Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.
Harare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Harpaq
Harpaq (yun. Ἅρπαγος; akkad. Arbaku; e. ə. VII əsr – e. ə. VI əsr) — e.ə. VI əsrdə yaşamış Midiya sərkərdəsi. Hələ Pasarqad döyüşündə Midiya hökmdarı Astiaqa xəyanət edib II Kirin tərəfinə keçən Harpaq, II Kir maday taxtını ələ keçirdikdən sonra dövlətdə ən hörmətli şəxslərdən biri olmuşdur. == Həyatı == Herodotun "Tarix" əsərinə görə Harpaq Midiya hökmdarının sarayında yaşayaraq, son Midiya hökmdarı Astiaqın şəxsi qvardiyasında xidmət etmişdir.
HAARP
HAARP (ing. High Frequency Active Auroral Research Program; tərc. Yüksəktezlikli Aktiv Qütb İşıqlarıTədqiqatlar Proqramı) — ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Alyaska Ferbanks Universiteti və Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (DARPA) tərəfindən birgə maliyyələşdirilən, ionosfer tədqiqat proqramı kimi başladılmış layihə. İngilis şirkəti BAE Systems tərəfindən dizayn edilmiş və tikilmişdir. Layihənin ilkin məqsədi ionosferi tədqiq etmək və radio rabitə və müşahidələr üçün ionosferə bağlı təkmilləşdirilmə texnologiyasının inkişaf etdirilməsi potensialını araşdırmaq idi. HAARP 2015-ci ildən etibarən Alyaska Ferbanks Universiteti tərəfindən idarə olunur. Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və Islam Papaxov tərəfindən irəli sürülmüşdür. Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur.
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. == İslamda haram == Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. == Xristianlıqda haram == Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 85 nəfərdir. == Relyefi == Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib. Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub. 2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. 300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Harpa
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Harpe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Haapi
Haapi və ya Haip — e.ə. 1350–1335-ci illərdə Amarna arxivinin xüsusi səlahiyyət verilmiş komissarı. Misir dilindəki "Hapi" adı Nil tanrısı Hapinin adıdır. Onun adı üç məktubda çəkilir.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Harald Kristensen
Yens Harald Kristensen (dan. Jens Harald Christensen, 4 yanvar 1884, Kopenhagen – 8 avqust 1959, ABŞ), sonradan Harold Mayk Hovard (ing. Harold Mike Howard) kimi tanınmışdır — Danimarka və ABŞ Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu. == Həyatı == 1884-cü ildə Kopenhagendə doğulmuşdur. 1907-ci ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi olmuşdur, bundan əlavə həmən ildə Dünya çempionluğunu qazana bilmişdir. 1908-ci ildə Dünya Çempionatının gümüş medalçısı oldu, lakin London Olimpiya Oyunlarında ancaq 17-ci yeri tutdu. 1909-cu ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi oldu. 1910-cu ildə Dünya və qeyri-rəsmi Avropa çempionatlarının gümüş medalını qazandı. 1911-ci ildə ilk rəsmi Avropa Çempionatının qalibi oldu. 1912-ci ildə Stokholm Olimpiya Oyunlarında uğursuz iştirak etdi.
Harald Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Harald Nilsen
Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941 – 11 avqust 2015, Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub . == Bioqrafiya == Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir. == Karyerası == 1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir.
Harald Tammer
Harald Tammer (9 yanvar 1899, Revel – 6 iyun 1942, Unjlaq[d], Nijeqorod vilayəti) — Estoniyalı ağır atlet. Alfred Şmidt 1924-cü ildə Paris şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Harald Tammer həmçinin 1922-ci ildə Tallində baş tutan Dünya Çempionatının qızıl medalçısıdır. == Həyatı == Harald Tammer 9 yanvar 1899-cu ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. == Karyerası == Harald Tammer birinci uğurunu 1922-ci ildə qazandı. Harald Tammer Tallin şəhərində baş tutan Dünya Çempionatında qızıl medal qazandı. Harald Tammer bu uğurdan 2 il sonra Yay Olimpiya Oyunlarında uğur qazandı. Harald Tammer 1924-cü ildə Fransanın Paris şəhərində baş tutan VI Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Harald Tammer 497.5 kq. nəticə ilə VI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Harami yaylaqları
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib. Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər. Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər. Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Haramı dağı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində dağ (hünd. 1316,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ DAĞI – Ordubad rayonu ərazisində Haramı dağının əhali arasında işlədilən başqa adı.
