Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çao Fanq
Çao Fanq (çin. ənən. 曹芳, pinyin: Cáo Fāng) (* 232; † 274) — Vey sülaləsinin III hökmdarı, Çao Yuinin oğulluğu.
Aanq
Avatar Aanq (ing. Aang; çin. 安昂, Ān Áng) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajı. Aanq — Avatar və dünyada axırıncı hava maqı. Avatar işıq və sülh ruhudur. Onun təcəssümü olaraq, Aanq dörd ünüsürün maqıdır və onun rolu dörd millət arasında sülhü saxlamaqdır. == Yaradılması və konsepsiyası == Aanq personajı Brayan Konietzko əvvəl keçəl başında ox təsvirli kişinin şəklindən başlayıb, sonra isə uçan bizonlu oğlanın şəklinə inkişaf edilib. Maykl Dante DiMartino isə, o zaman Cənub qütbüdə tələyə düşən kəşfiyyatçılar haqqında sənədli film ilə maraqlanırdı və o, bu marağını Konietzkonun şəkilləri ilə birləşdirib: Biz fikirləşdik: "Orada hava oğlanı tək bu su adamları ilə qarlı çölünün duzdağda qalmışlar... Və bəlkə onları od adamları zülm edirlər..." Onların izah etdikləri məzmun nəticədə Avatar: Aanq haqqında əfsanə serialının birinci və ikinci seriyaları olub: su adamları (Katara və Sokka) hava oğlanı (Aanq) xilas edirlər, onlar qarlı çölünün duzdağda qalmışlar (Cənubi Su Tayfası) və onları od adamları zülm edirlər (Od Millətinin qoşunları ilə Zuko). Orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi.
Canq
Canq (urdu جھنگ) — Pakistanın Pəncab əyalətindəki Canq rayonunun inzibati-mərkəzi. Çenab çayından şərqdə yerləşir. Pakistanın ən böyük 18-ci şəhəridir. Şəhər Sultan Bahunun məzarının burada yerləşməsinə görə tanınır və Pakistanın turistik yerlərindən biridir. == Tarixi == Britaniya Racının altında bir-birindən iki mil (3,2 km) məsafədə yerləşən Canq və Mighiana şəhərləri daha sonra Canq-Maqiana olaraq bilinən ortaq bir bələdiyyəyə çevrildi. Maqiana, Çenab allüvial vadisinə baxmadan, dağlıq ərazilərin kənarında yerləşir, köhnə Canq şəhəri isə ayaqları altındakı ovalıqları tutur.
Dang
Dang — çəki ölçü vahidi. == Ümumi məlumat == Dang dirhəmin altıda birinə bərabər çəki daşının adıdır. Əgər dirhəmi 3 q götürsək, onda dang 0,5 q-a bərabərdir. Ümumiyyətlə, dangın mənası altıda bir deməkdir. Əmlakın altıda birinə də dang deyilir.
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi. Faiq Məmmədov Faiq Məmmədov (professor) — professor. Faiq Məmmədov (geoloq) — geoloq.
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Hang
Hang — ilk dəfə 2001-ci ildə İsveçrədə yaranan musiqi aləti. "Hipnotik bir çalğı" olaraq xarakterizə edilən Hang, Bern dilində "əl" mənasını verməkdədir. Hangı iki İsveçrə vətəndaşı, Sabina Schärer ilə Felix Rohner, dünyanın fərqli bölgələrində gerçəkləşdirdikləri uzun araşdırma ve incələmələrdən sonra bir zərb musiqi aləti olaraq yaratmışlar. Tamamilə poladdan hazırlanan Hang, qucağa yerləşdirilib, əl və barmaqlar vasitəsilə çalınır. İdiofon'lar qrupuna girən alətin, arfa, gong və harmonik tembrləri xatırladan bir səsi vardır. Səthində olan kiçik çuxurlara vurularaq vibrasiya vasitəsilə fərqli səslər və notlar əldə edilir. Yaradıcıları, 2001–2005-ci illər arasında 45ə qədər fərqli model yaratmışlar, lakin, çalma mövzusunda hələ oturmuş bir qayda və üsula sahib olmayan Hang üçün, İndoneziya və Cənubi Hindistana qədər uzanan bir araşdırma edilmişdir.
Qanq
Qanq və ya Qanqa (hind. गंगा, GaṅgāIAST, ) — Cənubi Asiyada çay. Hinduizm mifologiyasına görə Qanqa — cənnətdən yerə enən çaydır. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Onun sahilində kremasiya edib, ondan sonra qalan tozu çaya tökürlər.
