Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Cüz
Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir. "Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmək üçün müshəflərin kənarlarında cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olunmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır. Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar. Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Ruh
Ruh — insanın duyğularını və xarakterini ehtiva edən hissəsi, mənəvi və ya qeyri-maddi mahiyyəti. Çoxları inanır ki, ruh əbədidir və fiziki bədənin ölümündən sonra varlığını davam etdirir, ya reinkarnasiya olunur, ya da başqa bir aləmə keçid edir. İslam dinində hər bir ruhun bu dünyadan əvvəl Allahın yanında pak surətdə mövcud olduğuna və nurdan yaradıldığına inanılır. Qurani-Kərimdə vurğulanır ki, Allah ruhları insan bədənində yer üzünə göndərərək imtahan edir. Allaha ibadət edən, xeyirxah əməllərlə məşğul olan və paklığı qoruyanlar cənnətlə mükafatlandırılacaqlar. Allahdan bağışlanma diləmədən günahkar həyat sürənlər isə cəhənnəmə məhkum ediləcəklər. Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür.
Çum
Çum (rus. Чум) — Sibirdə inşa edilən milli-ənənəvi ev.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Cəh-Cəh Həsrətində (1983)
Girdəmeyvə cut
Girdəmeyvə cut (lat. Corchorus capsularis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Corchorus cordifolius Salisb. === Heterotipik sinonimləri === Corchorus marua Buch.-Ham. Rhizanota cannabina Lour. ex Gomes Mach.
Müqəddəs Ruh
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti. Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır: "Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu". Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.
Nuh Surəsi
Adından da göründüyü kimi, bu surədə Nuh peyğəmbərin həyatından bəhs olunur. Quranın digər surələrində - Şüəra, Muminun, Əraf, Ənbiya və ən əsası Hud surəsində Nuh peyğəmbər xatırlanır. Bununla belə Nuh surəsində adı çəkilən digər surələrlə müqayisədə Nuh peyğəmbərin həyatından ən xırda incəliklərinə qədər bəhs edilir. Ardicil təktanrıcılığa çağirmaq və onün necə olmaği bu çağrilişin özəlliyidir. Məhəmməd peyğəmbər deyir: Kim ki, Nuh Surəsini oxusa, Həzrəti Nuhun çağrışının nuru onu da bələr.
Nuh Yurdu
Nuh Yurdu — siyasi, ictimai, iqtisadi və ədəbi qəzet Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanıdır. İlk nömrəsi 1996-cı il 5 apreldə çıxmışdır. Qəzetdə Naxçıvan şəhərinin və muxtar respublikanın ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni həyatına, eləcə də Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə dair məqalələr, ədəbi-bədii yazılar dərc edilir. Ayda iki dəfə, böyük formatda rəngli çap olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 452. ISBN 5-8066-1468-9.
Nuh peyğəmbər
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Nuh türbəsi
Nuh Peyğəmbər türbəsi — Qədim Naxçıvan şəhəri ərazisində yerləşən türbə. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış "Nuh tufanı" əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı "Ayı çuxuru" adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır. Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır. Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
Ruh-şəhəri
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruh (film)
Ruh (ing. Ghost) — rejissor Cerri Zukerin 1990-cı ildə çəkdiyi film. Film 5 Oskara nominantlaşmış, onlardan ikisini alıb: "İkinci planın ən yaxşı qadın roluna" (Vupi Qoldberq) görə və "Ən yaxşı orijinal ssenariyə" görə (Brüs Coel Rubin). The Righteous Brothers — "Unchained Melody". Meksikanın Monterrey şəhərində bu filmə gedən qadınlara zərflərdə şal verirdilər. Ceri Zuker öz filmlərində həmişə anana balaca rol verir. Bu filmdə anası bank işçisi oynamışdı. Brüs Uillis bu filmdə baş rolu oynamağa istəmədi, çünki fikirləşirdi ki, o, pul gətirməyəcək. Filmdəki şeytanların səsləri əslində yavaş sürətlə səslənən uşaqların qışqırmasıdır.
