Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
NFT
Dəyişdirilə bilməyən nişanlar (ing. non-fungible token) (NFT) — rəqəmsal mühasibat kitabında (blokçeyn) saxlanılan məlumatların unikal və əvəzedilməz bir vahididir. NFT şəkillər, videolar və audio kimi rəqəmsal fayllarla əlaqələndirilə bilər. NFT-ləri xüsusi edən şeylərdən biri də hər birinin unikal olmasıdır. Belə ki, rəqəmsal varlıqların nüsxələnməsi, silinməsi və bənzədilə bilinməməsi onları unikal edir. NFT, ictimai Orijinallıq sertifikatını təmin etmək və ya mülkiyyət hüququnu təsdiq etmək üçün rəqəmsal Mühasibat kitabından istifadə edir, lakin bu, əsas rəqəmsal faylın birgə istifadəsini və ya kopyalanmasını məhdudlaşdırmır. Əvəzolunmazlığın olmaması (əvəzolunmazlıq) NFT-ni Bitcoin kimi kriptovalyutasından fərqləndirir. NFT, blokçeyn əməliyyatlarının yoxlanılması ilə bağlı elektrik xərcləri və karbon izi, eləcə də onların tez-tez sənət fırıldaqçılığında istifadə edilməsi ilə əlaqədar tənqidlərə səbəb oldu. Daha tənqidi qeydlər tez-tez qeyri-leqal tənzimlənməmiş bazarda mülkiyyət hüquqlarının Təsdiq faydalılığı sorğu-sual. NFT-lərin aşağıdakı istifadə sahələri mövcuddur: Rəqəmsal incəsənət və kolleksiyalar Oyundaxili elementlər Musiqi və media Müəlliflik hüququ və mülkiyyət qeydiyyatı İcmaların rəqəmsal iştirakı NFT-nin unikal şəxsiyyəti və sahibliyi blokçeyn kitabçası vasitəsilə yoxlanıla bilər.
UFC
UFC (tam adı: Ultimate Fighting Championship) — tərcümədə "son hədd mübarizə çempionatı" deməkdir. UFC qarışıq döyüş növlərinin ilk beynəlxalq çempionat kimi 12 noyabr 1993-cü ildə yaradılmışdır. Çempionatın təşkilatçısı Dana Whitedir. Yarışlar ABŞ-nin Las-Veqas şəhərində keçirilir. Bu günə qədər bir çox idmançılar bu çempionatda güclərin sınayıblar və qalib olublar, bunlara misal olaraq məşhur Ciu-citsu döyüşçüləri yetirən Qreysi ailəsinin nümayəndəsi Roys Qreysi, Ken Şemrok, Anderson Silva, Corc Sen-Pier, Joze Aldu, Dominik Kruz və s. kimi göstərmək olar. Bu çempionatda da başqa idman yarışlarında olduğu kimi idmançılar öz çəkilərindəki idmançılarla döyüşürlər (120 kq, 93 kq, 84 kq, 77 kq, 70 kq, 66 kq, 61kq). Döyüşlər qəfəsdə keçirilir və bu qəfəs 8 künclü olur. Çempionatı hakimlər idarə edir, tanınmış hakimlərdən biri də Con Makkartidir. Döyüş başlamamışdan əvvəl hakim idmançılara qadağan olunmuş zərbələri və qadağan olunmuş yerlərə zərbə vurulmasını başa salır və kənar şəxslər qəfəsdən xaric olduqdan sonra döyüşə başlamaq əmrini (fight) verir.
UFO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Ufa
Ufa (rus. Уфа; başq. Өфө) — Rusiya Federasiyasında yerləşən şəhər.Başqırdıstan Respublikasının paytaxtı.
