Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tacaraq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Taharka
Taharka (q.misir 𓇿𓉔𓃭𓈎, tꜣ-h-rw-k; akkad. , Tar-qu-u2, ivr. ‏ תִּרְהָקָה‏‎; Bibliyada Tirqak; Manefona görə Tarkos/Tarakos; Strabona görə Tearkon) — Qədim Misirin XXV sülaləsinin fironu (Efiopiya və ya Nubiya sülaləsi). O, təxminən e.ə. 690–664/663-cü illərdə hökm sürmüşdür. Taharka Assuriya padşahı Sennaxerib ilə döyüşə getmişdi və İudeya hakimi Ezekiyanın müasiri idi. Binalar tikdirməsi və dindarlığından başqa onun daxili siyasəti haqqında çox az şey məlumdur. Xarici siyasətə gəldikdə, Taharka Misirə iddialar qaldıran Assuriyaya qarşı çıxmışdır. Asarhaddon e.ə. 671-ci ildə Misirə yürüş edərək Nil deltasını tutmuşdur, firon isə Tebenə qaçmışdır.
Tamarau
Tamarau (lat. Bubalus mindorensis) — Boşbuynuzlular fəsiləsinin Asiya camışları cinsinə aid növ.
Aqarak
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ağarak
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Taçara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Şadara
Şadara - taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.
Qadara
Qadara (ivr. ‏גדרה‏‎, gad´a-ra və ya ‏גדר‏‎, ga-der; q.yun. τὰ Γάδαρα; ərəb. أم قيس‎, Umm-Qeys) — Şərqi Fələstində qədim istehkam şəhəri. İndiki dövrdə xarabalıqları İordaniyadakı Umm-Qeys (Mukes) təpəsində yerləşir. == Tarixi == E.ə. III əsrdə burada Selevkilərin hakimiyyəti altında yunanlar və ellinləşmiş yerli sakinlər məskunlaşıblar. Polibiyə görə, Qadara Pereyanın ən möhkəmləndirilmiş şəhəri idi. E.ə. 218-ci ildə III Antiox şəhərin qarşısında düşərgə qurmuşdu, çünki o, İordan çayının şərqində Ptolemey hakimiyyətinin son qalalarından birini tutmaq niyyətində idi.
Tacaraq (Nir)
Tacaraq (fars. تجرق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (55 ailə).
Tacaraq (Əcəbşir)
Tacaraq (fars. تجرق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (156 ailə).
Taqalak adası
Taqalak adası (ing. Tagalak Island, aleut. Tagalax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada daimi yaşayış yoxdur. İqitkin adasından cənub-şərqdə, Çuqul adasından isə şərqdə yerləşir. Maksimal hündürlüyü 249 metrdir. Uzunluğu 6.5 km-dir.
Viktor Madaras
Viktor Madaras (mac. Madarász Viktor, 14 dekabr 1830[…], Ştitnik[d], Koşitse bölgəsi – 10 yanvar 1917[…], Budapeşt)— macar rəssam. Daha çox tarixi səhnələr və portretlər rəsm etmişdir. Viktor Madaras 14 dekabr 1830-cu ildə Çestnekdə anadan olmuşdur. Atası Andraş dəmirçi idi. Viktor ilk əvvəl Pozonidə hüquq təhsili alsa da Macarıstan inqilabından sonra qardaşı ilə birgə universiteti tərk edərək qoyaraq orduya qoşulur. Müxtəlif döyüşlərdə iştirak etdikdən sonra tezliklə ikinci leytenant rütbəsi alır. Vilaqosun mühasirəsi zamanı böyük igidlik göstərən Viktor ordunu tərk edərək Peştə ailəsinin yanına qayıdır. Bu zaman o, həm hüquq təhsilini davam etdirir, həm də yerli rəssamlardan rəsm dərsləri almağa başlayır. 1853-cü ildə Viktor Vyana İncəsənət Univeristetinə daxil olur.
