Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Əl-Ədl
Əl-Ədl (ər. العدل) — Allahın adlarından biri. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8) Allah ədalətlilərin ən xeyirlisidir.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
El
El — türklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular. Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü. Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır». Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var. Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər.
Əl
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Əl-Mutanna (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Əl-Müsənnə (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Əl-Qədisiyə (el)
Qadisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qadisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825–1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Əl-Hakim ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Əli bin əl-Hüseyn
Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb. O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.
Əl-Xətib ət-Təbrizi
Vəliəddin Əbu Abdullah Məhəmməd ibn Abdullah əl-Umari (v. 1248, ərəb. الخطيب التبريزي‎) — daha çox əl-Xatib ət-Təbrizi adı ilə məşhurdur. Hədisşünas, əl-Bəğavinin “Məsabih əl-Sünnə” kitabının genişləndirilmiş variantı olan “Mişkatul-Məsabih” hədislər toplusunun müəllifi. Təbrizi “əl-İqmal fi əsma ər-rical” kitabını da yazmışdır. “Mişkat” məşhur hədislər toplusuna çevrilir və Orta Asiyada mədrəsələrdə öyrənilir. Sonradan kolleksiya dəfələrlə təkrar nəşr olundu və müxtəlif dillərə (ingilis, benqal və s.) tərcümə edilir. Daşkəndli xəttat Əbdülvədud Əhməd tərəfindən 1339-cu ildə köçürülmüş Təbrizi əlyazması Özbəkistanda saxlanılır. Biblioqrafiya: Əl-Xətib ət-Təbrizi. [=https://books.google.kz/books?id=7CaPrgEACAAJ Mişkatul-Məsabih] (ərəb).
Məhəmməd Əli Əl-Haşimi
Məhəmməd Əli Əl-Haşimi (fars. سید محمدعلی آل‌هاشم‎; 1962, Təbriz – 19 may 2024, Bəkrabad kənd dairəsi[d], Şərqi Azərbaycan ostanı) — İranın Ali Rəhbəriin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi (2017–2024). Əl-Haşimi 2024-cü ildə Vərziqanda baş verən helikopter qəzasında həlak olub. Seyid Məhəmməd Əli Ali Haşim Təbrizin tanınmış din xadimlərindən olan Seyid Məhəmməd Təqi Ali Haşimin oğlu idi. İbtidai təhsilini orta məktəbə qədər Təbrizdə şəhərində alıb. İlk dini təhsilini də Təbrizdə aldı. Sonradan Qum şəhərində dini təhsilii davam etdirmişdir.
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah (22 dekabr 1940, Küveyt) — Küveytin baş naziri. Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah 22 dekabr 1940-cı il Küveytdə anadan olmuşdur. İbtidai və orta təhsilini Birləşmiş Krallığın Ali Təhsil Sertifikatına malik Küveyt Məktəbində almışdır. 1964 – Cenevrə Universitetində Siyasi və İqtisadi Elmlər üzrə bakalavr dərəcəsi almışdır. Fransız, ingilis və fars dillərində səlis danışır. 1964 – Xarici İşlər Nazirliyinin III katibi olmuşdur. oktyabr 1964 – Küveytin BMT-dəki (Nyu-York) Daimi Nümayəndəliyinə təyin edilmişdir. iyun 1965 – Yenidən Xarici İşlər Nazirliyinə təyin edilmişdir. 1965 – Xarici İşlər Nazirliyində Fövqəladə və Səlahiyyətli Nazir təyin edilmişdir. 1966 – BMT-nin Cenevrədəki ofisində Küveyt nümayəndəsi kimi fəaliyyətə başlamış, 1966-cı ildə burada Küveyt Daimi Nümayəndəliyinin ilk inauqurasiyasını etmiş və həmin ildə Küveytin İsveçrə Konfederasiyasındakı ilk Səfiri təyin olunmuşdur.
