respublikamızda ilk iqtisad elmləri namizədi alimlik dərəcəsi alanlardan biri olmuşdur. Soltan Mirzəyev 1950–1962-ci illərdə sovxozlar naziri, Azərbaycan Kommunist Partiyası MK şöbə müdiri və Azərbaycan KP MK katibi vəzifələrində çalışmışdır.
Soltan Məmmədov
Soltan Məmmədov (deputat) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. Soltan Məmmədov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi. Sultan Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1995-2000).
Soltan Nuxa
Soltannuxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılmışdır. Oykonim Soltan antroponimindən və Nuxa toponimindən ibarətdir. Kəndin əsasını Nuxa (indiki Şəki) şəhərindən çıxmış Soltan (Nuxalı Soltan) adlı şəxs qoyduğuna görə belə adlanmışdır. Rayonun ərazisində Soltanuşağı adlı yer də qeydə alınmışdır. Kənd sakinlərinin verdiyi məlumata görə, Şəki bəyi olan Soltan bəy Şəkinin Nuxa adlandığı vaxtlarda bu kəndə sahiblənmiş və kəndin hazırkı adının Soltannuxa olması bilavasitə Nuxa kəndindən Soltan bəy mənasını daşıyır. Kənd 1768-cu ildə yaradılmışdır. Qəbələ radiolokasiya stansiyası bu kəndin təpələrində yerləşir. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Soltannuxa kəndi təpədə meşədən, yamacda otlaq sahələrindən və ətəkdə isə yaşayış evlərindən ibarətdir.
Soltan Nəcəfov
Soltan Məmməd oğlu Nəcəfov (1911, Bakı – 18 oktyabr 1981, Bakı) — Azərbaycan radio diktoru. Azərbaycan SSR əməkdar artisti (1966). Azərbaycan radiosunun ilk diktorlarındandır. Bədii qiraət ustası kimi tanınmış, Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının radio-tamaşalarında aparıcı kimi çıxış etmişdir. "Oxu, tar" adlı yazısında ("Üzeyir bəy haqqında söz" kitabında, B., 1990) Ü.Hacıbəyovla bağlı xatirələrini yazmışdır.
Soltan Baba piri
Bu abidə Dəvəçi rayonunun Uqah kəndindədir. Vaxtilə bu tikilinin çəkilmiş fotoşəkilindən məlum olmuşdur ki, əvvəllər, qeyd olunan pirin qapısının üzərində ərəbcə süls xətti ilə kitabə olmuşdur. Kitabənin fotosu əsasında aşkarlanıb ki, "bu türbə şeyxlərin məliki, zahidlərin qütbü Şeyx Əbu Bəkrindir - Allah ona rəhmət eləsin. Bu türbəni məmləkətlərin sultanı, qadir Fərruxzad ibn Axsitan (vaxtında) Nəcəf beş yüz doxsan dördüncü tarixdə tikdirdi" (1197-1198).
Soltan Məcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
Soltan Məmmədov (deputat)
Arzu Soltan
Arzu Soltan (tam adı:Arzu Əli qızı Həsənli) — Azərbaycanlı jurnalist, ssenari müəllifi.[mənbə göstərin] == Həyatı == Arzu Soltan 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. "İnşaatçı", "Ordu", "Azadlıq" qəzetlərində və "Olaylar" informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu ildə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-də, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanda, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub. "Azərbaycanda qadın mətbuatı" adlı tədqiqat işi, "Cənubi Qafqazda gender situasiyası" mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.