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Federovka (Ufa)
Fedorovka (rus. Фёдоровка) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən bir kənd. Kənd, Kalininski rayonunun altındakı Fedorov kənd şurasına aiddir. == Tarixi == 1992-ci ilə qədər Ufa rayonunun tərkibində olan kənd, həmən ildən bəri Ufa şəhərinin Kalininski rayonunun Fedorov kənd şurasının bir hissəsi olmuşdur. == Əhali == === Milli tərkib === 2002-ci ildə kəndin 75%-i rus idi. == İnfrastruktur == 2007-ci ildən etibarən Kalininski rayonunda 2650 hektar torpaq sahəsində Elkibayevo-Fedorovka-Samokvalovka yaşayış məntəqəsini qurmaq planlaşdırılır. Ufimtsevə yeni mikrorayonda küçələrin adlarını vermək təklif olunur. == Nəqliyyat == Kənddə 130 nömrəli avtobus marşrutu, 300 nömrəli, 299 nömrəli və 131 nömrəli taksi marşrutları fəaliyyət göstərir.
Fut cob
Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır. Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir. Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər. Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər.
Ufa-Arena
«Ufa-Аrеnа» universal idman kompleksi (başq. Өфө-Арена) — Ufa şəhərində yerləşən çox funksiyalı idman-konsert komplekski. İdman kompleksi Rusiyanın «Salavat Yolayev» hokkey klubunun (19 dekabr 2007) ev arenasıdır. Arenada ilk oyun 27 avqust 2007-ci ildə Rusiyanın gənclərdən ibarət hokkey yığması ilə Kanadanın gənclərdən ibarət hokkey yığması arasında baş vermişdir. Rusiya yeni hokkey arenalarından fərqli olaraq («Tatneft-Arena», «Arena Omsk», «Arena Mıtişi» və s.) «Ufa-Arena» yerli tikinti şirkətlərin əməyi ilə inşa edilmişdir. Binanın layihəsi İldar Fanisoviç İbrahimov və Vladimir Nikolay Savenkoya tərəfindən hazırlanmışdır. «Ufa-Arena» Başqırdıstanın Rusiyaya birləşməsinin 450 illiyi münasibətilə inşa edilmişdir. Ufa-Arenanın ehtiyat meydançası 640 yerlik tamaşaçı tutumuna malikdir. İkinci mərhələsinin açılışı 20 noyabr 2011-cu ildə baş tutmuşdur. Arenanın açılışında Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov, Başneftin rəhbərliyi, Ufa meri Pavel Kaçkaev iştirak etmişdir.
Ufa (Xaybulla)
Ufa kəndi (başq. Өфө) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ufa kəndinin milli tərkibi: başqırdlar 77 % Məsafələr: rayon mərkəzindən (Akyar): 47 km., ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 90 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Ufa (dəqiqləşdirmə)
Ufa — Başqırdıstanın paytaxtı
Ufa (stansiya)
Ufa stansiyası (başq. Өфө) — Kuybişev dəmir yollarına aid olan, Transsibir magistralı üzərində yerləşən, Başqırdıstanın Ufa şəhərində mövcud ola dəmir yol stansiyası. Müasir vağzalın yerndə ilk voğzalın təməli hələ 1885-ci ildə atılmışdır. 1888-1967-ci illər ərzimndə istismar edilən binanın layihəsi F. F. Essenə məxsus idi. 3 il sonra sökülmüş vağzalın yerində K. Qotlibin layihəsi əsasında daşdan yeni bina inşa edilir. Bna 2005—2011-ci illərdə təmir edilmişdir. Stansiyada dəmiryolu vağzalı yerləşir. Voğzalda yenilənmələr 12974-cü ildən aparılır. 2005-ci ildən isə mütəmadi hall almışdır. Stansiya 4 sərnişin platformasına sahibdir.
Ufa (çay)
Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — Ural və Uralyanıda çay. Ağidelin sağ axını. O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır. Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı. Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq.