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. 1929-ci il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 Yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-cü ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cü ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 Sentyabr 1956 və 17 Yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri - Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 Yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 Yanvar 1963 tarixində Xarici işlər naziri 16 Fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 Noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 İyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963 - 2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) — Liviyanın Kirenaika regionunda şəhər.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Əl-Məhəllə əl-Kübra
Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى‎) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018).
Əl-Məscid əl-Haram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”‎) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir.
Sabah IV Əl-Əhməd Əl-Cabir Əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. 1929-ci il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 Yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-cü ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cü ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 Sentyabr 1956 və 17 Yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri - Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 Yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 Yanvar 1963 tarixində Xarici işlər naziri 16 Fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 Noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 İyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963 - 2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Azerspace-1/Africasat-1a
Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. Çəkisi: 6521 kq. Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.
Azərbaycan SSR-nin 15 illiyi (film, 1935)
Azərbaycan SSR-nin 15 illiyi filmi rejissor Rza Təhmasib tərəfindən 1935-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycanın, sovetləşəndən sonrakı 15 ili ərzində, sənaye, kənd təsərrüfatı, iqtisadiyyat və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərdən, əmək adamlarından, elm, ədəbiyyat və incəsənət xadimlərindən söhbət açır. Film Azərbaycanın, sovetləşəndən sonrakı 15 ili ərzində, sənaye, kənd təsərrüfatı, iqtisadiyyat və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərdən, əmək adamlarından, elm, ədəbiyyat və incəsənət xadimlərindən söhbət açır.
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası — 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 2007/2008 mövsümündə qitə arenasına çıxmışdır.
Azərbaycan U-18 milli futbol komandası
Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb. 4 dəfə iştirak etmişdir.
Azərbaycan U-19 milli futbol komandası
Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb. 4 dəfə iştirak etmişdir.
Azərbaycan U-21 milli futbol komandası
Azərbaycan U-21 milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan U-21 milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı.
Ağbuğda-13
Ağbuğda-13 — payızlıq bərk buğda sortu. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun Mirbəşir Zona Təcrübə stansiyasında Apulikum 82/1 və Xoranka sortlarının çarpazlaşdırılmasından alınmışdır. Ağbuğda-13-ün sünbülü, dəni və qılçığı ağdır; ağ dənləri iri, şəffaf, uzunsov olur. 1000 dənin çəkisi 49–59 qram gəlir. Su və gübrəyə tələbkardır. Yerə yatmır, quraqlığa davamlıdır. Suvarılan sahələrdə 1 hektardan 30–35 sentner məhsul yığılır. Ağbuğda-13 oktyabrın birinci yarısında səpilir. Vegetasiya dövrü 210–220 gündür. Dağətəyi və suvarılan düzən zonalar üçün rayonlaşdırılmış buğda sortu olmuşdur.
BM-21 Qrad
Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur.
BM-27 Uraqan
BM-27 "Uraqan" — 220 millimetr çaplı sovet reaktiv yaylım atəş sistemi. Bu kompleks 1975-ci ildə istifadəyə verilmişdir. Sistemin baş konstruktoru Aleksandr Nikitoviç Qaniçevdir. Döyüş maşınının baş konstruktoru isə Yu. N. Kalachnikovdur. İstehsalçı ölkə: SSRİ İstehsalçı firma: Splav (Tula) silah hazırlama zavodu Tip: Reaktiv Yaylım Atəş Sistemi İstehsal tarixi: 1975 – 1991 Xidmətə giriş ili: 1975 – günümüzə Lülə diametri: 220 mm Lülə sayı: 16 ədəd Doldurulma: 14 dəqiqə Döyüşə hazır vəziyyətə gətirilmə: 3 dəqiqə Yerdəyişmə vaxtı: 1.5 dəqiqə Şaquli qalxma bucağı: +6º… +55º Məhvetmə radiusu: 426.000 m² Hədəfdən yayınma: 125/170 m Salvo Atış müddəti: 8.8 – 20 saniyə Raketin çəkisi: 256 – 280 kq Döyüş başlığının çəkisi: 90 – 143.5 kq Minimal atəş məsafəsi: 5 km Maksimal atəş məsafəsi: 35.8 km Şassi: ZİL–135LM Heyət üzvü: 4 nəfər Ağırlıq: 20 ton Uzunluğu: 9.63 m Eni: 2.80 m Hündürlüyü: 3.22 m Klirens: 0.475 m Təkər formulası: 8x8 Mühərrik: 2 ədəd Zil–375 V8 benzin Güc: 2 x 180 (360) at gücü Sürətlər qutusu: 10 pilləli mexaniki Maksimal sürət: 65 km/saat Döyüş radiusu: 570 km Yanacaq çəninin tutumu: 520 litr Ermənistan — 2011-ci ildə silahlanmasında göstərib.
