Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özləm Türeci
Özləm Türeci (6 mart 1967-ci il, Lastrup, Almaniya) — türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri. Türeci 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir. 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru idi. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur. 1967-ci ildə Almaniyanın Lastrup şəhərində İstanbuldan gələn mühacir bir ailənin övladı olaraq anadan olub. Rizə ilinin, Fındıqlı kökənli atası, Katolik xəstəxanasında cərrah olaraq işləyirdi. Atasının çalışdığı xəstəxanada tibb bacısı rahibələrə heyranlıq duyan Türeci, çox mədəni bir mühitdə böyüyür. Reportajlarının birində özünü "Prussiya türkü" kimi xarakterizə edir.
Kürəkçi
Kürəkçi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi Pirimbel tayfasının Kürəkçi tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyindədir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 410 nəfər əhali yaşayırdı.
Türkəci
Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd. Göyçayın sahilində, Şirvan düzündədir. Əhalisinin sayı 416 nəfərdir. Tədqiqatçılara görə, oykonim Türk Hacı adı­nın tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı- ayrılıqda iki kənd mövcud olmuşdur. Tür­kəçi oykonimi Türkəncə adının təhrif olun­muş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd ic­masının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Tərəzi
Tərəzi (fars. برج میزان‎) - varlıqların kütləsini ölçmək üçün cihaz. Müxtəlif növləri var: qollu, elektron və s.
Ay turizmi
Ay turizmi və ya digər adla Lunar turizm Yer planetinin təbii peyki olan Ayın səthində və ya ətrafında icra olunan kosmik fəza turizminə aid edilir.bəzi kosmik fəza start-ap şirkətləri yaxın gələcəkdə Ayda turizm təklif etməyə hazırlaşırlar. Bəzi fərdi şirkətlər isə bəyan edir ki , Ayda turizm təxminən 2020-2043-cü illər arasında həqiqətə çevriləcək. == Şirkətlər == Mümkün Ay bazalı Kosmik fəza turizmi Ay turizmi proqramlarını bəyan edən şirkətlərə daxildir: Golden Spike Company[3] Space Adventures[4] Excalibur Almaz[4] Virgin Galactic[1] Space X == Aya səyahətin dəyəri == Bəzi kosmik fəza turizm start-ap şirkətləri hər bir turistin Aya səyahətinin qiymətini bəyan edib. Sirkumlunar turizm: Excalibur Almaz və Space Adventures 1 yerə görə 150 milyon ABŞ dolları qiymətini götürür. Bu qiymətə aylarca Yer şəraitində məşqlər daxildir.baxmayaraq ki, bu , yalnız Ayın yanından ötüb keçməklə məhdudlaşır və Ay səthinə eniş nəzərdə tutmur. Aya eniş: The Golden Spike şirkəti gələcək üçün Aya eniş turizminə bir insandan 750 milyon ABŞ dolları istəyir.
Film turizmi
Film turizmi — film, televiya verilişləri və ya başqa məqsədlərlə çəkiliş aparılan yerləri ziyarət etməyi hədəfləyən şəxslər üçün nəzərdə tutulan turizm növü. Film sektorunun inkişafı ilə birlikdə bu turizm sahəsi sürətlə inkişaf edir. Filmdə göstərilən tarixi yaxud ideoloji əhəmiyyəti böyük olan ərazilər tamaşaçılara tanıdılır və insanlar bu yolla göstərilən ərazilərə səfər etməyə həvəsləndirilir. Film turizmi üçün təşkil olunan turlarda əraziləri ziyarətdən başqa, filmdə istifadə olunan əşyaların geniş nümayişi də nəzərdə tutulur. İngiltərədə Harri Potter filminin səhnələrinin çəkildiyi Alnvik qalasında ziyarətçi sayında 120% artım qeydə alınıb və bu artım əraziyə təxminən 9 milyon funt-sterlinq dəyərində turizm gəliri gətirib.
