Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cumğur
Cumğur — Çingizilər sülaləsindən olan şahzadə və Hülakü xanın ikinci oğlu. Bəzi tarixçilər onun əslində Hülakü xanın ən böyük oğlu olduğunu bildirirlər. == Həyatı == O, 1234-cü ildə Hülakü xanla onun Oyrat tayfasından olan arvadı Güyük Xatunun evliliyindən dünyaya gəlmişdir. O, hər iki tərəfdən Çingiz xanın soyundan gəlməkdə idi. Onun atası Çingiz xanın oğlu Toluy idi. Anası Güyükün anası isə Çingiz xanın qızı Çeçeyxen idi. Onun ana tərəfdən babası olan Turalçı Güregen Qutuqa Beyinin oğlanlarından biri idi. Hülakü xan yeni fəthlər üçün 1253-cü ildə Monqolustanı tərk etdiyi zaman Cumğur ali xaqan Münke ilə birlikdə qalmışdı. Atasının digər arvadlarına əmanət edilən Cumğur orda ilə birlikdə Almalıq adlı yerdə düşərgə salmışdı. Lakin tez bir zamanda o, özünü vərasət savaşının ortasında tapdı.
Kunqur
Kunqur — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Canqur (Heris)
Canqur (fars. جانقور‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,940 nəfər yaşayır (492 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Ətraf kəndistanında, Heris qəsəbəsindən 21 km cənub-qərbdədir.
Cunqar kəpənəkçiçəyi
Cunqar kəpənəkçiçəyi (lat. Aconitum soongaricum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Cunqar südləyəni
Cunqar südləyəni (lat. Euphorbia soongarica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kungur mağarası
Kungur buz mağarası — Sibirin və Uralın ən görməli məkanlarından biri. Buz dağla birlikdə regionun tarixi-təbii kompleksini formalaşdırır. SSRİ zamanından ölkə əhəmiyyətli ərazi hesab olunurdu. Mağara Perm diyarında, Sılva çayının sağ sahilində yerləşir. Mağara Kunqur şəhərinin yaxınlığında, Fillippovka kəndinin ərazisində aiddir. Perm şəhərindən mağaranı 100 km-lik məsafə ayırır. Unikal geoloji abidə Rusiyanın Avropa hissəsində yerləşən ən böyük karst mağaralarından biri hesab olunur. Uzunluğuna görə isə dünyada ən uzun yeddinci gips mənşəli mağaradır. 5700 metr uzunluğa malik mağaranın ancaq 1500 metri turistlər üçün əl çatandır. Mağaranın mərkəzində havanın temperaturu +5 °C −2 °C arasında dəyişir.
Mustafa Sunqur
Mustafa Sunqur — Səid Nursinin tələbəsi.
Qara Sunqur
Qara Sunqur (v. 1140, Gəncə) — Azərbaycan atabəyi. Hicri 524-cü ilin zül-hiccə ayında (noyabr, 1130) Məsud qardaşı Mahmuda qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla ayrıldılar. Məsud Gəncəni nahiyyələri ilə birlikdə iqta götürüb, 150 min dinarlıq hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı. Hələ hicri 521-ci ildən Arranı öz idarəsi altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi. Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, İraq Səlcuqlu dövləti taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Çənqur (Zəncan)
Çənqur (Xudabəndə)
Çənqur — İranın Zəncan ostanında kənd.. Xudabəndə şəhristanının Səcarud kəndistanında, Qiydar qəsəbəsindən 12 km şimal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 468 nəfər. yaşayır (102 ailə).
Ceyda Sunqur
Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın‎; 1986) — Türkiyə akademiki və aktivisti. == Həyatı == 1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır. 2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir. Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir. Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur.