Tanq
Tanq (qevoq) — Butanın qevoqu, Tanq çayının vadisində yerləşir. Tanq adası — eyni adlı arxipelaqın ən iri adası. Poçt Tanq (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Bai Fanq Li
Bai Fanq Li (1913 və ya XX əsr, Çin – 2005, Tyantszin) yoxsul gənclərin oxumasına maddi yardım göstərməsinə görə məşhurdur. Lakin o milyonçu deyildi. Pulunu velotaksi sürməklə qazanırdı. Bai Fanq Li ümumilikdə 350 000 yuan vəsait bağışlamaqla 300dən artıq yoxsul gəncin oxumasına şərait yaratmışdır.Bai Fanq Li Hebei vilayətində anadan olub, həyat yoldaşı və qızı ilə birlikdə yaşayırdı. Onun yardımları 1987-ci ildən yəni 74 yaşında olarkən başlamışdır.Bu zaman o artıq işindən əl çəkməyi düşünürdü. Uzun illər pedal çevirməklə pul qazanan Bai doğma şəhərinə qayıdir və bu zaman tarlada işləyən uşaqlar onun diqqətini cəlb edir.Qızindan uşaqların niyə məktəbə getmədiyini soruşur və qızı da onların çox yoxsul olduqlarını,oxumağa imkanlarının çatmadığını demişdi. təsirlənən Bai Fangli oradakı məktəblərə 5000 yuan yardım edir.Tezliklə o yenidən Tianjinə-öz işinə qayıdır.Bundan sonra o bütün qazandığı pulu ehtiyacı olan tələbələrə verir. Oğulları və qızları onu bu fikrindən daşındırmağa çalışsalar da Bai onların dediklərinə əhəmiyyət vermir. Hər gün sübh tezdən işə gedib axşamın qaranlığında evinə qayıdar və gününə 20, 30 yuan qazanardı. Bai savadsız olduğu üçün həmişə təəssüflənmişdi və gələcək nəslin təhsillə irəliləyəcəyinə ümid edirdi.
FAQ
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur. TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir.
Endryu Yanq
Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932, Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979). == Həyatı == Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı. 1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı. Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi. 1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.
Eşli Yanq
Eşli Saymon Yanq (d. 9 iyul 1985; Hartfordşir, İngiltərə) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İngiltərə milli yığmasının heyətində yarımmüdafiəçi mövqeyində çıxış edən ingilis futbolçu. İngiltərənin Hartfordşir bölgəsində anadan olan və burada böyüyən Yanq peşəkar futbolçu karyerasına Uotford klubunda başlamış, baş məşqçi Rey Levinqtonun başçılığı altında 2003-cü ildə debüt oyununa çıxmışdır. 2004-cü ildən etibarən Uotfordun heyətində əsas oyunçulardan birinə çevrilmişdir. Yaxşı çıxışı ilə diqqətləri özünə cəlb etməyi bacaran Yanq 2007-ci ilin yanvarında 8 milyon funt-sterlinq qarşılığında digər Premyer Liqa təmsilçisi olan Aston Villa klubuna transfer olur. Kluba gəldiyi ilk günlərdən əsas heyət üzvünə çevrilmiş, stabil çıxışı sayəsində 2009-cu ildə Premyer Liqada ilin gənc futbolçusu mükafatına layiq görülmüşdür. 23 iyun 2011-ci ildə açıqlanmayan məbləğ qarşılığında Mançester Yunaytedə transfer olmuş və burada klubla birlikdə bir çox turnirin qalibi olmuşdur.
Faiq (ad)
Faiq Abdullayev
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. == Elmi nailiyyətləri == Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi == Elmi əsərləri == Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. == Mükafatları == 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı == İstinadlar == == Xarici keçidlər == ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005.
Faiq Adıgözəlov
Faiq Ağayev
Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.. == Yaradıcılığı == Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Faiq Baxşəliyev
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Fank-metal
Fank metal, ağır metal musiqisini fank və pank rok elementləri aşılayan fank rok və alternativ metalın birləşmə janrıdır. Alternativ metal hərəkətinin bir hissəsi olaraq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində yayılmışdır. == Xüsusiyyətləri və mənşəyi == AllMusic-ə görə, fank metal "yüksək səsli gitaraları və ağır metalların riflərini alır və onları yaranan bas xəttlərinə və sinxronlaşdırılmış ritmlərə keçirir". Fank metal, 80-ci illərin ortalarında Red Hot Chili Peppers və Fishbone kimi alternativ qrupların hibridini metaldan daha güclü bir fankla oynamağa başladığı zaman inkişaf etdiyi deyilir. İki musiqi üslubunu birləşdirmək üçün erkən cəhdlər 1975-ci ildə Welsh ağır metal qrupu Budgie Bandolier albomunu buraxdıqda mövcud idi. Ardınca gələn qruplar vəhşi bas xəttlərini qoruyub saxlasa da, fankdan daha çox metala güvənirdi. " Janrın adına baxmayaraq veb sayt onu ağır metal musiqisindən çox alternativ rok üslubu kimi təsnif edir. Düşməninizi bilin kitabında Metala qarşı qəzəb hekayəsində, Joel Mclver bunu yazırdı: "fank metal "səksəninci illərin sonlarında bas ifaçısı slep üslubundan istifadə edən hər hansı bir rok qrupuna tətbiq olunan bir az yöndəmsiz bir termindir." Daha sonra o yazırdı: "Ən tanınmış fank-metalçılar Red Hot Chili Peppers (daha sonra daha pop yönümlü bir yanaşma ilə qlobal müvəffəqiyyətə imza atdılar) və Living Color'dur (imkansız dərəcədə istedadlı oyunçular qrupundan çox üstün idilər) . Red Hot Chili Peppers-in 1984-cü ildə özünə məxsus debüt albomu ilk fank metal və ya punk-fank versiyası olaraq göstərilmişdir. 1980-ci illərin ortalarında populyarlıq qazanan başqa bir Kaliforniya qrupu olan Faith No More, rep-metalla da məşğul olan fank metal qrupu olaraq xarakterizə edildi.