Soltan Qara
Qarayev Sultanəli Balaca oğlu (Soltan Qara) (2 iyul 1962, Əmircan – 11 oktyabr 2011, Konya) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam. Soltan Qara 1962-ci il iyul ayının 2-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 226 saylı orta məktəbdə almış, 1978 – 1982-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinində (indiki İncəsənət Kolleci) oxumuşdur. 1986-cı ildən bir çox respublika daxili və beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. 1988-ci ildən Yaradıcı Gənclər Assosiyasiyası və Bakı İncəsənət Mərkəzinin, 1990-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. Rəssam 2011-ci il oktyabrın 11-də Türkiyənin Konya şəhərində yaradıcılıq ezamiyyətində olarkən faciəli şəkildə həlak olmuşdur. Konya Səlcuk Universitetinin dəvətilə "Səlcukluda elm və sənət" mövzulu böyük bir monumental-dekorativ divar əsərinin mozaika hissələrini işləmək üçün gələn Soltan Qara qonağı olduğu rəssam dostunun emalatxanasının damından yıxılmış, ağır yaralı vəziyyətdə Səlcük Universiteti Məram Tibb Fakültəsi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı. 49 yaşlı rəssamın cənazəsi 13 oktyabr 2011-ci il Bakıya gətirilmiş, doğulduğu Əmircan kəndində torpağa tapşırılmışdır. 1980-ci illərin axırlarında yaradıcı gənc ziyalıların nümayəndələrinin təşəbbüsü ilə Yaradıcı Gənclər Assosiasiyası, sonra isə Bakı İncəsənət Mərkəzi təşkil edilir. Rəssam Soltan Qaranın yaradıcılıq karyerası da həmin dövrdə başlanmışdır.
Soltan Qəribov
Soltan Qəribov (azərb. Qəribov Soltan Xəlfə oğlu‎) — "Şuri" ləqəbi ilə tanınan muğam ifaçısı 26 dekabr 1946-cı İldə Abşeron rayonu Hökməli qəsəbəsində Anadan olmuşdur 3 qızı 2 oğlu var 18 dekabr 2020-ci ildə 73 yaşında Vəfat etmişdir Soltan Qəribov 26 dekabr 1946-cı ildə Hökməli kəndində anadan olmuşdur. Gənc yaşlarında Əlibaba Məmmədovun dəvəti "Humayun" ansamblında ifa etmişdir. Soltan Qəribov 1961-ci ildə Abşeronda keçirilmiş muğam müsabiqəsinin qalibi olmuşdur. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi məktəbinə daxil olmuşdur.Muğam ustadı Hacıbaba Hüseynovdan dərs alaraq gələcəyin xanəndəsi kimi muğam sənətinin incəliklərini öyrənmişdir. 1973-cü ildən Əhməd Bakıxanovun adını daşıyan ansamblda çıxış etməsi təklif edilir. Əhməd Bakıxanovun təklifi ilə 2 il ansanbılında çıxış etmişdir. Abşeronun muğam məktəbinin tanınmış xanəndəsi kimi tanınırdı. 18 Dekabr 2020-ci ildə vəfat etmişdir.
Soltan Soltanlı
Soltan Soltanlı (tam adı: Soltan Qalib oğlu Soltanlı; d. 1976, Kalva, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanı rəngkarı, qrafiki, karikaturaçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2006). Soltan Soltanlı 1976-cı ildə Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur və 1997-ci ildə oranı bitirir. 1997–2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyur. O, 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Soltan Soltanlı 1995-ci ildə keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə öyrənmək məqsədilə dərslərə gedir və oradakı ənənəvi təhsilin xəyallarındakı yaradıcılıq üçün yetərsizliyini görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi yaranır. O, özündən öyrənməyə üstünlük verir. Rəssamın yaradıcılığı üçün fəlsəfilik başlıca özəllikdir. Soltan rəngkar, qrafik və karikaturaçıdır.
