Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halvane
Çerkes simitidir. Bu simit ümumiyyətlə naharlarda və bəzi yeməklərin yanında yeyilir. Bayramlarda, xüsusi günlərdə, həftəsonu səhərlər və ya qonaq gələcəyi zaman bişirilir. == Vəsaitlər == 5 çay stəkanı ilıq süd 1 çay stəkanı maye yağ 1 yumurta (ağı içinə, sarısı xaricinə) 2 çay qaşığı şəkər 2 çay qaşığı duz Yarım paket yaş maya un == Hazırlanması == Əvvəlcə ələnilmiş unun ortasına yumurta ağı, süd, duz, maye yağ, şəkər və yaş maya əlavə olunur. Qulaq məməsi yumşaqlığında bir xəmir yaxşıca özləşənə qədər yoğrulur və üzəri təmiz bir bezlə örtülərək 1 saata qədər mayalanmağa buraxılır. Mayalanan xəmir 18 bərabər parçaya bölünərək hər bir parça əvvəl uzun lentlər halında qıvrılıb ikiyə bükülür, təkrar qıvrılıb simit şəklində iki ucu bir-birinə birləşdirilərək nimçəyə düzülür. 1 saata qədər nimçədə qabardıldıqdan sonra üzərinə yumurta sarısı sürtülərək normal soba nizamında 200 dərəcədə 25-30 dəqiqəyə qədər üzəri qızarana qədər bişirilərək sobadan çıxardılır. Yüngülcə soyumasını gözlədikdən sonra yeyə bilərsiniz.
Haryana
Haryana (hind. हरियाणा; pənc. ਹਰਿਆਣਾ; ing. Haryana) — Hindistanın şimalında ştat. Paytaxtı Çandiqarh (inzibati olaraq Haryananın bir hissəsi deyil, ayrıca birlik ərazisidir), ən böyük şəhəri Fəridabaddır. Əhali 25 353 081 nəfərdir (ştatlar arasında 17-ci yer; 2011-ci ilin məlumatları). Haryana 1966-cı ildə Pəncab ştatından ayrı ştata çevrildi. İndiyə qədər Çandiqarh şəhəri eyni vaxtda iki ştatın paytaxtıdır: Pəncab və Haryana. Hind dilindən tərcümə olunan "haryana" "Allahın məskəni" deməkdir: "Hari" Tanrı Vişnunun adlarından biridir, "ayana" - "ev" deməkdir.
Larkana
Larkan — Pakistanın Sind vilayətinin cənubunda yerləşən şəhər. Zülfüqar Əli Bhutto, bu şəhərdə anadan olmuşdur. Pakistanın keçmiş baş naziri, sui-qəsd nəticəsində qətlə yetirilən Bənazir Bhutto əslən bu şəhərdən idi.
Vardane
Vardane — Krasnodar diyarında, Soçi şəhərinin mikrorayonu. Lazarevski rayonunun "Soçi kurort-şəhər" tərkibinə daxildir. Vardane rayonu Qara dəniz sahilində, Buu çayının mənsəbində yerləşir. Rayon mərkəzi Lazarevskoeden 37 km cənub-şərqdə, Soçinin mərkəzindən 40 km şimal-qərbdə və Krasnodardan 270 km cənubda (yolla) yerləşir. A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmiryolunun bir qolu yaşayış məntəqəsindən keçir. Vardane dəmir yolu platforması yaxınlıqda yerləşir. Çınqıllı çimərlik zolağının uzunluğu 600 metr, eni isə 5 metrdir. Vardana qəsəbəsi dar sahil zolağında yerləşir və üç tərəfdən dağlar və silsilələr ilə əhatə olunub. Kəndin relyefi əsasən dağlıqdır. Orta hündürlük dəniz səviyyəsindən 36 metrdir.
Harare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Hirkan
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti dövründə şəhər tipli qəsəbə olaraq yaradılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir. Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir.