Farg Qaləh
Farg Qaləh — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanı şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,519 nəfər və 1,411 ailədən ibarət idi.
Fenq Şui
Fenq Şui (Hava və Külək) – təbiətdə olan enerjini, yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi. Fenq Şui köhnə bir Çin yaşayış tətbiqi olub, ətrafla uyğunlaşmasını təmin etməyə istiqamətli, kosmosda məkanın nizamını etməyə istiqamətli bir tətbiqdir. Bu terminin qaynağının "küləklərin vəhşi / Günəş ilıq / Su ay / Ağaclar gur" şeirindən gəldiyinə inanılır. Beş min illik keçmişi olan Fenq Şui təliminin, insanın yaranma xüsusiyyətlərinə uyğun həyat sahələrini tənzimləmə üsulu olduğuna və beləcə daha sağlam yaşanılıb, xoşbəxt əlaqələr qurulacağına, fərdi inkişafdan karyeramızı inkişaf etdirib qazanc artımına yaxşı təsir etməsinə inanılır. Fenq Şui coğrafi, dini, fəlsəfi, riyazi və ideoloji fikirlərin bir qarışığını ehtiva edən ayrı bir Çin inanc sistemidir. Ancaq bir din ya da təriqət deyil. Bir yerin "yaxşı bir fenq şui" yə sahib olması oranın təbiətlə harmoniya içində olması, "pis bir fenq şui" yə sahib olması isə oranın təbiətlə uyğunlaşmasız olmasıdır. Fenq Şui bir dekorasiya stili deyil. Daha çox ana xətləri bir çox dekorasiya stili ilə uyğun bir intizamdır. İnsanlar ümumiyyətlə yaxşı bir fenq şuiyə sahib və ya sahib deyil deyə açəqlamazlar.
Helian Çanq
Helian Çanq 2-ci Hsia şanyüsüdür. Cəmi 3 il hakimiyyətdə qalmışdı amma gözlənilmədən Şimal Vey ordularının hücumuna məruz qaldı. Tonqvan güclü qala olsa da qapıları gec bağlandığı üçün düşmən ordu içəri girmişdi. Vey ordusunu qovmağı bacaran Çanq qardaşı Dinqi onlara qarşı göndərdi. Özü Vey ordusuna məğlub olaraq Tonqvana yox, Şanqiyə qaçdı. Tonqvan ələ keçirildi. Helian Çanq 428-ci ildə əsir götürülərək Şimal Vey torpaqlarına aparıldı. 434-cü ildə Çanq qaçmağa çalışarkən edam olundu. Şimal Vey onun digər qardaşlarını da edam etdi.
Kaylr Yang
Kaylr Yang (ing. T.Cuyler Young) — 30 mart 1934-də İranın Rəşt şəhərində anadan olub. 1963-cü ildə Toronto Universitetinin Yaxın Şərq Tədqiqatları üzrə Professoru və Royal Ontario Muzeyinin Yaxın Şərq və Asiya Mədəniyyətləri şöbəsinin müdiri olmuşdur. Uzun müddət ərzində İranda, İraqda və Türkiyədə arxeoloji qazıntılar aparmışdır. 1986-cı ildə o, Misir Qalereyasının dizaynı və yaradılmasına rəhbərlik etdiyi yeddi il müddətində Royal Ontario Muzeyinin direktoru oldu. O, Pensilvaniya Universitetində təqaüdə qədər dərs deməyə davam etdi. 7 fevral 2006-cı ildə öldü .
Kaylr Yanq
Kaylr Yang (ing. T.Cuyler Young) — 30 mart 1934-də İranın Rəşt şəhərində anadan olub. 1963-cü ildə Toronto Universitetinin Yaxın Şərq Tədqiqatları üzrə Professoru və Royal Ontario Muzeyinin Yaxın Şərq və Asiya Mədəniyyətləri şöbəsinin müdiri olmuşdur. Uzun müddət ərzində İranda, İraqda və Türkiyədə arxeoloji qazıntılar aparmışdır. 1986-cı ildə o, Misir Qalereyasının dizaynı və yaradılmasına rəhbərlik etdiyi yeddi il müddətində Royal Ontario Muzeyinin direktoru oldu. O, Pensilvaniya Universitetində təqaüdə qədər dərs deməyə davam etdi. 7 fevral 2006-cı ildə öldü .
АМГ-10 aviasiya yağı