Bayer 04 FK
Bayer 04 - Almaniya bundesliqasında oynayan Leverkuzen şəhərini təmsil edən futbol klubu Əsası 1904-cü ildə Bayer kimya şirkəti tərəfindən qoyulub. 1 iyul 1904: TuS Friedrich Bayer & Co 1904 Leverkusen kimi yaradılıb. 31 may 1907: Futbol komandası yaranıb. 1923: FV 1904 Leverkusen adlanıb. 1928: Box-Verein Wiesdorf və SV 04 Leverkusen qarışıb. 1935: SV Bayer 04 Leverkusen adlanıb. 1938: TuS Friedrich Bayer & Co 1904 Leverkusen BSG 04 Leverkusen qarışıb. 1943: SV Bayer 04 Leverkusen adlanıb. 1945: SV 04 Leverkusen adlanıb. 1948: SV Bayer 04 Leverkusen adlanıb.
Bicol bölgəsində COVID-19 pandemiyası
Bizim 10 yaşımız var (film, 1966)
Bizim 10 yaşımız var qısametrajlı sənədli televiziya filmi 1966-cı ildə Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətinə həsr olunmuşdur. Film Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətinə həsr olunmuşdur.
Bizim 29-cu ordenli (film, 1970)
Boeing B-17 Flying Fortress
Boeing B-17 Flying Fortress (“Uçan Qala”), ABŞ Ordusu Hava Korpusu (US Army Air Corps - USAAC) üçün İkinci Dünya Müharibəsindən əvvəl inkişaf etdirilmiş dörd mühərrikli ağır bombardmançı təyyarəsidir. B-17-nin əsas vəzifəsi Almaniyanın sənaye və mülki hədəflərinə qarşı strateji gündüz nöqtə bombardmanı idi. Normandiya əməliyyatından əvvəl Əməliyyat nöqtəsində (Operation Pointblank) ABŞ-nin İngiltərədəki 8-ci Hava filosu və mərkəzi İtaliyada yerləşən 15-ci Hava Donanması, RAF Bombardman Komandanlığının gecə bombardmanında bir əlavə olaraq xidmət etmişdir. Bundan əlavə, B-17-lər aşağı səviyyədə də olsa Sakit okeandakı döyüşlərdə də istifadə edilmişdirlər. B-17-lər hər küncündə və yuxarı və aşağı qüllələrində olan 50 kalibrlik pulemyotları sayəsində Flying Fortress (“Uçan Qala”) adlandırılmışdırlar. USAAC B-17-ni müharibədən əvvəlki dizaynına uyğun olaraq strateji bir silah olaraq istifadə etdi: yüksəkdən uçan, uzun mənzilli, yüksək bombardmançı, lakin vurulması asan olmayan bir təyyarə. Müharibə zamanı aldığı ağır xəsarətlərinə baxmayaraq, bazasına geriyə qayıda bilməsi və gövdə enişləri qabiliyyəti ilə B-17-ni bir ikona çevirmişdi. B-24 Liberator ilə müqayisədə daha aşağı mənzilinə və bomba daşıma qabiliyyətinə baxmayaraq, tədqiqatlar pilotların B-17-dən daha çox məmnun olduqlarını göstərmişdi . B-17 İkinci Dünya Müharibəsi illərində ABŞ-nin digər təyyarələrindən daha çox bomba daşıyırdı. Məsələn, Almaniyaya atılan 1,5 milyon ton bombanın 500 min tonu B-17 ilə atılmışdır.