Tarkan
Tarkan Tevetoğlu — Türk müğənni. 1972-ci ildə Almaniyanın Frankfurt yaxınlarındakı Alzey qəsəbəsində anadan olmuşdur. Atası Ali Tevetoğlunun qərarıyla 13 yaşında Karamürseldə Klassik Türk Musiqisi üzrə təhsil almağa başladı. Karamürsel Liseyini bitirdikdən sonra Karamürsel Musiqi Cəmiyyətində ardından da Üsküdar Musiqi Cəmiyyətində musiqi savadını aldı. 1991-1999-cu illər ərzində yoldaşı Alpay Aydın sayəsində İstanbul Val sahibi və prodüser Məmməd Söğütoğlu ilə tanış oldu. 1992-ci ilin sonunda İstanbul Val ilə imzaladığı razılaşma nəticəsində, ilk albomu Yenə Sənsiz Türkiyədə bazara çıxarıldı. Bu albomun ilk mahnısı olan Kıl Oldum çox qısa müddətdə dinləyənlərin marağını çəkərək məşhur məkanlarda çalındı. Yenə Sənsiz adlı albomunu 900 min tirajla satılınca, Tarkan ölkə diametrində tanındı. 1994-cü ilin Mayında Sezen Aksunun yardımı ilə Acayipsin albomunu çıxaran Tarkan müvəffəqiyyətini davam etdirdi. Bu albom ilə Türkiyə və Avropada 24 konsert verdi.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 85 nəfərdir. == Relyefi == Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Hirkan şümşəsi (Hirkan pirkalı)
Elmi adı- Ilex hyrcana Pojark IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 3–6 m hündürlüyündə, 7 −8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2–7 sm uzunluğunda, 1–3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7–9 m m uzunluğunda, 6–7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3–8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir.
Harukana Receive
Harukana Receive (はるかなレシーブ Harukana Reshību) — Nyoycizay tərəfindən yazılan bir idman manqa seriyasıdır. Seriya, 2015-ci ilin avqustundan 2020-ci ilin sentyabrına kimi Houbunsha nəşriyyatının Manga Time Kirara Forward jurnalında nəşr olunmuşdur. C2C tarafından istehsal olunmuş anime seriyası adaptasiyası 2018-ci ilin iyulun sentyabrına qədər yayımlanıb. == Məzmun == Seriya, 17 yaşlı bir lisey tələbəsi Haruka Ozoranın anasının iş üçün xaricə getməsi üzre Okinavada xalaqızı Kanata Higanın yanına köçərək bir çimərlik voleybolu cütlüyü qurulmasını izah edir. Hündür boylu olan Haruka, özünün əksinə qısa boyuna görə təzyiq göstərə bilməyən və bu səbəbdən də çimərlik voleybolundan imtina edən Kanatanı inandıraraq birlikdə çimərlik voleybolu cütlüyü yaradırlar və turniri hədəf almağa çalışırlar.
Hassane Bande
Boureyma Hassane Bande (30 oktyabr 1998-ci ildə anadan olub) — Belçika Birinci Diviziya A təmsilçilərindən olan Mexelen klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Fasolu futbolçudur. == Klub karyerası == === Mexelen === Bande peşəkar karyerasında debütünü Mexelen klubu ilə 19 avqust 2017-ci ildə Belçika Birinci Diviziya A-da Royal Antverpen klubuna qarşı oyunda etmişdir. O, sonradan meydana daxil olmuş və komandasının yeganə qolunun müəllifi olmuşdur. === Ayaks === 4 dekabr 2017-ci ildə Bande Mexelen klubunu tərk edərək Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Bande Burkina-Faso milli futbol komandası ilə debütünü 14 noyabr 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində Kabo-Verde millisinə qarşı oyunda etmişdir.
Larkana rayonu
Larkana rayonu — Pakistanın Sind əyalətində rayon. İnzibati-mərkəzi Larkana şəhəridir. Bhutto məqbərəsi burada yerləşir.
Varkani sindromu
Varkani sindromu — və ya Trisomiya 8, xromosom 8-in üç nüsxəsinin (trisomiyası) olması nəticəsində yaranan insan xromosomal xəstəlikləri olan Varkani sindromuna səbəb olur, mozaika ilə və ya olmadan da özünü göstərə bilər. Tam Varkani sindromu inkişaf etməkdə olan döl üçün ciddi nəticələrə səbəb olur və aşağı düşməyə səbəb ola bilər. Tam trisomiya 8 ümumiyyətlə erkən ölümcül bir vəziyyətdir, trisomiya 8 mozaikası isə daha az şiddətlidir və hüceyrə zədələnmə nisbəti az olan insanlar nisbətən orta dərəcədə fiziki anormallıqlar və inkişaf geriləmələri göstərə bilər. Varkani sindromu mozaikası olan fərdlərin uşaqlıq və yetkinlik dövründə sağ qalma ehtimalı daha yüksəkdir və inkişaf anomaliyalarının xarakterik və tanınan bir nümunəsini nümayiş etdirirlər. Ümumi tapıntılar arasında psixomotor geriləmə, orta və ağır zəka geriliyi, anormal olaraq qısa və ya uzun boylu, ifadəsiz üzə və müxtəlif əzələ-hərəkət aparatı, visseral və göz anormalıqlarına və digər anormalıqlara səbəb ola biləcək müxtəlif böyümə nümunələri var. Dərin plantar sulkus, bu vəziyyət üçün, xüsusən digər müşayiətedici xüsusiyyətlərlə birləşdirildikdə patoqnomonik hesab olunur . Semptomların növü və şiddəti, normal hüceyrələrə nisbətən trisomiya 8 hüceyrəsinin yerləşməsindən və nisbətindən asılıdır. Trisomy 8 mozaikası, bir çox geni ehtiva edən 8-ci xromosomun geniş bölgələrini təsir edir və buna görə bir sıra simptomlarla əlaqələndirilə bilər. Mozaik trisomiya 8, 8q24.3 xromosomunda helikaz ilə əlaqəli genetik bir xəstəlik olan Rotmund-Tomson sindromunun nadir hallarda bildirildi. Sindrom "dəri atrofiyası, telanqiektazi, hiper və hipopiqmentasiya, anadangəlmə skelet anomaliyaları, qısaboyluq, erkən yaşlanma və bədxassəli xəstəliklər riskinin artması ilə xarakterizə olunur" .
