Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nokia tune
Nokia tune — "Nokia" şirkətinin öz istehsalı olan mobil telefonlar üçün istifadə edilən klassik melodiyası
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Tunc
Tunc — misin qalay, alüminium, berillium və digər kimyəvi elementlərlə ərintisi. Tuncda sink ya tamamilə olmur, ya da onda əsas legirləyici element kimi işlədilir. Misin sinklə ərintisinə bürünc deyilir. Qalaylı (əsas legirləyici elementi qalay olan) və qalaysız (xüsusi) tunclar var. Qalaysız tunclar ikili (alüminiumlu, berilliumlu, kadmiumlu və s.) və çox komponentli olur. Deformasiya edilən və tökmə tunclara ayrılır. Yüksək antikorroziya və antifriksion xassələri, plastikliyi, möhkəmliyini çox olması və bərkliyi ilə seçilir. Qalaylı tuncdan buxar-su armaturu, podşipnik (yataq), oymaq, bədii məmulat və s., qalaysız tuncdan isə kimyəvi aktiv mühitdə, yüksək temperaturda və s. şəraitdə işlədilən məmulatlar hazırlanır.
Tunes
Tunes (lat. Thunnus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinə aid heyvan cinsi. Tunes balıq sənayesində mühüm rol oynayır. Onların çox ovlanması bir neçə tunes tövünün nəsli kəsilmək təhlükəsi yaradıb. Tunesin cinsinə aid bəzi fərdlərin uzunluğu 3,5 metrə çatır. Dünyada qeydə alınan ən böyük kütləyə malik tunesin kütləsi 635 kq olub.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Xunə
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir. Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s.
Almami Ture
Almami Ture (28 aprel 1996, Bamako) — Liqa 1 komandalarından olan Monako FK klubunda müdafiəçi kimi çıxış edən Malili futbolçudur. == Həmçinin bax == Almami Ture 28 aprel 1996-cı ildə anadan olub. == Klub karyerası == Ture futbola Monako FK-ın gənclərdən ibarət yığmasında başlamışdır. Ture liqada debütünü 20 fevral 2015-ci ildə səfərdə 1–0 qələbə qazandıqları Nitsa OGK klubuna qarşı oyunda etmişdir. O, 35 dəqiqə Leyvin Kurzavanı əvəz etmişdir. Bernardo Silva görüşdə yeganə qolu vurmuşdur. İlk oyununa isə 25 fevral 2015-ci ildə Emireyts stadionunda keçirilən və sürpriz şəkildə Monako FK-ın Arsenal FK üzərində 3–1 hesablı qələbəsi ilə başa çatan oyunda çıxmışdır. Ture 19 may 2015-ci ildə Monako ilə 4 illik yeni müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 20 mart 2016-cı il məlumatlarına əsasən.
Kiçik Tunb
Böyük və Kiçik Tunb adaları (fars. تنب بزرگ و تنب کوچک ‎, Tonb-e Bozorg and Tonb-e Kuchak; ərəb. طنب الكبرى و طنب الصغرى ‎, Tonb al-Kubra and Tonb al-Sughra) - İran körfəzinin şərqində, Hörmüz boğazının yaxınlığında yerləşən kiçik adalar. Adalar İranın Hörmüzgan ostanının bir hissəsi kimi idarə olunur, həm də BƏƏ tərəfindən Rəs-ül-Xeymə əmirliyinin ərazisinin bir hissəsi kimi iddia edilir.
Le-Tuve
Le-Tuve (fr. Le Touvet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38511. Kommunanın 2012-ci il üçün əhalisi 3003 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 236 ilə 1008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Oumar Ture
Oumar Ture (24 yanvar 1996) — Malili üzgüçü. Oumar Ture Malini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Oumar Ture birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 57.56 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Sarıüzgəc tunes
Sarıüzgəc tunes (lat. Thunnus albacares) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü.
Sünə (Sərdəşt)
Sünə (fars. سونه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (39 ailə).
Tene (En)
Tene (fr. Tenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01416. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 55 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 39 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1120 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 657 nəfər (15-64 yaş) arasında 444 nəfər iqtisadi cəhətdən fəal, 213 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67.6%, 1999-cu ildə 63.4%). Fəal 444 sakindən 398 nəfər (228 kişi və 170 qadın) işləyir, 46 nəfər işsizdir (18 kişi və 28 qadın).
Tuve Yanson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
Tuve Yansson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Nune Sarkisyan
Nune Sarkisyan (erm. Նունե Սարգսյան, 26 mart 1954, İrəvan) — erməni sənət tarixçisi və müəllifi. O, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın həyat yoldaşı və Ermənistanın keçmiş birinci xanımıdır. Nune Sarkisyan 1954-cü il martın 26-da İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Roman-german dilləri fakültəsini bitirib. O, Matenadarandakı Mesrop Maştots adına Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutunda işləyib. London Universitetinin Goldsmiths Kollecini incəsənət tarixi yönündə magistri dərəcəsi üzrə bitirmişdir. Sotheby İncəsənət İnstitutunda incəsənətşünaslıq ixtisası almışdır. Daha sonra Londonun Vestminster Kollecində rəssamlıq və rəsmxət üzrə təhsilini davam etdirib. 1978-ci ildə Armen Sarkisyanla ailə həyatı qurub.
Turne (şəhər)
Tournai ( fransa: Tournai, flamand: Doornik, latın: Tornacum ) — Belçikanın cənub-qərbində Hainaut əyalətində şəhər və bələdiyyədir. Monsun şimal-qərbində, Şelde çayının sahilində yerləşir.
Yılmaz Tunç
Yılmaz Tunç (1 fevral 1971, Ulus, Bartın vilayəti) — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26 və 27-ci çağırış deputatı (2007–2023), Türkiyə ədliyyə naziri (4 iyun 2023-cü ildən). == Təhsili və karyerası == İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. İstanbul Universiteti Sosial Elmlər İnstitutunun Maliyyə Hüququ Bölməsində magistr təhsilini tamamlayıb. Sərbəst hüquqşünas və İstanbul Vəkillər Kollegiyasının CMK (Ceza Muhakemesi Kanunu) xidmətinin əməkdaşı kimi çalışıb. 16 il Türkiyə Böyük Millət Məclisi Ədliyyə Komissiyasının üzvü, sözçüsü və sədr müavini vəzifələrində çalışdıqdan sonra 2020–2022-ci illər arasında Ədliyyə Komissiyasının sədri olub. O, 2022–2023-cü illərdə Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası Qrupunun sədr müavini vəzifəsində çalışıb. == Şəxsi həyatı == Ailəlidir və üç övladı var.