Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahtac Qızılbaş
Şahtac Qızılbaş — Pakistanlı qadın hüquqları müdafiəçisi idi.Şahtac Qızılbaş Qadın Fəaliyyəti Forumunun(Women's Action Forum) təsisçi üzvü idi.Şahtaj Qızılbaş Pakistanın Pəncab əyalətində olan Lahor şəhərinin nəcib Qızılbaş ailəsinə mənsub idi və Müzəffər Əli xan Qızılbaş onun əmisi idi.
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Şahmatçı
Şahmatçı — İdmanın şahmat növü ilə məşğul olan şəxs.
Şahtaxtı
Şahtaxtı (Kəngərli) — Şahtaxtı-Poldəşt körpüsü — Şahtaxtı hamamı — Şahtaxtı mineral bulağı — Şahtaxtı travertini — Şahtaxtı arxeoloji abidələr kompleksi — Şahtaxtı yaşayış yeri — I Şahtaxtı nekropolu — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində nekropol. II Şahtaxtı nekropolu — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində nekropol.
Axtaçı
Sabirabad rayonu Axtaçı — Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Axtaçı Muğan — Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Axtaçı — Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd.Digər Axtaçı Şirvan — Axtaçı (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Axtaçı Qarabucaq — Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Saatçı
Saatsaz — saatların təmiri və düzəldilməsi ilə məşğul olan şəxs.
Adi şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Annaqılınc Möhtaci
Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi. == Həyatı == Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir. Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.
Baltacı Araz
Baltacı Araz və ya Məhəmməd Məhəmmədəli oğlu (23 oktyabr 1953, Mərənd, Cənubi Azərbaycan - 25 iyun 2012, Münster, Almaniya) — azərbaycanlı şair. == Həyatı == Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Cənubi Azərbaycanın, Mərənd bülgəsində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975-1979-cu illərdə İstanbulun Memar Sinan Gözəl Sənətlər Universitetində ali təhsil almışdır. 1979–cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mubarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan "Yoldaş" dərgisində işıq üzü görmüşdür. 1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir. Baltaçı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı, eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan Türklərinin problemlərini, tapdalanmış doğal haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, ... əsaslarının nəzəri təhlilini vermişdir. Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır. Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düçüncəsini ortaya qoyur.
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.
Boadi Santavi
Boadi Santavi (22 may 1997) — Kanadalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Kanadanı təmsil edir. Boadi Santavi dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Geyger sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Keçid Şahmatı
Keçid şahmatı ( həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir. == Qaydalar == Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır. Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur.
Luan Santani
Luan Santani (Luan Santana, 13 mart 1991, Campo Grande) — Braziliya müğənisi.
Lyuis şahmatı
Lyuis şahmatı — (ing. Lewis Chessmen) Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu (8 şah, 8 vəzir, 16 fil, 15 at, 12 top, 19 piyada) bu şahmat növü həm də qədim Roma incəsənətinin nadir nümunələrindəndir. Günümüzə gəlib çatan 67 fiqurlu versiyası Britaniya muzeyində saxlanılır. Bu şahmatdan Harri Potter və Fəlsəfə Daşı filmində də istifadə olunmuşdur.
Orhan Baltacı
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Orxan Baltacı
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Qeyqer sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Sabir Şahtaxtı
Sabir Şahtaxtı (tam adı: Hacıyev Sabir Həbib oğlu; 1968, Şahtaxtı, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası) — yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri. == Həyatı == Sabir Şahtaxtı 1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Yaradıcılığa məktəb illərindən başlayan müəllifin ilk bədii (folklor) materialları 1983-cü ildə AzTV-nin məşhur "Ozan" verilişində səsləndirilmişdir. 2007-ci ilin aprelindən 2014-cü ilin fevralınadək Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və AzTV-nin İrandakı rəsmi nümayəndəsi işləmişdir. 2014-cü ilin aprelində AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə nümayəndəsi təyin olunmuşdur. Müəllifin "Tanrı sevgisi", "Azərbaycan: təqvimdə dörd qara gün" və "Xəzəl oldu Xocalının Xəzangülü" kitabları İranda fars dilində nəşr olunub. Heydər Əliyev Fondunun nəşri olan "Qarabağ həqiqətləri" bukletinin farsca nəşrini təşkil edib, İranın Ərak Universitetində "BMT-nin Dağlıq Qarabağ barədə qətnamələrinin insan haqları aspektindən təhlili" mövzusunda elmi işin yazılıb müdafiə olunmasına hərtərəfli dəstək verib. Bundan başqa, "Azərbaycan ədəbiyyatını tanıdaq!" devizi altında həyata keçirilən layihələr əsasında bir sıra kitabların, o cümlədən dünya şöhrətli ədib Hüseyn Cavidin "Peyğəmbər", "Şeyx Sənan" və "Topal Teymur" əsərlərinin fars dilinə tərcüməsini və İranda ayrı-ayrılıqda və bir yerdə nəşr olunmasını təşkil etmişdir.
