Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pircanə
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. == Əhalisi == Əhalinin sayı 521 nəfərdir.
Hirkan
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir.Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir. Bəndin tikintisinə 1967-ci ildə başlanmış, 1977-ci ildə istifadəyə verilmişdir. Onun suyundan yayda süni suvarmada geniş istifadə olunur.
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Hirkan şümşəsi (Hirkan pirkalı)
Elmi adı- Ilex hyrcana PojarkIUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 3-6 m hündürlüyündə, 7 -8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2-7 sm uzunluğunda, 1-3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7-9 m m uzunluğunda, 6-7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3-8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir.
Pirkani (Piranşəhr)
Pirkani (fars. پيركاني‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (26 ailə).
Şirvanə (Qürvə)
Şirvanə (fars. شيروانه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 412 nəfər yaşayır (91 ailə). Əhalisini kürdlər təşkil edir.
Hatı Çırpan
Hatı Çırpan (1890, Ankara, Ankara vilayəti – 21 mart 1956, Ankara), həmçinin Satı Kadın kimi də tanınır — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 1935-ci il parlament seçkilərində seçilən ilk qadın üzvlərindən biri. == Həyatı == 1890-cı ildə Kahramankazan ilçəsində doğulmuşdur. Atasının adı Kara Mehmet Efendi, anasının isə Emine Hanım idi.18 iyul — 23 avqust 1934-cü il tarixləri arasında reallaşdırılan İkinci Dil Qurultayından (türk. İkinci Türk Dil Kurultayı) əvvəl, 16 İyulda Prezident Mustafa Kamal Atatürk ekskursiya üçün Ankaradan 50 km uzaqda olan Kazan kəndinə (o dövrdə Ankara ilinin Kızılcahamam mahalının bir hissəsi idi) yollandı. Bu ekskursiya zamanı Atatürk Kazanın kənd muxtarı olan Satı Kadınla tanış oldu. O, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə dörd il döyüşən bir kəndli qadın idi. Onunla söhbət etdikdən sonra Atatürk Satı Kadınnın nailiyyətləri və intellektinə rəğbət bəslədiyini etiraf etdi.Afet İnanın sözlərinə görə, Atatürk onunla görüşdükdən sonra demişdir: "Bax bu parlament üzvü kimi uğur qazana biləcək qadındır". Satı Kadının uğurlu seçki kampaniyasını Atatürkün özü sponsorluq elədi və dəstəklədi. Sonradan o dövrdə Hattiler sivilizasiyası ilə maraqlanan Atatürkün məsləhəti ilə o, birinci adını Hatı olaraq dəyişdirdi, bundan başqa onun əvvəlki adı türk dilində "satmaq" və ya "satın almaq" mənasını verirdi. 1934-cü ildə qəbul olunan və bütün türk vətəndaşlarının soyadı olmasını tələb edən Soyadı qanununa görə o, Çırpan soyadını seçdi.
Hirkan (vilayət)
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Hirkan acıyoncası
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.
Hirkan armudu
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. == Qısa morfoloji təsviri == 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Hirkan arıquşu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. == Qısa təsviri == Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Hirkan azatı
Hirkan azatı (lat. Zelkova hyrcana) — qarağackimilər fəsiləsinin zelkova cinsinə aid bitki növü. == Təbii yayılması == İranda təbii arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 20-25 m olan ağacdır. Gövdəsinin qabığı hamar, yaşılımtıl-boz rəngdədir. Yarpaqları yumurtavarı uzunsov, 3-5 sm uzunluqda alt tərəfdən xüsusən damarlar boyu qısa tükcüklü, nadir hallarda çılpaq, 7-9 yan damarlara malikdir. Onların kənarları iti dişli olub, 1-3 mm uzunluqda saplaqlar üzərində yerləşir. Cavan zoğların yarpaqları bir qədər iri olub 12 sm uzunluqdadır meyvəsi bucaqlı, fındıqca, az və ya çox qısa tüklü və ya çılpaq, yaşılımtıl, 5 m uzunluqdadır. Aprel ayında çiçəkləyir, meyvələri isə oktyabr-noyabr aylarında yetişir. Hirkan azatı vələsyarpaq azata nisbətən isti və rütubət sevəndir.
Hirkan ağcaqayını
== Ümumi yayılması == Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir. Yarpaqları ilk vaxtlar sarımtıl tükcüklərlə örtülü olur, sonralar isə çılpaqlaşır. Yarpaqları 5 dilimli, 10–12 sm enində, 5–10 sm uzunluqdadır, qaidəsi ürəkvarıdır.
Hirkan bigəvəri
Hirkan bigəvəri (lat. Ruscus hyrcanus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür. == Qısa morfoloji təsviri == 20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov-lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8–12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5–i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7–9 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel-may aylarında çiçəkləyir.
Hirkan bikəvəri
Hirkan böyürtkəni
Hirkan böyürtkəni (lat. Rubus hyrcanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == İranda təbii arealına rast gəlinir. == Azərbaycanda yayılması == Azərbaycanda Talış bölgəsində təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Lənkəran rayonunda düzən və dağlıq sahələrdə, meşə və yol kənarlarında kolluqlarda rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 2 m-ə çatan alçaqboylu koldur. Çiçək açan budaqlar aydın tilli, üzəri sıx tüklü, enli qaidəli, uzunəyilmiş tikanlıdır.