Qazax - Cunqar müharibəsi
Qazax-cunqar müharibələri (1643-1756) — Qazax və Cunqar xanlıqları arasında XVII əsrdən XVIII əsrin ortasına kimi davam edən müharibələr. Cunqarların məqsədi örüş yerlərinin artırılması idi. Hərbi mənada cunqarlar bütün Türkistan üçün təhlükə törədirdilər. Qazaxların cunqarlarla ilk vuruşması 1635-ci ildə baş verdi və sonuncuların qələbəsi ilə bitdi. Cahangir xan cunqarlara əsir düşdü. Cunqarlarla sülh müqaviləsi bağlanandan sonra o əsirlikdən qurtuldu, lakin qayıtdıqdan sonra Cunqar xanlığının sərhəd köçlərinə basqınlar təşkil etməyi davam etdi. 1652-ci ildə xoşout Oçirtu xanın başçılığı ilə cunqarlar yenə qazax uluslarının qoşununu məğlub etdilər. Cahangir xan Oçirtu xanın oğlu Qaldama tərəfindən öldürüldü. Qazaxlar məğlub oldular və cunqar köçlərinin zəbt etdiyi Alatau ətəklərini tərk etməli oldular. 1660-cı illərdə müxtəlif qazax xanlarının və sultanlarının dəstələri mal qara və insan qəniməti məqsədi ilə cunqar uluslarına çoxsaylı basqınlar təşkil etdilər ki, Qaldane Boşoqtu xuntayci dövründə irimiqyaslı hərbi əməliyatlar yenidən başlandı.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. == Hazırlanması == Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. == Xüsusiyyəti == Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Canqar
Canqar — Qərbi monqolların dastanı. == Dastan haqqında == XIII—XIV əsrlərə aid edilən bu dastan dünya folklorunun ən böyük əsərlərindən biridir. == Xarici keçidlər == «Джангар» на калмыцком языке на форуме «Свободная Калмыкия» «Джангар» на русском языке на сайте «Бумбин Орн» Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Mongolian Epic Identity: Formulaic Approach to Janggar Epic Singing Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine «Джангар» — наш идеал! «Бумба» — наше будущее?
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Caunpur
Caunpur (ing. Jaunpur, hind. जौनपुर, urdu جون پور) — Hindistanın Uttar Pradeş ştatında tarixi bir şəhər. == Tarixi == Qanq çayının sağ sahilində olan şəhər 1359-cu ildə Sultan Firuz şah Tuğluq tərəfindən qurulmuşdur. Qurulduğu dönəmlərdə Budizmə və Hindu dinlərinə aitd çox sayda mabəd və digər yapıların bulunduğu bölgə ayrıca stratəjik bir önəmə sahipti. Firuz Şah burayı qurduktan sonra sələfi Məhəmməd b. Tuğlukun şahzadə ikən anıldığı ad olan Jauna nisbətlə Caunpur ismini vərdi. 765-ci (1364-cü) ildə ünlü Atala Camiinin inşasına başlandı. Caunpur, Caunpur sultanlarının dönəmində (1394-1483) Şimali Hindistanın önəmli bir kültür mərkəzi halinə gəldi. Özəlliklə Əmir Teymurun XIV. yüzyıl sonunda Dehliyə yaptığı akınlar üzərinə buradan kaçan çox sayıdaki alim, ədəbiyatçı, şair, sanatkar və sufilərdən önəmli bir kısmı Caunpura yərləşti.
Cunqan
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,660 nəfər və 3,437 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Cuzqun
Cuzqun (lat. Calligonum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == GRIN saytında cuzqun cinsinə aid taksonların aşağıdakı siyahısı verilib: Calligonum aphyllum (Pall.) Gurke — Yarpaqsız cuzqun — Qafqaz, Rusiyanın Avropa hissəsi, Qərbi Sibir, Orta Asiya Calligonum arborescens Litv. — Ağacşəkilli cuzqun Calligonum azel Maire Calligonum bakuense Litv. — Bakı cuzqunu Calligonum caput-medusae Schrenk — Meduzbaşlı cuzqun Calligonum caput-medusae var. rubicundum Herder ex Regel Calligonum comosum L'Her. Calligonum comosum var. turkestanicum Korovin Calligonum elatum Litv. — Hündür cuzqun Calligonum eriopodum Bunge Calligonum leucocladum (Schrenk) Bunge — Джузгун белокорый Calligonum membranaceum Litv. Calligonum microcarpum I.G.Borshch.
Kündür
Kündür — İranın Rəzəvi Xorasan ostanının Xəlilabad şəhristanının Şeştaraz bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,700 nəfər və 1,610 ailədən ibarət idi.
Küngüt
Baş Küngüt — Şəki rayonunda kənd. Aşağı Küngüt — Şəki rayonunda kənd.
Qurqur
Qurqur (lat. Streptopelia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Çaundur
Çaundur - öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür. Çaundur Oxçu dərəsi və Süsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza tökülür. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçərkən isə Mədən çay adlanır. Böyük qolları Gığı çay və Əcənan çaydır. Hal- hazırda Oxçu çayı olduqca artıq çirklənmişdir. Qafan mis zavodlarının bütün çirkab suları, ağır metallar və ola bilsin ki, radioaktiv maddələr ermənilər tərəfindən bilərəkdən (Araz hövzəsini çirkləndirmək məqsədilə) Çaundur çaya axıdılır. Çaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrdən başlayaraq, məskunlaşan Çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır.
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.