Boeing B-29 Superfortress
Boeing B-29 Superfortress və ya qısaca B-29 — İkinci dünya müharibəsi ərzində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan 4 motorlu ağır bombardman təyyarəsi. İkinci dünya müharibəsindən sonra Koreya müharibəsində də istifadə olunmuşdur. B-29 İkinci dünya müharibəsində istifadə olunan ən böyük bombardman təyyarələrdən biridir. Təsirli bombalama gücünə, mərkəzi atəşləmə sisteminə, uzaqdan idarə olunan silahlara malik olması başlıca üstünlüklərindən biri olmuşdur. Həm gecə, həm gündüz yüksək bombalama qabiliyyətinə sahibdir. B-29 təyyarələri Naqasaki və Hiroşimaya atom bombası dayışan təyyarələrdir. 1960-cı ilin 20 iyununda istismardan qaldırana qədər 3.970 ədəd B-29 istehsal edilmişdir. B-29-lar İkinci dünya müharibəsində ancaq Sakit okean cəbhəsində istifadə olunmuşdur. "Enola Gay" adlı B-29 "Little Boy" atom bombasını 6 avqust 1945-ci ildə Hiroşimaya, "Bocksar" adlı B-29 isə "Fat Man" atom bombasını 9 avqust 1945-ci ildə Naqasakiyə atmışdır.
Boeing X-32
Boeing X-32 — ABŞ Dövlət Departamentinin tenderi - Ortaq Hücum Döyüşçüsü proqramının finalistidir. Həmin tenderdə Lockheed Martinin sonradan F-35 Lightning II təyyarəsinə təkmilləşdiriləcək olan X-35 təyyarəsinə uduzmuşdur. 1993-cü ildə Təkmil Müdafiə Araşdırmaları Layihələri Agentliyi (DARPA) Ümumi Münasib Yüngül Döyüşçü (CALF) proqramına start verdi. Bu proqramın məqsədi Amerika Müdafiə Departamentinin sərəncamında olan bütün müxtəlif növ yüngül təyyarələri – F-16, F/A-18 Hornet, AV-8B Harrier-i bir növ təyyarə ilə yeniləmək idi. Elə eyni dövrdə də ABŞ HHQ və ABŞ Donanması birlikdə Ortaq Təkmil Hücum Texnologiyası (JAST) proqramına start verilmişdi. 1994-cü ildə ABŞ Konqresi hər iki proqramı birləşdirərək Ortaq Hücum Döyüşçüsü proqramına start verdi. OHD proqramının ilkin fazalarında, konsept mərhələlərində bir çox kompaniyalar iştirak edirdi. 1996-cı il 16 Noyabrda Müdafiə Departamenti Boeing və Lockheed Martin kompaniyasına öz təyyarələrini yaratmaq göstərişi verdi. Müqaviləyə əsasən yeni təyyarə normal şəkildə enib qalxma, gəmidən qalxma və enmə, qısa qalxma və şaquli enməyi bacarmalı idilər. Bundan əlavə onlar təyyarənin silah sistemlərinin yerüstü təqdimatını da etməli idilər.