Soltan Yusif
Yusifov Soltan Sərdar оğlu (Soltan Yusif) (1935-2003) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Soltan Yusif 29 noyabr 1935-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olub. Erkən yaşlarından eşitmək qabiliyyəti itirib. Kərimbəyli kənd 7 illik orta məktəbi bitirib, bir müddət kənddə qalıb kolxozda işlədikdən sonra Bakıya gələrək karlara məxsus axşam fəhlə-gənclər məktəbinin 8-ci sinfində təhsilini davam etdirib, gündüzlər çəkmə tikməklə məşğul olaraq axşamlar dərsə gedib. Atasının vəfat etməsi, böyük qardaşının hərbi xidmətdə olmağı və sonra Neft Sənaye İnstitutunda oxumağı, anası Güllər xanımın evdar qadın olması onu işləmək məcburiyyəti qarşısında qoyub. Bununla belə 8-ci sinifdə dərslərindən əla qiymətlər aldığı üçün yanvar imtahanından sonra komissiyanın qərarı ilə onu 8-ci sinifdən 10-cu sinifə keçiriblər. Dərsliklər ayrı, fənnlər ayrı olsa da, çətinliyə baxmayaraq, o, əlaçı olaraq qalıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun qiyabi Mədəni-maarif şöbəsinə verib. Texnikumu bitirəndən sonra Karlar cəmiyyətinin Bakı şəhər şöbəsinin sədri, Azərbaycan Karlar Cəmiyyətinin mərkəzi idarə heyətinin sədri, sədr müavini, direktor müavini, direktoru, hüquqşünası vəzifələrində işləyib, özünün təşəbbüsü ilə nəşrə başlamış cəmiyyətin orqanı "Bizim həyat" qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru olub. Soltan Yusifin 7 şeirlər və poemalar kitabı nəşr edilib, şeirlərinin çoxu müxtəlif dillərə çevrilib.
Soltan Şıxəliyev
Soltan Şixəliyev (tam adı:Şixəliyev Soltan Hümbət oğlu;22 sentyabr 1904, Göyçay qəzası – 1972, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, Kürdəmir rayon İcraiyyə Komitəsinin sədri 22 sentyabr 1904-cü ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Qusar polkunda siyasi rəhbər kimi xidmət etmişdir. Hərbi xidməti bitirdikdən sonra Azəriittifaqın Gəncə şəhərində təsis etdiyi mühasibat məktəbinə oxumağa göndərilmişdir. Leninqradda ali təhsil almışdır. 17 noyabr 1972-ci ildə vəfat etmişdir. Təhsilini başa vurduqdan sonra Kürdəmir rayon Kooperativlər İttifaqının baş mühasibi təyin olunmuşdur. İlk kəndli kooperativinin fəal təşkilatçılarından biri olMmuşdur. Bir il ərzində 100 nəfərdən çox kəndli kooperativinə üzv cəlb etmişdir. Rayon mərkəzində və bir çox kəndlərdə kəndli kooperativləri açmışdır.
Soltan Əzizov
Soltan Hümmət oğlu Əzizov (18 dekabr 1920, Nuxa qəzası – 2009) — Azərbaycan dövlət xadimi. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi. 1962-ci ilin iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir. Meyvə, Tərəvəz, Çay Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonralar sovxozlar naziri, tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunub ki, S. Əzizovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni, bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərində küçələrdən birinə S. Əzizovun adı verilmişdir.
İntiqam Soltan
İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan; 12 aprel 1965, Nürgüt, Ordubad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının direktoru. İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan) 12 aprel 1965-ci ildə (rəsmi 11 may) Ordubadın Nürgüd kəndində anadan olub. İncəsənət İnstitutunun dram-kino aktyorluğu ixtisasında təhsil alıb (1986-1990). İrəvan Teatrında (1988-1995), Gənclər Teatrında (1995-2002) aktyor işləyib. 2002-ci ildən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəridir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2019-cu ildə müəllifi olduğu "Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə" adlı metodik vəsaitin təqdimatı keçirilib. Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri. Mingəçevir Dövlət Dram Teatrının direktoru. Evlidir.