Hirkan gülxətmisi
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.
Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Sinonimləri == Centaurea hyrcana Grossh. Jacea hyrcanica (Bornm.) Holub == Qısa morfoloji təsviri == Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir.
Hirkan gəvəni
Hirkan gəvəni (lat. Astragalus hyrcanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Dağıstanın Dərbənd şəhəri ətrafında təsvir еdilmişdir. == Botaniki təsviri == 50-90 sm hündürlükdə, çox budaqlı, yarpağını tökən yarımkoldur. Gövdəsinin aşağı hissəsi ağaclaşmış, üzəri çökək, ağ tüklüdür. Yarpağı 4-6 cüt, еnsiz, xətvari, yaxud uzunsov-еllipsvari, 5–15 mm еnində, yuxarısı nisbətən az, aşağısı sıx, ağ tüklüdür. Paxlasının uzunluğu 7 sm-ə, еni isə 1–2 mm-ə çatır, ucu bizvari əyilmiş, üzəri yumşaq, еllips formalı, hər iki ucdan nazikdir. Saplağı 1–2 mm uzunluqda, ağ tüklüdür. Yabanı şəraitdə iyul-avqustda çiçəkləyir. Mеyvəsi avqust-sеntyabrda yetişir.
Hirkan məryəmnoxudu
Hirkan məryəmnoxudu (lat. Teucrium hyrcanicum) - məryəmnoxudu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, sadə və ya az budaqlanan, sıx yumşaqtüklü, bəzən aşağısı qırmızımtıldır. Yarpaqları saplaqlı, 1-2 sm uzunluqda, uzunsov yumurtavari, kənarları yarımdairədişli, üstü yaşıl, altı sıx tüklü olduğundan bozumtuldur. Çiçəkqrupu 20- 25 sm qədər uzunluqda, dar uzun silindrik sünbülvaridir. Kasacığı 3–5 mm uzunluqda, zınqırovvari, ikidodaqlı, tüklüdür. Tacı fırfır, nadir hallarda ağ rəngli, kasacıqdan uzundur, xaricdən qısa tüklənmişdir. Meyvələri 1 mm uzunluqda, yumru, vəzilidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqlarının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Hirkan mәryәmnoxudu
Hirkan pırkalı
== Ümumi yayılması == İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Lerik, Lənkəran, Masallı ilə Yardımlı arasında olan Viləşçay vadisində, Yuxarı Qarabağda və Daşaltı meşələrində rast gəlinir. == Statusu == Nəsli kəsilmək təhlükəsində olan relikt növdür. CR A1ab; B1bc (iii,iv). == Bitdiyi yer == Enliyarpaqlı meşələrin alt yarusunda daha çox rast gəlinir. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Həmişəyaşıl, yarpaqları növbəli düzülüşlü, ağac və ya koldur. İki və ya birevli bitkidir. Budaqlarının qabığı ağımtıl-bozdur, zoğları qonurumtuldur, qısa tüklüdür. Yarpaqları 2-7 sm uzunluqda, 1-3 sm enində olur, həmişəyaşıl, dərivarı, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir.
Hirkan qaraşəngi
Hirkan qaraşəngi - (lat. Scrophularia clausii Boiss. & Buhse.). Keçiqulağıkimilər – (Scrophulariaceae Juss.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bikisidir. Gövdəsi 20-60 sm hündürlükdədir. Yarpaqları enli, üçkünc-yumurtavari, sivri, kənarları ikiqat mişardişli, əsasında azacıq ürəkvari, üstdən çılpaq, altdan yumşaq tüklü, aşağıdakılar-saplaqlı, yuxarıdakılar –oturaqdır. Təpə piramida formalı çiçək qrupunda yarımçətirləri 2-5 çiçəklidir. Kasacığın hissəcikləri uzunsov – yumurtavari kütdür.
Hirkan qovağı
Hirkan qovağı - (lat. Populus hyrcana Grossh.) Söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Orta və ya ucaboylu ağacdır. Qabığı ağ bozumtuldur, şahmatşəkilli düzülmüş rombvari çatları vardır. Uzanmış zoğlarının yarpaqları uzunsov –yumurtavari, aşağıdan enli, yuxarıya doğru daralmış ucadan sivri, kənarları bütöv, az-az hallarda azca dilimlidir. Nadir hallarda dilimləri aydın nəzərə çarpır. Yarpaqları 8-10 sm uzunluğunda, 4-7 sm enində olub, üst hissədən tünd-yaşıl, alt hissədən ağ rəngli sıx tükcüklüdür. Qısalmış zoğlarının yarpaqları yumurtavari və ya deltavaridir.
Hirkan qızçiçəyi
Hirkan qızçiçəyi - (lat. Bellis hyrcanica Woronow.). Mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür.Regional IUCN Statusu - VU D2 == Qısa morfoloji təsviri == Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir. Sarğı yarpaqları tükcüklü, uzunsov-yumurtavari, kütdür.