Sultanbəy (Dərələyəz)
Sultanbəy - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) rayonunda kənd.
Rayon mərkəzindən 20 km cənub-şərqdə yerləşir.
Kənd Sultan adlı bəy tərəfindən salındığı üçün «Sultanbəy kəndi» adlanmışdır. Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadə toponimdir.
1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə təsis edilmiş inzibati ərazi bölgüsünə görə Naxçıvan qəzasının Cəhri rayonunun tərkibində olan 20 kənddən biri də Sultanbəy kəndi olmuşdur. ZSFSR MİK-nin qərarı ilə 1929-cu il fevralın 18-də Naxçıvana məxsus bir sıra torpaqlar - Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəza¬sının Qarçevan kəndi və Kilit kənd torpaqlarının bir hissəsi, həmçinin həmin vaxt Zəngilan rayonunun Nüvədi, Ernəzir, Tuqut kəndləri, Sovet hökumətinin məqsədyönlü siyasəti sayəsində Ermənistan SSR-ə verildi Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Bartsiruni qoyulmuşdur.
1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır.