Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur. Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur. Faker League of Legends Dünya Çempionatını 4 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır.
Fakel Voronej FK
Fakel Voronej FK — Rusiyanın Voronej şəhərini təmsil edən futbol klubu.
Farel Vilyams
Farrel Vilyams (ing. Pharrell Williams 5 aprel 1973, Virciniya Biç, Virciniya) — ABŞ müğənnisi, bəstəkar; və prodüseri. == Həyatı == Farrel Vilyams musiqi tarixində "Get Lucky", "Happy" və "Frontin" kimi populyar hitlərinin və digər musiqi parçalarının müəllifi kimi tanınır.
Toni Fadel
Toni Fadel (ing. Anthony Michael "Tony" Fadell; d. 7 noyabr 1969, Detroyt, Miçiqan, ABŞ) — Livan əsilli amerikalı ixtiraçı; musiqi sənayesində inqilab kimi dəyərləndirilən əfsanəvi "iPod" pleyerinin yaradıcısı kimi məşhurlaşıb; həmçinin "ağıllı" termostatın istehsalçısı olaraq tanınır. Toni Fadel 7 noyabr 1969-cu ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində anadan olmuşdur. Toni Fadel kompüter elmlərinə xüsusi maraq göstərib. Yeniyetmə vaxtı proqramlaşdırma üzrə məktəb kursunu bitirir və "Apple II" ilk kompüterini alır. O, müsahibələrinin birində öz həyatından danışaraq deyir: "Mən 1987-ci ildə Miçiqan Universitetinin kompüter texnikası fakültəsinə daxil oldum. Amma bu məşğuliyyət mənim kompüterə olan marağımı təmin etmirdi. Buna görə də mən maarifləndirici proqram təminatı və "Apple IIgs" kompüteri üçün prosessorların hazırlanması ilə məşğul olan şirkətin əsasını qoydum". Fadel sonra əlavə edir: "1991-ci ildə universitetdən ayrıldım, öz xəyallarımı gerçəkləşdirmək üçün Silikon Vadisinə yola düşdüm.
Rakel del Rozario
Rakel del Rozario Masias (3 noyabr 1982, Teror, Qran Kanariya, Las Palmas) — ispanıyalı müğənni, "Morfeyin yuxusu" (isp. Sueño de Morfeo) qrupunun solisti. Rakel ailədə 6 uşaqdan 2-cisidi. O, 14 yaşından mahnılar yazmağa başlayıb. 17 yaşında kelt musiqi qrupunu rəhbərlik edən Asturias`dan David Feito`ya rast gəlir. 2000-ci ildə Rakel doğma Gran Kanariyanı Asturias üçün tərk edir və Xemà qrupuna qoşulur,nəhayət onlar ilk albomlarını çıxardırlar. Tezliklə David və Rakel Juan Luis Suárez`ə rast gəlirlər, və onlar El Sueño de Morfeo qrupunu yaradırlar. Rakel del Rosario ispan vokalistidir, David və Juan`nin köməyi ilə özlərinin bir çox mahnılarinı yazır və tərtib edir. 17 noyabr 2006-ci ildə Formula 1 pilotu Fernando Alonso ilə evlənir. Onlar İsveçrənin Mont-sur-Rolle şəhərinə köçmədən öncə İngiltərənin Oksford şəhərində yaşamışdırlar.
Fake It Flowers
Fake It Flowers — İngiltərə müğənnisi Beabadoobee-nin debüt studiya albomu. 16 oktyabr 2020-ci ildə Dirty Hit tərəfindən buraxılıb.
Arakel
Arakel — erməni kişi adı. Arakel Təbrizli — erməni əsilli salnaməçi, tarixçi və din adamı. Digər Arakel — Gürcüstanın Bolnisi rayonunundakı kəndin digər adı.
Bagel
Beyql (ing. Bagel; idiş בײגל‎, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Baken
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir. == Həmçinin bax == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Bakeu
Bakeu (rum. Bacău; alm. Bakau‎; mac. Bákó; lat. Bacovia) - Rumıniyadakı Bakeu judetsinin mərkəz şəhəridir. 2016-cı ildəki 196,883 nəfərlik əhalisi ilə Rumıniyanın ən böyük 12-ci şəhəridir. == Əhalisi == === Etnik tərkibi === Rumınlar: 97.93% Qaraçılar: 0.92% Macarlar: 0.09% Yəhudilər: 0.03% Digərləri: 0.34% == İstinadlar == == Mənbə == Benda, Kálmán (2002). The Hungarians of Moldavia (Csángós) in the 16th–17th Centuries. In: Diószegi, László (2002); Hungarian Csángós in Moldavia: Essays on the Past and Present of the Hungarian Csángós in Moldavia; Teleki László Foundation - Pro Minoritate Foundation; ISBN 963-85774-4-4. Dobre, Claudia Florentina (2009).