Kruiz turizmi
Kruiz — baza qiymətinin tərkibinə gəmi göyərtəsində kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə (seçilmiş kayut sinfindən asılı olaraq), 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə (bayram, festival, konkurs, konsert və s.) iştirakı özündə birləşdirən dəniz və ya çay turu. Kruiz marşrutları 24 saatdan daha artıq müddət üçün nəzərdə tutulur. Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizmi Avropa və Amerikada çox böyük rəğbət görür. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biridir. Kruiz turizminin iki əsas yarımnövü var: dəniz kruizi və çay kruizi. == Çay kruizi == Çay ilə kruiz bahalı turizm növlərinə aid edilir və müasir iqtisadi vəziyyətdə turist marşrutlarında sərnişin daşıma həcminin azalmasına səbəb olur. Çay kruizləri üçün aşağıdakılar xarakterikdir: Dayanıqlı tələbatı formalaşdırmağa imkan verən rəqabət qabiliyyətli qiymətlərin olması; Yüksək xidmətin təşkili; İstirahət, idman, işgüzar gəzinti-seminarlar və s.-ə istiqamətləndirilməsinin mümkünlüyü; Qısa vaxtda təbii və tarixi yerlərlə tanışlığın mümkünlüyü. == Tarixi == Kruiz tarixi uzun və dinamik tarixə malikdir. İlk diqqətəlayiq istirahət kruizlərindən bir neçəsi 1822-ci ildə Peninsular & Oriental Steam Navigation Company-nin yaranması ilə başladı.
Kulinariya turizmi
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Kənd turizmi
Kənd turizmi - kənd mühitində yataq yerləri ilə təmin etməyə istiqamətləndirilmiş kompleks turist xidmət fəaliyyəti. Burada şəhərlinin xərcləri kəndlinin qazancına çevrilir. Beləliklə, ölkədaxili pul axını təmin olunmaqla rayonlararası gəlir fərqləri nisbətən azalır. Kənd turizmi əsasən mövsumi xarakter daşıyır. Həmin ərazidə yaşayan yerli əhali üçün bu fəaliyyət, ənənəvi kənd təsərrüfatı əldə olunan gəlirdən əlavə olaraq qazanılan gəlir mənbəyi kimi təqdim olunur. Bu növ turizm kənd təsərrüfatı sahəsində, onun əsas peşəsinə təsir göstərmədən, yeni iqtisadi alternativ fəaliyyət kimi özünü göstərir. Kənd turizm biznesinin fəaliyyəti nəticəsində bir sıra imkanlar yarana bilər. Kənd təsərrüfatı məhsullarının dəyərinin digər məhsullarla bərabərləşdirilməsi və ənənəvi kənd təsərrüfatından gələn gəlirin azalması, məhsulun müxtəlifliyi ilə nəticələnmişdir. Məsələn əvvəllər, kənd təsərrüfatı sahəsinin əkinçilik və heyvandarlıq kimi ikicə növü var idi. Lakin kənd turizmi torpaqdan və mövcud şəraitdən istifadə etməklə başqa müxtəlifliklər də yaratmışdır.
Macəra turizmi
Macəra turizmi — Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanununa əsasən, macəra turizmi - turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm formasıdır. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir. Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur. == Ədəbiyyat == Buckley, R. Adventure Tourism. Wallingford, UK: CABI. 2006.
Musiqi turizmi
Musiqi turizmi hər hansı böyük şəhər və ya kiçik şəhərcikdə keçirilən musiqi festivalını və ya ayrı-ayrı musiqi tədbirlərini görmək üçün ziyarət etmək aktıdır. Bu növ turizm hal-hazırda getdikcə populyarlaşır. Müxtəlif ölkələrin həm böyük şəhərləri , həm də kiçik qəsəbələri belə , musiqi festivalı keçirərkən xarici qonaqların dəvət olunması və ziyarətçilərin axını yerli bələdiyyələr tərəfindən tənzimlənir, festivalın proqramı aylarca öncədən elan olunur ,kağız daşıyıcılar, məsələn , afişa və müasir üsulla, yəni KİV vasitəsilə turistlər cəlb edilir. Yaxın dövrlərdə Jam band fenomenini kimi müasir örnək musiqi turizminin inkişafına yol açmışdır.Hər il keçirilən festivallarda ildən-ilə ziyarətçi turistlərin sayı daha da artır.Bu cür musiqi bayramları həm musiqi kollektivlərinin tanınması, həm tədbir məkanının məşhurlaşmasına səbəb olur. Bütün dünyada böyük sayda musiqi festivalları keçirilir , adətən , onlar hər il keçirilir ki , bu da təkcə yerli deyil , əcnəbi ziyarətçiləri cəlb edir.Bəzi nəhəng musiqi festivalları davamiyyətinə və ziyarətçi sayına görə rəqabət aparır.Bəzi festivalların konsertləri isə açıq havada icra olunur. Hər halda , hər bir böyük musiqi tədbiri böyük maliyyə hesabına başa gəlir. Azərbaycanda musiqi turizmi son on ildə çox inkişaf etmişdir.Azərbaycanın paytaxtı Bakıdan əlavə , böyük şəhərləri olan Qəbələ , Şəki Beynəlxalq musiqi festivallarına ev sahibliyi edir.