Oksana Madaraş
Oksana Stepanovna Madaraş (ukr. Окса́на Степа́нівна Ма́дараш; 12 sentyabr 1969, Buçaç[d], Ternopil vilayəti) — Ukrayna yüksək kateqoriyalı dirijoru, Kiyev Milli Akademik Operetta Teatrının rejissoru, xormeyster-rejissoru, müəllimi. O, Ukraynanın əməkdar artisti (2008) və Ukraynanın xalq artisti (2019) fəxri adlarına layiq görülmüşdür. Oksana Madaraş 12 sentyabr 1969-cu ildə SSRİ respublikalarından olan Ukrayna SSR-də, Ternopol vilayətinin Buçaç şəhərində anadan olmuşdur. O, 1989-cu ildə Nikolayev Dövlət Musiqi Məktəbinin dirijorluq və xor fakültəsini bitirmişdir. Madaraş ali musiqi təhsilini Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında almışdır. O, 1989–1994-cü illərdə Ukraynanın xalq artisti, professor Viktor Petriçenkonun sinfində xor dirijorluğu, opera və simfonik dirijorluq kafedrasının seçmə kursu (professor, Ukrayna və Rusiyanın xalq artisti V. Kojuxarinin sinfi), Ukraynanın xalq artisti, professor Yevgeni Duşşenkonun sinfində opera və simfonik dirijorluq, 2002–2005-ci illərdə Yevgani Duşşenkonun sinfində assistentlik – opera və simfonik dirijorluq kafedrasında internatura üzrə təhsil almışdır. Madaraş təhsil aldığı müddətdə Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Opera Studiyasında dirijorluq etmişdir (Sergey Raxmaninovun "Aleko", Pyotr Çaykovskinin "Yevgeni Onegin", Coakkino Rossininin "Sevilya bərbəri" əsərləri). O, 1994–2002-ci illərdə "Dumka" Milli Akademik Kapellasında işləmişdir. Madaraş 2002-ci ildən Kiyev Milli Akademik Operetta Teatrının səhnə dirijoru və Kiyev Uşaq Rəssamlıq Akademiyasının Musiqi fakültəsinin gənc tələbələrin kamera orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.
Etsuko Tahara
Etsuko Tahara — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nelumbium tamara
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Ryoko Takara
Ryoko Takara (d. 9 aprel 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Talara (Peru)
Talara — Perunun şimal-qərbində bir şəhər. Piura bölgəsinin Talara əyalətinin inzibati mərkəzi. Əhalisi 103,2 min nəfərdir (2005-ci il statistikalarına əsasən). Cənubi Amerika qitəsinin ən qərb nöqtəsi olan Parinyas burnunun yaxınlığında yerləşir. Sakit okeanda əhəmiyyətli bir limanlardan biridir. Neft hasilatı və neft emalı mərkəzi olmuşdur (1914-cü ildən sənaye hasilatı). Talarada istifadəyə verilən 1 hava limanı vardır — Cap. FAP Victor Montes Arias International Airport. Talaranın cənub-qərbində Perunun ilk neft quyusu (1850-ci ildə aşkar edilmiş) yerləşir. Böyük neft ehtiyatları və aviasiya yanacağının nizamlanmış istehsalı sayəsində Talaradan İkinci Dünya müharibəsi zamanı ABŞ aviasiyası tərəfindən aviabazalarda istifadə olunurdu.
Tamara (rəqs)
Tamara — Azərbaycanın milli rəqsi. Təqribən 1916-1917-ci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Salyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.
Tamara Abakeliya
Tamara Qriqoryevna Abakeliya (gürc. თამარ გრიგოლის ასული აბაკელია, 19 avqust (1 sentyabr) 1905, Xoni, İmereti – 14 may 1953, Tbilisi, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri. Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır. Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır. 1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub.
Tamara Duda
Tamara Anatolyevna Duda (ukr. Тамара Анатоліївна Дуда), Tamara Oroxovoye Zyornışko təxəllüsü ilə də tanınır (ukr. Тамара Горіха Зерня; 5 yanvar 1976, Kiyev) — Ukrayna yazıçısı. O, 2022-ci il Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı olmuş, 2019-cu ildə yazdığı "Qız" romanı "BBC" tərəfindən "İlin kitabı" seçilmişdir. Tamara Duda könüllü fəaliyyəti ilə tanınır. Tamara Anatolyevna Duda Kiyevdə anadan olmuşdur. 1992-ci ildə Ukrayna Humanitar Liseyini bitirmişdir. 1993-cü ildə Kiyev Universitetinin Jurnalistika İnstitutuna daxil olmuş, 1998-ci ildə diplomunu müdafiə etmişdir. 2003–-2005-ci illərdə Kiyev Beynəlxalq Universitetində təhsil almışdır. O, 20 ildən artıqdır ki, ingilis dilindən iqtisadiyyat haqqında mətnləri ukrayn dilinə tərcümə edir.
Tamara Eydelman
Tamara Eydelman (rus. Тама́ра Ната́новна Эйдельма́н; 15 dekabr 1959, Moskva) — Rusiya tarixçisi, pedaqoq, yazıçı, tərcüməçi, radio aparıcısı və bloqer. Rusiya Federasiyasının əməkdar müəllimi (2003). Tarix və pedaqoqika üzrə çoxsaylı məqalələrin müəllifi, regionlararası ictimai təşkilat olan "Tarix Müəllimləri Birliyi"nin idarə heyətinin üzvüdür. Эйдельман – как устроена диктатура / How dictatorship works // вДудь. 17 марта 2022. Тамара Эйдельман и Лев Шлосберг: «Чему учит история» / Люди мира // ГражданинЪ TV. 15 марта 2023.
Tamara (bitki)
Şanagüllə (lat. Nelumbo) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cyamus Sm. === Heterotipik sinonimləri === Nelumbium Juss. Tamara (bitki) Roxb. ex Steud. == Növləri == Nelumbo lutea (Willd.) Pers.
Tamara hemisphaerica
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.