Haramı düzü
Haramı düzü — Füzuli rayonunu və Beyləqan rayonunun böyük bir sahəni əhatə edən ərazi. == Toponimikası == Toponim 2 sözdən ibarətdir. Düz coğrafi termini mənfi relyef forması ifadə edir. Oronimiyada enişi, yoxuşu, təpəsi, çuxuru olmayan,ümumi fondan çox da kənara çıxmayan hamar relyef səthinə düz deyilir. Oronimin tərkibindəki haram sözü ərəbcə "qadağan edilmiş", "yasaq olunmuş", "toxunulmaz", "haram mala əl uzadan", "yolkəsən", "quldur", "qaçaq","soyğunçu" mənalarındadır. Ərazi vaxtilə bu düzlərdə məskən salmış qaçaq-quldurlara (Azərbaycanın bəzi zonalarında onlar haramı adlanır) görə belə adlandırılmışdır. Bəzi araşdırıcılar isə oronimin tərkibində olan haramı sözünü İran dillərindəki hor/har ("isti") komponenti ilə əlaqələndirir.Bu yerlər xüsusilə yay aylarında çox isti olur. Şamaxı rayonu ərazisində, Udulu kəndinin cənub-qərbində Haramı dağı, Quba rayonu ərazisində Qudyal çayının sahilində yerləşən Haramtala dağı toponimləri də bu qəbildən olan coğrafi adlardandır. == İstinadlar == == Xarici keçidlər == armenianvandalism.
Harari xalqı
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Rafael Harpaz
Rafael Harpaz (ivr. ‏רפאל הרפז‏‎; 8 yanvar 1962, Qüds) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2015) 8 yanvar 1962-ci ildə Yerusəlimdə anadan olmuşdur.
Əcdadların harayı
Əcdadların harayı — Amerika yazıçısı Cek Londonun 1903-cü ildə nəşr olunmuş əsəri. Bu povest Cek Londonun ilk əsərlərinə aiddir. Əsas personaj it olduğu üçün çox vaxt uşaq ədəbiyyatı kimi təsnif edilir. Bununla belə, povestdəki ideyaların böyüklüyü və dərinliyi onu yetkin oxucular üçün də aktual edir. Əsərdə ən güclülərin sağ qalması, sivilizasiya və təbiət, tale, azad iradə və xüsusilə də heyvanlara qarşı zorakılıq kimi mövzulara toxunulur. Bu povesti ingilis dilindən azərbaycan dilinə tərcümə edən Seyran Şiriyev olmuşdur. Povest Kanadanın Yukon şəhərində Qızıl Hücum zamanı baş verir. O dövrdə iri və güclü itlərə tələbat xüsusilə yüksək idi. Baş qəhrəman olan Bak də Kaliforniyadakı çoban fermasından gətirilmişdi. O, zaman keçdikcə özünü xizək itinin həyatının sərt reallığında tapır.
Harappa mədəniyyəti
Hind vadisi mədəniyyəti və yaxud Hind vadisi sivilzasiyası—Hindistanda Hind çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. Harappa Sivilizasiyası kimi də tanınan Hind Vadisi Sivilizasiyası Cənubi Asiyanın şimal-qərb bölgələrində eradan əvvəl 3300-cü ildən 1300-cü ilə qədər davam edən Tunc dövrü sivilizasiyası idi və yetkin formada eradan əvvəl 2600-cü ildən 1900-cü ilə qədər davam etmişdir. Qədim Misir və Mesopotamiya ilə birlikdə Yaxın Şərq və Cənubi Asiyanın üç erkən sivilizasiyasından biri və ən geniş yayılmış üç sivilizasiyadan biri idi. Onun əraziləri indiki Pakistanın böyük bir hissəsindən, Əfqanıstanın şimal-şərqinə, Hindistanın şimal-qərb və qərbinə qədər əraziləri əhatə edirdi. Sivilizasiya həm Hind çayının allüvial düzənliyində, həm də vaxtilə Hindistanın şimal-qərbində mövsümi çay olan Qaqqar-Hakranın yaxınlığında axan çoxillik mussonla qidalanan çaylar sistemi boyunca inkişaf etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hind vadisi mədəniyyəti ilə əlaqəli mediafayllar var.
Harappa sivilizasiyası
Hind vadisi mədəniyyəti və yaxud Hind vadisi sivilzasiyası—Hindistanda Hind çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. Harappa Sivilizasiyası kimi də tanınan Hind Vadisi Sivilizasiyası Cənubi Asiyanın şimal-qərb bölgələrində eradan əvvəl 3300-cü ildən 1300-cü ilə qədər davam edən Tunc dövrü sivilizasiyası idi və yetkin formada eradan əvvəl 2600-cü ildən 1900-cü ilə qədər davam etmişdir. Qədim Misir və Mesopotamiya ilə birlikdə Yaxın Şərq və Cənubi Asiyanın üç erkən sivilizasiyasından biri və ən geniş yayılmış üç sivilizasiyadan biri idi. Onun əraziləri indiki Pakistanın böyük bir hissəsindən, Əfqanıstanın şimal-şərqinə, Hindistanın şimal-qərb və qərbinə qədər əraziləri əhatə edirdi. Sivilizasiya həm Hind çayının allüvial düzənliyində, həm də vaxtilə Hindistanın şimal-qərbində mövsümi çay olan Qaqqar-Hakranın yaxınlığında axan çoxillik mussonla qidalanan çaylar sistemi boyunca inkişaf etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hind vadisi mədəniyyəti ilə əlaqəli mediafayllar var.