Qumar turizmi
Qumar turizmi — qumar oynamaq üçün bir yerə yığılan oyunçuları, eyni zamanda bu səyahəti və oyunu təşkil edən sektoru ifadə edən ümumi anlayış. Qumar turizminin Las- Veqas, Kıbrıs, Macarıstan, Portuqaliya, Sinqapur, Yaponiya, İspaniya, Dubay, Vyetnam və s. mərkəzləri vardır. Qumar turizmi ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, həm də məşğulluq imkanlarının təmin edilməsinə və artırılmasına kömək edir. Kazinoların adətən otel, kurort, restoran və s. bənzər tipli obyektlərin sıx olduğu ərazilərdə yerləşdirilir. Bu obyektlər və kazinolar müxtəlif formalarda əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, qumar turizmi başqa turizm növlərinə nisbətən daha bahalı hesab olunur. ABŞ Dünya miqyasında ən böyük qumar turizm mərkəzlərindən biridir. ABŞ-də ən böyük qumar bazarları bunlardır: Las-Veqas, Nyu-York, Detroit, Atlantik Citi və s.
Safari turizmi
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Seks turizmi
Seks turizmi — pul qarşılığında cinsi fəaliyyət və ya münasibətlərdə olmaq niyyəti ilə fərqli ölkələrə və ya qitələrə səyahət etmək təcrübəsi. Seks turizmi ümumiyyətlə transmilli bir problem olaraq qəbul edilir, çünki Cənub-Şərqi Asiya kimi inkişaf etməkdə olan ölkələrdə marginal demoqrafik göstəriciləri hədəf alır. Seks turizmi dünya miqyasında milyonlarla işçi qüvvəsini dəstəkləyən, hava yolu, taksi, restoran və otel sənayesi kimi xidmət sahələrindən birbaşa faydalanan milyardlarla dollarlıq bir sənaye kimi tanınır. Braziliya, Kosta Rika, Dominikan Respublikası, Hollandiya (xüsusilə Amsterdam), Keniya, Kolumbiya, Tayland, Filippinlər, Kamboca, Kuba və İndoneziya (xüsusilə Bali) daxil olmaqla bir sıra ölkələr seks turizmi üçün populyar məkanlara çevrilib.
Çimərlik turizmi
Çimərlik turizmi — turizmin növlərindən biri. Müasir dövrdə çimərlik turizmində başlıca məqsəd daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmaqdadırlar. Belə fərqləndirici əlamətlərdən biri "Mavi bayraq"dır. Çimərlik turizmi zonalarının yaradılması üçün qoyulan başlıca tələblər suyun təmizliyi, müvafiq infrastruktur və turizm xidmətlərinin səviyyəsi ilə bağlıdır. Çimərlik turizmi sahəsində İspaniya, Türkiyə, Yunanıstan, Fransa ilk pillələrdədir.