Ruh Festivalı
Ruh festivalı və ya Jonqyuan festivalı (ənənəvi Çin dili: 中元節; sadələşdirilmiş Çin dili: 中元节), Buddizmdə Yulanpen Festivalı (ənənəvi Çin dili: 盂蘭盆 節; sadələşdirilmiş Çin dili: 盂兰盆 节) olaraq tanınır. Bu, müəyyən Şərqi Asiya ölkələrində təşkil edilən ənənəvi bir Daoizm və Buddist festivalıdır. Çin təqviminə görə , Ruh Festivalı yeddinci ayın 15-ci gecəsidir. Çin mədəniyyətində, ay təqvimində yeddinci ayın on beşinci günü Ruh Günü adlanır və ümumiyyətlə yeddinci ay Ruh Ayı (鬼 月) olaraq qəbul edilmişdir və bu ayda ölmüş əcdadları da daxil olmaqla ruhların yer üzünə çıxdığına inanılır. Həm Qingming Fetivalından (ya da Yazda Məzar Süpürmə Günü) həm də yaşayan nəsillərin ölmüş əcdadlarına hörmət göstərdikləri Qoşa Doqquzuncu Festivaldan (payızda) fərqli olaraq, Ruh Festivalı zamanı mərhumların diriləri ziyarət etdiyinə inanılır. On beşinci gündə Cənnət və Cəhənnəm aləmləri və canlılar aləmi açıqdır və həm Taocular, həm də Buddistlər mərhumun əzablarını dəyişdirmək və bağışlamaq üçün ayinlər edərdilər. Ay ərzində fəaliyyətlərə ritualist qida hazırlamaq, tüstü yandırmaq və joss kağızı yandırmaq daxildir. Mükəmməl yeməklər (tez-tez vegterian yeməklər), ailədəki ölənlərin hər biri üçün boş yerlərə qoyularaq ölənləri hələ yaşadıqları kimi qəbul edərdilər. Ruh Festivalı Çin təqviminin yeddinci ayında keçirilir. Bu tarix həm yeni fəsil, payız məhsulu, Buddist rahibə zahidliyinin zirvəsi, əcdadların yenidən doğulması və yerli icmanın məclisi ilə eyni vaxtda düşür.Bu ay ərzində cəhənnəmin qapıları açılır və ruhlar yemək və əyləncə axtardıqları yer üzündə sərbəst gəzirlər.
Ruh adam
Ruh adam — məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın romanlarındandır. Atsızın digər romanlarının əksinə olaraq simvolizmi mənimsədiyi əsəridir. Qədim türkcə əsərin izahı ilə başlayan hekayə, Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə yaşamış zabitin hekayəsidir. Əsərin qəhrəmanı məhkəmədə sədaqət andını daha əvvəl Sultana edən və indi Cümhuriyyətə bağlanan zabitlərin necə olub da Osmanlını bu qədər tez tərk edə bildiyinə heyrətlənməsindən bəhs edir. Roman evli olduğu halda başqa qadına aşiq olan kapitan Burkayın acılarını anladaraq başlayır. Romanın qəhrəmanı kapitan Səlim Pusatdır. Səlim Pusat dostu Şərəf ilə birlikdə monarxist olduğunu gizlətmir. Buna görə də dostu Şərəf ilə birlikdə hərbi sahədən qovulurlar. Məhkəmə prosesi zamanı günahsız olduqları bilinsə də, rütbələri əllərindən alınmışdır. Səlim Pusat və dostu Şərəf iki il həbsə məhkum edilirlər.
Ruh bulanıqlığı
Ruh şəhər
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruh Əkizi
Ruh əkizi (ing. soulmate) — sosiologiya sahəsinə daxil olan, şəxsin başqa bir şəxsə qarşı hiss etdiyi xüsusi bir hissi ifadə etmək üçün işlədilən termindir. Bu hissə eşq, romans, dostluq, seksuallıq, ehtiras, güclü inam və s. aid edilə bilər.
Ruh dumanlığı
Ruh dumanlığı — Kassiopeya istiqamətində təqribən 7500 işıq ili məsafədə bir emissiya dumanlığı. Bir neçə kiçik ulduz, klasterlər toplusu mövcuddur: CR 34, 632 və 634 (yuxarı hissəsi) və IC1848 (orta hissəsi). Bu obyekt daha çox klaster adı altında IC 1848 kimi tanınır. Bu birləşmə şərq qonşusu IC1805 (Ürək bulanığı) ilə birlikdə "Ürək və Ruh" olaraq adlandırılır. Bulanıqlığın (dumanın) mərkəzində kiçik bir ulduz qrupunun yaydığı işıq.
Kuh dazan
Kuh Dazan - İranın Hörmüzqan vilayətinin Şəmal şəhərinin Şimal bölməsində yerləşən kənddir. == Əhalisi == 1995-ilin statistik məlumatlarına əsasən kəndin əhalisi 274 nəfər (85 ev) təşkil etmişdir.
Nuh (film)
Nuh (ing. Noah) — 2014-cü il istehsalı ABŞ filmi. Film 10 mart 2014-cü ildə Meksikada, 28 mart 2014-cü ildə isə ABŞ-də ilk baxış keçirilmişdir.