Şəgiqə Soltan
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886, Bağçasaray, Tavriya quberniyası[d] – 31 avqust 1975, İstanbul) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Kadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Soltan Əlizadə
Soltan Hüseynqulu oğlu Əlizadə (21 dekabr 1958, Buzovna) — Azərbaycan yazıçısı, tədqiqatçı, şair. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Buzovna Cümə məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-dini şuranın üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazisi. Soltan Əlizadə 1958-ci il dekabrın 21-də Bakının Buzovna qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub. 1966–1974-cü illərdə 125 saylı orta məktəbdə oxuyub. Buzovnadakı 55 saylı texniki-peşə məktəbinə daxil olmuş, qaynaqçı peşəsinə yiyələnmişdir. Həqiq hərbi xidməti sovet ordusu sıralarında Uzaq Şərqdə keçirmişdir. 1979-cu ildə ordu sıralarından qayıdır və işləmək üçün Neft Daşlarını seçir. Orada dəmirçi-qaynaqçı vəzifəsində işə düzəlir. Hələ məktəbli ikən sovet rejimin qadağalarına baxmayaraq məsciddə dini ayinlərə qoşulması və dindarlar arasında qazandığı hörmət onu Buzovna qəsəbəsinin Axundu rütbəsinə qədər yüksəldir. 1988-ci ildə Şeyxülislam Hacı Allahşükür Paşazadənin əmri ilə Buzovnadakı Məşədi Qərib məscidinə Axund təyin olunmuşdur.
Soltan Məmmədov (siyasətçi)
Soltan Teymur oğlu Məmmədov (1 aprel 1974, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. Soltan Teymur oğlu Məmmədov 1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Sabunçu rayonu 80 №-li tam orta məktəbdə, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) istehsalat proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) aspiranturasını bitirib. 2005-ci ildə isə "Xəzər" Universitetində ictimai səhiyyənin idarəedilməsi üzrə magistr təhsili alıb. Soltan Məmmədov ailəlidir, üç övladı var. Soltan Məmmədov 1996–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Balaxanı Neft İdarəsində operator-nəzarətçi vəzifəsində çalışıb. Daha sonra o, 1998–2001-ci illərdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində işləyib. 2003–2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) inzibati yardımçı, 2000–2015-ci illərdə isə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan nümayəndəliyinin Prezidenti olan Soltan Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisidir. Soltan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.
Elnur Soltanov
Elnur Zabit oğlu Soltanov (1974, Mingəçevir) — Azərbaycan energetika nazirinin müavini. == Həyatı == Elnur Zabit oğlu Soltanov Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Zərdabın Məlikli kəndindəndir. Atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olmuşdur. O məşhur "Gecələr" mahnısının müəllifi olsa da, bu günədək müəlliflik hüququnu bərpa edə bilməmişdir. Həyatı keşməkeşli olmuş, 10 yaşlı böyük qardaşını 1981-ci ildə, atasını 1995-ci ildə, özündən kiçik 31 yaşlı qardaşını isə 2012-ci ildə itirmişdir. == Təhsili == Elnur Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını almışdır. == Fəaliyyəti == O, 2000–2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışmışdır. ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru olmuş Elnur Soltanov universitetdə çalışmağa başlamazdan öncə,Truman Dövlət Universitetində çalışmışdır. Eyni zamanda, O, ADA universitetinin "Diplomatik və beynəlxalq əlaqələr" fakültəsinin dekanı vəzifəsində çalışmışdır.↵Elnur Soltanov 28 dekabr 2018-ci ildə Azərbaycanda energetika nazirinin yeni müavini təyin olunmuşdur.
Fətəli-i Soltanlı (Kəleybər)
Fətəli-i Soltanlı (fars. فتحعلي سلطان لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (61 ailə).
Gəray Soltanov
Həbibə Soltanova
Köhnə Soltanqol (Baltas)
Yeni Yaxşıy (başq. Иҫке Солтанғол, rus. Старосултангулово) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Köhnə Yanbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 27 km., kənd sovetliyindən (Köhnə Yanbay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 93 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (66 %), tatarlar üstünlük təşkil edir.