Bolhovitinov 11 Dekabr 1915 Tarixli Rəsmi Erməni Hesabatı (kitab)
Hüquqşünas Məmməd Pərinçəyin rus-Sovet dövlət arxivlərində etdiyi uzun işləri nəticəsində hazırladığı, dünyada ilk dəfə Türkcə olaraq nəşr olunan bu kitab, I Dünya Müharibəsi illərində Rusiyanın Qafqaz Orduları Qərargah Başçısı olan Tuğgeneral L. M. Bolhovitinovun hesabatının tərcüməsidir. Türk tezisinə yaxın dayanan bu hesabat tərcüməsinin əhəmiyyəti, üst səviyyə vəzifəli Rus komandirinin qaynaqlıq və bəzən şahidlik etməsi, daha əhəmiyyətlisi hesabat ən üst səviyyə Çar mövqelərinə istiqamətli yazılmış olduğundan etibarlı tapılmasıdır. Osmanlı ilə döyüş halında olan Rusiyanın bir generalının, həm Türk cəbhə gerisindəki, həm Rus Ordusu yanında iştirak edən Ermənilər əleyhinə bu qədər məlumat təqdim etməsi hesabatı diqqət çəkici edir. 1. Erməni məsələsi 19. əsrdə çıxarılmışdır və Ermənilərin həyat şərtləri Türklər və Kürdlərə görə çox daha yaxşıdır. 2. Erməni məsələsi, süni olaraq İngilislər tərəfindən çıxarılmışdır. Beləcə Türkiyə ilə Rusiyanın axtarsının açılaraq rus-Türk ittifaqı önlənmək istənmişdir. Osmanlının zəifləməsindən sonra isə müstəqil bir Ermənistan ilə Türkiyə və Rusiya arasında bir tampon ölkə hədəflənmişdir.
Braziliyada COVID-19 pandemiyası
Braziliyada COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu 2019-cu il (COVID-19) koronavirus xəstəliyinin davam edən pandemiyasının bir hissəsidir. Virusun Braziliyaya yayıldığı 2020-ci il fevralın 25-də San-Pauludan İtaliyaya səyahət edən bir şəxsin virusa yoluxması ilə təsdiqləndi. Xəstəlik martın 21-dək Braziliyanın bütün federativ vahidlərinə yayıldı. 19 iyun 2020-ci ildə ölkə bir milyonuncu halı qeydə aldı və təxminən 49,000 ölüm faktı bildirdi. Pandemiya siyasət, təhsil, ətraf mühit və iqtisadiyyata təsir göstərən federal, əyalət və yerli hökumətlərin müxtəlif tədbirlərinə gətirib çıxardı. 27 mart 2020-ci ildə Braziliya xarici hava səyahətçilərinə müvəqqəti qadağa elan etdi və əksər əyalət qubernatorları virusun yayılmasının qarşısını almaq üçün karantin tətbiq etdi. 17 noyabr 2021-ci il tarixinə 21,965,684 təsdiqlənmiş hadisə və 611,478 ölümlə Braziliya, dünyada təsdiqlənmiş yoluxmaların sayına görə üçüncü və COVID-19-dan ölənlərin sayına görə isə ABŞ və Hindistandan sonra ikinci yerdədir. Ölkədə ilk yoluxma halının qeydə alındığı gün olan 26 fevral tarixindən etibarən COVID-19-dan ölüm hallarının tendensiyası.
Bədii Gimnastika üzrə 23-cü Avropa çempionatı