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Bazel
Bazel (alm. Basel‎ [ˈbaːzəl], fr. Bâle, it. Basilea) — İsveçrənin şimal-qərbində şəhər, almandilli Bazel-Ştadt kantonunun paytaxtı. Şəhərin əhalisi təqribən 170 min nəfərdir (2015). Bazel ölkənin üçüncü ən böyük şəhəridir. Şəhər Reyn çayı sahilində, Yur və Şvarsvald şəhərləri arasında, Almaniya və Fransa ilə sərhəddə yerləşir. Kimya və əczaçılıq sənayesi mərkəzidir. Novartis və Hoffman-La Roche, eləcə də beynəlxalq bank təşkilatlarının mərkəzi UBS Bankın qərargahlarından biridir. İsveçrənin ən qədim universiteti burada yerləşir.
Bokel
Bokel — Almaniyanın şimalında Şlezviq-Holşteyn əyalətində, Rendsburg-Eckernförde-yə bağlı bir bölgə. == Ərazisi == 15.27 km² əraziyə malikdir. == Əhalisi == Əhalisi 3 iyul 2006-cı ilin məlumatına əsasən 690 olaraq qeyd edilmişdir. == Bələdiyyə == Bələdiyyə Başçılığı Klaus-Detlef Kahl tərəfindən icra edilməkdədir.
Camel
Camel (musiqi qrupu)
FADEC
Elektron-rəqəmsal mühərrik idarəetmə sistemi (EMİS) (ing. full authority digital engine control system, FADEC) — minimal yanacaq sərfiyyatı ilə təyyarə mühərrikinin optimal göstəricilərini saxlamaq üçün yanacağın, havanın və alovlanma parametrlərinin avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemidir . == Tarixi == Hər hansı bir mühərrik idarəetmə sisteminin məqsədi, mühərrikin müəyyən bir vəziyyət üçün maksimum səmərəliliyi ilə işləməsinə imkan verməkdir. Əvvəlcə mühərrik idarəetmə sistemləri mühərriyə mexaniki bağlantılar vasitəsi ilə əaqəli idi. Bu bağlantıları hərəkət etdirərək pilot və ya uçuş mühəndisi yanacaq axını, çıxış gücünü və bir çox digər mühərrik parametrlərini idarə edə bilər. İkinci Dünya müharibəsi zamanı aviasiyada mühərrikində istifadə olunu piston-radial idarəetmə sistemi tədricən əvəz olundu. Əvvəl analoq elektron motor nəzarət etmə sisteminə, sonra isə rəqəmsal motor nəzarət etmə sisteminə dəyişdirildi. == Funksiyaları == FADEC (EİB)-in ikikanallı elektron idarəetmə modulundan , (hidromexaniki moduldan (HMU)) və sensorlardan ibarətdir. FADEC rotorunun fırlanma tezliyini, mühərrik içərisində təzyiq və temperatur siqnallarını qəbul edir. Bu siqnallar, mühərrikin idarəetmə sistemindən gələn siqnallarla yanaşı, mühərrik üzərində quraşdırılmış mexanizmlər üçün nəzarət siqnallarını izləmək və istehsal etmək üçün istifadə olunur və və aşağıda qeyd olunan funksiyaların nəzarətini təmin edir: Dartma avtomatının işləməsi və mühərrikin dartma gücünə nəzarət.
Fakir
Fakir - (Fakir Hausgeräte GmbH) Almaniyanın kiçik ev əşyaları istehsal edən şirkətidir. H.Vilhelm Kişerer (H.Wilhelm Kicherer) hələ 1933-cü ildə Almaniyanın Ştuttqart şəhərində ilk zavodunu açmış, tozsoran və qızdırıcıların istehsalına başlamışdır. Fakir – Alman dilindən ailə kimi tərcümə edilən Familie və şirkətin qurucusunun soyadı Kicherer kimi 2 sözün birləşməsidir.
Fales
Famil
Famil — ad. Famil Ağaşov — Vətən müharibəsi şəhidi.
Fateh
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Faren (Fransa)
Faren (fr. Fareins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01157. == Coğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 30 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2137 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1535 nəfər (15-64 yaş) arasında 1007 nəfər iqtisadi fəal, 349 fəaliyyətsiz (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 75.4%) idi. 1007 fəal sakindən 953 nəfər (505 kişi və 448 qadın) işləyir, 54 nəfər işsizdir (22 kişi və 32 qadın).
Florian Faber
Katolikos Arakel
Katolikos Arakel - Albanların LXXII katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Kolin Farrel
Kolin Farel (ing. Colin Farrell; 31 may 1976[…], Dublin) — irland aktyor. == Həyatı == Kolin Farrell 1976-cı il Mayın 31-i İrlandiyanın Castleknock qəsəbəsində dünyaya gəlib. 1,78 m boyunda olan aktyorun 2 əkiz bacısı (Claudine və Catherine) və 1 qardaşı (Eamonn Jr) var. Atası İrlandiyalı futbolçu olan Eamon Farrellin və Rita Farrellin ən kiçik oğludur. Bacısı Claudine Colinin şəxsi köməkçisi olaraq işləyir. Təhsilinə Castleknock’dakı St. Briged’s National School’da başlayır və Castleknock College ve Gormanstown College’də bitirir. 1980-cı illərin sonundan 1990-cı illərin əvvəlinə qədər Castleknock Celtic’də futbolçu olaraq oynayır. Kolin atası kimi futbolçu olmaq istəsə də drama məktəbi olan Gaiety School of Acting’e girməsi onun fikrini dəyişdirir.