Səfəvi şahları
Səfəvi şahı titulu 1501-ci ilin payızında I İsmayılın Cabanı və Şərur döyüşlərində qələbə qazandıqdan sonra Təbrizi tutub özünü şah elan etməsi ilə qəbul edilmiş və 1736-cı ildə Nadirin şah olmasından sonra bu sülalənin əlindən çıxmışdır. Bu siyahıda Səfəvi sülaləsindən olan şahların adları xronoloji ardıcıllıqla verilmişdir. Siyahıda həmçinin şahın adı, atasının adı, portreti, dövlət bayrağı, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir. == Səfəvi şahlarının siyahısı == == Sülalənin sonrakı nümayəndələri == II Təhmasibin 1732-ci ildə Nadir xan tərəfindən şahlıq taxtından endirilməsindən sonra Səfəvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatmışdı. Lakin ən azından hüquqi olaraq 1736-cı ilə qədər hakimiyyətdə qalan Səfəvi sülaləsi 1736-cı ildə tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və Nadir xan özünü şah elan etdi. Lakin 1747-ci ildə onun ölümündən sonra imperiyada daxili müharibələr kəskinləşdi və Əfşar sülaləsindən olan şahlar bir-birini əvəz etməyə başladı.1748-ci ilin oktyabrında Nadir şahın gənc nəvəsi Şahrux hakimiyyətə gətirildi. İki aydan sonra Nadirin qardaşının oğlu İbrahim özünü şah elan etdi. Lakin məğlub edildikdən sonra qaçmağa məcbur oldu. Məşhəd şəhərinə girməyə çalışan İbrahimi şəhərdə olan Seyid Məhəmməd şəhərə buraxmadı. Seyid Məhəmməd yalnız ana tərəfdən Səfəvi nəslindən idi və onun anası Səfəvi şahı I Süleymanın qızı idi.
Səlcuq Şahbazi
Səlcuq Şahbazi (az.-əbcəd آشیق سلجوق شهبازی‎; 6 yanvar 1962, Ağcaqışlaq, Şərqi Azərbaycan ostanı) — Cənubi Azərbaycan aşığı, İran Aşıqlar Birliyinin sədri. == Həyatı == Səlcuq Şükür oğlu Şəhbazi 1962-ci ilin 6 yanvar tarixində keçmiş Miyananın Ağcaqışlaq kəndində anadan olub. 1975-ci ildə ailəlikcə köçüb Tehran şəhərinin Nəmətabad məhəlləsində yaşamışlar. Aşıq Yədullanın məsləhəti ilə tanınmış aşıq və məşhur sazbənd Aşıq Əvəzin yanına gedib ona şəyird olub. Gənc Səlcuq ondan iki müqəddəs peşə öyrənir. Onun biri aşıqlıq, biri də saz düzəltmək peşəsi olur. Düz 4 il ustadıyla bir yerdə olur. 1980-ci ildə hərbi qulluğa yollanır. İki ildən sonra hərbi qulluqdan qayıdanda ustadının vəfatına çox acıyır. Özünə ikinci ustad kimi Tehranın “Xaksıfid” məhəlləsində Girişanlı Aşıq Hüseyn Əsədini ustad seçir.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.
Tağı Şahbazi
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq. == Həyatı == Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır. == Fəaliyyəti == 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
Teymur şahmatı
Əmir Teymurun (1336–1405) hakimiyyəti dövründə İranda bu oyun oynanılıb. Bəzi mənbələr bildirirlər ki, oyunu Teymur özü icad edib, amma bu mütləq şəkildə həqiqətə uyğun deyil. "Teymur şahmatı" ilkin şahmatın böyük lövhədəki versiyası kimi təqdim edilir. == Lövhə == Lövhə 112 xanadan ibarət olur: on bir sətir, on sütün və əlavə iki xana. Bu iki xanadan biri soldan 9-cu sətirdə, digəri isə sağdan ikinci sətirdə yerləşir. Bu iki əlavə xanalar qala adlanır və oyunda mühüm rol oynayır. == Fiqurlar == Hər bir oyunçunun aşağıdakı fiqurları var: şah, vəzir, iki at, iki top, iki fil, iki dəvə, iki hərbi maşın, on bir piyada, general, iki zürafə, iki qarovul. Piyada, öz növbəsində, bir-birindən fərqlənir: kral piyadası, vəzir piyadası, general piyadası və s. var. Həmçinin piyada piyadası da var.
Çin şahmatı
Çin şahmatı (Xiangqi, 象棋) – iki oyunçu üçün strateji lövhə oyunu.. Çindən və etnik çinlilərin icma halında yaşadığı ərazilərdən başqa, çin şahmatı keçmişdə Vyetnamda da məşhur idi. Oyun iki ordu arasındakı döyüşü əks etdirir, məqsəd rəqibin şahını tutmaqdır. Oyun qaydaları qədim Çinin siyasi və sosial həyatına xas ünsürlərə istinadən qurulub. Çin şahmatının fərqli xüsusiyyətləri: generalların (şahların) üzbəüz gəlməsini qadağan edir; top (pao) atlayaraq tutur; lövhə üzərindəki sahə çay və saray adlanır hansi ki, bəzi fiqurların hərəkətini məhdudlaşdırır; və fiqurlar xanaların yerinə zolaqların kəsişməsində yerləşdirilir. == Lövhə == Lövhə 9 sətir və 10 sütundan ibarətdir. Go oyunundakı kimi fiqurlar kəsişmələrdə yerləşdirilir. Şaquli xətlər "fayl", üfüqi xətlər isə "rütbə" adlandırılır. Lövhə birincidən üçüncüyə və səkkizincidən onuncuya mərzkəzlənmiş iki zonadır, hər üç xala üç xal, orta nöqtədə kəsişən və əks küncləri birləşdirən iki dioqonal xətlə ayrılmışdır. Hər bir sahə 宮 kimi tanınır, "saray" və ya "qala" kimi tərcümə olunur.