Bədii gimnastika üzrə 23-cü Avropa çempionatı — 28 iyun 2007-ci ildə Azərbaycan respublikası Bakı şəhərindəki Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışda 33 ölkənin 200-dən artıq idmançısı mübarizə aparıb. Fərdi mübarizəyə 31 ölkənin 80 gimnastı qatılıb. Yeniyetmələrin komanda yarışında isə 25 kollektivin iştirak edib. Bu gimnastlar 6 dəst medal uğrunda mübarizə aparıblar Qitə birinciliyinin ilk günündə daha aşağı reytinqə malik gimnastların yer aldığı C və B qruplarında fərdi yarışlar olub. Avstriya Azərbaycan Belçika Belarus Boliviya Xorvatiya Kipr Çexiya Estoniya Finlandiya Fransa Quam Almaniya Birləşmiş Krallıq Yunanıstan Macarıstan İsrail İtaliya Latviya Moldova Norveç Polşa Portuqaliya Rumıniya Rusiya Litva Slovakiya Sloveniya İspaniya İsveç İsveçrə Türkiyə Ukrayna Azərbaycan Böyüklər: GİMATOVA Dinarə, QURBANOVA Anna, QARAYEVA Aliyə, CAVADLI Zeynəb Yeniyetmələrdən ibarət qrup komandası: MİRZƏYEVA Nigar, QULIYEVA Ceyla, ORUCOVA Esmira, SƏLIMBƏYOVA Əzizə, HÜSEYNOVA Cəmilə, XƏLƏFOVA Aelita Avstriya Böyüklər: VEBER Karolina, PÖSTINGER Selina, RAYTGRUBER Katarina Yeniyetmələr: ELLEBERQER Nina, QASSLER Liza, LANTSER Barbara, RUPEXT Nicol, VERTANÇİK Lena Ehtiyat: VEQŞNAYDER Nataşa Belçika Böyüklər: MASSET Manon, QERONTITIS Katerina Belarus Böyüklər: ÇERKAŞİNA Lyubov, RUDALOVA Svetlana, YÜŞKEVIÇ Mariya Yeniyetmələr: BIÇUN Yuliya, XARİTONOVA Anastasiya, STANİUTA Melitina, ARLOVSKAYA Xana, XLADKAYA Anqelina Ehtiyat: OSİPOVA Alesiya Bolqarıstan Böyüklər: PEYÇHEVA Simona, MİNÇEVA Monika, SIDEROVA Filipa Yeniyetmələr: BOJİLOVA Romina, TRAYANOVA Stefaniya, İLİYEVA Kristina, DİMİTROVA Maqika, KIROVA Qabriela Ehtiyat: TODOROVA Elena Xorvatiya Böyüklər: MAKAROVA Aleksandra, ZELİMORSKİ Anamarij, STOYAKOVIÇ Mateya Kipr Böyüklər: PANAQİYOTU Rayisa-Sula, TRİKOMİTİ Luçiya Çexiya Böyüklər: MENDLİKOVA İva, MİÇKOVA Monika, RADİMERSKA Nelya Yeniyetmələr: MARKOVA Nikol, DOSTALOVA Xana, DOPPLEROVA Barbara, KUMPREXTOVA Lüsi, ZAMORSKA Vendula, Ehtiyat: ZEMANOVA Monika İspaniya Böyüklər: SİD Almudena, RODRIQES Karolina Yeniyetmələr: REDONDO Lidiya, QONSALES Silviya, QARSIYA Rebeka, QARVIN Sara, AQİLER Sandra Ehtiyat: VAN RAVESTAYN Barbara Estoniya Böyüklər: KİKKAS İrina, LUKYANOVA Jana Yeniyetmələr: KUKK Karina, MAKUSİNA Yuliya, PUÇKİNA Tatyana, MOTSMEES Ariyel, BOQOMOLOVA Anna Ehtiyat: AKULINITSEVA Liza Finlandiya Böyüklər: RINQINEN Mariya, XUUXTANEN Yuliya, SARESVİRTA Marlena Yeniyetmələr: KİİXKİNEN Xaydi, XIYETAPAKKA Diana, ROMANJUK Yuliya, PURONLİNNA Emiliya, RİSTİKANGAS Rebekka Ehtiyat: RİSTIKANGAS Viktoriya Fransa Böyüklər: LEDU Delfin Birləşmiş Krallıq Böyüklər: CONS Françeska, MANN Xizer Gürcüstan Böyüklər: SAMLİKAŞVİLİ Mzevinari, XATİAŞVİLİ Ketevan, DONADZE Tatiya Yeniyetmələr: KURDADZE Nino, NAVAİDZE Natia, YANTETS Miriam, BALAXAŞVİLİ Meqi, TVİLDİANİ Tamara Ehtiyat:ÇARQEYŞVİLİ Tekla Almaniya Böyüklər: İNGİLDEYEVA Liza, VİTMAN Klaudiya, STOLBİN Darya Yeniyetmələr: QRAF Kristina, MANSUR Janin, MARKS Laura-Tabeya, NIKEL Yuliya, ULBRİX Liza