Harlan Ellison
Harlan Ellison (27 may 1934 27 iyun 2018))—ABŞ fantast yazıçısı. == Həyatı == Harlan Ellison 1934-cü il 27 may tarixində Amerikada dünyaya göz açıb. Onun yəhudi amerikan ailəsi sonralar qaldıqları yeri tərk edir. 1949-cu ildə atasının ölümündən sonra ailə Klivlendə qayıdır. Uşaq yaşlarından tamaşalarda oynayan Harlanın artıq karyerası var idi. Yeniyetmə çağlarından işiylə əlaqədar ailədən kənarda keçirdiyi günlər də onun həyatında dərin izlər buraxır. Zamanla Şimali Karolinada yük maşını sürücüsü, kitab satıcısı, mağaza administratoru kimi işləsə də ədəbiyyatla da məşğul olur.. H. Ellison 1955-ci ildə Nyu-Yorka köçərək burada yaradıcılıqla daha müntəzəm məşğul olmağa başlayır. Əsərlərində elmi fantastikaya üstünlük verən yazıçı iki il ərzində 100-dən çox hekayəni nəşr etdirir. 1956-cı ildə Şarlotta Steinlə evlənən yazar bir il sonra gənc briqadalar haqqında əsərini qələmə alır.
Hirkan (vilayət)
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Hirkan acıyoncası
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.
Hirkan armudu
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. == Qısa morfoloji təsviri == 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Hirkan arıquşu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. == Qısa təsviri == Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Hirkan azatı
Hirkan azatı (lat. Zelkova hyrcana) — qarağackimilər fəsiləsinin zelkova cinsinə aid bitki növü. == Təbii yayılması == İranda təbii arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 20-25 m olan ağacdır. Gövdəsinin qabığı hamar, yaşılımtıl-boz rəngdədir. Yarpaqları yumurtavarı uzunsov, 3-5 sm uzunluqda alt tərəfdən xüsusən damarlar boyu qısa tükcüklü, nadir hallarda çılpaq, 7-9 yan damarlara malikdir. Onların kənarları iti dişli olub, 1-3 mm uzunluqda saplaqlar üzərində yerləşir. Cavan zoğların yarpaqları bir qədər iri olub 12 sm uzunluqdadır meyvəsi bucaqlı, fındıqca, az və ya çox qısa tüklü və ya çılpaq, yaşılımtıl, 5 m uzunluqdadır. Aprel ayında çiçəkləyir, meyvələri isə oktyabr-noyabr aylarında yetişir. Hirkan azatı vələsyarpaq azata nisbətən isti və rütubət sevəndir.
Hirkan ağcaqayını
Hirkan ağcaqayını (lat. Acer hyrcanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Ümumi yayılması == Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir.
Hirkan bigəvəri
Hirkan bigəvəri (lat. Ruscus hyrcanus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür. == Qısa morfoloji təsviri == 20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov-lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8–12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5–i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7–9 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel-may aylarında çiçəkləyir.
Hirkan bikəvəri
Hirkan böyürtkəni
Hirkan böyürtkəni (lat. Rubus hyrcanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == İranda təbii arealına rast gəlinir. == Azərbaycanda yayılması == Azərbaycanda Talış bölgəsində təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Lənkəran rayonunda düzən və dağlıq sahələrdə, meşə və yol kənarlarında kolluqlarda rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 2 m-ə çatan alçaqboylu koldur. Çiçək açan budaqlar aydın tilli, üzəri sıx tüklü, enli qaidəli, uzunəyilmiş tikanlıdır.
Hirkan gülxətmisi
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.