Ufa FK
Ufa FK (rus. ФК «Уфа», başq. Өфө, Öfö) — hazırda Rusiya Premyer Liqasında oynayan Ufa mərkəzli bir Rusiya futbol klubu. Başqırdıstan Respublikasının ikinci prezident Rüstəm Xamitov 2010-ci ilin yay fəslində Ufa şəhərini və Başqırdıstan Respublikanı Rusiya Premyer Liqasında təmsil etmə niyyəti ilə bir futbol klubu qurmağı fikirləşdi. Ufa FK, 2010-cu ilin Dekabr ayının 23-də daha sonra Rusiya Futbol Liqa sisteminin üçüncü səviyyəsi olan Rusiyanın PFL ikinci divizionundakı ticarətlərini təşkil Başinformsviyaz-Dinamo UFA FK-un təməlində quruldu. Komandanın baş məşqçi mövqeyinə ilk dəfə, iki dəfə İngiltərə Premyer Liqa çempionu Andrey Kançelskis təyin edildi.
Ufa direktoriyası
Ufa direktoriyası — Oktyabr çevrilişindən (1917) sonra Ufada bolşeviklərə qarşı yaradılmış hakimiyyət orqanı. 1918-ci il sentyabrın 23-dən noyabrın 18-dək fəaliyyət göstərmişdir. Ufa direktoriyası oktyabrın 9-da Ufadan Omska köçmüşdü. Direktoriya Rusiyanın yenidən birləşdirilməsi uğrunda mübarizə aparır, Avstriya-alman blokuna qarşı müharibənin davam etdirilməsi tərəfdarı kimi çıxış edirdi. Sibir, Ural və Uzaq şərqdə Kolçak hakimiyyətinin bərqərar edilməsinə kömək göstərirdi. Lakin A.V. Kolçak 1918-ci il noyabrın 18-də çevriliş edərək Ufa direktoriyasını da qovmuş, özünün hərbi diktaturasını qurmuşdu. General Biçeraxov Kolçakla əlaqə yaratmışdı. O, Bakıya müdaxilə edən ingilis hərbi qüvvələrinin komandanı Tomsonla əlaqə yaradaraq. Kolçak hökumətinə tabe olmadığı halda, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini buraxmağa təhrik edirdi. Lakin Biçeraxovun dövlət çevrilişi cəhdlərinin üstü açıldıqdan sonra, onun hərbi hissələri buraxıldı.
Ufa məscidləri
Ufa məscidləri — Başqırdıstan Respublikasının Ufa şəhərində yerləşən məscidlər. Birinci katedral məscidi 1830-cu ildə Ufa şəhərindən olan 2-ci gildiya taciri Qabdessalyam Xozyaseyitov vəsaiti ilə inşa edilmişdir. XX əsrin əvvəllərində məscid 920 nəfərin birgə ibadəti üçün nəzərdə tutulmuşdu. Məsciddin qarşısında Qusmaniyə mədrəsəsi və rus-başqırd 2 sinifli uçilişi fəaliyyət göstərirdi. 1960–1992-ci illərdə Ufa şəhərində fəaliyyət göstərən yeganə məscid olmuşdur. Tanınmış imam-xatibləri: Qabdesslyam Qabraximov (1830), A. Qabdussalyamov (1840), Ş. Q. Süleymanov (1844–1885), Qusmanov (1888), Cahangir Abzgildin (1907–1938), Baymuhammed Tuquzbayev, Nurmuhammed Niqmatullin (1983–1992), M. M. Muxammedislamov (1992–2006), V. Timirqaliyev (2006-cı ildən). Məscid binası mədəni irs siyahısına daxil edilmişdir. İkinci Katedral məscidi 1880-ci illərdə inşa edilmişdir. XX əsrin əvvəllərində 876 nəfər üçün nəzərdə tutulurdu. Məsciddə "Qaliya" mədrəsəsi fəaliyyət göstərirdi.