Ehtiyat: DİTRİX Daniyela Yunanıstan Böyüklər: ANDRİYOLA Eleni, GKOUNTROUMPI Evangeliya, Yeniyetmələr: TAMPAKİ Eleni, PAPAİOANNU Antoniya, KONSTANTINU Mariya, MANIU Vasiliki, QEORQOVASILI Aleksandra Ehtiyat: BOTSİ Qeorqiya Macarıstan Böyüklər: VASS Dora, BENYO Frujina Yeniyetmələr: MİJER Aleksa, BOLDİJAR Ester, XORÇER Noemi, MARTON Fransiska, DUDİNSKY Mariya Ehtiyat: JOKE Kinqa İsrail Böyüklər: RIZENSON İrina, RİVKİN Neta Yeniyetmələr: BUZOVSKI Moran, KADOŞ Noa, KREMER Koral, SLUSER Elena, ZAKALUZKY Polina Ehtiyat: LEVIN Aleksandra İtaliya Böyüklər: LAURİTO Romina, ZANKANARO Beatris, KANTALUPPI Cülyetta Yeniyetmələr: ANTİNUÇÇİ Federika, FRANTSİNİ Paola, QALLİ Alisa, PLOTSER Valentina, ZUKKA Marqarita Ehtiyat: KOLOMBO Karlotta Latviya Böyüklər: KİSLUXİNA Marina, MEYERSONE Yelena, İSAKOVA Yana Yeniyetmələr: ROMANOVA Veronika, NAXİMOVA Nataliya, BEBRE Valda, MİÇULE Alina,YEFREMOVA Anna Ehtiyat: NESKROMNAYA Anna Litva Böyüklər: PAPARTİTE Lina, ABROMAVIÇUTE Qiedre Yeniyetmələr: LİONQİNAVİÇYUTE Yurqita, SILEYKİTE Eqle, LIEPAYTE Aqne, MARKEVIÇYUTE Uqne, PAPARTİTE Rasa Ehtiyat: KONÇEVIÇYUTE Qoda Moldova Böyüklər: TANURKOVA Anastasiya, ÇEBAN Karina, LEVKO Yelena Norveç Böyüklər: BOQETVEYT Xanna Kristina, QRAM Marte Yeniyetmələr:TORKILDSEN Mari, TORKILDSEN Tea, SANDVOLD Rikke, ÇHUDİ Daniela, TUYE Sara Bronnum Ehtiyat: QRAVDAL Tea Polşa Böyüklər: MİTROŞ Coanna, JDUN Anna Yeniyetmələr: JAMALEK Marta, ZUXLİNSKA Katarjina, KLAJMAN Süzanna, NAROLSKA Coanna, KOJİRA Karolina Ehtiyat:TRJONKOVSKA Karolina Portuqaliya Böyüklər: QOMEŞ İnes, KAETANO Sara, QERALDES Katarina Yeniyetmələr: SARAYVA Coana, DİAS Coana, JARDİM Cessika, ROSA Daniela, RORITS Vanessa Ehtiyat: MAÇADO Diana Rumıniya Yeniyetmələr: FAUR Kristina Teodora, MOLDOVAN Malina Florina, MARSİUS İonela,TOÇU Alis Viviyana, ÇAYA Monika Florina Ehtiyat: MARGINEYAN İoanna Aleksandra Rusiya Böyüklər: SESINA Vera, KAPRANOVA Olga, KANAYEVA Evqeniya Ehtiyat: STRUÇKOVA Olqa Yeniyetmələr: ANDRONOVA Darya, XAYRETDINOVA Karina, DONSKOVA Ulyana, ELYUTINA Aleksandra, NEXOJINA Nataliya Ehtiyat: YAKIMENKO Mariya Sloveniya Böyüklər: RODE Moyça, SEME Tyaşa İsveçrə Yeniyetmələr: ROXATÇ Karol, FRİDRİX Janin, ŞMİD Lara, STUÇKI Nadin, YAKOUB Suxeliya Ehtiyat: BÜSSER Rebekka Slovakiya Böyüklər: MIÇİKOVA Mixala, VARQOVA Katarina, MAÇALOVA Petra Yeniyetmələr: KOMPELOVA Jujana, QUBRIKOVA Darina, BARANOVA Yaroslava, PODLUÇKA Marianna, POKORNA Aleksandra Ehtiyat: DERMEKOVA İvana İsveç Böyüklər: LARSON Tereza Türkiyə Böyüklər: SÜTCÜ Berfin Serdil, ÖYLÜMLÜ Qizem Yeniyetmələr: AKILVEREN Pinar, DEVEÇİ Nevin Sevinc, AKILVEREN Pelin, ÇELEP Elif Zeynep, TAŞ Asya Nur Ehtiyat: AKALIN Yağmur Ukrayna Böyüklər: BESSONOVA Anna, QODUNKO Nataliya, Ehtiyat: KOVALÇUK