Məhəmməd Soltanəhməd oğlu
Məhəmməd Soltanəhməd oğlu (Biqələm) — şair. 1860-cı ildə Bakı şəhərinin Hökməli kəndində anadan olmuşdur.Atası Soltanəhməd Bakı kəndlərində məşhur pəhlivan idi.Qardaşı Soltanəhməd də atası kimi pəhlivan olmuşdur.Məhəmmədin isə kiçik yaşlardan marağı şeir,qəzələ idi. Təhsil ala bilməyən Məhəmməd şeirlərini kəndin savadlı mollası sayılan Fərruxa yazdırmışdır.Bu səbəbdən də şeirlərini ``Biqələm`` təxəllüsü ilə yazmışdır.Savad ala bilməməsinin əsas səbəbi maddi durumla bağlı olmuşdur.O Hökməli kənd sakini Qızbacı ilə ailə həyatı qurnuşdur.Onun üç övladı olmuşdur. Qızı Gəlinxanım hal-hazırda Siyəzən rayonunda yaşayır. Lakin,atası həyatdan köçərkən Gəlinxanım azyaşlı olduğundan atası ilə bağlı xatirələri elə də çox deyildir.Məhəmməd Soltanəhməd oğlu qış aylarında qazanc məqsədilə Hökməli kəndi ətrafında qazılmış neft quyularından neft çıxararaq şəhərdə və digər kəndlərdə satırmış.Biqələmin Sərdar adlı oğlu vəfat etmiş,Balacaxanım adlı qızı isə Hökməlidə yaşamır.Biqələm 1930-1935-ci illər arasında vəfat etmiş və Hökməli kənd məzarlığında dəfn edilmişdir. Biqələm müxtəlif mövzulu qəzəllər, həcvlər yazmışdır.Tez-tez el şənliklərinə dəvət olunduğu üçün şeirləri də elə bu məclislər vasitəsilə xalq arasında yayılmışdır.O təkcə Bakıda deyil,ölkənin bir çox bölgələrində tanınırdı.Hətta Əliağa Vahid Biqələmin yanına tez-tez gələr və onu özünə ustad bilərmiş. Biqələm məşhur şair Dilqəmlə də dostluq etmişdir. Təhsil almasa belə,yazdığı əsərlərin filoloji təhlili zamanı ərəb-fars tərkiblərindən istifadə etdiyini görürük.Güclü hafizəsi olduğundan o bu sözləri şifahi öyrənmişdir.Lakin,o şeirlərini sadə dildə yazaraq təbii ifadələr işlətmişdir. Son dərəcə məğrur insan olan Biqələm çətin günlər keçirməsinə baxmayaraq heç kimdən yardım istəməmişdir.O şeirlərini,qəzəllərini maddi ehtiyacını ödəmək üşün satmamışdır.O şeirlərinin məclislərdə təmənnasız oxunması üçün şərait yaratmışdır.Kiçik həcmli lirik qəzəllərlə yanaşı,dini mövzulara da toxunan Biqələmin şeirlərindən onun dindar şəxs olmasını görmək olur.Biqələm kənd əhalisinə yardım edən,hər kəslə ünsiyyət qurmağı bacaran kamil bir insan olmuşdur. Həyat və yaradıcılığı haqqda ətraflı tədqiqat aparılmamışdır.Şair haqqında ilk məlumat və bir neçə şeiri ``Deyilən söz yadigardır`` şeir toplusunda nəşr edilmişdir.2006-cı ildə isə Məmmədağa Ağarzaoğlu "Hökməlinin iftixarı Biqələm" adlı kitab çap etdirmişdir.
Nadir Soltanov
Oruc Soltanov
Soltan Hacıbəyov adına Musiqi Texnikumu
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Soltan Məmmədov (polkovnik-leytenant)

Digər lüğətlərdə