Ufa platosu
Ufa platosu — Cənubi və Orta Uralda yerləşən plato. İnzibati baxımdan Başqırdıstan, Perm diyarı və Sverdlovsk vilayəti ərazisinə daxildir. Başqırdıstanın əsasən şimal-qərb ərazilərini əhatə edir. Ufa platosunun uzunluğu şimaldan cənuba 265 km-dir. Platonun uzunluğu 350—450 metrdir (ən hündür nöqtəsi 517,9 m). Şərqdən pilləvari hündürlüklə bitir. Burada hündürlük 100 metrdir. Qərbdə hündürlük azalır və Şərqi Avropa düzənliyində itir. Bir vaxtlar Ufa platosu okeanın dibində olmuşdur. Bu səbəbdən müxtəlif materiallardan təşkil olunmuşdur.
Uot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Ust-Cequta
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı) — Rusiyanın Qaraçay-Çərkəz Respublikasında şəhər. ŞəhərQafqaz dağlarının ətəyində Kuban çayının sahilində yerləşir. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Ust-Kut
Ust-Kut (rus. Усть-Кут) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Ust-Labinsk
Ust-Labinsk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Ust-İlimsk
Ust-İlimsk (rus. Усть-Илимск) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Uxt-Navolok
Uxt-Navolok burnu (rus. Ухт-Наволок) — Rusiya, Arxangelsk vilayəti, Primorsk rayonu, Petrominsk kənd sovetliyinə daxildir. Oneqa yarımadasıənın şimalında, Qorbolukski burnundan isə 4.5 km qərb-cənub-qərb istiqamətində yerləşir. Oneqa və Letnı sahilləri arasında yerləşir. Uxt-Navolok burnunda dağlar sahilə yaxın ərazidə yerləşir. Cənuba doğru isə sahildən uzaqdadırlar. Uxt-Navolok burnu ilə Letnaya Zolotisa körfəzi arasındakı sahil sıldırımlıdır. Burunun sonucunda qum və daşdan təşkil olunmuş dil vardır. Burundan cənubda hündürlüyü 50 m olan dairəvi təpə mövcuddur. Uxt-Navolok burnundan 2,5 mil şimal-qərbdən şimalda Jijqinski adası yerləşir.
FUT Esports
FUT Esports və ya keçmiş adı ilə Futbolist – 2016-cı ildə yaradılmış Türkiyə kiberidman klubu. "League of Legends", "PUBG", "PUBG Mobile", "Valorant", "FIFA" və "Hearthstone" kimi komandaları mövcuddur. == League of Legends == Klubun "League of Legends" komandası 2022-ci ildə yaradılmış və 2023-cü ildə Türkiyə Çempionluq Liqasında yarışmağa başlamışdır. Komanda 2023 mövsümünün qış splitində uğurlu mövsüm keçirərək normal liqanı 2-ci yerdə tamamlamış, finalda isə "İstanbul Wildcats" klubuna 0–3 hesabı ilə məğlub olmuşdurlar. Onlar 2-ci yeri tutduqları üçün EMEA Masters turnirinə qatılmağa haqq qazanmışdırlar. "Macko Esports", "Movistar Riders" və "Aegis" klubları ilə düşdüyü qrupda cəmi 2 qələbə qazanaraq sonuncu olmuşdurlar.
EFT-1
Exploration Flight Test 1 (azərb. Kəşfiyyat Uçuş Testi 1‎) — Amerikanın çox missiyalı və qismən təkrar istifadə edilə bilən Orion kosmik gəmisinin ilk ekipajsız sınaq buraxılışıdır. Buraxılış 2014-cü il dekabrın 5-də, UTC vaxtı ilə 12:05-də (7:05 EST) Kanaveral burnunda Launch Complex SLC-37 -dən Delta IV Heavy daşıyıcı raketdən istifadə edilərək baş tutdu. Missiyanın müddəti 4 saat 24 dəqiqə idi, bu müddət ərzində gəmi növbə ilə iki fərqli orbitə çıxarıldı və son mərhələdə Kaliforniya sahillərində Sakit Okeana eniş etdi. Qayıdanda cihazın maksimal sürəti 8900 m/s olub. Proqram Apollon proqramı üçün 1960-cı illərdəki inkişaflara əsaslanır .