İdman turizmi
İdman turizmi - turistlərin idman yarışlarında və tədbirlərində iştirakçı, yaxud tamaşaçı kimi (izləmək üçün) iştirakı nəzərdə tutan turizm növü. İdman turizmi sürətlə inkişaf edən turizm sahələrindən biridir. Olimpiya oyunları, Beynəlxalq Tennis turnirləri, “Formula 1” Qran-pri yarışı, FİFA Dünya Kuboku oyunları idman turizminin inkişafında böyük rol oynayır. İdman turizmi iki böyük qola ayrılır: yay idman oyunları turizmi və qış idman oyunları turizmi. Mövsümündən asılı olmayaraq idman turizmi nə qədər cəlbedici görünsə də, bu turizm sahəsində müəyyən təhlükələr (yaralanma, əlilqalma) mövcuddur. İdman turizmi macəra turizmi ilə birlikdə ən çox stress atmağa kömək edən turizm sahəsi hesab olunur. Bununla belə, idman turizminin inkişafı üçün çox böyük investisiyalara ehtiyac duyulur (infrastruktrun qurulması, avadanlıqlarla təminolunma, lazım olduğu təqdirdə tibbi müalicə və s.). Müxtəlif xalqların milli idman oyunlarının təbliğı, yəni idman turizmi multikultural dəyərlərin formalaşması üçün əhəmiyyət kəsb edir. İdman turizmi çoxşaxəli olduğuna görə təsnifatlaşdırılaraq qruplar halında öyrənilməlidir: Su idman turizm növləri - üzgüçülük, avarçəkmə, dalğıclıq, qayıq yarışları Döyüş-özünümüdafiə idman turizm növləri - boks, kikboks, taekvondo, karate, güləş, cüdo Top ilə oynanılan idman turizm növləri - basketbol, həndbol, voleybol, beysbol Futbol - topu qapıdan keçirməklə qol atmağı (xal qazanmağı) hədəfləyən 2 rəqib komanda arasında oynanılan oyun.
Təhsil turizmi
Təhsil turizmi – bilik və ya bacarıq qazanmaq, yaxud mövcud bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş turizm forması. Təhsil turizmi elmi-akademik, mədəni, ekoloji, könüllülük və ya biznes fəaliyyəti kimi bir çox temalı səfərləri özündə birləşdirir. Buna görə də təhsil turizmin obyektləri tanınmış universitet korpuslarından tutmuş kiçik kənd evlərinə görə çox geniş müxtəlifliyə sahibdir. Təhsil turizmi beynəlxalq elmi araşdırma proqramları, dil məktəbləri, tələbə mübadilə proqramları, beynəlxalq və ya yerli könüllülük fəaliyyəti, forum və konfrans kimi çoxsaylı formalarda reallaşa bilər. Əksər hallarda teatr, muzey, tarixi ərazilərə səfərlər kimi maarifləndirici tədbirlər, o cümlədən rəqs axşamları, film nümayişləri, müxtəlif oyunlar kimi əyləncəli fəaliyyət də təhsil turizmi proqramlarına daxil edilir. İqtisadi, siyasi, sosial, hüquqi, ekoloji və texnoloji faktorlar əksər turizm növlərində olduğu kimi təhsil turizminə az və ya çox təsir göstərir. Çox sürətlə inkişaf edən və reallaşma formaları getdikcə daha da müxtəlif hal alan təhsil turimi öyrənmə, şəxsi inkişaf, istirahət və əyləncə kimi bir çox məsələləri əhatə edir. Əlbəttə ki, səfərin məqsəd və predmenti, o cümlədən öyrənmə və öyrətmə metodlarının müxtəlifliyi də təhsil turizmində tələb və təklif yelpiyinin çox geniş olmasına səbəb olmuşdur. Təhsillə bağlı uzun səyahətlər etmək yeni anlayış deyil. Amma müasir dövrdə anladığımız kimi genişmiqyaslı və əhatəli təhsil turizminin başlanğıcı olaraq XVII əsri qəbul etmək mümkündür.
Atom turizmi
Atom turizmi — mülki və hərbi məqsədlər üçün nüvə texnologiyaları ilə tanışlığa həsr olunmuş nisbətən yeni turizm növü. Nüvə silahı muzeylərinə və onların çatdırılma vasitələrinə, habelə nüvə silahlarının sınaq meydançalarına ziyarətlər daxildir.
