Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harappa mədəniyyəti
Hind vadisi mədəniyyəti və yaxud Hind vadisi sivilzasiyası—Hindistanda Hind çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. Harappa Sivilizasiyası kimi də tanınan Hind Vadisi Sivilizasiyası Cənubi Asiyanın şimal-qərb bölgələrində eradan əvvəl 3300-cü ildən 1300-cü ilə qədər davam edən Tunc dövrü sivilizasiyası idi və yetkin formada eradan əvvəl 2600-cü ildən 1900-cü ilə qədər davam etmişdir. Qədim Misir və Mesopotamiya ilə birlikdə Yaxın Şərq və Cənubi Asiyanın üç erkən sivilizasiyasından biri və ən geniş yayılmış üç sivilizasiyadan biri idi. Onun əraziləri indiki Pakistanın böyük bir hissəsindən, Əfqanıstanın şimal-şərqinə, Hindistanın şimal-qərb və qərbinə qədər əraziləri əhatə edirdi. Sivilizasiya həm Hind çayının allüvial düzənliyində, həm də vaxtilə Hindistanın şimal-qərbində mövsümi çay olan Qaqqar-Hakranın yaxınlığında axan çoxillik mussonla qidalanan çaylar sistemi boyunca inkişaf etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hind vadisi mədəniyyəti ilə əlaqəli mediafayllar var.
Harappa sivilizasiyası
Hind vadisi mədəniyyəti və yaxud Hind vadisi sivilzasiyası—Hindistanda Hind çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. Harappa Sivilizasiyası kimi də tanınan Hind Vadisi Sivilizasiyası Cənubi Asiyanın şimal-qərb bölgələrində eradan əvvəl 3300-cü ildən 1300-cü ilə qədər davam edən Tunc dövrü sivilizasiyası idi və yetkin formada eradan əvvəl 2600-cü ildən 1900-cü ilə qədər davam etmişdir. Qədim Misir və Mesopotamiya ilə birlikdə Yaxın Şərq və Cənubi Asiyanın üç erkən sivilizasiyasından biri və ən geniş yayılmış üç sivilizasiyadan biri idi. Onun əraziləri indiki Pakistanın böyük bir hissəsindən, Əfqanıstanın şimal-şərqinə, Hindistanın şimal-qərb və qərbinə qədər əraziləri əhatə edirdi. Sivilizasiya həm Hind çayının allüvial düzənliyində, həm də vaxtilə Hindistanın şimal-qərbində mövsümi çay olan Qaqqar-Hakranın yaxınlığında axan çoxillik mussonla qidalanan çaylar sistemi boyunca inkişaf etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hind vadisi mədəniyyəti ilə əlaqəli mediafayllar var.
Harpa
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Arapya buzlağı
Arapya buzlağı (bolq. ледник Арапя, ‘Lednik Arapya’ \'led-nik a-ra-'pya\) — 11.4 km uzunluğu və 5 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Yanq buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq cənub-şərqi Bolqarıstanda yerləşən dənizsahili şəhər olan Arapyanın adını daşıyır. == Yerləşməsi == Arapya buzlağı 78°11′40″ c. e. 84°54′00″ q. u. koordinatlarında yerləşmişdir.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Toyokiçi Harada
Toyokiçi Harada (原田豊吉, Harada Toyokiçi, 1 yanvar 1861, Edo[d] – 2 dekabr 1894) – Yaponiya geoloqu və paleontoloqu. O, Yaponiyanın ilk müasir geoloqu hesab olunur. "Yaponiya geologiyasının atası" olan Edmund Naumanın tələbəsi və davamçısı olmuşdur. Toyokiçi Harada 1859-cu ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. 1874-cü ildə təhsil almaq məqsədilə Almaniyaya getmiş və Friburq Universitetində geologiya, mineralogiya və paleontologiya dərsləri almışdır. 1880-ci ildə Almaniyanın Heydelberq Universitetində paleontologiya sahəsində ixtisaslaşmışdır. Alp dağlarında geoloji tədqiqatlarla məşğul olduqdan sonra 1883-cü ildə Yaponiyaya qayıtmış və Daxili İşlər Nazirliyinə daxil olmuşdur. Harada Tokio Universitetində geologiya üzrə professor olmuş, eləcə də, fosillər haqqında dərslər demişdir. O, bir çox geoloji tədqiqat aparmış və Yaponiyanın geoloji mənşəyini öyrənməyə çalışmışdır. Edmund Nauman ilə Yaponiyanın geoloji quruluşu haqqında debatlar aparmışdır.
Xarapa (Piranşəhr)
Xarapa (fars. خراپا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (42 ailə).
Yoşito Harada
Yoşito Harada (原田淑人, Harada Yoşito, 5 aprel 1885, Tokio – 23 dekabr 1974) – Yaponiya arxeoloqu və tarixçisi. Yoşito Harada 1885-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. O, Tokio Universitetində Asiya tarixi sahəsi üzrə dərəcə əldə etmiş və universitetin fakültəsinə qoşulmuşdur. Saytobaru qəbirlərində aparılan qazıntı işlərində iştirak etdikdən sonra 1921–23-cü illərdə ABŞ və Avropada arxeologiya üzrə təhsil almışdır. Harada mədəniyyət tarixi tədqiqatları ilə məşğul olmuş, Uzaq Şərqdə arxeologiya elmini inkişaf etdirmək məqsədilə 1925-ci ildə arxeoloq Kosaku Hamada ilə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur. O, Muyan kimi Han sülaləsinə aid qala ərazilərində, Bohay dövlətinin şərq paytaxtında, Çinin Koreya yarımadasında yerləşən Lolan mahalında qazıntı işləri apararaq Mərkəzi Asiya, Han və Tan sülalələri aid geyimləri, eləcə də, aksessuarları tədqiq etmişdir. "Kan rikuço no fukuşoku" (1937, "Han və Altı sülalənin geyim və aksessuarları") "Toa kobunka kenkyu" (1940, "Şərqi Asiya mədəniyyəti üzrə tədqiqatlar") Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983.
Çarapa (Ərdəbil)
Çarapa (fars. چراپا‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (11 ailə).
Carapa cauliflora
Guarea casimiriana (lat. Guarea casimiriana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin guarea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Carapa cauliflora Poepp.
Carapa sericea
Guarea trunciflora (lat. Guarea trunciflora) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin guarea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Carapa sericea Poepp.
Harpa (konsert zalı)
Harpa konsert zalı — İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı == Tarixi == Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə — İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur. == Memarlığı == Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Külək haraya əsir? (film, 1989)
Nə? Harada? Nə zaman? Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Yaz harada, biz orada (film, 1984)
Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.