İrina Yeniyetmələr: ŞURXAL Valeriya, BELKİNA Irina, SLOBODYAN Yuliya, YESKOVA Svetlana, RIZƏTDİNOVA Anna Ehtiyat: SUBBOTİNA Anna Şəxsi birincilikdə Aliyə Qarayeva iplə hərəkətlərdə 18,150 xal toplayaraq, Avropa çempionu tituluna sahib çıxmışdır. Rusiyalı gimnastlar Vera Sessina (18,050) gümüş, Olqa Kapranova (17,750) isə bürünc medala layiq görülmüşdür. Halqa ilə hərəkətlərdə isə Olqa Kapranova (18,325) ukraynalı Anna Bessonova (18,050) və Vera Sessina (17,600) ilk üç yeri tutmuşlar. Gürzlə hərəkətlərdə Vera Sessina (18,000) daha güclü çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Olqa Kapranova onunla eyni xalı yığsa da, cərimə xalı onun ikinci yeri tutmasına səbəb olmuşdur.
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışa 32 ölkədən 186 gimnast qatımışdır. Fərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı. Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb. Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib.
Bəhaullahın 19 həvarisi
Bəhaullahın 19 həvarisi (fars. نخستین پیروان بهاءالله‎) — Bəhaullah tərəfindən yayılmış təlimin ilk 19 ardıcılı və dinin 19 həvarisi olaraq qəbul edilən şəxslər.
Canal 13
Canal 13 Çilinin pulsuz yayımlanan bir televiziya kanalıdır. 21 avqust 1959-cu ildə Santyaqonun 2-ci analog kanalında Çili Papa Katolik Universitetinin bir qrup mühəndisinin rəhbərliyi ilə yayımlandı. Daha sonra televiziya stansiyası tezliyini VHF kanal 13-ə köçürdü və bu da indiki adının yaranmasına səbəb oldu. Başlanğıcda ən mühüm mərhələlərdən biri, Çilidə təşkil edilən 1962 FIFA Dünya Kubokunun yayımı idi. Luksic Group-a məxsus olan Canal 13, Çilinin ikinci ən köhnə televiziya stansiyasıdır. 2010-cu ilə qədər Şili Korporasiyası de Televisión de la Pontificia Universidad Católica de Chile (Çili Papa Katolik Universitetinin Televiziya Korporasiyası) olaraq adlandırıldı. Bununla birlikdə, stansiya Çili’də qurulduğu gündən bu yana El 13 (on üçüncü) olaraq bilinir.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
Convair B-36 Peacemaker
Convair B-36, USAF üçün Convair tərəfindən istehsal edilən bir strateji bombardmançıdır. Bu təyyarə, qitələrarası missiyaları icra edə biləcək ilk əməliyyat bombardmançısıdır. Qeyri-rəsmi ləqəb olaraq təyyarəyə “Peacemaker” (Sülhməramlı) ləqəbi seçilmişdir. B-36 ilk termonüvə bombası daşıyıcısıdır. Kütləvi istehsala cəlb edilmiş olan ən böyük porşen mühərrikli təyyarədir. Bundan əlavə, B-36 daha böyük yük təyyarələrinin mövcud olmasına baxmayaraq indiyə qədər inşa edilmiş olan ən böyük döyüş təyyarəsidir. 10.000 km-dən çox əməliyyat mənzilinə və 32 tondan çox bomba daşıya bilmək qabiliyyəti ilə Boeing B-52 Stratofortress və Rockwell B-1 Lancer kimi müasir uzun məsafəli bombardmançıların əcdadıdır.