Bağ turizmi
Bağ turizmi və ya çimərlik turizmi — istirahət və ya tətil üçün okean çimərliyinə səyahətin mədəni fenomenidir. Təcrübə XVII–XVIII əsrlərdə İngilis həkimləri tərəfindən təyin edilmiş dənizdə çimməkdən yaranıb və bütün Avropa və Avropa koloniyalarına yayılıb. Əlverişli hava səyahətinin yaranması ilə bütün dünyada dənizkənarı kurortlar müasir turizm hadisəsinə çevrilib. Çimərlik tətilləri müasir turizmin ən erkən formalarından biridir və bütün turizm sənayesinin əsas məhsuludur. == Tarixi == Dənizkənarı kurortlar qədim zamanlardan mövcud olub. Roma dövründə İtaliyada Tirren dənizinin sahilində yerləşən Baiae şəhəri kifayət qədər varlı insanlar üçün kurort idi. İtaliyanın şimalındakı Barcola dəbdəbəli Roma villaları ilə qədim dənizkənarı tətil mədəniyyətinin xüsusi nümunəsi hesab olunur. İngiltərənin Esseksindəki Mersi adası Kolçesterdə yaşayan varlı Romalılar üçün dənizkənarı tətil yeri idi. XVI əsrdə Avropada çimərliklər tarixən qorxulu yerlər idi, burada piratçılıq, işğallar və qasırğalar, kral gelgitləri və sunamilər tərəfindən məhv edilməsi gözlənilməz təhlükələr yaradırdı. Dənizkənarı və çimərlik icmalarının əksəriyyəti müntəzəm olaraq fırtınalar və ya piratlıq nəticəsində icma üzvlərini itirən balıqçı kəndləri idi.
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun. Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz — amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Tərəzi (astrologiya)
(lat. Libra) Tərəzi — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Yaz gün bərabərliyi nöqtəsi indən başlayaraq Ekliptika nın 180°-dan 210°-dək uyğun gələn sektoru. Tərəzi bürcünün hamisi Venera planeti hesab edilir. Qərb astrologiya sına görə hesab edilir ki, Günəş Tərəzi bürcündə 24 sentyabr dan 22 oktyabr dək yerləşir. Vedi astrologiya sına görə isə o orada 16 oktyabr dan 15 noyabr dək yerləşir. Tərəzi bürcü astronomiyadakı Tərəzi bürcü deyil. Orada Günəş 31 oktyabr dan 22 noyabr dək olur. Bağlı olduğu keyfiyyətlər: hava. Metalı: bürünc.
Tərəzi (astronomiya)
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz.. α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.
Tərəzi (bürc)
Tərəzi (astrologiya) — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Tərəzi (astronomiya) — səmada 534 kvadrat dərəcəlik sahəni tutur.
Beta tərəzi
Beta Tərəzi (β Tərəzi, qısaldılmış Beta Lib, β Lib),Rəsmi olaraq (ing.Zubeneschamali /zuːˌbɛnɛʃəˈmeɪli/) adlı ("beta" təyin olunmasına baxmayaraq) Tərəzi bürcünün ən parlaq ulduzudur. Parallaks ölçmələrindən onun məsafəsini Günəşdən 185 işıq ili (57 parsek) kimi qiymətləndirmək olar. Bu ulduzun görünən vizual böyüklüyü 2,6-dır. Eratosfenə görə, Beta Tərəzi Antaresdən daha parlaq olduğu müşahidə edildi. Ptolemey 350 il sonra onun Antares qədər parlaq olduğunu söylədi. Uyğunsuzluq Antaresin daha parlaq olması ilə əlaqədar ola bilər, lakin bu dəqiq bilinmir. Bu, sadəcə olaraq, Beta Tərəzinin dəyişkən ulduz olması və 0,03 böyüklüyündə indiki dəyişkənliyi göstərməsi səbəb ola bilər. == Adı == β Tərəzi (latınca Beta Librae) ulduzun Bayer təyinatıdır.O, Ərəbcə الزُّبَانَى الشَمَالِي (al-zubānā al-šamāliyy) yaranan ənənəvi Zubeneschamali /ˌzuːbənˌɛʃəˈmeɪli/ (daha az yayılmış tərcümələr və ya pozğunluqlar) adını daşıyırdı" . Bu ad Tərəzi "əqrəbin caynaqlarını" təmsil edən bir dövrdə yaranmışdır. Ərəbcə al-kiffah aš-šamāliyy "şimal pan (tərəzi)" və Latın ekvivalenti Lanx Borealisdən olan Kiffa Borealis də var idi.